Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3254
DünənDünən6004
Bu həftəBu həftə34197
Bu ayBu ay39985
Bu günə qədərBu günə qədər8401616

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Mingəçevirdə yataqxanada yanğın olub, 7 nəfər xilas, 17 nəfər təxliyə edilib

Mingəçevirdə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Mingəçevir şəhərində dördmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində mənzillərdən birinin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 7 nəfər xilas edilib, 17 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Qobustanda azyaşlı qardaş-bacı yanaraq ölüb

Qobustan rayonu, Qaracüzlü kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Babaşov Vidadi Zəkəriyyə oğlu və 2016-cı il təvəllüdlü Babaşova Zəhra Zəkəriyyə qızının yanmış meyitləri aşkarlanıb. Yanğın zamanı 1 nəfər azyaşlı (2011-ci il təvəllüd) yanıq xəsarətləri alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.   

Gürcüstandan bu maşınları gətirənlərə bəd xəbər — Qadağan olundu

1 Yanvardan Gürcüstanda sükanı sağda olan avtomobillərdə onun sola keçirilməsini qadağan edən qanun qüvvəyə minib.

Dalga tv "Ölkə.Az"a istinadən xəbər verir ki, 1 yanvar 2018-ci il tarixindən etibarən Gürcüstanda avtomobillər məcburi qaydada texniki baxışdan keçiriləcək.

Qadağa isə bununla bağlıdır.

Buna qədər sükanın yeri dəyişdirilən avtomobillər qadağasız texniki baxışdan keçiriləcək.

Bundan əlavə, sükanı sağda olan avtomobillərə faraların tənzimlənməsi istisna olmaqla başqa tələblər şamil olunmur. 

Qeyd edək ki, Gürcüstandan Azərbaycan xeyli sayda sükanının yeri dəyişdirilmiş avtomobil ixrac olunurdu.

"İtkin düşən alpinistlərimiz qarın altındadırlar, donublar" - Rəsmi

Məlum olduğu kimi, "Gilavar" hava və ekstrim idman klubunun üzvü olan 3 alpinist - Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxıb, ancaq geri qayıtmayıb.

Bir həftədir Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onları tapmaq üçün axtarış işləri aparsalar da, alpinistlərin izinə rast gəlinməyib. Bu da onların yaxınlarının və cəmiyyətin əsəblərini tarıma çəkib, hər kəs narahatdır. Axtarış üçün yaradılmış qərargaha rəhbərlik edən Mərkəzin rəisi, polkovnik Şahin Mirzəyev məsələ ilə bağlı xeber365.com-a danışıb.

 

Dalga tv Sonxeber.az-a istinadən xəbər verir ki, Mirzəyev alpinistlərin 10-15 metr qarın altında qaldıqları qənaətindədir:

"Hələ ki, heç nə deyə bilmirəm... Allahın möcüzəsi olur. Onlar uçquna düşüb, hardasa 10-15 metr qarın altındadırlar. Ümumiyyətlə, belədir ki, qarda bir neçə saat hərəkətsiz qaldıqda insan donur. Aydın məsələdir ki, donublar orada. Biz özümüz orada yarım saat, bir saat hərəkətsiz qalsaq, bədənimiz donar. Ancaq dediyim kimi, biz ümidimizi üzmürük. Sizi əmin edirəm ki, vicdanla, canla-başla axtarışlarımızı davam etdiririk".

Azərbaycanlı alim xərçəngin müalicəsini tapdı – İDDİA

Bir çox ixtiraları ilə tanınan Bakı sakini yeni qurğu ixtira edib. 

Dalga tv-nin Xəzər TV-yə istinadən məlumatına görə, Tahir Əliyev iddia edir ki, onun yeni qurğusu vasitəsi ilə prostat vəzi xərçəngindən əziyyət çəkən xəstələri tam sağalmaq mümkün olacaq.

Yeni ixtira edilən qurğu bir çox xəstələrin işinə yarayacaq. Uzun illər prostat vəzi xəstəliyindən əziyyət çəkən Tahir Əliyev qurğunu elə ilk dəfə öz üzərində sınaqdan keçirdiyini deyir.

Tahir Əliyevin dediyinə görə, xərçəng hüceyrələri 50 dərəcə temperaturda məhv edilə bilir. həmin temperatur isə kanal vasitəsi ilə prostata ötürüldükdə digər hüceyrələr də ölə bilər. İxtira edilən yeni qurğu isə digər hüceyrələrə zərər vermədən istiliyi birbaşa xəstəliyin olduğu hissəyə ötürəcək. Bu isə baş qaldıran xərçəng hüceyrələrini bir dəfəlik məhv edəcək.

İxtiraçının sözlərinə görə, eyni prosesi bir xəstənin üzərində 5 və ya 10 dəfə aparmaq kifayət edir ki, həmin xəstəlikdən bir dəfəlik yaxa qurtara bilsin.

Yeni ixtira ilə təkcə xərçəng xəstəliyini yox, həmçinin böyrək xəstəliklərini də müalicə etmək mümkün olacaq. Bunun üçün Tahir Əliyev ixtiranı daha da təkmilləşdirəcəyini bildirib.

İxtiraçı gələcəkdə başqa növ xəstəliklərin müalicəsində istifadə oluna biləcək əlavə qurğular da ixtira edəcəyini deyir.

https://youtu.be/r72kKUvwmfs

İt ili sağlamlığımız üçün nələri vəd edir...

Sağlamlığı verən Allah, onu qoruyan isə insanın özüdür. Bəs tibbi astrologiya 2018-ci ildə sağlamlığımız üçün nələri vəd edir?

Modern.az saytı 2018-ci il üçün tibbi astroloji proqnozu təqdim edir.

Qoç Bürcü

Bu bürc altında doğulanlar 2018-ci ildə özlərini əsasən soyuqdəymədən qorumalıdırlar. Əks halda ciddi xəstəliklərin yaranması qaçılmaz olacaq. Ona görə də sağlamlıqla bağlı problemlərin yaranmaması üçün, xüsusilə soyuq havalarda, bu bürc altında doğulanlar səhhətlərinə xüsusi diqqət yetirməlidirlər.

 

Normal həyat fəaliyyəti üçün kifayət qədər enerjilərinin olmasına baxmayaraq baş ağrılarının yaranma ehtimalı da mümkündür. Nəzərə almaq lazımdır ki, orqanizmdə yaranan ən adi bir problem belə öz-özünə aradan qalxmır. Buna görə həkimlərə müraciət etmək vacibdir. 2018-ci ildə xəstəliklərin müalicəsi və profilaktikası müsbət nəticələr verəcək.

Mart və sentyabr aylarında zədə almaq ehtimalı böyükdür. Buna görə də bu aylarda məişətdə, fiziki işlə məşğul olan zaman, səyahətlərə çıxarkən daha ehtiyatlı olmaq tövsiyə olunur.

Buğa bürcü

Buğa bürcündən olanların əksəriyyəti sağlamlıqlarına qarşı laqeyd olurlar. Proqnozlar bu cür laqeydliyə son qoymağı tövsiyə edir.

Buğa bürcü altında doğulan insanların mədə-bağırsaq sistemində olan xəstəliklərin kəskinləşməsi gözlənilir. Xüsusilə, yay aylarında mövcud xəstəliklər yenidən baş qaldıracaq. Buna görə də həmin ərəfədə sağlamlıqla bağlı lazımi tədbirləri həyata keçirmək lazımdır. Bununla yanaşı bu bürcdən olan insanlar sinir sisteminin qayğısına da qalmalıdırlar. Əsəbləri qorumaq üçün iş və istirahət rejimlərini düzgün tənzimləməlidirlər. Ən yaxşısı isə, yarana biləcək xəstəliklərin qarşısını vaxtında almaq üçün profilaktik tədbirlər həyata keçirmək məsləhət görülür.

Əkizlər bürcü

Əkizlər bürcü altında doğulanlar 2018-ci ildə ehtiyat enerjiləri və xəstəliklərə qarşı müqavimətləri ilə öyünə bilərlər. Bütövlükdə onların sağlamlıq durumunda ciddi problemlərin yaranacağı gözlənilmir. Yalnız normal həyat tərzi keçirməyənləri xoşagəlməz sürprizlər gözləyəcək. Ancaq bu son demək deyil. Bu bürc altında doğulanlar zərərli vərdişlərdən əl çəksələr sağlamlıqlarında problem olmayacaq.

Əkizlər 2018-ci ildə qida zəhərlənməsindən özlərini qorumalıdırlar. Buna görə qida məhsullarının və içkilərin seçilməsində diqqətli olmaq lazımdır.

Profilaktik tədbir kimi Əkizlər bürcü altında doğulanlara sağlamlıq durumunu qaydasında saxlanılması üçün orqanizmin təmizlənməsi tövsiyə edilir.

Xərçəng bürcü

Əgər bu bürc altında doğulanlar immun sisteminin qayğısına qalsalar, 2018-ci ildə sağlamlıq durumları qənaətbəxş olacaq. Sağlam həyat tərzi, xüsusilə, idman Xərçəng bürcündən olanlar üçün daha vacibdir.

Mart və oktyabr aylarında ürəkdə problemlərin yaranma ehtimalı ola bilər. Buna səbəb isə yorğunluq, fasiləsiz iş rejimi olacaq. Bu baxımdan Xərçəng bürcündən olanlar istirahətlərinə mütləq vaxt ayırmalıdırlar. Xüsusilə, qadınlar sağlamlıqlarında problemlərin yaranmaması üçün istirahətlərinə diqqət yetirməlidirlər.

Şir bürcü

2018-ci ildə Şir bürcü altında doğulanlar göz və qulaqlarını, xüsusilə, qorumalıdırlar. Ən başlıcası isə özfəaliyyət müalicəsindən uzaq olmalıdırlar.

Ümumilikdə, bu bürcdən olanlar üçün  bu il müalicə və profilaktiki tədbirlərin həyata keçirilməsində səmərəli ildir. Xüsusilə, ürək-damar xəstəliklərinin müalicəsi uğurlu nəticələr verəcək.

Bu bürc altında doğulanlar, yaz aylarında siqaret, alkoqol və digər zərərli vərdişlərdən uzaq olmalıdırlar. Əks təqdirdə bu vərdişlər xoşagəlməz fəsadlarını büruzə verəcək.

Qız bürcü

Tibbi astroloji baxımdan 2018-ci il Qız bürcündən olanlar üçün sağlam həyat vəd edir.

Piylənmə, artıq çəki problemi olanlar üçün 2018-ci il əlverişli sayılır. Bu xoşagəlməz hallarla mübarizə müsbət nəticələr verəcək.

50 yaşdan yuxarı olanlar həyat tərzinə xüsusi diqqət yetirməli, əsəb, həyəcan və gərginlikdən uzaq olmalıdırlar. Ən əsası isə məzuniyyətlərini istirahətə sərf etməlidirlər.

Tərəzi bürcü

2018-ci il Tərəzi bürcündən olanlara sakit həyat tərzi vəd edir.

Bu bürcdən olan kişilər rasionlarından yağlı qidaları çıxarmalıdırlar. Əks halda qaraciyərlə bağlı problemlərin yaranması ehtimal olunur.

Tərəzi bürcü altında doğulanlar arasında mədə və onikibarmaq bağırsağın xora xəstəliyindən əziyyət çəkənlər sağlamlıqlarına xüsusi diqqət yetirməli, xəstəliklərin kəskinləşməməsi üçün tövsiyə olunmuş pəhrizlərə mütləq əməl etməli, əlavə profilaktik tədbirlər həyata keçirməlidirlər.

Dekabr ayının əvvəllərindən bu bürc altında doğulanların cinsi istəyi artsa da, bu sahədə fəallığı çox da artırmaq lazım deyil. Astroloji proqnoza görə cinsi fəallıq nəticəsində dəri-zöhrəvi xəstəliklərinə tutulma ehtimalı böyükdür.

Əqrəb bürcü

2018-ci ildə Əqrəb bürcü altında doğulanların qan təzyiqi və ürək problemləri ilə üzləşməsi ehtimal olunur. Ancaq düzgün müalicə problemləri aradan qaldıracaq.

Bu bürcdən olanlara yaz aylarında ağır fiziki işləri təxirə salmaq, intensiv idman məşqlərindən imtina etmək lazımdır.

Payız aylarının sonlarında kişilərin soyuqdəymə xəstəliklərinə, qadınların isə böyrək, oynaq, yumurtalıq xəstəliklərinə tutulma ehtimalı böyükdür. Bunu nəzərə alaraq əvvəlcədən ehtiyat tədbirlərini görmək lazımdır.

Astroloji proqnozlara görə Əqrəb bürcü altında doğulanlar 2018-ci ildə ədviyyatlardan və qida əlavələrindən az istifadə etməlidirlər.

Oxatan bürcü

2018-ci ildə Oxatan bürcü altında doğulanlar fiziki və zehni yorğunluğa yol verməsələr, ilboyu sağlamlıqlarında ciddi problem olmayacaq.

Bu bürc altında olanların uzun illərdən bəri sağlamlıqlarında yığılıb qalmış problemlər varsa, 2018-ci il müalicə üçün çox əlverişli və uğurlu bir il olacaq. Sağlamlıqla bağlı atılacaq hər bir addım müsbət nəticələr verəcək.

Tibbi astroloji proqnozlara görə ilin son aylarında Oxatan bürcü altında doğulanların depressiyaya düşmək ehtimalı mümkündür. Bu xoşagəlməz halla üzləşməmək üçün istirahətə vaxt ayırmaq tövsiyə edilir.

Oğlaq bürcü

Oglaq bürcü altında doğulanların həyat enerjisi və xəstəliklərə qarşı müqaviməti 2018-ci ildə orta səviyyədən yuxarı olacaq. Ancaq buna baxmayaraq mövcud xəstəliklərin kəskinləşməsi ehtimalı da var. Sağlamlıqla bağlı problemlərin dərinləşməməsi üçün vaxtında müalicə və profilaktik tədbirlərin görülməsi tövsiyə olunur.

Sağlam həyat tərzi sürənlər, müntəzəm idmanla məşğul olanlar aprel, may aylarında zədə alma təhlükəsindən özlərini qorumalıdırlar.

İyul və avqust aylarında isə Oğlaq bürcü altında doğulan insanlar əsəblərinə hakim olmağı bacarmalıdırlar.

Oğlaq bürcündən olanlar sağlıq durumunun daha yaxşı olması üçün 2018-ci ildə qida rasionlarına, sağlam qidaya xüsusi diqqət yetirməlidirlər.

Dolça bürcü

2018-ci ildə həyat fəaliyyəti üçün bu bürc altında doğulanların enerjisi yetərincə olacaq. Bir şərtlə ki, hər adi hadisəyə görə özlərində gərginlik yaratmasınlar.

Dolça bürcündən olanlar yaz aylarında əsəblərinə hakim kəsilməli, zehni işlə məşğul olanlar iş yükünü azaltmalıdırlar. Çünki bu ərəfədə immun sisteminin zəifləməsi ehtimalı böyükdür.

Qida rasionları vitaminlərlə zəngin olarsa, Dolçalar ilboyu ciddi sağlamlıq problemləri ilə üzləşməyəcəklər.

2018-ci ildə Dolça bürcündən olanlar xüsusilə dayaq-hərəkət sisteminin qayğısına qalmalıdırlar. Bunun üçün onlar fiziki aktivliklərini artırmalıdırlar.

Balıq bürcü

2018-ci ildə Balıq bürcü altında doğulanlar həzm sisteminin qayğısına qalmalıdırlar. Qidalanma rejimi pozularsa, bu bürc altında olanlarda mədə-bağırsaq problemlərinin yaranması ehtimalı böyükdür.

Balıqlara il ərzində sakit həyat tərzinin təmin olunması tövsiyə edilir. Sinir sisteminin həzm orqanlarına təsiri nəzərə alınaraq bü bürc altında olanlar iş və istirahət rejimlərinə diqqətlə yanaşmalıdırlar.

Ümumilikdə, Balıq bürcü altında doğulanların güclü immunitetləri cox da ciddi xəstəliklərin yaranmasına imkan verməyəcək. Tibbi astroloji proqnozlara görə mövcud xəstəliklərin  müalicəsi müsbət nəticələr verəcək.

Öncə sağlamlıqdır. Sağlamlığınıza fikir verin ki, 2018-ci ildə həyatdan zövq alacağınız günlərin sayı daha çox olsun...

Qaxda 19 yaşlı qız nişan günü intihar edib

Qaxda intihar olub.

APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, hadisə rayonun Üzümlü kəndində qeydə alınıb. Kənd sakini, 19 yaşlı Sürəyya Əhməd qızı Əbdürrəhmanovanın meyiti yaşadığı evin həyətində yerləşən tövlədə asılmış vəziyyətdə aşkar edilib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Məlumata görə, S. Əbdürrəhmanovanın bu gün nişanı olacaqmış.

Faktla bağlı Qax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

““Gilavar” Hava və Ekstrim İdman klubunun itkin düşmüş 3 üzvünün axtarışları davam etdirilir. Lakin bu gün əlverişsiz hava şəraiti ilə əlaqədar axtarış – xilasetmə işləri bir neçə saatlıq dayandırılıb. Çünki ərazidə çovğundur, qarın qalınlığı 30 – 40 sant

Gürcüstanın paytaxtı Tbilisi şəhərində pirotexniki vasitələrdən istifadə zamanı müxtəlif xəsarətlər almış 44 nəfər xəstəxanalara yerləşdirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, onlardan 21-i uşaqdır.

Xəstəxanaya yerləşdirilmiş şəxslər əsasən əl və üz nahiyələrindən müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. 

Qərargah rəhbəri: İtkin düşmüş alpinistlərin axtarışı davam etdiriləcək

“Gilavar” Hava və Ekstrim İdman klubunun itkin düşmüş 3 üzvünün axtarışları davam etdirilir. Lakin bu gün əlverişsiz hava şəraiti ilə əlaqədar axtarış – xilasetmə işləri bir neçə saatlıq dayandırılıb. Çünki ərazidə çovğundur, qarın qalınlığı 30 – 40 santimetrə çatır. Hava şəraiti düzələn kimi axtarış işləri davam edəcək”.

Bunu APA-ya axtarış-xilasetmə əməliyyatı ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzində yaradılan qərargaha rəhbərlik edən Mərkəzin rəisi, polkovnik Şahin Mirzəyev deyib.

“2-3 metr məsafəni görmək mümkün deyil. Əslində bu gün helikopterlə əraziyə əlavə qüvvələr cəlb etmək istəyirdik. Əlverişsiz hava səbəbindən heç helikopter də qalxa bilmədi. Hava şəraiti çox pisdir, göz gözü görmür. Elə anlaşılmasın ki, axtarış – xilasetmə işləri birdəfəlik dayandırılıb. Hava şəraiti düzələn kimi axtarış – xilasetmə işləri dərhal bərpa olunacaq”, - deyə qərargah rəisi vurğulayıb.

Ş.Mirzəyev qeyd edib ki, bütün proses ölkə rəhbərliyinin şəxsi nəzarəti altındadır. O bildirib ki, axtarış işlərində FHN qüvvələri ilə birgə ANAMA, Dövlət Sərhəd Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və könüllülər iştirak edir: “Axtarış işlərində Dövlət Sərhəd Xidmətinin pilotsuz uçuş aparatları və ANAMA-nın minaaxtaran avadanlıqlarından belə istifadə edilib. Lakin bir nəticə əldə edilməyib. Biz qar uçqunu olan sahələri 15 – 20 metr dərinliyində qazırıq. Təsəvvür edin o qədər güclü çovğun olur ki, külək qazılan əraziləri doldurur. İtkin düşmüş 3 nəfər üzvü olduqları kluba plan və koordinatlarını verməli idilər. Nə klub, nə Ekologiya və Təbii Sərvətlər Nazirliyi onların planları barədə məlumatlıdır. Biz dəqiq məlumata sahib deyilik, ancaq öz ehtimallarımıza əsasən hərəkət edirik. Güman edilən yerləri axtarırıq. Hər yarım saatdan bir rəhbərliklə əlaqə saxlanılaraq axtarış – xilasetmə işləri ilə bağlı son durum məruzə olunur”.

Ş. Mirzəyev bəzi könüllülərin axtarış – xilasetmə işləri ilə bağlı iradlarına da münasibət bildirib: “Bəzi könüllülər alpinist adı ilə gəlirlər. Üzərlərində heç bir avadanlıq yoxdur, amma axtarış – xilasetmə işlərində iştirak etmək istəyirlər. Biz itkin düşən insanları axtarırıq. Təcrübəsi, bacarığı olmayan könüllülər hər hansı bədbəxt hadisə ilə üzləşsə, bəs onun məsuliyyətini kim daşıyacaq?! Könüllülər də bizim təlimatımız əsasında hərəkət etməlidir. Bəziləri bildirir ki, guya biz onların axtarış prosesinə qoşulmasına icazə vermirik. Bizə təcrübəli, bacarıqlı könlüllülər lazımdır”.

Qeyd edək ki, 26 dekabr axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23 dekabrda Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü geri qayıtmayıb, onlarla əlaqə kəsilib. Məlumat aidiyyəti qurumlara ötürülüb. FHN-in Aviasiya dəstəsi axtarışlara başlayıb. İtkin düşən alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızıdır.

Axtarış-xilasetmə əməliyyatı ilə bağlı Şimal Regional Mərkəzində Qərargah yaradılıb. FHN-nin aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlara cəlb olunub.

Qərargaha Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi, polkovnik Şahin Mirzəyev rəhbərlik edir.

Gürcüstan İTV Azərbaycan dilində təbrik çarxı yayımlayıb

Gürcüstanın İctimai televiziyası (İTV) bütün millətlərdən olan ölkə vətəndaşlarını Yeni il münasibətilə onların öz dilində hazırladığı videoçarxlarla təbrik edib. 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, Azərbaycan dilində yayımlanan çarxda təbrik sözünü İTV-nin “Aktual mövzu” tok-şousunun aparıcısı Maka Tsintsadze deyib.

Təbrik çarxında Azərbaycanın zəngin mədəniyyətinin bir çox elementləri yer alıb. Çarxda Azərbaycanın milli mətbəx nümunələri olan dolma, plov, qutab, çay süfrəsinin armudu stəkanda çay və paxlava kimi elementləri və Azərbaycanın milli rəqsi, muğam alətləri, musiqisi, geyimləri və xalçaları təqdim olunub.  

İsmayıllıda bu gün ikinci dəfə zəlzələ olub

Bu gün İsmayıllı rayonunda daha bir zəlzələ qeydə alınıb.

APA-nın Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, saat 13:11-də İsmayıllı ərazisində 3,9 maqnitudalı zəlzələ baş verib.

Zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunub. 

Dünya azərbaycanlıları Həmrəylik Gününü qeyd edir

Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür.

APA-nın məlumatına görə, 25 ildir dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd olunur.

Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən bayram kimi qeyd olunur. SSRİ-nin süqutunun son dönəmində Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədə yürüşü, tikanlı məftilləri dağıtması iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı-bu taylı millətin həftələrlə Araz çayı sahilində gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünya miqyasında bir daha canlandırdı. Həmrəylik günü bu birləşmək məqsədinin simvolik nişanıdır.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəylik gününün əsası 1989-cu il dekabrın sonlarında Azərbaycan Xalq Cəbhəsinin təşkilatçılığı ilə Naxçıvanda SSRİ-İran sərhədlərinin dağıdılması zamanı qoyulub. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik günü elan edib.

Elə həmin il Azərbaycan Milli Şurasının israrı və tövsiyəsi ilə Azərbaycan prezidenti Ayaz Mütəllibov 31 dekabrı Dünya Azərbaycanlıların Həmrəylik günü elan edib. Amma bu bayramın ilk dəfə dövlət səviyyəsində rəsmən qeyd olunması 1992-ci ildə Azərbaycan prezidenti Əbülfəz Elçibəyin (o, həm də AXC sədri kimi SSRİ-İran sərhədlərinin dağıdılmasının təşəbbüskarı olub) göstərişi ilə baş tutub.

O vaxtdan 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü olaraq bayram edilir.

Saytda Axtarış

ახალი ამბები