Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2032
DünənDünən5185
Bu həftəBu həftə2032
Bu ayBu ay49721
Bu günə qədərBu günə qədər8411352

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Xəzərin sahilində gediş-gəlişi məhdudlaşdıranlar cəzalandırılacaq

Prezident qanun imzaladı.

Azərbaycan Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

"Dalğa TV"nin dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sənədə əsasən, Xəzər dənizinin Azərbaycan sahilində gediş-gəlişi məhdudlaşdıranların cəzalandırılması ilə bağlı qanun qüvvəyə minib.

Dəyişikliyə əsasən, dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər 4 min, vəzifəli şəxslər 8 min, hüquqi şəxslər isə 40 min manat miqdarında cərimə olunacaq.

Eyni zamanda, xətaların il ərzində inzibati tənbeh alan şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 5 min, vəzifəli şəxslər 10 min, hüquqi şəxslər isə 50 min manat miqdarında cərimə olunacaq.

Gürcüstanda Dövlət Bayrağı Günü qeyd olunub

Yanvarın 14-də Gürcüstanda Dövlət Bayrağı Günü qeyd olunub.

"Dalğa TV"nin məlumatına görə, ölkənin müxtəlif 9 bölgəsində Dövlət Bayrağı Günü qeyd olunduqdan sonra Gürcüstanın prezident sarayında dövlət bayrağına həsr olunan tədbir keçirilib. Tədbir çərçivəsində Gürcüstanın prezident sarayına yeni hazırlanmış və gerb əks olunan milli bayrağın orijinalı gətirilib. Prezident sarayında ölkə prezidentinin təklifi ilə dövlət bayrağı uğrunda həlak olan insanların xatirəsi anılıb.
"Biz vətənimizin azadlığı üçün mübarizə aparan və əsrlər boyu vətən uğrunda həlak olanların əziz xatirəsini anırıq. Onların işıqlı xatirəsi bizim üçün əbədidir", deyə prezident bildirib.

Sonra prezident G. Marqvelaşvili çıxış edərək ölkənin müxtəlif bölgələrindən gələn gəncləri və ali məktəblərdə təhsil alan tələbələri salamlayıb və onları Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib. Prezident dövlət bayrağı haqqında ətraflı məlumat verib.

Prezidentin çıxışından sonra Gürcüstanın dövlət himni səsləndirilib və dövlət bayrağı qaldırılıb.

Bu gün azərbaycanlıların kompakt yaşadığı Marneulidə də gürcü və azərbaycanlı tələbələrin iştirakı ilə Dövlət Bayrağı Günü qeyd olunub. Tədbir çərçivəsində Marneulidəki Ədliyyə Evinin qarşısında dövlət himni səsləndirilib və bayraq qaldırılıb. Sonra tələbələr Gürcüstanın prezident sarayında keçirilən Dövlət Bayrağı Günü bayramına qatılıblar. Tədbirə yerli bələdiyyələrin nümayəndələri də qoşulublar.

Həmin gün prezident sarayında Dövlət Bayrağı Günü bayramı ilə bağlı qəbul da təşkil edilib.

Qeyd edək ki, 2004-cü ilin yanvarın 14-də Gürcüstan parlamenti Gürcüstanın Dövlət Bayrağı olan milli bayrağının təsdiq olunduğunu elan edib və 2012-ci il yanvarın 14-ü Dövlət Bayrağı Günü elan edilib.

Sumqayıtda müəllim şagirdi döydü - VİDEO

Müəllim işdən çıxmaqla bağlı ərizə yazıb.

Sumqayıt şəhəri 22 saylı məktəbdə müəllimin şagirdi döyməsi hadisəsi keçən həftənin sonunda baş verib.

"Dalğa TV" xəbər verir ki, bunu "Report"a açıqlamasında məktəbin direktoru Tahirə Səfərova deyib.

O, şagirdi döyən müəllimin adını da açıqlayıb:

"Məktəbin tarix müəllimi İdris Hüseynov dərsi dəfələrlə şagirddən soruşub, lakin şagird dərsi bilmədiyini deyib. Eyni zamanda, müəllimə kobud cavab verib. Müəllim də əsəblərini cilovlaya bilmədiyindən şagirdi döyüb. Müəllimi çağırdıq, izahatını aldıq. Şagirdin valideyni məktəbə çağırılıb və onlarla da söhbət edilib. Həmçinin, şagirdlə də danışılıb".

Direktor əlavə edib ki, həmin müəllim işdən çıxmaqla bağlı ərizə yazıb. O, Sumqayıt Şəhər Təhsil Şöbəsinin qərarı ilə işdən azad olunacaq.

T.Səfərova qeyd edib ki, hazırda Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Teymur Səmədov və onun işçiləri məktəbdədir:

"Müfəttişlər də lazım olan araşdırmaları aparır".

Tiflisdə "İslam sülh və humanizm dinidir" adlı toplantı keçirilib

Tiflis Cümə məscidində "İslam sülh və humanizm dinidir" adlı toplantı keçirilib.

"Dalğa TV"nin məlumatına görə, tədbirdə dövlət nümayəndələri, dindarlar və azərbaycanlı ziyalılar iştirak edib.

Tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov, Gürcüstanın baş nazirinin köməkçisi Savalan Mirzəyev, Krtsanisi rayon Soğanlıq (Poniçala) kənd icra nümayəndəsi Bayram Cəfərov və başqaları çıxış edərək dünyada ağır günlər yaşandığını, İslam dini altında terrorizm və radikalizmə zəmin yaradıldığı bildirilib.

Çıxışçılar son günlər Krtsanisi rayonunun azərbaycanlıların kompakt yaşadığı Soğanlıq (Poniçala) kəndində baş verən ölüm hadisəsini də pisləyiblər. Tədbirdə çıxış edən GMİ-nin sədri Hacı Ramin İgidov Soğanlıq kəndində baş verən hadisənin ilk dəfə baş vermədiyini bildirib: "Bu qətl hadisəsinin səbəb və mənşəyini araşdırmaq lazımdır. Bu hadisəni törədənlər kənar dövlətlərdən gələn nümayəndələrdir, onların hər biri müəyyən məzhəblərin inkişafı üçün çalışır," şeyx qeyd edib. GMİ-nin şeyxi çıxışında qeyd edib ki, Gürcüstanda baş verən hadisələrdə dövlət, ictimaiyyət nümayəndələri, dindarlar və ziyalıların gücündən və məsləhətlərindən geniş istifadə edilməlidir, ölkədə baş verən hər bir mənfi hərəkətin qarşısı ciddi surətdə alınmalıdır: "Son vaxtlar Gürcüstana türk, azərbaycan və rus dillərində ədəbiyyatlar gətirilir, insanlar cihada çağırırlar. Bu təbliğatın qarşısı alınmalı, dini maarifçilik inkişaf etdirilməli, orta məktəblərdə və universitetlərdə ənənəvi İslam dərslərinin keçirilməsinə icazə verilməlidir," GMİ-nin şeyxi vurğulayıb.

Baş nazirin köməkçisi Savalan Mirzəyev Gürcüstanda İslam dininin təbliği üçün maarifçilik işlərinin genişləndirilməsini qeyd edib: "Azərbaycan dilində məlumat xarakterli bukletlər hazırlanmalı və İslam dininin təbliği genişləndirilməlidir. Elə yerlər var ki, İslam sözü deyiləndə bir qorxu yaranır. Amma İslam dini sülh, barışıq, qardaşlıq və humanizm dinidir. Əgər dini zəmində qarşıdurma yaranarsa, bunun qarşısını almaq çox çətin olacaq”.

Tədbirin sonunda Gürcüstanın bir qrup din, dövlət və ictimaiyyət xadimləri ölkə və dünya ictimaiyyətinə müraciət qəbul edilib. Müraciətdə dünyanın hər yerində baş verən, millətindən, irqindən və dinindən asılı olmayaraq insan qırğınları, terror və soyqırımları, təcavüz və işğallar pislənilib.

Bakı metrosunda intihar – Qatar gənc oğlanın üstündən keçdi

"Dalğa TV" xəbər verir ki, hadisə Əhmədli metrostansiyasında olub.

Hadisə şahidlərinin məlumatına görə, gənc oğlan özünü qatarın altına atıb. Sərnişinlər metrodan çıxarılıb, qatarların hərəkəti dayandırılıb.

Məlumata görə,gənc oğlanın meyiti artıq qatarın altından çıxarılıb. hadisənin baş vermə səbəbləri araşdırılır.

Hadisə şahidlərinin sözlərinə görə, oğlan intihar məqsədilə özünü qatarın önünə atıb. Bu zaman qatarın ön şüşəsinə çırpılıb. Daha sonra isə relslərin arasına düşüb və qatar gəncin üzərindən keçib.

Özünü intihar məqsədilə qatarın altına atan şəxsin kimliyi müəyyənləşib.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin AzNews.az-a verdiyi məlumata görə, həmin şəxs 1982-ci il təvəllüdlü Aşurov Qoşqar Etibar oğludur.

Onun intihar səbəbləri araşdırılır.

N.Paşayev bildirib ki, artıq qatarların hərəkəti bərpa olunub.

Azərbaycanda itkin düşmüş şəxsin asılmış meyiti tapılıb

Bakıda intihar hadisəsi baş verib.

"Dalğa TV" xəbər verir ki , Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Ramana qəsəbəsində qeydə alınıb. Yanvarın 12-də "Şuşa şəhərciyi"ndə məskunlaşan 1967-ci il təvəllüdlü Quliyev Zəfər Salman oğlunun itkin düşməsi barədə polisə məlumat daxil olub. Bu gün isə onun Ramana qəsəbəsi ərazisindəki ağaclıqda asılmış meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda 11 yaşlı uşaq özünü asıb

Azərbaycanda dəhşətli intihar hadisəsi baş verib.

Beyləqan Rayon Polis Şöbəsindən "verilən məlumata görə, Füzuli rayon Şəkərli kənd sakini, Beyləqan ərazisində Fin qəsəbəsində məskunlaşmış 11 yaşlı Qara Ağayev evlərində özünü asıb. İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Gürcüstandakı azərbaycandilli məktəblərə dərsliklər təqdim ediləcək

Yanvarın 12-də Azərbaycanın Gürcüstandakı səfirliyinin vasitəçiliyi ilə Azərbaycan Təhsil nazirliyi tərəfindən 2015-2016-cı tədris ili üçün Gürcüstanda fəaliyyət göstərən Azərbaycan dilli məktəblərin IV, V, VI və VIII sinifləri üçün dərslik kitablarını Gürcüstanın elm və təhsil nazirliyinə təqdim edəcək.

Azərbaycan səfirliyindən verilən məlumata görə, səfirlik və KİV nümayəndələrinin iştirakı ilə Gürcüstan elm və təhsil nazirliyinə 12 adda 9810 nüsxə dərslik təhvil veriləcək və sonra nazirliyin hazırladığı siyahı ilə Azərbaycan dilli orta məktəblərə paylanılacaq. Məlumatda bildirilib ki, gətirilən kitabların içində azərbaycanlı şagirdlər üçün ⅦAzərbaycan dili", "Ədəbiyyat" dərslikləri və müəllimlər üçün metodik vəsaitlər var.

Azərbaycan səfirliyindən bildirilib ki, son iki ildə (2014 və 2015-ci illərdə) Gürcüstanın Azərbaycan dilli məktəbləri üçün 47105 ədəd “Azərbaycan dili", "Ədəbiyyat" fənləri üzrə dərslik kitabları və müəllimlər üçün metodik vəsaitlər səfirliyin vasitəsi ilə Gürcüstanın elm və təhsil Nazirliyinə təhvil verilib.

İntihar edən tələbənin atası : “İmtahana görə pul istəmişdilər”

Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin I kurs tələbəsi Qasımova Rumiyyə Elşən qızının intiharı barədə təfərrüatlar bitmək bilmir.

Qızın universitetdə yaxşı oxumadığı, iki imtahandan kəsilməsi və ailəsi tərəfindən basqı olması haqqında informasiyalar yayılıb. Sumqayıt Dövlət Universitetindən də intihar edən tələbə ilə bağlı məlumat yayılıb və bildirilib ki, həmin tələbə həqiqətən də hadisədən bir gün öncə cari sessiyada ikinci imtahanını verib, lakin lazımi hazırlaşmadığı üçün nəticəsi qənaətbəxş olmayıb.

Rumiyyənin ailəsi onun haqqında yayılan informasiyaları inkar edib. Onlar bildiriblər ki, saytlarda qeyd edildiyi kimi, qız pis oxumayıb. Yaxınlarının dediyinə görə, Sumqayıt Dövlət Universitetində rektorluqdan məlumat gəlib ki, tələbələrdən imtahanlara görə pul yığılsın. Rumiyyənin ailəsinin isə vəziyyəti o qədər də yaxşı deyil. Saray qəsəbəsində 1 sotluq ərazidə anası göyərti əkməklə məşğuldur. Atası isə tikintidə usta işləyir. İki il əvvəl ayağından kəsici alətlə ciddi xəsarət aldığından işləyə bilmir. Anası yığdığı göyərtiləri satmaqla qızının təhsil haqqını ödəməyə çalışıb. 1600 manatlıq təhsil haqqının 1000 manatını ailəsi, 600 manatını isə qohumları ödəyib.

“Atasının onun danlaması barədə xəbərlər də yalandır. Onların heç xəbərləri olmayıb. Atası deyib ki, iş tapar, təhsilhaqqını ödəyər. Amma həmin gün imtahandan yenidən kəsilməsi ilə bağlı xəbəri eşidəndən sonra evə gəlməyib, heç kimə demədən dənizə gedib, intihar edib”.

Rumiyyənin atası Elşən Qasımov açıqlamasında bildirib ki, qızı birinci imtahandan kəsiləndə bunun pul ilə bağlı olduğunu demişdi.

“Birinci imtahandan kəsildi. Evə gəldi, dedi ki, pul söhbətidir, pul verilməsə, kredit təhsil haqqının üstünə gələcək. İkinci imtahanı yanvarın 9-da idi, dedi ki, çalışıb onu verəcək. Mən də dedim ki, o biriləri ver, kəsiri düzəldərik. Birinci imtahan ingilis dilindən, ikinci isə Azərbaycan dilindən idi. Səhər mən işə, o imtahan getdi, 6-ya qədər evə gələrdi, həmin gün telefonu özü ilə aparmamışdı, evdə qalmışdı. Mənə saat 5-də evdən zəng etdilər ki, qız gəlməyib. İşdən çıxıb Universitetin əsas korpusuna getdim. Dedilər ki, onlar 5-də gediblər. Tələbə yoldaşları ilə əlaqə saxladıq. Məlum oldu ki, 24 tələbə imtahandan kəsilib. Rumiyyə isə çox pis olub, ağlayıb ki, “mən evə nə üzlə gedəcəm”. Sonra qrup yoldaşları ilə dayanacağa qədər bir gəliblər və orada ayrılıblar”.

Bütün şəhəri gəzsə də, qızını tapa bilmədiyini deyən E.Qasımov 21:00-da 102-ə zəng edib və Polis İdarəsindən ona ərizə yazmaq üçün çağırıblar.

“1-ci polis bölməsindən mənə zəng etdilər, gedib ərizəmi yazdım, qızın şəklini verəndə zəng etdilər ki, Trovmatologiyaya gəl. Gedib gördüm ki, meyit morqdadır, oradan götürüb gəldim. Qızımı dəniz qırağında tapıblar. Axtarış şöbəsinin rəisi deyib ki, özü çıxardıb. Sumkasında bütün hər şey yerində idi, tələbə biletini də ayrı yerdən balıqçı tapıb vermişdi”.

E.Qasımov bildirib ki, imtahanlara görə pul istənildiyi çoxdan tələbələrə deyilmişdi.

“Evdə ağzından qaçırtmışdı ki, 200 manat istənilir. Tam şəkildə deyə bilməmişdi. Dedim ki, o biri imtahanları ver, kəsir olanı düzəldərik. Qızımın ölümü ilə bağlı yazılan bütün informasiyalardan xəbərim var. Bununla bağlı lazımi yerlərə, Təhsil Nazirliyinə də şikayət edəcəm”.

Qeyd edək ki, yanvarın 9-da itkin düşmüş Sumqayıt şəhər sakini Rumiyyə Qasımovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yanvarın 10-da dəniz sahilində tapılıb.

Gürcüstanda 27 nəfərin “donuz qripi”nə yoluxduğu qeydə alınıb

Gürcüstanda ötən ilin dekabr ayından başlayaraq 27 nəfərin "donuz qripi" (H1N1) virusuna yoluxduğu qeydə alınıb.

"Dalğa TV"nin  məlumatına görə, bunu bu gün Gürcüstan Səhiyyə nazirliyinin infeksiya və yoluxucu xəstəliklərə nəzarət Departamentinin rəhbəri Paata İmnadze bildirib.

Brifinqdə jurnalistlərin suallarını cavablandıran P. İmnadze qeyd edib ki, təmsil etdiyi qurum H1N1 virusuna qarşı mübarizə aparır: "Vətəndaşlarımızın peyvənd olunmasına başlanılıb. Bu günədək 12 min Gürcüstan vətəndaşı dövlətin dəstəyi ilə peyvənd edilib. Daha 8 min nəfər özəl xəstəxanalarda bu prosesdən keçiblər. Vətəndaşlarımız fevral ayının sonunadək H1N1 virusa qarşı peyvənd olunacaqlar".

P. İmnadze Gürcüstan ərazisində H1N1 virusundan ölüm hallarının qeydə alınmadığını bildirib. O, azərbaycanlıların kompakt yaşadığı bölgələrdə bu xəstəliyə yoluxma hallarının olmadığını da əlavə edib.

Azərbaycanda ər həyat yoldaşının qətlini sifariş edib

Bakıda sifarişli qətl törədilib.


Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1968-ci il təvəllüdlü Sevil Rzayeva yaşadığı evdə naməlum şəxslər tərəfindən qətlə yetirilib.

Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin qadının həyat yoldaşının sifarişi əsasında həyata keçirildiyi müəyyənləşib.

Araşdırmalar zamanı məlum olub ki, S. Rzayevanın əri Rüstəm Rzayev Elşad Həsənov və onun qohumu Kərim Həsənova arvadını qətlə yetirmək üçün 2 min manat verib.

Həyata keçirilən tədbirlər nəticəsində R. Rzayev, E. Həsənov və K. Həsənov tutularaq istintaqa təhvil veriliblər.

Faktla bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Marneuidə Milad bayramı qeyd olunub

"Dalğa TV"nin məlumatına görə, hər il Gürcüstanda ənənəvi olaraq bu bayram bütün pravoslav xristianlarının iştirakı ilə təntənəli şəkildə qeyd edilir. Məlumata görə, Gürcüstanda Milad bayramı V-VI əsrdən başlayaraq qeyd edilir. Həmin gün pravoslav xristianlar ailəvi şəkildə məbədlərə gedərək dualar oxuyur, şam yandırır və dini ayinlər icra edirlər.

Marneulidə Milad bayramı təntənəli şəkildə qeyd olunub. Artıq üçüncü ildir ki, Marneulidə Milad bayramı münasibətilə "Alilo" adlanan xüsusi yürüş təşkil edilir.

Yürüş iştirakçıları olan pravoslav xristianlar, Marneuli Yeparxiyasının yepiskopu Georgi şəhərin ən böyük küçəsi olan Rustaveli küçəsində qarşılarına çıxan insanları bayram münasibəti ilə təbrik edərək onlara sülh, sevinc, xeyirxahlıq və əmin-amanlıq arzulayıblar.

Sonra tədbir iştirakçıları Marneuli rayon icra hakimiyyəti qarşısında din adamlarının iştirakı ilə dini ayinlər həyata keçiriblər. Tədbirdə Marneuli rayon icra hakimiyyətinin rəhbəri Merab Topçişvili və digər rəsmi şəxslər iştirak ediblər. Tədbirə azərbaycanlılar da qatılıblar.

Milad bayramında "Alilo" yürüşünün iştirakçıları milli paltar geyinərək öküzlər qoşulan arabanı Rustaveli küçəsi ilə sürüblər və pravoslav xristianlar, azərbaycanlılar və digər millətlərin nümayəndələri arabaya bayram hədiyyələri, şirniyyat və ərzaq məhsulları qoyublar.

Tədbirdən sonra hədiyyələr, toplanan ianələr kimsəsiz insanlara, imkansız ailələrə, uşaq evlərinə verilib.

 

Saytda Axtarış

ახალი ამბები