Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3222
DünənDünən6004
Bu həftəBu həftə34166
Bu ayBu ay39954
Bu günə qədərBu günə qədər8401584

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Bakıda mənzildə partlayış olub, bir nəfər xəsarət alıb, 20 nəfər təxliyə olunub

Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində ikimərtəbəli çoxmənzilli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzillərdən birinin mətbəxində məişət qazının sızması nəticəsində partlayış baş verib.

FHN-dən APA-ya verilən məlumata görə, yanğın hadisəsi olmayıb.

Nəticədə mənzilin arakəsmə və xarici divarları, pəncərə və qapı çərçivələri qismən dağılıb.

Partlayış zamanı ev sahibi, 1962-ci il təvəllüdlü Musayev Fərhad Musa oğlu xəsarətlər alıb. Ona Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən hadisə yerində ilkin tibbi yardım göstərilib.

20 nəfər bina sakini əraziyə cəlb olunmuş yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Aidiyyəti qurumlar partlayış hadisəsi ilə bağlı məlumatlandırılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Hər gün bir ovuc yesəniz, bütün qışı xəstələnməzsiniz

Tut çox sevilən və faydalı bir meyvədir. Həmçinin onun qurusunun da sağlamlığa olduqca faydası var.

Ailem.az tut qurusunun insan orqanizminə inanılmaz köməyini sadalayır.

Təbii antibiotikdir

Quru tut dəmir, kalsium, B1, B2 və C vitamini baxımından olduqca zəngindir. Tərkibindəki zəngin vitamin və minerallar sayəsində immuniteti gücləndirir. Qızdırmasalıcı təsirinin olması ilə yanaşı bədəndə təbii antibiotik təsiri yaradır.

 

Qan artırır

Tərkibindəki zəngin dəmir mineralları sayəsində orqanizmin qanyaradan sisteminə müsbət təsir edir. Qan azlığı müalicəsində quru tutun əhəmiyyətli yeri var.

Sidikqovucudur

Ac qarına yeyilən bir ovuc quru tut həzm sistemini sürətli şəkildə işlədir. Mədə və bağırsaqların normal işləməsini təmin edərək sidikqovucu xüsusiyyət göstərir.

Bağırsaq qurdlarının tökülməsinə kömək edir

Həzmsizliyi aradan qaldıran quru tut hər gün mütəmadi olaraq istifadə edildikdə bağırsaqlardakı qurdların tökülməsinə kömək edir.

Qaraciyəri gücləndirir

Quru tutun bir digər faydası da qaraciyərə fayda verməsidir. Qaraciyəri gücləndirən quru tut qaraciyərdən qaynaqlanan xəstəliklərin yaranmasının qarşısını alır.

İmmuniteti gücləndirir

Tərkibində olan xeyli miqdarda C vitamini sayəsində immunitetin güclənməsinə kömək edir. Xüsusilə qış mövsümündə yeyilən 1 ovuc quru tut immuniteti gücləndirərək, xəstəliklərdən qorunmağı təmin edir.

Ürək xəstəliklərindən qoruyur

Damaraçıcı və təmizləyici təsiri olduğundan ürək xəstəliklərinə qarşı qorumanı təmin edir.

Saça və dəriyə faydalıdır

Quru tut qaynadılaraq suyu ilə yuyunduqda saçı və dərini təmizləyir, qidalandırır və canlandırır.

Gürcüstanda 10 nəfər saxlanılıb, külli miqdarda silah-sursat müsadirə olunub

Bu gün Gürcüstanda bölgələrdə və paytaxt Tbilisidə keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 10 nəfər saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Cinayətkarlıq üzrə baş idarəsinin rəhbəri Mamuka Çelidze keçirdiyi brifinqdə məlumat verib.

O bildirib ki, saxlanılan şəxslərin 6-sı əvvəllər məhkum olunub.

M.Çelidzenin sözlərinə görə, saxlanılan şəxslərin evlərində axtarış zamanı bir pulemyot, altı tapança, yeddi ov tüfəngi, üç tüfəng, əl qumbaraları, 1095 müxtəlif kalibrli patron, digər silah-sursat və  7 bağlama heroin daxil olmaqla müxtəlif narkotik vasitələr müsadirə olunub. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 6 nəfər saxlanılıb.  

Bakıda qətlə yetirilən gəncin yaxınları xəstəxanaya hücum etdi

Dekabrın 20-də Bakıda qətlə yetirilən gəncin yaxınları xəstəxanaya hücum edib.

Dalga tv-nin APA-ya istinadən məlumatına görə, ürək nahiyəsindən aldığı bıçaq xəsarəti ilə Respublika Klinik Xəstəxanasına daxil olan, 1999-cu il təvəllüdlü Çingiz Ramiz oğlu Qədirli xəstəxanada dünyasını dəyişib.

Onun öldüyünü eşidən mərhumun qohumları xəstəxanaya hücum edərək mühafizəçini döyüb, qapıları və şüşələri qırıb, xəstəxanada ciddi dağıntı törədiblər.

Hadisə barədə polisə məlumat verilib. Faktla bağlı Yasamal rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, məlum bıçaqlanma hadisəsi paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Köhnə Bakı” kafesində qeydə alınıb. Kafedə ofisiant işləyən Mirzağa Məmmədov aralarında yaranmış mübahisə zəminində müştəri, 1999-cu il təvəllüdlü Çingiz Ramiz oğlu Qədirlini bıçaqlayaraq qətlə yetirib.

M. Məmmədov şübhəli şəxs qismində saxlanılıb.  

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. 

Gürcüstanda azərbaycanlıların yaşadığı bölgədə 400-dək infrastruktur layihə həyata keçirilib

2017-ci ildə Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsində 400-ə yaxın infrastruktur layihə həyata keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bu barədə bölgənin qubernatoru Qriqol Nemsadze deyib. O bildirib ki, layihələrin ümumi dəyəri təxminən 58 milyon lari təşkil edib: “Cari ildə həyata keçirilmiş ən əsas layihələr mərkəzi və daxili yolların bərpası ilə bağlı olub. Bununla yanaşı, Tsalka, Marneuli, Qardabani və Rustavidə 60-a yaxın bağça yenidən qurulub. Bölgə üzrə 60-a yaxın idman obyekti bərpa olunub və təcili tibbi yardım mərkəzlərinin tikintisi davam etdirilir”.

Q. Nemsadzenin sözlərinə görə, 2017-ci ildə Marneuli rayonunun 3 kəndinin içməli su problemi həll olunub: “Qardabanidə 5 kəndin fasiləsiz su təminatı ilə bağlı genişmiqyaslı layihənin həyata keçirilməsi davam etdirilir”. 

O qeyd edib ki, 2018-ci ildə Kvemo Kartlidə infrastruktur layihələrin icrası davam etdiriləcək. 

Tbilisidə azərbaycanlıların yaşadığı qəsəbədə əməliyyat keçirilib, üç nəfər saxlanılıb

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) operativ-istintaq tədbirləri nəticəsində Tbilisidə azərbaycanlıların sıx yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində xüsusi əməliyyat keçirib.

APA-nın yerli bürosunun Gürcüstan DİN-ə istinadən verdiyi məlumata görə, əməliyyat nəticəsində üç nəfər saxlanılıb. İstintaqla müəyyən olunub ki, saxlanılan 1971, 1987 və 1976-cı il təvəllüdlü şəxslər mütəmadi olaraq narkotik vasitələrin satışı ilə məşğul olub.

Saxlanılan şəxslərdən birinin evində axtarış zamanı 6 bağlama heroin aşkarlanıb.
 

 

Saxlanılan şəxsləri 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. 

Dəmiryol vağzalı qaranlığa qərq oldu – SƏBƏB

Dekabrın 20-də Bakı Dəmir Yolu Vağzalına verilən elektrik enerjisinin qəfil dayanmasının səbəbləri məlum olub.

Dalga tv Oxu.Az-a istinadən məlumatına görə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova Trend-ə açıqlamasında bildirib ki, hadisəyə Bakı Dəmir Yol Vağzalındakı yarıımstansiyadakı transformatorda yaranan problem səbəb olub: "Dünən axşam saatlarında həmin transformatora pişik daxil olub və nəticədə transformatorda qısaqapanmadan partlayış baş verib. Hadisə nəticəsində Dəmir Yolu Vağzalına elektrik enerjisinin verilişi dayandırılıb".

S.Qədirova bildirib ki, hadisə nəticəsində Bakı Dəmir Yolu Vağzalında təxminən 15 dəqiqə elektrik enerjisi olmayıb: "Hazırda vağzal elektrik enerjisi ilə təmin olunub, problem yoxdur".

Gürcüstanda 28 mindən çox Məmmədov var

Məmmədov soyadı Gürcüstanda ən çox yayılmış soyadların ilk onluğunda yer alıb.  
 

APA-nın yerli bürosunun Gürcüstanın Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyinə istinadən verdiyi xəbərə görə, ölkədə Məmmədov və Məmmədova soyadlı 28 164 nəfər yaşayır.


Gürcüstanda ikinci ən çox yayılmış azərbaycanlı soyadı isə Əliyevdir. Bu soyad ölkədə ən çox yayılmış soyadların iyirmiliyində yer alıb. Gürcüstanda Əliyev və Əliyeva soyadını daşıyan 19 144 nəfər var.


Ölkədə ən geniş yayılmış azərbaycanlı kişi adları Əli (3269 nəfər), Elvin və Samir, qadın adları isə Leyla (18 279 nəfər), Aysel və Elmiradır.

Yüksək təzyiqi DƏRMANSIZ necə müalicə etmək olar? 6 SADƏ QAYDA

Hipertoniya xəstəliyi bütün dünyada ən yayılmış xəstəliklərdən biridir.

Bu xəstəliyə daha çox yaşlı insanlar arasında rast gəlinir.  Lakin son zamanlar mütəxəssislər qeyd edir ki, hipertoniya xeyli cavanlaşıb.

Təəssüf ki, ilkin mərhələlərdə hipertoniya özünü, demək olar, heç bir simptomla büruzə vermir. Bəzən xəstəlik özünü yalnız son mərhələdə göstərərək insult və ya infarktın inkişafına gətirib çıxardır. Bu səbəbdən hipertoniyanı "səssiz qatil" adlandırırlar.

Hipertoniya orqanizmə dağıdıcı təsir edərək əsasən ürək, beyin, böyrəklər, gözləri zədələyir, infarkt və insult kimi ağır pozulmaların riskini dəfələrlə artırır.

 

Hipertoniyanı aşkar etmək asandır. Bunun üçün sadəcə vaxtaşırı olaraq təzyiqi ölçmək lazımdır. Bununla siz xəstəliyi ən ilkin mərhələdə "tuta" bilərsiniz.

Təzyiq bir neçə dəfə 120/80 mm c.st-dan yuxarı qalxıbsa, vaxt itirmədən həkimə müraciət edin.

Hipertoniyanın ilk mərhələlərində onu çox asan, dərmansız müalicə etmək mümkündür. Bunun üçün sadəcə bəzi qaydalara riayət etmək lazımdır.

Saglamolun.az sizə bu qaydaları təqdim edir:

1 qayda. Orqanizmə duzun daxil olmasını azaldın.

Duzun tərkibində olan natrium orqanizmdə mayeni saxlayır və bununla da qan təzyiqinin yüksəlməsinə səbəb olur.

Bu səbəbdən duzlu qidalardan, müxtəlif şorabalardan imtina etmək, yeməklərə daha az duz əlavə etmək lazımdır. Lakin duzdan tam imtina etmək də ziyanlıdır.

2. Artıq çəkidən azad olun.

Hipertoniyanın ilk səbəblərindən biri artıq çəkidir. Bir çox hallarda yalnız bədən çəkisini azaltmaqla təzyiqi normallaşdırmaq mümkündür.

3. Daha çox hərəkət edin.

Bu ürək-damar sisteminin vəziyyətinə müsbət təsir edir və həmçinin çəkinin azalmasına yardım edir.

4. Spirtli içkilər, siqaret, qəhvə və tünd çaydan imtina edin.

Çay və qəhvənin əvəzinə itburnu dəmləməsi, ot çayları (qara qarağat, albalı, moruq yarpaqlarından və s.) için.

5. Düzgün və sağlam qidalanın.  

Qidalanmanız əsasən sadə təbii qidadan ibarət olmalıdır - meyvə-tərəvəz, göyərtilər, sıyıqlar, balıq, süd məhsulları, bitki yağları, qoz-fındıq və s.

Gün ərzində az-az və tez-tez (4-5 dəfə) qidalanmaq lazımdır.

Artıq çəkiniz varsa, həftədə 1 dəfə ac qalın və ya qidalanmanı minimuma azaldın (məsələn, gün ərzində 1 kq alma və ya 300-400 qr kəsmik, qatıq və s.).

Qidalanmanızda daim kalium, kalsium və maqneziumla zəngin olan məhsullar olmalıdır. Bu mineralla təzyiqi tənzimləməyə kömək edir.

Kaliumla zəngin olan məhsullar: ərik və ərik qurusu, kartof, gül kələmi, balqabaq, banan və s.

Kalsium: süd və süd məhsulları.

Maqnezium: qoz, buğda kəpəyi, yarmalar (qarabaşaq, yulaf , arpa), kartof və s.

6. Stress vəziyyətlərdən qaçın, kifayət qədər yatın və dincəlin.

 

Azərbaycanda şok olay: 15 günlük uşaq küçəyə atıldı

Azərbaycanda 15 günlük körpə kimsəsiz qalıb.

Dalga tv  Oxu.Az-a istinadən xəbər verir ki, uşaq dekabrın 6-da Sumqayıtda dünyaya gəlib. Ancaq ana uşağı nikahdankənar dünyaya gətirdiyi üçün ondan imtina edib. Körpənin anası əvvəl evli olub, boşandıqdan sonra başqası ilə münasibət qurub. Məlumata görə, uşaq atıldıqdan sonra onu tapan şəxs bir müddət kafedə saxlayıb. Hazırda oğlan uşağı olan körpənin qanun çərçivəsində körpələr evinə verilməsi üçün iş aparılır.

Artıq məsələ ilə bağlı Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə də münasibət bildirib. O qeyd edib ki, məlumatı paylaşan şəxsə bildirdim ki, uşağın şəklini açıq qoymaq olmaz: “Buna insan alveri demək olar. Bununla bağlı mütləq rayon icra hakimiyyətinə və polisə məlumat vermək lazımdır. Qanuna uyğun olaraq uşaq körpələr evinə təhvil verilməlidir”.

Tərkibi С vitamini ilə bol olan 10 MƏHSUL. Aralarında sitrus meyvələri yoxdur!

C vitamini insan sağlamlığı üşün ən vacib vitaminlərdən  biridir.

C vitamininin bir çox faydalı xüsusiyyətləri var:

- immun sistemini möhkəmləndirir,

- soyuqdəymə və virus xəstəlikləri zamanı sağalmanı tezləşdirir,

 

- damarları elastik və möhkəm edir və bununla da ürək-damar sistemi xəstəliklərinin, o cümlədən infarkt və insultun riskini azaldır,

- sinir sisteminə müsbət təsir edir,

- orqanizmdə dəmirin mənimsənilməsini yaxşılaşdırır,

- "pis" xolesterinin səviyyəsini aşağı salır,

- güclü antioksidantdır - orqanizmi sərbəst radikalların təsirindən qoruyur, qocalmanı ləngidir,

- dəridə yara və xoraların sağalmasını tezləşdirir və s.

C vitamini orqanizmdə toplanmır və bu səbəbdən bu vitaminin orqanizmə müntəzəm daxil olunması  olduqca vacibdir.

Əksəriyyətimizin fikrinə görə, C vitamini ilə ən zəngin olan məhsullar sitrus meyvələridir. Lakin bu belə deyil. Sitrus meyvələri tərkibində olan C vitamininin miqdarına görə hətta ilk onluğa belə daxil deyil.

Saglamolun.az sizə C vitamininin miqdarına görə çempionları təqdim edir:

1. İtburnu

2. Qırmızı bolqar bibəri

3. Qara qarağat

4. Çaytikanı

5. Yaşıl bolqar bibəri, cəfəri

6. Brussel kələmi

7. Şüyüd, ayı sarımsağı

8. Kivi

9. Gül kələmi

10. Papayya

Daha sonra sitrus meyvələri, çiyələk, ağ kələm, ispanaq və s. kimi məhsullar gedir.

Gürcüstandan Azərbaycana keçməyə cəhd edən narkotik alverçisi tutulub

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Kvemo Kartli bölgəsi üzrə departamentinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən şəxsi saxlayıblar.

APA-nın yerli bürosunun xəbərinə görə, Gürcüstan DİN-in məlumatında bildirilir ki, istintaq nəticəsində saxlanılan 1962-ci il təvəllüdlü şəxsin mütəmadi olaraq narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən olunub. Saxlanılan şəxsdən tərkibində heroin və morfin olmaqla 4 bağlama narkotik vasitə müsadirə olunub.

Həmin şəxs Azərbaycanla sərhəddə yerləşən “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi ərazisində Gürcüstanı tərk etməyə cəhd edərkən saxlanılıb.

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsi 6 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. 

Saytda Axtarış

ახალი ამბები