Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2032
DünənDünən5185
Bu həftəBu həftə2032
Bu ayBu ay49721
Bu günə qədərBu günə qədər8411352

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Borcu olan kişi məktub yazıb özünü asdı

Günün ikinci intihar hadisəsi Şirvan şəhərində qeydə alınıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Şirvan şəhəri Səməd bəy Mehmandarov küçəsi, ev 16 ünvanında yaşayan 1973-cü il təvəllüdlü Səfayət Malik oğlu Ağayev özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asaraq intihar edib. 43 yaşlı kişinin asılmış meyitini onun həyat yoldaşı tapıb.

Məlumata görə, S.Ağayev intihardan əvvəl məktub yazıb və məktubunda işsizliyini, çoxlu borcunun olmasını, buna görə də belə bir addım atdığını qeyd edib.
Özünü asan kişi ailəlidir və uzun müddətdir işsiz imiş.

Faktla bağlı Şirvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bu, borca görə baş verən ilk hal deyil. Belə ki, ancaq ötən gün iki belə hadisə olub. Bakıda borca görə intihar qeydə alınıb. Xəzər rayonunun Binə qəsəbəsində yaşayan qəsəbə sakini 1977-ci il təvəllüdlü Aynur Cəfər qızı Xancanova özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asaraq intihar edib.
Canına qəsd edən qadının iki övladı məktəbdə dərsdə, əri isə işdə olub. 39 yaşlı qadının intihar etməsinə səbəb olaraq onun ailəsinin böyük miqdarda borcu olması göstərilir.

Ağcabədi rayonunda da intihara cəhd baş verib. Şəhər sakini, 1964-cü il təvəllüdlü Zərnişan Şəfayət qızı Ələkbərova yaşadığı evin həyətində üzərinə yanacaq tökərək özünü yandırıb.

52 yaşlı qadının özünü yandırmasına ilkin ehtimal olaraq onun ailə üzvlərinin külli miqdarda borcu olduğu göstərilir.

Marneulidə etiraz aksiyası keçirilib

Azərbaycanlıların kompakt yaşadığı Gürcüstanın Marneuli rayonunun Lecbəddin kəndində etiraz aksiyası keçirilib.

"Dalğa TV"nin məlumatına görə, kənd sakinləri uzun illər Gürcüstanda yaşayan azərbaycanlı vətəndaşların soyadlarının Ədliyyə Evlərində fəaliyyət göstərən torpaq və reyestr xidmətində səhv yazıldığına etiraz ediblər. Aksiya iştirakçılarının sözlərinə görə, Gürcüstanda yaşayan azərbaycanlılar xarici pasport, şəhadətnamə, ev sənədləri alan zaman sənədin surətinin təqdim olunmasına baxmayaraq, sözlərin yazılış qaydalarına düzgün əməl olunmadığını bildiriblər. Aksiyada həmçinin qeyd edilib ki, sovet dönəmindən yazılan sənədlərdə qeyd edilən h, q, d, s və digər hərflər gürcü və ingilis dillərinə köçürüləndə sənədin əsli ilə uyğun gəlmir, bu da gələcəkdə soydaşlarımıza problemlər yaşadır. Nəticədə onlar sənəddə düzəliş etmək üçün vəkil tutaraq məhkəməyə müraciət edir və aylarla vaxt itirirlər. Tədbirdə vurğulanıb ki, pensiyaya çıxan ahıl yaşlı kişi və qadınlar da bəzən bu problemlərlə rastlaşır və pensiyalarını vaxtında ala bilmirlər.

Soydaşlarımız hazırda digər bir problemlə də rastlaşdıqlarını bildiriblər: "Biz hazırda evlərimizə qaz çəkdirmək istəyən zaman dövlət torpaq və reyestr xidmətindən lazım olan sənədləri ala bilmirik. Bizi süründürür və dəfələrlə bu və ya digər təşkilatlardan sənəd gətirməyimiz tələb olunur, həmçinin xəritələrimiz səhv çəkilir və sonda artıq pul xərcləməyimiz lazım olur, evlərimizin sənədlərinin bərpası isə aylarla uzanır. Hazırda qış ayıdır və hələ də evlərimizin sənədləri düzəlməyib və evlərimizə qaz çəkilməyi gecikir".

Etiraz aksiyası iştirakçılarının problemlərini dinləyən Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev problemlə bağlı Gürcüstanın Ədliyyə Naziri Tea Tsulukyaniyə müraciət etdiyini bildirib: "Yaxın günlərdə soydaşlarımızın sənədlərinin bərpası məsələləri öz həllini tapacaq.

Ədliyyə nazirliyində adların bərpası məsələsi ilə əlaqədar komissiya yaradılıb və müəyyən bir sənəddə bir hərf də səhv gedibsə, onun düzəldilməsi tez bir zamanda yerində həll olunacaq", - deyə deputat vurğulayıb.

Mahir Dərziyev sovet dönəmində soydaşlarımızın pasportlarında yazılan soyadlarının sonundakı "ov" hərflərinin də "lı" , "li" hərfləri ilə əvəz ediləcəyini bildirib: "Bu məsələni də həll etmək üçün işçi qrupu yaradılıb", deyə M. Dərziyev qeyd edib.

Bakıda maraqlı sosial eksperiment - İnsanlıq hələ olməyib - Video

Bakıda maraqlı sosial eksperiment keçirilib.


Özünü görmə qabiliyyəti zəif olan şəxs qismində təqdim edən adam küçədə insanlara yaxınlaşır.

O, əlindəki 50 manatı insanlara bir-bir uzadaraq, "5 manatı xırdalayın" deyə, xahiş edir.

Vətəndaşların əksəriyyəti ona əlindəki pulun 5 deyil, 50 manat olduğunu bildirir. Həmin videonu təqdim edirik:

Türkiyədə başı kəsilən azərbaycanlılar Marneuli sakinləridir

Türkiyənin Düzcə bölgəsində başı kəsilən üç azərbaycanlı Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Marneuli rayon sakinləridir.

"Dalğa TV"nin məlumatına görə, iki bacı - 56 yaşlı Emma və 46 yaşlı Elnaz Şərifovaları, həmçinin onlardan birinin 19 yaşlı nəvəsi Sahib Şərifovun cəsədləri yaxın günlərdə Marneuliyə gətiriləcək.

Hazırda öldürülən şəxslər haqqında Marneulidə də müxtəlif versiyalar dolaşmaqdadır. Sahib Şərifovun atasının məlumatına görə, onun oğlu Türkiyədə kababçı işləyib. O, hadisə haqqında məlumatlı olmadığını bildirib: "Marneulidə müxtəlif versiyalar yayılıb. Onların təbii qazdan zəhərləndikləri və onların öldürüldüyü barədə xəbərlər var".

Məlumata görə, ölən Marneuli sakinləri hazırda ekspertizadan keçirilir və sonra onlar Marneuliyə göndəriləcəklər.

Xəbər verildiyi kimi, Türkiyənin Düzcə bölgəsində Gürcüstan vətəndaşı olan üç azərbaycanlı evdə boğazı kəsilmiş vəziyyətdə tapılıb.

APA-nın "Haber Gazete"yə istinadən verdiyi məlumata görə, hadisə yerinə gələn polis cinayətin 2-3 gün əvvəl baş verdiyini təsbit edib. Ölənlərdən 2-si qadın, biri uşaqdır.

Meyitləri evə gələn 56 yaşlı Ema Şərifovanın keçmiş həyat yoldaşı Sərvət Öztürk aşkar edib və polisə zəng vurub. Ölən digər şəxslərin Ema Şərifovanın bacısı, 46 yaşlı Elnaz Şərifova və nəvəsi Sahib Şərifov olduğu məlum olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Gürcüstanda qripdən ölənlərin sayı 6 nəfərə çatıb

Gürcüstanda daha iki nəfər H1N1 ("donuz qripi") virusundan ölüb.

"Dalğa TV"nin məlumatına görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzindən bildirilib.

Bildirilib ki, 2016-cı ilin yanvar ayının əvvəlindən indiyədək 5 nəfər "donuz qripi"ndən və bir nəfər H3N2 virusundan dünyasını dəyişib.

Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzi Gürcüstanda adı çəkilən xəstəliyin yayılması səbəbindən bütün tibb müəssisələrinin və təcili yardım xidmətinin gücləndirilmiş iş rejiminə keçdiyini bildirib.

Gürcüstanda qoyunlar arasında təhlükəli virus yayılıb

Gürcüstanda qoyunlar arasında "Göydil" virusu yayılıb.

"Dalğa TV"nin Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, Ümumdünya Heyvanların Sağlamlığı Mühafizə Təşkilatı Gürcüstan ərazisində beş virus ocağının aşkarlandığını açıqlayıb.

Gürcüstan kənd təsərrüfatı nazirinin müavini və ölkənin baş baytarı Mixail Soxadze virusun yayıldığını təsdiqləyib. Qoyunların virusa yoluxması halları paytaxt Tiflis yaxınlarında qeydə alınıb. Ümumilikdə, 2190 qoyunun “Göydil” virusuna yoluxduğu ehtimal edilir, artıq 68 qoyunun bu virusa yoluxduğu təsdiqlənib. 35 mal-qaranın da virusa yoluxması ilə bağlı şübhələr var, hazırda yoxlama aparılır.

Qeyd edək ki, Gürcüstanın qoyun ixracında birinci yeri Azərbaycan (86 faiz) tutur. İkinci yerdə isə İordaniyadır.

Gürcüstanda 25 yaşlı azərbaycanlının üzərində psixotrop maddə aşkarlanıb

Gürcüstan polisinin Nazirliyinin Qardabani rayonunda həyata keçirdiyi operativ-axtarış tədbirləri nəticəsində 25 yaşlı azərbaycanlı gənc saxlanılıb.

"Dalğa TV"nin məlumatına görə, nazirliyin mətbuat xidmətindən bildiriblər ki, Qardabani rayonunun Qaçiani kənd sakini, əvvəllər məhkumluq həyatı yaşamış 1991-ci il təvəllüdlü Elnur Q. adlı azərbaycanlının üzərində kağıza bükülmüş 0,38 qr "Bio" adlı psixotrop maddə aşkarlanıb.

Elnur Q. günahını boynuna alıb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin II bəndinə əsasən (psixotrop maddənin qanunsuz alınması, istifadəsi və saxlanılması) cinayət işi qaldırılıb, araşdırma aparılır.

Gürcüstanla sərhəddə qanunsuz mal aşkarlandı - FOTO

Gömrükçülər 1940 qutu pirotexniki vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn, Gürcüstan Respublikasının Bolnisi rayonunun Həsənxocalı kəndinin sakini Səfərov Afət Polad oğlunun idarə etdiyi "Mersedes Benz" sprinter markalı SS519OO dövlət nömrəli nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlamadan əvvəl nəqliyyat vasitəsinin sürücüsü Səfərov Afət Polad oğlu idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan ediləsi hər hansı predmetin olub-olmaması barədə şifahi olaraq sorğu-sual edilib.

Sürücü gömrükçülərə nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirib. Ancaq nəqliyyat vasitəsi Skanlaşdırma Şöbəsinin HCVG rentgen yoxlama baxış sistemindən keçirilən zaman avtomobilin tavan hissəsində xüsusi olaraq düzəldilmiş gizli saxlanc yerindən 1940 qutu pirotexniki vasitələr aşkar edilərək götürülüb.Faktla bağlı araşdırma aparılır.

Gürcüstanın səhiyyə naziri: "H1N1 virusundan 4 nəfər ölüb"

Gürcüstanda H1N1 virusundan ("donuz" qripi) 4 nəfər ölüb.


"Azərbaycanlıların yaşadığı bölgələrdə bu xəstəliyə yoluxanlar qeydə alınmayıb"
Nazir regionda mövsümlə əlaqədar olaraq xəstəliyin artması riski yarandığını bildirib: "Bütün regionlarda müəyyən mövsümdə qripin artması riski yaranır. Təəssüf ki, Gürcüstanda bir neçə regionda, eləcə də paytaxtda qrip xəstəliyindən ölüm halları baş verib".

Səhiyyə naziri H1N1 virusu ilə mübarizə üçün təcili yardım xidmətinin işinin asanlaşdırılmasına yönəlmiş addımlar atıldığını bildirib: "Tiflisdə 4 tibb məntəqəsi açmışıq. Bu məntəqələrdə xəstələr 24 saat təcili olaraq tibbi yardım ala bilərlər. Bundan əlavə, ailə həkimləri də təcili çağırış əsasında evlərə gedirlər. Bu da təcili yardım xidmətinin işini yüngülləşdirir".

D. Sergeyenko Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı bölgələrdə H1N1 virusu ilə (donuz qripi) xəstələrin qeydə alınmadığını bildirib: "Azərbaycanlıların yaşadığı bölgələrdə bu xəstəliyə yoluxanlar qeydə alınmayıb. Xəstəliyin lokal şəkildə yayılma faktları Gürcüstanda aşkarlanmayıb. Bizim üçün hər bir rayon və onun əhalisi eyni dərəcədə önəmlidir. Xəstəliyi qabaqlamaq üçün hər yerdə əvvəlcədən lazım olan tibbi tədbirləri həyata keçiririk".

Nazir, həmçinin, məktəbəqədər müəssisələrdə və məktəblərdə də profilaktik tədbirlərin aparıldığını qeyd edib: "Xəstələnən uşaqlara bir müddət məktəbə getməyə icazə verilmir. Bu göstəriş uşaq bağçalarına da aiddir. Mövsüm ilə bağlı xəstəlik riskləri artan zaman təmkinli və tədbirli olmalıyıq”.

D. Sergeyenko azərbaycanlıların kompakt yaşadığı bölgələrdə ambulatoriya və tibb məntəqələrinin yarıtmaz halda olmasına da münasibət bildirib: "Keçən il biz Gürcüstanda müasir standartlara cavab verən 82 yeni ambulatoriya tikmişik. Belə tikililərin sayı getdikcə çoxalacaq. Bu prosesi davam etdirmək fikrindəyik. Hələlik problemli bölgələrdə və əhalinin ən çox səhiyyəyə ehtiyac olan yerlərdə tibb məntəqələri tikdik. Təbii ki, hər bir kənddə tibb mərkəzi və ambulatoriyalar açacağıq".

Daha bir məktəbdə müəllimə şagirdi döydü - VİDEO

Daha bir məktəbdə müəllimə şagirdi döyüb.

"Dalğa TV" xəbər verir ki, müəllimənin şagirdi döyməsi ilə bağlı video sosial şəbəkələrdə yayılıb. Videonun Xırdalan şəhərində yerləşən 9 nömrəli orta məktəbdə çəkildiyi bildirilir.

Həmin videonu təqdim edirik:

 

Təhsil Nazirliyi artıq məsələ ilə bağlı araşdırma başladıldığı barədə məlumat yayıb. Qeyd edək ki, bir müddət əvvəl də, Bakı məktəblərindən birində müəllimin şagirdi döyməsi ilə bağlı video yayılmışdı.

Bakıda polis sürücünü söydü, dava düşdü - VİDEO

Polis əməkdaşı sürücünü təkbətək "razborka"ya çağırıb.

Səbail rayonu, Axundov parkının yaxınlığında YPX əməkdaşları ilə sürücü arasında qalmaqal yaşanıb.

"Dalğa TV" Aznews.az-a istinadən xəbər verir ki, yol kənarında avtomobilini saxlayan sürücü polisin təzyiqi ilə üzləşib.

Hadisə şahidlərinin sözlərinə görə, polis əməkdaşlarından biri sürücünü söyüb. Elə qarşıdurma da bundan sonra yaranıb.

Polis əməkdaşı sürücünü təkbətək "razborka"ya çağırıb. Nəticədə sürücü özünü müdafiə etmək üçün polisə müqavimət göstərib. Digər polis əməkdaşları onları sakitləşdirməyə çalışsa da, YPX əməkdaşı sürücüyə zor tətbiq edərək, sürücünü xidməti avtomobilinə əyləşdirmək istəyib.

Həmin görüntüləri təqdim edirik:

Bakıda faciə: Boru fəhlənin üstünə belə düşdü - VİDEO (18+)

"Operativ qrup dərhal hadisə yerinə göndərilib".

Bakının Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən "Qağayı" Gənclər Düşərgəsində dəhşətli faciə baş verib.

 

"Dalğa TV" Axar.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda adıçəkilən ərazidə söküntü işləri aparılan zaman iri boru orada olan şəxslərdən birinin üzərinə düşüb. Həmin şəxs hadisə yerindəcə keçinib.

Onun Dövlət Əmlak Komitəsinin əməkdaşı olduğu iddia edilir.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsindən Axar.az-a bildirilib ki, hadisə yeni baş verib:

"Hadisə barədə polis bölməsinə bu dəqiqələrdə məlumat daxil olub. Operativ qrup dərhal hadisə yerinə göndərilib".

Saytda Axtarış

ახალი ამბები