Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3285
DünənDünən6004
Bu həftəBu həftə34228
Bu ayBu ay40016
Bu günə qədərBu günə qədər8401647

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Zaqatalada ana, övladı və qardaşı övladı evdə ölü tapılıb

Zaqatalada mənzildə meyiti tapılan qadın və iki azyaşlının şəxsiyyəti məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Zaqatala şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsi bina 2, mənzil 14 ünvanında baş verib.

Həmin ünvanda kirayədə yaşayan Zaqatala rayonu Aşağı Tala kənd sakini Muxtarlı Nuranə Sabir qızı və onun bir azyaşlı övladının, o cümlədən N. Muxtarlının qardaşı Ramazanın azyaşlı övladının meyitləri aşkar edilib.

Hadisə baş verən zaman mənzildə Nuranənin daha bir azyaşlı övladı olub, o, sağ qalıb.

Hazırda Zaqatala rayon hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparılır. Meyitlər tibbi müayinə olunmaq Pataloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə aparılıb. Araşdırmadan sonra ölümlərin səbəbi məlum olacaq.

Qeyd edək ki, həyatını itirən N. Muxtarlı və iki azyaşlı jurnalist Əfqan Muxtarlının bacısı, bacısı və qardaşının uşaqlarıdır. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır. 

Paytaxt salatını o cür hazırlamaq zəhərlənmə verir – DİETOLOQDAN BAYRAMQABAĞI XƏBƏRDARLIQ

Yeni il yaxınlaşır. Hazırda bütün hazırlıqlar da elə bu istiqamətdədir. Süfrələr qüsursuz olmalıdır.

Mətbəxlərdə ləziz yeməklər bişirilir, bir-birindən dadlı şirniyyatlar, xörəklər hazırlanır. Qeyd edək ki, elə növ yeməklər və şirniyyatlar var ki, məxsusi olaraq Yeni illə asossasiya olunur. Yəni mübaliğəsiz demək olar ki, o Yeni il süfrəsi tapılmaz ki, orada paytaxt salatı olmasın. Sanki insanların şüuraltısına yer edib ki, paytaxt salatı yemədən təzə ilə qədəm qoymaq olmaz.

Bəs paytaxt salatını düzgün hazırlamağın qaydası necədir? Bəzi mütəxəssislər xəbərdarlıq edir ki, bu kimi salatların tərkibi və hazırlanma ərəfəsində edilən səhvlər sağlamlığa ciddi ziyan vurur.

Bununla bağlı Ailem.az-a danışan dietoloq-nutrioloq Leyla Zülfüqarlı deyir ki, nəinki bayramlarda, hətta adi günlərdə də insanlar sağlam qidalanmaq haqda düşünməlidirlər: “Amma xüsusi standartlar mövcuddur. Məsələn, Yeni il bayramında mütləq paytaxt salatı hazırlanmalıdır. Elə bir ailə yoxdur ki, orada Yeni ildə paytaxt salatı hazırlanmasın. Yaxud Novruz bayramında bu, şirniyyatlarla - şəkərbura, paxlava ilə özünü göstərir. Yəni burada qeyri-düzgünlük var. O baxımdan ki, həm bu cür stereotiplərdən uzaq durmalıyıq, həm də adi günlərdə belə, bu cür təamlara üz tutsaq, onun düzgün hazırlanma qaydasını öyrənməliyik. Ümumiyyətlə, həmişə söylədiyim bir məqam var - bizim problemimiz salatlara yanlış münasibətdir. Bəzən insanlar deyir ki, həkim, mən pəhriz saxlayıram, sadəcə salat yeyirəm. Amma soruşanda ki, hansı salatı yeyirsən, yaxud da bu salatı necə hazırlayıb yeyirsən? Baxırsan ki, yediyi salat qeyri-düzgün hazırlanıb. Bundansa yaxşı olardı ki, ət yesin, nəinki bu salatı. Çünki salat çox qeyri-düzgün şəkildə hazırlanıb. Elə adını çəkdiyimiz paytaxt salatı bişmiş salatlar növünə aiddir, yəni çiy salat deyil, ona görə də onun tərkibində antioksidant mənbəyi çox azdır”.

Dietoloqun sözlərinə görə, paytaxt salatına bişmiş kartof və yumurta vurulur ki, onların da tərkibində karbohidrat daha çoxdur: “Həmçinin yumurta və kartofun qatışdırılması da artıq kaloridir. Yenə də haradasa bunlar qəbul edilə bilərdi, əgər tərkibində mayonez olmasaydı. Üstəgəl, işlənmiş qidalar qrupuna aid etdiyimiz çox kəskin dərəcədə oksidləşmiş yağ turşuları var onun içində. Mayonezlə hazırlanan bu salatın çox yeyilməsini tövsiyə etmirik. Xüsusilə də bayramda”.

 

Mütəxəssis tövsiyə edir ki, salat hazırlanarkən mayonez qaymaq, ya da xama ilə əvəz olunsun: “Bununla biz bir səhvi həll etmiş olacağıq. İkinci tərəfdən, bu salata konservləşdirilmiş yaşıl noxud qatılır. Soya məhsulları vurulan salat hazırlanan kimi yeyilməlidir. Amma bayramlarda bir qayda var ki, salat çox hazırlanır və onu soyuducuda saxlayırlar. Bu zaman zəhərlənmə riski iki dəfə artmış olur. Çünki tərkibində konservləşdirilmiş noxud, eyni zamanda bişmiş karbohidratlar var və onun da üzərini mayonezlə örtmüşük. Yəni biz bakteriyalar üçün açıq bir mühit yaratmışıq. Sonra da onu qoyuruq soyuducuya. Təbii ki, bu şəkildə qalan qidanı sonra orqanizmə ötürəndə mədə-bağırsaq orqanlarında hansısa xəstəliklərə meydan açırıq. Ümumiyyətlə, bayram zamanı və sonra soyuq şəkildə yeyilən salatlar orqanizmə ziyandır. Bu zaman biz qastritə də şərait yaradırıq. Köp, meteorizm heç qaçılmaz simptomlardan olur”.

“Mən təklif edirəm ki, ilk öncə mayonez mütləq xama ilə əvəz olunmalıdır. Oksidləşmiş yağ turşuları deyil, daha çox doymamış yağ turşularından istifadə edilməlidir. Bununla yanaşı, hazırlanan məhsula soya məhsulu konservləşdirilmiş şəkildə əlavə olunmasın. Yəni onu evdə özümüz qaynada bilərik. Ən əsas məqamlardan biri isə odur ki, əgər insanlar bunu çox şəkildə hazırlayırlarsa, ərzaqları ayrı-ayrılıqda saxlamalıdırlar. Nə zaman süfrəyə verəcəklərsə, o zaman qatışdırmalıdırlar. Bu ərzaqlar bir yerdə qaldıqda çürümə bakteriyaları daha da çoxalır. Bir porsiya paytaxt salatının kalori dəyəri, deyək ki, yarım porsiya plovun kalorisinə bərabərdir. O üzdən də biz bu salatları yaxşı olar ki, yalnız bayram salatı olaraq deyil, gündəlik rasionumuza da əlavə edək, amma dediyim dəyişiklikləri edərək. Salat düzgün şəkildə hazırlanarsa, faydalı olur”, - deyə o əlavə etdi.

L. Zülfüqarlı onu da məsləhət gördü ki, insanlar mayonezlə hazırlanan salatlardansa yağla hazırlanan salatlardan istifadə etsinlər: “Məsələn, vineqred salatı. Nə qədər düzgün bir salatdır. O baxımdan ki, daha sağlam tərkibə malikdir. Amma bu salatların ikisinin arasında seçim olarsa, insanlar daha çox paytaxt salatına üstünlük verirlər. Bu isə ondan xəbər verir ki, insanlarda hələ də daha çox dad dalınca qaçır, nəinki sağlamlıq. Mayonezin tərkibinə qlutonatriya adlı maddə vurulur. Həmin maddə qidaya süni bir dad verir və buna görə insanlar ona üstünlük verir. Amma sağlam qidalanmaya nə qədər riayət etsək, bir o qədər uzun yaşayacağıq”.

Tbilisinin Poniçala qəsəbəsində küçələrdən birinə Rəşid Behbudovun adı verilib

Bu il Gürcüstanın paytaxtı Tbilisi şəhərinin yaxınlığında yerləşən Poniçala (Soğanlıq) qəsəbəsinin küçələrindən birinə Rəşid Behbudovun adı verilib.

Azərbaycanın Gürcüstandakı səfirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, bu barədə qərar Tbilisi sakrebulosu (şəhər bələdiyyə şurası) tərəfindən 25 iyul 2017-ci il tarixində qərar qəbul olunub.

Səfirlikdən əlavə olaraq bildirilib ki, Tbilisinin Qldani rayonunun 7-ci mikrorayonunda yerləşən adsız küçələrdən birinə 2014-cü ildə Gürcüstanın azərbaycanlı xalq qəhrəmanı Xudu Borçalının adı verilib. 

Qeyd edək ki, APA-nın Gürcüstan müxbiri Tbilisinin görkəmli azərbaycanlılarının adını daşıyan küçələrlə bağlı araşdırma apararkən, yerli azərbaycanlılar şəhərdə Rəşid Behbudovun adını daşıyan küçənin olmadığını bildiriblər. Məlum olur ki, onların məlumatsızlığına səbəb bu barədə xəbərin yerli və Azərbaycan mediasında işıqlandırılmamasıdır.

Görkəmli azərbaycanlıların adını daşıyan Tbilisi küçələri: Bu küçələrin əksəriyyətinin adı yalnız xəritədə mövcuddur

Tbilisi meri Kaxa Kaladze yaxın gələcəkdə şəhərin küçələrinin adlarını bildirən köhnə lövhələrin vahid standart əsasda hazırlanacaq yeniləri ilə əvəz olunacağını açııqlayıb.

O bildirib ki, yeni dizaynlı lövhələrin hazırlanması ilə bağlı işlərə artıq başlanılıb. Gürcüstan paytaxtında görkəmli azərbaycanlıların adlarını daşıyan küçələrin olmasını nəzərə alsaq, bu açıqlamanı Azərbaycan cəmiyyəti üçün də xoş xəbər hesab etmək olar.    

Lakin APA-nın Gürcüstan müxbirinin apardığı araşdırma zamanı məlum olub ki, həmin küçələrin çoxu Azərbaycanın tanınmış şəxsiyyətlərinin adlarını real deyil, yalnız Tbilisinin xəritəsində “daşıyır”.

Tbilisinin Abanotubani adlanan köhnə hissəsinin 4 küçəsinə 20 ildən artıqdır ki, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, İbrahim İsfahanlı və Nizami Gəncəvinin adları verilib. İlk üç görkəmli azərbaycanlının həyatı və yaradıcılığı Tbilisi ilə sıx bağlı olub.

M. Ş. Vazeh küçəsində son 8 il ərzində böyük söküntü işləri aparılıb, küçənin adını bildirən lövhələr də köhnə evlər kimi tarixə qovuşub.

 Bu yaxınlarda Tbilisi meriyası İsrail şirkətinə bu küçədə hotel tikintisinə icazə verib. Hotelin tikintisindən sonra M. Ş. Vazeh küçəsi yeni görkəm alacaq və ümid edək ki, küçənin adını bildirən lövhələr də vurulacaq.

M.F. Axundovun adını daşıyan kiçik küçədə lövhələr olsa da, 20 ildən artıq müddətdə köhnələrək pas atıb, üzərindəki yazını oxumaq çətinləşib.

Ən təəccüblü vəziyyət isə İ. İsfahanlı küçəsi ilə bağlıdır. Azərbaycanın görkəmli aktyor və rejissoru, Gürcüstanın xalq artisti İ. İsfahanlı bizə “Böyük dayaq” filmində Yarməmməd rolunun ifaçısı kimi yaxşı tanışdır. 

 

O,Tbilisidə anadan olub və Gürcüstanda Azərbaycan teatrının yaradılmasında müstəsna rol oynayıb. 1997-ci ildə Gürcüstanın Mədəniyyət Nazirliyinin qərarı ilə İ. İsfahanlının 100 illiyi münasibətilə Tbilisi şəhərində Vaxtanq Qorqosali küçəsinin dördüncü döngəsinə aktyorun adı verilib. Küçənin yeni adını bildirən lövhələrin hazırlanması Tbilisi meriyasına həvalə olunsa da, artıq 20 ildir, həmin küçə həqiqi adını daşımır. Bu gün küçədə əvvəlki adı - Vaxtanq Qorqosalinin adını əks etdirən köhnə və nisbətən yeni lövhələr görmək olar.  

Tbilisidə Nizami Gəncəvinin adını daşıyan kiçik küçə olsa da, bunu bildirən lövhələr yoxdur. Bu küçənin harada yerləşdiyini yalnız Tbilisinin xəritəsindən öyrənmək olur. Sakinlərlə söhbət zamanı məlum olur ki, onlar buranı Nizami küçəsi adlandırırlar. Onların sözlərinə görə, küçənin adını bildirən lövhələr sovet dövründə olub, lakin illər sonra sıradan çıxıb.

Araşdırma zamanı Abanotubani rayonunda yerləşən bir küçə də diqqəti çəkib.

Bu, Vəzirov küçəsidir. Məlum olur ki, bu şəxsin tam adı Mirhəsən Vəzirovdur. O, Şuşada anadan olmuş "26 Bakı komissarı"ndan biridir. Azərbaycan paytaxtında “26 Bakı komissarı”na aid abidə və adlar çoxdan götürülüb, lakin onlardan biri hələ də Tbilisidə “yaşayır”.

Əhməd Cavadın adını daşıyan küçə isə Tbilisinin İsani rayonunda yerləşir. Küçəyə Azərbaycanın görkəmli şairinin adı 2011-ci ildə verilib. Həmin il şəhərin bəzi adsız küçələri Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poemasının tərcüməçilərinin adları ilə adlandırılıb. Ə. Cavad 1930-cu ildə gürcü ədəbiyyatının klassikinin məşhur əsərini orijinaldan azərbaycancaya çevirib.

 Bu küçənin adını bildirən lövhələr nisbətən yeni olsa da, Ə.Cavadın ingilis dilində yazılmış soyadında səhvə yol verilib. Fotodan da göründüyü kimi, şairin ingiliscə soyadı “Djavadan” kimi qeyd olunub. Gürcü dilində isə şairin ad və soyadı düzgün yazılıb.

Bu yazıda bir məqama da toxunmaq yerinə düşər. Məlum olduğu kimi, Azərbaycanın məşhur mahnı ifaçısı, SSRİ xalq artisti, Gürcüstan SSR-in də əməkdar incəsənət xadimi olmuş Rəşid Behbudov Tbilisidə anadan olub. Tbilisililər Rəşid Behbudovun həmyerli olması ilə fəxr etdiklərini tez-tez dilə gətirirlər. Gürcüstan paytaxtında əslən tbilisili olan təkrarsız ifaçı R. Behdudovun xatirəsi isə bu günə qədər əbədiləşdirilməyib. Məsələn, elə “26 Bakı komissarı”ndan biri olan M. Vəzirovun adını daşıyan küçəyə R. Behbudovun adının verilməsi gürcü və Azərbaycan xalqlarını tərənnüm edən dahi sənətkarın əziz xatirəsinə böyük hörmət və ehtiram nümunəsi olardı. Bu məsələ ilə bağlı Gürcüstanın azərbaycanlı icması və Tbilisinin tanınmış azərbaycanlı ziyalıları da təşəbbüs göstərə bilərlər.

Əlavə edək ki, Tbilisinin Qldani rayonunun 7-ci mikrorayonunda yerləşən adsız küçələrdən birinə 2014-cü ildə Gürcüstanın azərbaycanlı xalq qəhrəmanı Xudu Borçalının adı verilib.

Göründüyü kimi, Tbilisinin Azərbaycanın böyük və tanınmış şəxsiyyətlərinin adlarını daşıyan küçələrində vəziyyət heç də ürəkaçan deyil. Ümid edək ki, paytaxtın inkişaf strategiyasına əsasən küçə adlarını bildirən yeni lövhələrin hazırlanması və vurulması zamanı tanınmış azərbaycanlıların adlarını daşıyan küçələr də diqqətdən kənarda qalmayacaq. 

Gürcüstan DTX: Çatayev və tərəfdarları Gürcüstan və Türkiyədə terror aktları törətmək istəyib

“Əhməd Çatayev və tərəfdarlarının məqsədi Gürcüstan və Türkiyədə terror aktları və hücumlar təşkil etmək olub”.
 

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) mətbuat katibi Nino Giorqobiani keçirdiyi brifinqdə deyib. O bildirib ki, bu gün Pankisi dərəsi və Tbilisidə keçirilmiş xüsusi əməliyyat zamanı 5 Gürcüstan vətəndaşı saxlanılıb. Onlar noyabrın 22-də Tbilisidə zərərsizləşdirilmiş terrorçu qruplaşma ilə əlaqəli olub. Saxlanılan şəxslərdən bri müqavimət göstərdiyi zaman yaralanıb və xəstəxanaya yerləşdirilib.
 

ABŞ-dan olan mütəxəssislərlə aparılmış birgə əməliyyat zamanı külli miqdarda silah-sursatın olduğu gizli yer aşkar olunub. İstintaq tədbirləri nəticəsində Ə. Çatayevə məxsus kompüterdə olan audioyazılar əldə olunub. Onlara əsasən məlum olub ki, Ə. Çatayev və tərəfdarları Gürcüstan və Türkiyədə terror aktları və diplomatik missiyalara hücumlar planlaşdırıb.

Gürcüstanın Pankisi dərəsində xüsusi əməliyyat keçirilib

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti Pankisi dərəsində yerləşən Omalo və Duisi kəndlərində xüsusi əməliyyat keçirib.
 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, əməliyyat nəticəsində 3 nəfər saxlanılıb. Onların evlərində axtarış zamanı külli miqdarda silah-sursat aşkarlanaraq müsadirə olunub.
 

Saxlanılan şəxslərin noyabrın 22-də Tbilisidə həyata keçirilmiş antiterror əməliyyatı zamanı zərərsizləşdirilmiş terrorçu Əhməd Çatayevlə əlaqəli olduğu bildirilir.

Tbilisidə yaşayış binasında yanğın baş verib, 3 nəfər ölüb

Dekabrın 25-ə keçən gecə Gürcüstanın paytaxtı Tbilisidə yaşayış binasında güclü yanğın baş verib.

APA-nın xəbərinə görə, bu barədə  Gürcüstan DİN-in Fövqəladə Halların idarə olunması Agentliyinin mətbuat xidməti bildirib.

“Dinamo” stadionu yaxınlığındakı yaşayış binasının mənzillərinin birində əmələ gələn yanğın 3 nəfərin həyatına son qoyub, daha 1 nəfər ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Hazırda yanğın söndürülüb. Hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, bundan əvvəl "Rooms Tbilisi" hotelində yanğın baş verib, hadisə nəticəsində zərərçəkən yoxdur.

Baş konsul: "Avtobusun Qarsda aşması nəticəsində azərbaycanlılar arasında ölən və ağır yaralanan yoxdur”

"İçərisində azərbaycanlıların olduğu avtobusun Qarsda qəzaya uğraması nəticəsində ölən və ağır xəsarət alan yoxdur”.

Bunu APA-ya açıqlamasında Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev deyib.

O bildirib ki, avtobus İstanbuldan İğdır istiqamətində hərəkət edib: “Hadisə nəticəsində 30-a yaxın şəxs yaralanıb. Onlardan sürücü Türkiyə, qalanları Azərbaycan vətəndaşıdır. Xəsarətlər yüngüldür, qol və qabırğa sınığı kimi xəsarətlərdir. Xəsarət alanlar Sarıqamış və Qars xəstəxanalarına yerləşdiriliblər”.

Bakı-Quba yolunda minik maşını və mikroavtobus toqquşub, bir nəfər ölüb, 8 nəfər xəsarət alıb

Bu gün səhər saatlarında Bakı-Quba yolunda minik maşını ilə mikroavtobusu toqquşması nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəzada ölən şəxs “Mercedes” markalı minik maşınının sürücüsü, 1954-cü il təvəllüdlü Şövkət Qubadovdur.

Xəsarət alan 1988-ci il təvəllüdlü Vüqar İsmayılov, 1947-ci il təvəllüdlü İradə Əlimuradova, 1996-cı il təvəllüdlü Hüseyn Hacıyev, 1960-cı il təvəllüdlü Vaqif Bətərov Quba Mərkəzi Rayon Xəstəxanasına, Nigar Haktari Quba Müalicə Diaqnostika Mərkəzinə, 1977-ci il təvəllüdlü Zaur Əsədov, 1996-cı il təvəllüdlü Aygün Abdurəhmanova və hələlik kimliyi məlum olmayan bir nəfər isə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Qəzada ölən sürücünün oğlu da bir neçə il öncə yol qəzasında dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

 

Rusiyada azərbaycanlı biznesmen və oğlu yol qəzasında ölüb

Rusiyanın Saxalin vilayətində dəhşətli avtomobil qəzasında həlak olan azərbaycanlıların şəxsiyyəti müəyyənləşib.

Saxalin vilayətinin Nevelsk şəhərindəki Azərbaycan icmasının Ağsaqqallar Şurasının sədri Camalxan Kərimovun APA-nın Rusiya bürosuna verdiyi məlumata görə, qəzada ölənlər Azərbaycan vətəndaşları, Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olmuş Lətif Həsənov və oğlu Elnur Həsənovdur.

C. Kərimov Lətif Mədət oğlu Həsənovun Nevelsk şəhərində bizneslə məşğul olduğunu söyləyib: "Lətif Həsənovun bir neçə ərzaq mağazası var. Bu dəhşətli hadisə də oğlu ilə Cənubi Saxalindən Nevelskdə yerləşən mağazalarına mal gətirərkən baş verib. Hazırda həmyerlilərimizin cəsədləri Cənubi Saxalindədir. Hava şəraiti pis olduğundan cəsədlərin Azərbaycana göndərilməsi yubanır". 

İnsan orqanizminin MÖCÜZƏLƏRİ

İnsan bəşəriyyətin ən möcüzəli varlığıdır. İnsan orqanizmi, onun fəaliyyəti, daxili və xarici orqanların xüsusiyyətləri və s.

Bütün bu proseslər mürəkkəb strukturun bir hissəsidir. İnsan bədənində 206 sümük, 32 diş, 10 barmaq, iki göz, iki qulaq, bir burun, bir ağız, bir ürək, iki böyrək və.s saymaq olar. Lakin bunlar hələ hamısı deyil.

Bizə elə gəlir ki, biz bədən üzvlərimiz haqqında hər şeyi bilirik. Amma insan orqanizminin mürəkkəb quruluşunda xeyli sirli məqamlar var.

Dalga tv sizə insan orqanizminin maraqlı sirli xüsusiyyətlərini açıqlayır:

 

1. Omba sümüyünün möhkəmliyi qranitə bərabərdir - İnsan sümüyü - Yer üzündə ən möhkəm materiallardan biridir. Möhkəmliyinə görə onu beton və təxminən qranitlə müqayisə etmək olar. Təsəvvür edin, kibrit qutusu ölçüsündə sümük 9 ton kütlənin ağırlığına dözə bilər. Bu ağırlıq beton divarın daşıya biləcəyi ağırlığın 4 qatıdır. İnsan bədənində ən böyük sümük - böyük omba sümüyüdür. Hansını ki, yalnız ekstremal şəraitdə (avtomobil qəzası) sına bilər.

2. Orqanizmdə hüceyrələr saniyədə 25 milyon dəfə yenilənir - Bədənimizin hüceyrələri ən önəmli funksiyanı yerinə yetirir. Hər saniyədə 25 milyon dəfə yenilənən hüceyrələrin sayəsində orqanizm özünü tənzimləyir. Orqanizmin ən önəmli müdafiə qatı dəridir. Dəri toxumaları xarici mühitlə təmasda olduğu üçün tez-tez dəyişikliklərə məruz qalır. Məhz sürətlə yenilənən hüceyrələr sayəsində dəridə olan kəsiklər, müxtəlif yaralar, yanıqlar qısa müddətdə sağalır.

3. İnsan bədənində mövcud olan damarların ümumi ölçüsü 100 min kilometrdir. Əgər insan orqanizmində böyük arteriyallardan kiçik kapilyarlara qədər bütün damarları bir xətt üzrə ağız-ağıza qoysaq, yer kürəsini iki dəfə sarımaq olar.

4. İnsan beyni dəqiqədə 1000 söz oxuya bilər. Araşdırmalara görə insanlar kitabı səssiz oxuyarkən ucadan oxuduqlarından 2 dəfə daha sürətli oxuyurlar. Ümumi götürsək, 3 cür oxunuş forması mövcuddur - bədahətən yəni sərbəst cümlələr quraraq, ucadan oxuyarkən və vizual oxuma - yəni səssiz. Sözləri özümüz seçsək də, bu şəkildə insan beyni ən ləng nəticəni göstərib - dəqiqədə 250 söz. Ucadan oxuyarkən beynimiz dəqiqəyə 450 söz oxuya bilir. Amma vizual oxuma zamanı dəqiqədə 700 söz qeydə alınıb. Bəzən sürətli oxuyan gəncləri görüb heyrətlənirik. Bu bütün insanlarda belədir. Sadəcə aktiv şəkildə çox mütaliə edərək bu nəticələri və hətta daha yüksək nəticələrə nail olmaq

5. İnsanın saçları dəhşətli dərəcədə güclüdür. Orta hesabla, insanın başında təxminən 150 min tük bitir. Birlikdə toplanmış saç 12 ton ağırlığı qaldıra biləcək gücə malikdir. Bu təxminən iki nəhəng filin çəkisi deməkdir. Bundan başqa bir tel çəkisi çox olmayan kiçik bir butulkanı qaldıra bilər.

6. Qadınlar kişilərə nisbətən rəngləri daha yaxşı ayırırlar.

İnsan orta hesabla milyon rəng və onun müxtəlif çalarlarını ayırmağı bacarır. Rəngi seçmək üçün gözlərdə xüsusi neyronlar və dəqiq seçimi tənzimləyən kiçik kolbalar mövcuddur. Kiçik kolbaların əksər hallarda 3 tipi məlumdur. Birinci genetik mutasiyalar zamanı yaranan 4-cü dərəcəli kolbalardır ki, onların sayəsində insanlar normal gözlə seçilməyəcək rəngləri, rəng çalarlarını belə rahat ayıra bilirlər. Tetraxromat tip insanlar rənglərdə bəzən seçim edə bilir, bəzən isə yox. Digər növ isə 100-ə yaxın rəng və rəng çalarlarının seçimini təmin edir. Bu proseslər yalnız qadın orqanizminə xasdır. Bir də daltonizm anlayışı var. Görmə pozulması ilə səciyyələndirilən və rəng seçimi verməyən xəstəlikdir. Statistikaya görə, kişilərdə xüsusilə tez-tez rast gəlinir.

Gürcüstanda 300-dək azərbaycanlı gürcü dilini dövlət hesabına öyrənib

Gürcüstanda bir qrup azərbaycanlı dövlət dilinin ödənişsiz öyrənilməsi üzrə kursu başa vurub.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, kursu bitirmiş Sadaxlı və Yormuğanlı kəndlərindən olan 36 azərbaycanlı vətəndaşa sertifikatlar təqdim olunub.  

Gürcüstanın ədliyyə naziri Tea Tsulukianinin təşəbbüsü ilə Ədliyyə Treyninq Mərkəzi 2015-ci ildən etibarən milli azlıqlar üçün dövlət dili üzrə ödənişsiz kurslar təşkil edir. Kursların keçirilməsində məqsəd qeyri-gürcü vətəndaşların inteqrasiyasına kömək etmək, onların dövlət xidmətlərindən istifadəsinin inkişaf etdirilməsi və işlə təmin olunmasına dəstək verməkdir. Kurslardan 17-66 yaş arasında olan vətəndaşlar yararlana bilir.   

2015-ci ildən bu vaxta qədər Sadaxlı, Yormuğanlı, Sartiçala və digər kəndlərdən olan 256 azərbaycanlı bu kurslarda iştirak edib. 

Saytda Axtarış

ახალი ამბები