Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün578
DünənDünən6004
Bu həftəBu həftə31521
Bu ayBu ay37309
Bu günə qədərBu günə qədər8398940

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Novruz çərşənbələrinin vaxtı açıqlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR)2018-ci ildə qeyd olunacaq Novruz çərşənbələrinin vaxtını açıqlayıb.

Rəsədxananın direktor müavini Xıdır Mikayılov APA-ya bildirib ki, bu il axırıncı çərşənbə baharın gəlişi ilə eyni günə təsadüf edəcək.

Onun sözlərinə görə, fevralın 27-də ilk - Su çərşənbəsi, martın 6-da Od, martın 13-də Hava (Yel), martın 20-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.

X. Mikayılov qeyd edib ki, yaz fəsli Azərbaycana martın 20-də Bakı vaxtı ilə saat 20:15-də daxil olacaq.

İNFARKT ADDIM-ADDIM BİZİ İZLƏYİR

Əvvəllər ürək xəstəlikləri 50 yaşdan sonra təhlükəli idi

Amma son illər 40 yaşdan sonra bu xəstəliyə tutulan insanların sayı da artıb

Azərbaycanda 2017-ci ildə insan ölümünün əsas səbəbi açıqlanıb.
Millət vəkili, kardioloq-cərrah, Rəşad Mahmudov 2017-ci ildə Azərbaycanda insan ölümlərinin əsas səbəbinin ürək-damar sistemi xəstəlikləri olduğunu deyib. O, bu göstəricinin 57.8 faiz təşkil etdiyini deyib: "Bu sahədə dinləmələr keçirməyə böyük ehtiyac var və biz bununla bağlı tədbirləri təxirə salmamalıyıq”.
Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov da "Şərq”ə açıqlamasında bildirib ki, son 10 ildə ürək-damar xəstəliyindən əziyyət çəkən insanların sayı çoxalıb və xüsusən də xəstəliyin cavanlaşması müşahidə olunur. Həkimin sözlərinə görə, xəstəliyin artmasına təsir edən faktorlar müxtəlifdir. Əsas amil bədəndə maddələr mübadiləsinin pozulmasıdır: 
"Ürək-damar sisteminin ən çox yayılmış xəstəliklərdən biri hipertoniyadır. Ürəyin işemik xəstəliyi (miokard işemiyası) geniş yayılmış patalogiyalardan biridir. İnfarkt və beyin qan dövranının pozulması da ürək xəstəliklərindən qaynaqlanır. Xolesterinlə zəngin qida qəbulu ateroskleroz, yaxud damarların tutulması xəstəliyinə səbəb olur”.
Ş.Məmmədovun sözlərinə görə, ürək-damar xəstəliklərinə genetik amilin də rolu həlledicidir. Demək olar ki, 90-95 faizi bu səbəblə bağlıdır. Ekologiya və stress də mühüm faktorlardandır: 
"Azərbaycanda insan ölümünün əsas səbəbləri sırasında ilk yeri ürək-damar xəstəliyi tutursa, ikinci yeri də onkoloji xəstəliklər tutur”.
Həkim deyib ki, ötən illərdə ürək xəstəlikləri 50 yaşdan sonra daha təhlükəli idi, amma son illər 40 yaşdan sonra bu xəstəliyə tutulan insanların sayı da artıb. Təsadüfi hallarda 26-28 yaşında olan insanlar infarkt olur: "Erkən diaqnostika zamanı xəstəliyin fəsadlarını aradan qaldırmaq olur. Hipertoniya və ürəyin işemik xəstəliyi kimi gecikmələr zamanı isə xəstənin vəziyyəti daha gərgin olur. Bəzən də ölüm halları ilə nəticələnir”.
"İnfarktın artmasının qarşısının alınmasında ən böyük rol Kütləvi İnformasiya Vasitələrinin(KİV) xüsusən də televiziyanın üzərinə düşür”. Bunu isə kardioloq Günay Rəhimova bildirib. O vurğulayıb ki, ürək-damar problemlərinin yaranma səbəbləri, əlamətləri dəfələrlə incələnib: "İnfarktın artması ilə bağlı bir neçə dəfə, həyəcan təbili çaldıq. Onun indiki həddə çatmaması üçün yollar axtardıq. Birinci növbədə gücü, diqqəti siqaretlə mübarizəyə yönəltmək lazımdır. Gənclər arasında siqaret alüdəçiliyi çox artıb. Mən yanıma gələn gənc pasientlərin hamısına bir misal çəkirəm: əgər miokard infarktı keçirmiş 10 xəstə ilə söhbət ediriksə, onlardan mütləq 7-8-i uzun illərin siqaret çəkənləridir. Həmin 7-8 xəstənin arasında infarkt keçirib, o ağrının dəhşətini yaşayanlardan azı 3-4-ü siqaretdən elə həmin an imtina edib. Ancaq bu, iş işdən keçdikdən sonra baş verib. Xəstə infarkt keçirdikdən sonra əksər hallarda onun ürəyinin yığılma qüvvəsi çox aşağı düşür və bu, onun gündəlik həyatdakı tələbatlarının ödənilməsini çətinləşdirir. Buraya nəinki iş görmə qabiliyyəti, həmçinin sosial həyat, istirahət, xoş güzəran aiddir. 
Xəstə hər şeydən təcrid olur və belə vəziyyət onun psixoloji durumunun pozulmasına gətirib çıxarır. Gənclərə həmişə bir sual verirəm: Niyə sağlam, gözəl yaşamaq varkən, siqaret sizi özünün quluna çevirir? Bu mənə görə iradə zəifliyindən başqa bir şey deyil. O səbəbdən, gözəl çəkilmiş sosial çarxlar insanda qorxu hissi yarada bilər və bu, zərərli vərdişlərlə mübarizədə stimul ola bilər. Bir müddət əvvəl hökumət qapalı yerlərdə siqaret çəkilməsinə qadağa qoydu. Hər kəs qaydalara riayət edərsə, bu, çox doğru addımdır. 
Qadınlarda siqaret çəkmə halları artıb. Əvvəllər xəstədən anamnez toplayanda qadına "siqaret çəkirsinizmi?” sualını vermək ayıb, sayılırdı, amma indi soruşuram. Və gənc xanımların bəzilərindən "hə” cavabı alıram. Qadın vücudu özü qədər incə olduğundan təbii ki, siqaretin də ona ziyanı daha çoxdur. Bəzən deyirlər tütünü az, ya nazik siqaret istifadə edirik. Heç bir fərqi yoxdur. Nikotin varsa, zərər də var”.
Kardioloq onu da vurğulayıb ki, siqaretdən başqa alkoqol, narkomaniya da ürəyin ən ciddi düşmənlərindən sayılır: "Piylənmə ciddi şəkildə risk faktorudur. Bununla bağlı dəfələrlə danışıb, zərərlərini demişik. Piylənmə ilə mübarizənin iki yolu var: qidalanma tərzini dəyişmək və idman etmək. İdmana alışqanlıq məktəb yaşlarından başlanmalıdır. Sovet vaxtı buna çox ciddi riayət edilirdi. İndi uşaqların əksəriyyəti idman dərsinə getmir. 
Əvvəla ona görə ki, orada keyfiyyətli idman təlimi verilmir, ikincisi isə idmana sərf edəcəkləri zamana universitet hazırlıqlarına daha çox vaxt ayırarlar deyə düşünürlər. Halbuki, sağlam bədənin ruhu da, zehni də daha sağlam olar. İdmanın bütün növləri ürəyə xeyirli deyil. İndi cavanlar bodibildinqə çox meyl edirlər. Unutmayaq ki, ürək də bir əzələdir və biz bədənimizi əzələlərimizi bərkitdiyimiz və qalınlaşdırdığımız zaman ona da bu təsiri vermiş oluruq. Nəticədə ürəyin daxili kiçilir. Orada bəzi aritmiyaların yaranması, nəbzin ciddi yavaşıması ola bilər. İdman zamanı qəbul edilən bəzi dərmanların infarkt yaratma ehtimalı çox böyükdür. Qidalanma tərzini hər insan özü seçir. 
Burada da həm uşaq vaxtlardan qidalanma tərzinin normal olması valideyndən, məktəb və universitet müəllimlərindən və təbliğatdan (internet yazıları, sosial çarxlar) asılıdır. Stressdən qorunmaq qeyri-mümkündür, mütləq ki bu hal bizi işdə evdə, küçədə gözləyir. Ancaq bunun da öhdəsindən gəlmək olar. Mütaliə ilə məşğul olan, daxili fəlsəfəsi dərin insan az hallarda əsəbləşər. Həyatda hər şeyin keçici olduğunu düşünsək, nələrinsə uğrunda etdiyimiz çabalamalar bizə boş görünəcək. Daxilimizi, ruhumuzu, mənəviyyatımızı zənginləşdirsək, bədənimiz də buna müsbət cavab verəcək”.

Sabah Bakıya qar yağacaq

Yanvarın 26-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində arabir yağış yağacağı, axşama doğru bəzi yerlərdə intensivləşəcəyi, sulu qara keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Bakıda və  Abşeron yarımadasında gecə 1-3, gündüz 4-6 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Yanvarın 26-da Azərbaycanın rayonlarında duman olacağı, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir. 

Atasını döydü, sonra bıçaqlayıb öldürdü

Astara rayonunda mülk üstündə 76 yaşlı atasını öldürməkdə təqsirli bilinən 1969-cu il təvəllüdlü Xəlil Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Dalga tv-nin məlumatına görə, Xəlil Dadaşov 1940-cı il təvəllüdlü atası Fərhad Dadaşov və 1948-ci il təvəllüdlü anası Şəkurə Dadaşova ilə birgə Astara şəhərində yaşayıb. Onların evi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılıb.

Xəlil Dadaşov 18 fevral 2017-ci il tarixli çıxarışla valideynlərinin razılığı ilə öz qızı, ailə quraraq ayrı yaşayan Şəkurənin adına sənədləşdirib və mülkiyyət hüququnu təsdiq edən sənədləri Gəncə şəhərində yaşayan qızına göndərməyi qərarlaşdırıb.

O, həmin ilin mayın 8-də səhər saatlarında yaşadığı evdən çıxaraq yaxınlıqdakı mağazadan spirtli içki alaraq evə qayıtdıqdan sonra həmin spirtli içkini qəbul edib.

Həmin gün saat 14 radələrində yaşadığı mənzilə dair mülkiyyət hüququnu təsdiqləyən sənədləri Gəncə şəhərində yaşayan qızı Şəkurəyə göndərmək üçün evdə saxladığı yerdən götürən Xəlil Dadaşov həmin sənədi mənzilin qonaq otağındakı masanın üzərinə qoyub. Qısa müddətdə otaqdan çıxıb və geri qayıdan Xəlil Dadaşov sənədlərin masanın üzərindən oğurlandığını, bunu onun mütəmadi olaraq sərxoşluqla məşğul olduğuna görə və bu zəmində evdə mübahisə yaratmasına narazı qalan valideynləri tərəfindən törədildiyini iddia edib.

Bu zaman Xəlil Dadaşov yataq xəstəsi olan atası Fərhad Dadaşovdan qisas alaraq onu öldürmək qərarına gəlib.

Bu niyyətlə çarpayıda oturaq vəziyyətdə olan atasının üzərinə gedərək əl və təpiklə ona ardıcıl zərbələr endirib. Sonra o, bıçağı götürərək atasına çoxsaylı zərbələr vurub.

Fərhad Dadaşov ağır xəsarətlə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. O, mayın 10-da xəstəxanada vəfat edib.

İstintaq orqanı tərəfindən Xəlil Dadaşova Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xəlil Dadaşov 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Xəlil Dadaşov apelyasiya şikayəti verib. O, əməlinin Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsüf edilməsini, cəzasının yüngülləşdirilməsini xahiş edib.

Xəlil Dadaşovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Məhkəmə təqsirləndirilən şəxsin apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edib.

Azərbaycanda dəhşət!!!Parkda hamının gözü önündə arvadının başını kəsirdi .

Göyçay rayonunda baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı yeni məqamlar üzə çıxıb. Dalga tv lent.az-a istinadən bildirir ki, Rayonun Kürdəmiş kənd sakini olan 42 yaşlı Rəşad Həşimov həyat yoldaşı, 31 yaşlı Vüsalə Kərimovanı Göyçay şəhərinin mərkəzindəki parkda bıçaqlayandan sonra onun başını kəsməyə çalışıb.

İlkin araşdırma zamanı məlum olub ki, o, boşanmaq ərəfəsində olduğu xanımına 8 bıçaq xəsarəti yetirib. Daha sonra bıçağı qadının boğazına dirəyərək, onun başını kəsməyə çalışan R.Həşimova ətrafdakı insanlar mane olub. Onlar müdaxilə edərək qadını 42 yaşlı kişinin əlindən alıblar. Vüsalə Kərimova Göyçay şəhər Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Hadisədən sonra bıçaqla özünə ağır xəsarət yetirən R.Həşimov da həmin xəstəxanaya aparılıb.

Hər gün 1 qaşıq alma sirkəsi içmənin 5 FAYDASI

1. Alma sirkəsi orqanizmin daxili mühitini qələviləşdirir

Başqa bir sözlə desək, bədənin turşuluğunu azaltmaq üçün idealdır. Daxili mühitin turşuluğunun azalması bir çox xəstəliklərin, o cümlədən xərçəngin riskini azaldır.

2. Diabetə qarşı kömək olur

Deyerler.org bildirir ki, şirkədəki asetik turşu, kompleks karbonhidratların həzmini önləyərək qandakı şəkər miqdarını azaltmağa köməkçi olur.

1 yemək qaşığı alma sirkəsi içmək, karbonhidratların bölünməsindən məsul fermentləri təsirsiz hala gətirir.

Beləcə, qanda şəkərin artmasına maneə törədir.

3. Ürək-damar xəstəliklərindən qoruyar

Alma sirkəsi yüksək miqdarda xlorogen turşu ehtiva edər. Bu komponent, pis xolestrolun (LDL) meydana gəlməsinə maneə törədərək ürək və damar sağlamlığını qoruyur.

Əgər həkiminiz, xolestrol səviyyənizin yüksək olduğunu söyləyirsə, yağlı yeməkləri qida rasionunuzdan çıxarın və hər gün bir yemək qaşığı alma sirkəsi içməyi sınayın.

4. Bağırsaq florasını yeniləyir

Bəzən ya da xroniki bir problem olaraq qəbizlikdən şikayətiniz var? Bu halda, 1 yemək qaşığı alma sirkəsi içmək, qəbizliyi önlədiyini bilməlisiniz.

5. Böyrəkləri təmizləyər

Böyrək iltihabı ya da böyrək daşı probleminiz varmı? Elə isə, səhərlər 1 yemək qaşığı alma sirkəsi içməyi sınayın.

Eyni zamanda həkiminizin tövsiyəsinə əməl etməyi unutmayın və bol miqdarda su için. Meyvə şirəsi içmək istəyirsinizsə, şəkərsiz olduğundan əmin olun.

 

Diqqət! Öskürək ürək xəstəliyinin simptomu ola bilər

Əksəriyətimiz öskürəyi nəfəsalma sistemi xəstəliklərinin və ya allergiyanın simptomu hesab edirik. Lakin bu belə deyil.

Bəzən öskürək ürək xəstəliklərinin simptomu kimi meydana çıxa bilər.

Ağciyərin fəaliyyəti  ürək və damarların fəaliyyəti ilə sıx bağlıdır. Ürəyin fəaliyyətində pozulmalar yarandıqda qan dövranı zəifləyir, ağciyərdə durğunluq prosesləri inkişaf edir, maye yığılır. Nəticədə xəstədə təngənəfəslik və quru öskürək inkişaf edir.

Soyuqdəymə və bronxitlə müqayisədə ürək öskürəyi zamanı bəlğəm ifraz olunmur. Ağır hallarda öskürək zamanı qan ifraz oluna bilər.

Ürək öskürəyin digər simptomları arasında:

- öskürək zamanı sianoz (dodaqların, burun-dodaq üçbucağın, barmaqların göyərməsi)

- təngənəfəslik

- ürək nahiyəsində ağrılar

- öskürək zamanı boğaz nahiyəsində damarların şişməsi

- öskürək uzanaq vəziyyətdə artır və xəstə hətta yarıoturaq vəziyyətdə yatmağa məcbur olur.

- öskürəyin müalicəsinə yönəlmiş tədbirlər (bəlğəmgətirici və iltihabəleyhinə preraratlar və s.) kömək etmir və öskürək keçmir.

Müalicə olunmadıqda ürək öskürəyi ağciyər ödeminə və digər ağır pozulmalara səbəb ola bilər ki, bu da xəstənin həyatı üçün çox təhlükəlidir.  

Ürək öskürəyinin səbəbləri:

- arterial hipertenziya (hipertoniya)

- ürəyin işemik xəstəliyi

- miokardit

- kardiomiopatiya

- miokard infarktı

- ürək qüsurları

- aritmiyalar və s.

Ürək öskürəyinin aradan qaldırılması üçün ona səbəb olan əsas xəstəliyi müalicə etmək lazımdır. 

Gündə bir xiyar turşusu yesəniz...

Turşu xiyar qışda xörəkləri dada gətirən, həm də salatlara əlavə edilən gözəl inqrediyentdir.

Müəyyən miqdarda turşu xiyar təkcə orqanizm üçün deyil, həm də beyin üçün faydalıdır.

Dalga tv xəbər verir ki, "Smithsonian" elmi jurnalında turşunun nevroz və stressə təsir etdiyinə dair məqalə yayımlanıb. Alim Metyu Hilimeyrin apardığı tədqiqat nəticəsində məlum olub ki, xiyar turşusu qorxunu azaldan, stressi rahatlaşdıran, yuxunu normallaşdıran, gərginliyi aradan qaldıran, emosional vəziyyəti bərpa edən anksiolitik təsirə malikdir.

Turşu məhsulları probiotiklə zəngindir. Bu səbəbdən də onlar həzm sisteminə də müsbət təsir göstərir. Alimlər hesab edirlər ki, həzm sistemi sağlam olanda beyin də sağlam olur. Gərgin fikirlər xeyli azalır. Odur ki, özünü həyəcanlı hiss edən adamlar üçün gündə bir ədəd duzlu xiyar faydalıdır.

Başqa bir araşdırmaçı Rebekka Rapp isə "National Geographic" jurnalında turşunun faydaları haqqında bunları yazıb: "Əgər siz stress vəziyyətinə düşmüsünüzsə, bir boşqab kələm turşusu yeyin. Çünki o, Valiuma həbini əvəz edə bilər".

Təkcə turşuya qoyulmuş tərəvəzlər deyil, fermentləşdirilmiş oxşar məhsullar da ruhi vəziyyətə müsbət effekt göstərir. Məsələn, "Washington Post"un xəbərinə görə, probiotik immun sistemini möhkəmləndirir və orqanizmə bir çox xəstəliklərlə mübarizə aparmağa kömək edir.

Hər gün 1 qaşıq alma sirkəsi içmənin 5 FAYDASI

1. Alma sirkəsi orqanizmin daxili mühitini qələviləşdirir

Başqa bir sözlə desək, bədənin turşuluğunu azaltmaq üçün idealdır. Daxili mühitin turşuluğunun azalması bir çox xəstəliklərin, o cümlədən xərçəngin riskini azaldır.

2. Diabetə qarşı kömək olur

Dalga tv bildirir ki, şirkədəki asetik turşu, kompleks karbonhidratların həzmini önləyərək qandakı şəkər miqdarını azaltmağa köməkçi olur.

1 yemək qaşığı alma sirkəsi içmək, karbonhidratların bölünməsindən məsul fermentləri təsirsiz hala gətirir.

Beləcə, qanda şəkərin artmasına maneə törədir.

3. Ürək-damar xəstəliklərindən qoruyar

Alma sirkəsi yüksək miqdarda xlorogen turşu ehtiva edər. Bu komponent, pis xolestrolun (LDL) meydana gəlməsinə maneə törədərək ürək və damar sağlamlığını qoruyur.

Əgər həkiminiz, xolestrol səviyyənizin yüksək olduğunu söyləyirsə, yağlı yeməkləri qida rasionunuzdan çıxarın və hər gün bir yemək qaşığı alma sirkəsi içməyi sınayın.

4. Bağırsaq florasını yeniləyir

Bəzən ya da xroniki bir problem olaraq qəbizlikdən şikayətiniz var? Bu halda, 1 yemək qaşığı alma sirkəsi içmək, qəbizliyi önlədiyini bilməlisiniz.

5. Böyrəkləri təmizləyər

Böyrək iltihabı ya da böyrək daşı probleminiz varmı? Elə isə, səhərlər 1 yemək qaşığı alma sirkəsi içməyi sınayın.

Eyni zamanda həkiminizin tövsiyəsinə əməl etməyi unutmayın və bol miqdarda su için. Meyvə şirəsi içmək istəyirsinizsə, şəkərsiz olduğundan əmin olun.

 

Azərbaycanda 14 yaşınadək yeniyetmələrə dərman satılması qadağan olunur

Azərbaycanda 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılması qadağan edilir.

APA-nın məlumatına görə, Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında bununla bağlı "Dərman vasitələri haqqında" qanuna əlavə müzakirə olunub.
 

Qanuna təklif edilən 13.3-1 bəndinə görə, ölkədə 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılması qadağan edilir.
 

Layihə plenar iclasa tövsiyə olunub. 

Susuzlaşma böyrək xəstəliklərinə gətirib çıxarır

Uroloqların fikrinə görə, yay mövsümündə böyrəklərdə daşların əmələ gəlməsinin riski kəskin artır.

Amerikalı həkimlər təsdiq edirlər ki, qlobal istiləşmə ilə bağlı hava temperaturu yüksəldikcə böyək xəstəliklərindən əziyyət çəkən insanların sayı artır. Bunun səbəbi - orqanizmin susuzlaşmasıdır.

 

Dalga tv saglamolun.az-a istinadən bildirir ki, böyrəklərin fəaliyyətini yaxşılaşdırmaq üçün həkimlər isti günlərdə mayeni çox miqdarda (2-3 l qədər) qəbul etməyi tövsiyyə edirlər.

Susuzluq hissi susuzlaşmanın əlamətidir və bu o deməkdir ki, orqanizm artıq maye itkisindən əziyyət çəkir. Buna görə mayeni yalnız susuzluq hiss etdikdə yox, gün ərzində tez-tez içmək lazımdır ki, orqanizm üçün çox vacib olan su balansı pozulmasın.

Limon turşusu böyrəklərdə daşların əmələ gəlməməsi üçün ən yaxşı profilaktikadır. Həkimlər içkilərə (çay, su və s.) limon əlavə etməyi məsləhət görürlər.

Gürcüstanda tuneldə partlayış nəticəsində üç nəfər xəsarət alıb

Gürcüstanın Xaraqauli bələdiyyəsinin Bezatubani kəndi yaxınlığında yerləşən dəmir yolu tunelində partlayış baş verib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, nəticədə 3 nəfər ciddi xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib. Həmin şəxslər tunelin tikintisində çalışan fəhlələrdir.
 

Qeyd edək ki, bir neçə gün əvvəl tunelin tikintisində çalışan fəhlələr əməyin mühafizəsi qaydalarının pozulmasına etiraz olaraq aksiya keçiriblər.

Saytda Axtarış

ახალი ამბები