Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2863
DünənDünən6240
Bu həftəBu həftə27802
Bu ayBu ay33590
Bu günə qədərBu günə qədər8395221

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Bu gün "kiçik çillə" başlayır

Bu gün Azərbaycanda "kiçik çillə" başlayır.

Dalga tv xəbər verir ki, 40 gün davam edən "böyük çillə" bu gün yerini 20 gün davam edəcək olan "kiçik çillə"yə təhvil verib. "kiçik çillə" 19 fevral tarixində başa çatacaq və 1 ay "ala çillə" davam edəcək.

Bu gün, yəni 31 yanvardan başlayan "kiçik çillə" soyuq və sərt hava ilə diqqəti cəlb edir. Çünki bu dövr ərzində tempratur kəskin şəkildə azalır, yağıntının miqdarı artır.

Gürcüstanın Milli Parlament Kitabxanasında Məhəmməd Əmin Rəsulzadənin unikal fotosu qorunur

Gürcüstanın Milli Parlament Kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin unikal fotosu qorunur.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, M. Ə. Rəsulzadənin gənclik şəklinin əks olunduğu fotoaçıqca barədə məlumatda onun lentə alınma tarixinin məlum olmadığı qeyd olunub. Açıqcanın arxa tərəfində "Tatar" "İqbal" qəzetinin redaktoru Məmməd Əmin Rəsulzadə yazılıb.

Fotoaçıqcanın yer aldığı unikal kolleksiyanı tarix və dokumentalistika ilə maraqlanan Luarsab Toqonidze 2009-cu ildə Gürcüstanın Milli Parlament Kitabxanasına təqdim edib.

M. Ə. Rəsulzadənin fotoaçıqcasının da yer aldığı kolleksiyaya ümumilikdə 2 min fotoşəkil daxildir. Bu sənədlər müxtəlif vaxtlarda müxtəlif insanlardan əldə olunub.

Gürcü yazıçılar, elm və ictimai xadimlər, incəsənət adamlarının fotoşəkillərinin olduğu bu kolleksiya Gürcüstanın XIX-XX əsr ictimai tarixinin qiymətli mənbəyi hesab olunur.

Tbilisidə 4 avtomobil yanıb

Tbilisidə avtomobil ehtiyat hissələri satılan Eliava bazarı yaxınlığında yerləşən anbarda yanğın baş verib.
 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, yanğın nəticəsində anbarın dam örütüyü və 4 avtomobil yanıb. Maşınların 3-ü yararsız hala düşüb.
Hadisə yerinə cəlb olunmuş yanğınsöndürmə briqadası yanğının qarşısını alıb. Yanğın zamanı 200 kv. metr sahə yanıb.

 

Yanğının səbəbləri hələ məlum deyil. 

Tbilisi metrosunda tavan çöküb, xəsarət alanların sayı 11-ə çatıb

Tbilisi metrosunda tavanın çökməsi nəticəsində xəsarət alanların sayı 11 nəfərə çatıb.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, onlar xəstəxanaya çatdırılıb.

 

Şəkərin yeni təhlükəsi aşkarlanıb

Londonun İmperial kollecinin alimləri qanda yüksək şəkər miqdarının ikinci tip şəkərli diabetdən əziyyət çəkməyən insanlarda belə demensiya (ağlın zəifləməsi) riski yaratdığını ortaya çıxarıb.

Dalga tv oxu.az-a istinadən xəbər verir ki, elmi işin nəticələri “Science Alert” jurnalında dərc olunub.

Elmi iş 2002-ci ildə başlamış uzunmüddətli “English Longitudinal Study of Ageing” tədqiqatı əsasında aparılıb. Alimlər təxminən 10 il ərzində 50-dən çox yaşı olan 5189 nəfərin səhhətinin monitorinqini aparıb. İştirakçıların yarısı kişi, yarısı qadın olub. Müşahidələrdə iştirakçıların koqnitiv (zehni) bacarıq səviyyəsi, qanın tərkibində olan HbA1c - qlikat hemoqlobin (onun əsasında şəkərin qandakı uzunmüddətli konsentrasiyasını müəyyən etmək mümkün olur) miqdarı qiymətləndirilib.

Bütün iştirakçılarda qocalma ilə əlaqədar koqnitiv bacarıqların zəifləməsi müşahidə olunsa da,  tədqiqatçılar yüksək HbA1 miqdarının zehni inkişaf səviyyəsinin kəskin şəkildə aşağı düşməsi ilə əlaqəli olduğunu müəyyən edib. Bu, özünü yaddaşın hərəkətləri planlaşdırmağa və seçməyə  imkan verən, insanın hansı stimullara reaksiya göstərməsini müəyyənləşdirən icra funksiyalarının pisləşməsində büruzə verib.  

İkinci tip diabet (insulindən asılı olmayan) Alzheymer xəstəliyi riski yaratdığı artıq tədqiqatçılara məlum olsa da, neyrodegenerativ xəstəliklərin birbaşa olaraq qandakı şəkər miqdarı ilə əlaqəli olduğu ilk dəfə olaraq elmi cəhətdən isbatını tapıb. Koqnitiv bacarıqların pisləşməsi diabetdən əziyyət çəkməyən, ancaq qanında yüksək HbA1c miqdarı olan iştirakçılarda müşahidə olunub (42-47 millimmol mol). Bu, diabet öncəsi vəziyyət üçün xarakterikdir.

İkinci tip şəkərli diabet metabolik xəstəlik sayılır. Daha çox artıq çəkidən əziyyət çəkən insanlarda formalaşır, həmçinin insanlarda diabetə genetik təmayülün olduğuna dair elmi sübutlar var. Ən geniş yayılmış müalicə metodlarından biri aşağı şəkər miqdarlı dietadır.

 

Sabah qar yağacaq, yollar buz bağlayacaq

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə bəzi yerlərdə az qar yağacağı ehtimalı var.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 1-3° isti təşkil edəcək.

Yanvarın 29-da Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8° şaxta, dağlıq ərazilərdə 11-14° şaxta, gündüz 0-5° isti təşkil edəcək. Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə bəzi yerlərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcək. Yolların buz bağlama ehtimalı var.

Sabah Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə bəzi yerlərdə qar yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 2-6° isti təşkil edəcək. Gecə və səhər yolların buz bağlama ehtimalı var. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta, təşkil edəcək. Yolların buz bağlama ehtimalı var. Mərkəzi Aran - Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 2-6° isti təşkil edəcək. Gecə və səhər yolların buz bağlama ehtimalı var. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Dağlarda duman olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 2-5° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 1-6° şaxta təşkil edəcək. Yolların buz bağlama ehtimalı var.

Beyin üçün ƏN FAYDALI ƏDVİYYAT təyin olunub

Sarıkökün tərkibinə daxil olan və ona spesifik sarı rəng bəxş edən kurkumin maddəsi yaddaşı və əhvalı yaxşılaşdırır.

Bunu Kaliforniya Universiteti (ABŞ) alimləri araşdırmalar zamanı aşkar ediblər.

Dalga tv Saglamolun.az-a istinadla xəbər verir ki, araşdırmada yaddaş zəifliyindən şikayət edən 50-90 yaş arası 40 insan iştirak edib. Alimlər iştirakçıları 2 qrupa bölüb. Bir qrup 18 ay ərzində hər gün sarıkök, digər qrup isə plasebo (boş həb) istehlak edirdi. Araşdırmanın sonunda məlum olub ki, sarıkök istehlak edən insanlarda yaddaş xeyli yaxşılaşıb.

Həmçinin onlar əhvalın və həyat tonusunun yaxşılaşmasını qeyd edib. Alimlərin fikrinə görə, sarıkök depressiyanın müalicəsində istifadə oluna bilər.

Analizlər sarıkök istehlak edən insanların beyində yaddaşın pisləşməsinə və Alsheymer xəstəliyinin inkişafına səbəb olan bəzi maddələrin azalmasını göstərib. Həmçinin sarıkök beyin damarlarında iltihabın azalmasına kömək edir.

Bundan əvvəl aparılmış araşdırma sarıkökün xərçəng xəstəliklərinin riskini azaltdığını göstərib.  

Supermarketdə heç kimin ağlına gəlməyən fırıldaq — 17 yaşlı qız ərzaqları elə oğurladı ki...

Bakıda supermarketdən bonus kartları vasitəsi ilə xeyli oğurluq edilməsi faktının üstü açılıb.

Dalga tv "Ölkə.Az"-a istinadən xəbər verir ki, Xətai rayonu ərazisində yerləşən "Meqastore" mağazasına məxsus ofisdən polisə oğurluq faktı ilə bağlı müraciət daxil olub. Aparılan ilkin araşdırma zamanı orada kassir işləyən 2001-ci il təvəllüdlü Nəbiyeva Röya İslam qızının tanışı 1993-cü il təvəllüdlü Bayramlı Vasif Yaşar oğlu ilə birgə bonus kartları vasitəsi ilə ümumi dəyəri 5700 manat olan müxtəlif növ ərzaq məhsullarını oğurlaması faktı üzə çıxıb.

Hər iki şəxs obyektin mülkiyyətçisinin şikayətinə əsasən polis tərəfindən saxlanılıb.

Faktla bağlı Xətai RPİ-nin 36-cı PB-də araşdırma aparılır.

Bakının mərkəzində partlayış

Bakının Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxananın zirzəmisində baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb.

Dalga tv-nin məlumatına görə, xəsarət alan 1961-ci il təvəllüdlü Zahid Şükür oğlu Mahmudov Respublika Yanıq Mərkəzinə yerləşdirilib. 

Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Gürcüstanda yol qəzasında 2-si uşaq olmaqla 6 nəfər ölüb

Gürcüstanda Rikoti tunelində ötən gecə baş vermiş avtomobil qəzasında 2-si uşaq olmaqla 6 nəfər ölüb.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, tuneldə yük maşını minik avtomobili ilə toqquşub. 5 nəfər hadisə yerində ölüb. Bir nəfər isə xəstəxanaya çatdırılsa da, bu gün səhər saatlarında dünyasını dəyişib.

Gürcüstan Daxili İşlər Nazirliyindən yük maşınının sürücüsünün saxlanıldığı bildirilib.

Faktla bağlı araşdırma aparılır. 

Bakıda valideyn müəllimdən 60 min manat tələb edir - qızını döydüyünə görə

Bakıda övladının müəllim tərəfindən döyülən valideynin şikayəti əsasında məhkəmə başlayır

Qaradağ rayonunda yaşayan Samirə Heydərova 106 nömrəli ora məktəbin ibtidai sinif müəllimi Tünzalə Qasımovaya qarşı iddiası üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.

 S. Heydərovanın vəkili Lalə Mənsurova xeber.news-a bildirib ki, işə Qaradağ Rayon Məhkəməsində fevralın 7-də baxılacaq.

Qeyd edək ki, S. Heydərovanın qızı, həmin məktəbin 1-ci sinif şagirdi Nihal Heydərli müəllim tərəfindən döyülüb. Müəllimə qarşı maddi və mənəvi ziyana görə 60 min manatlıq təzminat iddiası qaldırılıb.

Bu göyərti qan xərçəngindən qoruyur

Araşdırmalar göstərib ki, vəzəri qan hüceyrələrini qoruyur və hətta qan xərçənginin riskini azaldır.

Vəzərinin qan üçün faydaları qədim zamanlardan məlumdur. Hələ dahi Hippokrat öz elmi  əsərlərində vurğulayırdı ki, bu ot qanı təmizləyir.

Qədim Misirdə vəzəri və onun toxumları cinsi zəifliyinin müalicəsində istifadə olunurdu.

Xalq təbabətində vəzəri iltihabəleyhinə və bəlğəmgətirici vasitə kimi istifadə olunur.  Öskürək və bronxit zamanı bu kimi faydalı qarışıqdan istifadə edin: 3 x.q. xırda doğranmış vəzərinin üzərinə 1 stəkan isti su tökün, 1 saat ərzində termosda dəmləyin, gün ərzində 2-3 dəfə stəkanın 1/3 hissəsi olmaqla için.

Yuxusuzluqdan əziyyət çəkirsinizsə vəzəri dəmləməsinə 1 ç.q. bal əlavə edin və yatmazdan əvvəl yarım stəkan olmaqla için.

Vəzəri damarlar üçün çox faydalıdır, hipertoniyanın inkişafının qarşısını alır, təzyiqi normallaşdırır, orqanizmdən artıq mayeni xaric edir.

Son araşdırmalar vəzərinin görmə üçün faydasını göstərib.

Vəzəri sinir sistemi üçün də çox faydalıdır, yuxusuzluqla mübarizə etməyə kömək edir, həzm proseslərini normallaşdırır, immun sisteminə müsbət təsir edir.

Yodla zəngin olan vəzəri qalxanvari vəzi üçün faydalı məhsullardan biri sayılır.

Saytda Axtarış

ახალი ამბები