Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3284
DünənDünən6004
Bu həftəBu həftə34227
Bu ayBu ay40015
Bu günə qədərBu günə qədər8401646

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Bakıda dilənçi “iş yerinə” “Lexus”da gəldi

Bakıda dilənçinin “Lexus” markalı avtomobildən düşməsi sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

Oxu.Az-ın xəbərinə görə, videoda, qadın sürücünün dilənçini yolun qırağında düşürməsi açıq-aydın görünür.

Bundan sonra əlil arabasında olan dilənçi öz “işinə” başlayır.

Qeyd edilir ki, “iş günü” bitəndən sonra elə həmin maşın dilənçini yol kənarından götürür.

https://youtu.be/YFwHmCCBDYc

Bu 2 tərəvəz ən güclü xərçəng əleyhinə təsirə malikdir

Fransa alimləri araşdırmalar zamanı aşkar ediblər ki, tərəvəzlər arasında soğan və sarımsaq ən güclü xərçəng əleyhinə təsirə malikdir.

Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, alimlərin fikrinə görə, bu 2 tərəvəzin tərkibində olan bəzi maddələr xərçəngin yayılmasını ləngidir, xərçəng şişlərinin ölçülərini kiçildir.

Həmçinin bu bioloji aktiv maddələr xərçəng hüceyrələrinin özü özünü məhv etmək prosesini (buna "apoptoz" deyilir) aktivləşdirir.

Bütün bunlar soğan və sarımsağın güclü xərçəng əleyhinə təsirini təmin edir.

 

Araşdırmalar göstərib ki, soğan növləri arasında qırmızı soğan ən güclü xərçəng əleyhinə təsirə malikdir. Bu 2 tərəvəzi çiy halda yemək daha faydalıdır. Sarımsağı qəbul etdikdən əvvəl əzmək və ya xırda doğramaq lazımdır ki, bu tərəvəzin faydasını artırır.

Xərçəngdən qoruyur, immuniteti gücləndirir... - GƏNCLİK ELİKSİRİ

Limon və sarımsaqla hazırlanan, “Sarımsaq eliksiri” adlanan qarışım son zamanlar dildən-dilə dolaşaraq xeyli məşhurlaşıb. “Gənclik eliksiri” də adlandırılan və iki ərzaqdan ibarət olan bu sadə qarışımla şəfa tapdığını söyləyənlərin sayı gündən-günə artır.

Ailem.az bu faydalı qarışımın reseptini təqdim edir.

Damar tıxanıqlığı, təzyiq, ürək və immunitet sistemi üçün istifadə olunan bu qarışım sadəcə xəstəlikdən qurtulmaq üçün deyil, həmçinin xəstəliklərdən qorunmaq üçün də istifadə edilir.

Hazırlanma qaydası:

 

- 1 litr təzə sıxılmış limon şirəsi

- 200 qr sarımsaq

Limon şirəsini şüşə balona tökün. Sarımsağın qabığını soyun, sonra sarımsağı əzin, balona tökün, ağzını bağlayın. 25 gün günəş düşməyən yerdə saxlayın. Hər gün şüşəni bir neçə dəfə çalxalayın. Qarışımın içinə duz, şəkər tozu atmaq olmaz!

İstifadə qaydası:

Qarışımı səhərlər acqarına 2 x.q. olmaqla için. Çalışın hər gün eyni saatda içəsiniz. Yarım saat sonra səhər yeməyini yeyə bilərsiniz.

Gənclik eliksirinin faydaları:

- Limon suyunun içinə sarımsaq atıb içdikdə tıxanan damarlar açılır. Damar sərtliyi və yüksək təzyiqin qarşısını alır.

- Mütəmadi olaraq istifadə edilən sarımsaqlı limon suyu bədəndəki zərərli yağları yandırır və sürətli şəkildə arıqlamağa kömək edir.

- Böyrək və öd kisəsindəki daşları əridir, sidikqovucudur, bədəndəki şişkinliyi yox edir.

- Revmatizm ağrılarını kəsir. Həmçinin oynaq ağrılarını azaldır.

- Limonun tərkibində yüksək miqdarda olan C vitamini və sarımsağın tərkibindəki antioksidant immuniteti mükəmməl hala gətirir.

- Dəri allergiyalarının qarşısını almaqla yanaşı xərçəng xəstəliklərinə qarşı bütün orqanlarda qalxan vəzifəsini həyata keçirir.

- Köpü aradan qaldırır.

- Mədə xəstəliklərinə faydalıdır. Ordakı zərərli bakteriyaları yox edir.

- Sidikqovucu və qəbizliyi aradan götürmə xüsusiyyəti var.

- Bütün sinir sisteminə müsbət yöndə təsir edir. Beyin hüceyrələrinin yaxşı çalışmasında rol oynayır.

- Xolesterolu aşağı salır.

- Xərçəng hüceyrələri ilə mübarizə aparır və güclü bir immunitet təmin edir.

XƏBƏRDARLIQ: Hamilə, əmizdirən qadınların və müalicə alanların istifadədən əvvəl həkimlə məsləhətləşməsi vacibdir.

Mədə-bağırsaq sistemi xəstəlikləriniz varsa, istifadə etdikdən əvvəl həkimlə məsləhətləşin

Bakı metrosunda ölüm hadisəsi

Bakıda “Ulduz” metrostansiyasında intihar edənin kimliyi müəyyənləşdirilib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Oxu.Az-a bildirib ki, intihar edən 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Mustafazadə Rəşad Əlixan oğludur.

Ötən gün Bakı Bulvarında intihar edən tələbənin meyiti tapılıb

Bakı Bulvarında intihar edən tələbənin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, yanvarın 8-də 1995-ci il təvəllüdlü Cahangirov Məlik Nizaməddin oğlu Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində batıb.

Yanvarın 9-da C.Məlikovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən 300 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Gürcüstanda terrorçuluqda şübhəli bilinən şəxs saxlanılıb

Gürcüstanın Pankisi dərəsində keçirilmiş xüsusi əməliyyat zamanı terrorçuluq fəaliyyətində şübhəli bilinən Zurab İdoidze adlı şəxs saxlanılıb.

APA-nın yerli bürosunun Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinə istinadla verdiyi xəbərə görə, Z.İdoidzenin Omalo kəndində yerləşən evində axtarış aparılıb. 

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxs Zurab Qornakaşvili adlı şəxslə terrorçu Əhməd Çatayev və onun tərəfdarlarına kömək etmək məqsədilə Türkiyənin Hopa şəhərinə səfər edib.  Z.İdoidze və Z.Qornakaşvili Ə.Çatayev və onun qruplaşmasına aid üzvləri maşınla Türkiyə-Gürcüstan sərhədinin yaşıl zonasına aparıb.

Saxlanılan şəxsi 17 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, ötən ilin dekabrın 26-da Pankisi dərəsində keçirilmiş xüsusi əməliyat zamanı 3 nəfər saxlanılıb. Onlar noyabrın 22-də Tbilisidə həyata keçirilmiş antiterror əməliyyatı zamanı zərərsizləşdirilmiş terrorçu Ə.Çatayevlə əlaqədə şübhəli bilinirlər.

Abşeronda kişi arvadını, nəvə nənəsini öldürüb

Abşeron rayonunda törədilmiş qətllərlə bağlı bəzi detallar məlum olub.

APA-nın məlumatına görə, Xırdalan şəhərində yaşayan, 1986-cı il təvəllüdlü Elgün Rasim oğlu Ağahəsənov qısqanclıq zəminində həyat yoldaşı, 1994-cü il təvəllüdlü Axirə İsməmməd qızı Nadirovanı bıçaqlayaraq öldürüb.

Hadisəni törədən E. Ağahəsənov saxlanılıb.

Bundan başqa, Saray qəsəbəsində yaşayan, 2000-ci il təvəllüdlü Nihat Nicat oğlu Muradov nənəsi, 1951-ci il təvəllüdlü Hocaxanım Məhəmməd qızı Seyidzadəni bıçaqlayaraq öldürüb.

N. Muradov tutulub.

Hər iki faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Qubada itkin düşmüş alpinistlərin axtarışı ilə bağlı yaradılan qərargahda əməliyyat müşavirəsi keçirilib

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar yanvarın 9-da axtarış-xilasetmə əməliyyatının aparıldığı ərazidə Fövqəladə Hallar  Nazirliyi tərəfindən yaradılan Əməliyyat Qərargahında əməliyyat müşavirəsi keçirilib.

APA-nın məlumatına görə, əməliyyat müşavirəsində fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Əməliyyat Qərargahının rəhbərliyi, axtarış-xilasetmə işlərinə cəlb olunmuş qurumların rəhbər şəxsləri, peşəkar alpinistlər və avstriyalı mütəxəssislər iştirak edib. 

Əməliyyat müşavirəsində alpinistlərin axtarışları ilə əlaqədar bugünədək görülən işlər təhlil olunmuş, növbəti günlərdə görüləcək işlər nəzərdən keçirilib.

Qeyd olunub ki, 27 dekabr 2017-ci il tarixində səhər saatlarında Fövqəladə Hallar  Nazirliyi tərəfindən axtarış-xilasetmə işlərinə başlanılıb. Fövqəladə Hallar  Nazirliyi tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərinə Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasediciləri, Mülki müdafiə qoşunlarının canlı qüvvəsi və müvafiq texnikası, Şimal Regional Mərkəzinin xilasediciləri, Aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri və xüsusi təlim keçmiş itlər cəlb olunmuşdur. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlərdən və yerli sakinlərdən ibarət könüllü dəstələr axtarışlarda iştirak edir.

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 2500-3000 m yüksəklikdə) çətin meteoroloji şəraitdə aparılır. 31 dekabr 2017-01 yanvar 2018-ci il tarixlərində hava şəraiti kəskin pisləşmiş - temperatur aşağı düşmüş, qar yağmışdır. İntensiv yağan qar səbəbindən axtarışların getdiyi ərazilərdə yeni qar uçqunlarının yaranma ehtimalı artmışdır. İtkin düşmüş alpinistlərin olduğu ehtimal edilən ərazilərdə qar qatının qalınlığı hazırda 8-12 metrə çatır. Yaranmış şəraitdə axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması daha da çətinləşib. Yuxarıda qeyd olunanları nəzərə alaraq, axtarış-xilasetmə tədbirləri məhdudiyyətlə (xilasedicilərin təhlükəsizliyi təmin edilməklə), lakin fasiləsiz aparılır.

Eyni zamanda, 5 yanvar 2017-ci il tarixində Azərbaycanda səfərdə olan Avstriyanın Daxili İşlər Nazirliyinin dağ-xilasetmə sahəsi üzrə mütəxəssisləri (3 nəfər) hadisə rayonunda olub. Xarici mütəxəssislər alpinistlərin olma ehtimalının böyük olduğu ərazilərə baxış keçirib və həmin ərazilərdə axtarışların aparılmasının həyat üçün təhlükəli olduğu qənaətinə gəliblər.

Axtarış-xilasetmə əməliyyatı müddətində itkin düşmüş alpinistlərin hərəkət marşrutu üzrə ərazilər, həmçinin ehtimal olunan digər ərazilər yoxlanılıb.

Müşavirədə qarşıda duran məsələlər müzakirə edilib, müvafiq göstərişlər verilib.

Əməliyyat müşavirəsindən sonra kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirilib. Mətbuat konfransında jurnalistləri maraqlandıran suallara cavablar verilib.

Daha sonra axtarışların aparıldığı ərazi, əməliyyata cəlb olunan texnikalar və xilasetmə avadanlıqları, Əməliyyat Qərargahındakı iş şəraiti və xilasedicilərin istirahəti üçün yaradılan şəraitlə tanış olmaq üçün jurnalistlər axtarışların aparıldığı ərazidə olublar.

Bulvarda dənizə düşən şəxsin intihar etdiyi məlum olub

Bakıda dənizə düşən şəxsin intihar etdiyi bildirilir.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Lerik rayonundan olan 21 yaşlı Məlik Cahangirov intihar etməzdən əvvəl şəxsiyyət vəsiqəsini və tələbə biletini sahildə qoyub.

Hazırda onun axtarışları davam etdirilir.

İtkin düşmüş alpinistlərin axtarışı bu gün davam etdirilib

Quba rayonda dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları yanvarın 8-də davam etdirilib.

APA-nın xəbərinə görə, Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatında bildirilir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərində Nazirliyin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlər və yerli sakinlərdən ibarət könüllü dəstələr iştirak edib.

Dekabrın 27-dən başlayan axtarış-xilasetmə əməliyyatı müddətində itkin düşmüş alpinistlərin hərəkət marşrutu üzrə ərazilər, həmçinin ehtimal  olunan digər ərazilər yoxlanılıb.

Bakıda avtobusu aşıran sürücü ilə bağlı ŞOK FAKT — SOYĞUNÇULUQ EDİBMİŞ

Xətai rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ağır yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğundan "Ölkə.Az"-a verilən məlumata görə, yanvarın 6-da saat 17 radələrində paytaxtın Xətai rayonu ərazisində Zığ şossesində 175 nömrəli marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı,  “99 XM 581” dövlət qeydiyyat nişanlı sərnişin avtobusu idarəetməni itirərək yoldan kənara çıxıb dərəyə aşıb.

Hadisə nəticəsində avtobusda olan 1964-cü il təvəllüdlü Məmmədov Rüstəm Ələsgər oğlu, 1974-cü il təvəllüdlü Teymurova Afət Seyfəddin qızı, 1961-ci il təvəllüdlü Cəfərova Sevda Mütəllim qızı, 1975-ci il təvəllüdlü Ağayeva Səbirə Nurəddin qızı, 1960-ci il təvəllüdlü Qurbanova Mətanət Əzim qızı, 1998-ci il təvəllüdlü Həsənov Taleh Fuad oğlu, 1975-cü il təvəllüdlü Sarıgen Vasili Alekseyeviç, 1998-ci il təvəllüdlü Hüseynli Müşviq Hicran oğlu, 1976-cı il təvəllüdlü Babayevə Tahirə İlyas qızı, 1959-cu il təvəllüdlü Nəbiyeva Şəfiqə Əkbər qızı, 1975-ci il təvəllüdlü Yedyayeva İrina Valeriyevna, 1981-ci il təvəllüdlü Əliisgəndərova Aygün Orucəli qızı, 2002-ci il təvəllüdlü Məmmədli Aygül Vüqar qızı, 2003-cü il təvəllüdlü Məhərrəmov Elcan Arzuman oğlu, 1938-ci il təvəllüdlü Quliyev Hüseynağa Sultan oğlu, 1938-ci il təvəllüdlü Namazov Sədi Qəhrəman oğlu, 1959-cu il təvəllüdlü Həsənova Nəcimə Hacıbala qızı, 1951-ci il təvəllüdlü Şahbanzəriyev Zəfər Zakir oğlu, 1970-ci il təvəllüdlü Bədəlova Gülüstan Piri qızı və 1991-ci il təvəllüdlü Bədəlova Elnaz Ənvər qızı olmaqla 20 şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb, avtobusun sürücüsü hadisə yerindən qaçıb. Hadisə nəticəsində xəsarət alanlar dərhal xəstəxanaya yerləşdirilib və onların əksəriyyəti ilkin tibbi yardım alaraq evə buraxılıblar.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.2 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 avqust 2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.2.2-ci (soyğunçuluq) maddəsi ilə məhkum olunmuş və nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan 1989-cu il təvəllüdlü Ağayev Kamran Hüseynağa oğlu tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi, eləcə də sərnişinlərin daşınması və təhlükəsizliyi ilə əlaqədar mövcud qanunvericiliyin tələblərinin pozulması hallarına yol vermiş şəxlərin dairəsinin müəyyənləşdirilməklə məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bakıda 20 nəfərin xəsarət aldığı qəza törədən avtobus sürücüsü tutulub

Xətai rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ağır yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, yanvarın 6-da saat 17 radələrində paytaxtın Xətai rayonu ərazisində Zığ şossesində 175 nömrəli marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı,  “99 XM 581” dövlət qeydiyyat nişanlı sərnişin avtobusu idarəetməni itirərək yoldan kənara çıxıb dərəyə aşıb.

        

Hadisə nəticəsində avtobusda olan 1964-cü il təvəllüdlü Məmmədov Rüstəm Ələsgər oğlu, 1974-cü il təvəllüdlü Teymurova Afət Seyfəddin qızı, 1961-ci il təvəllüdlü Cəfərova Sevda Mütəllim qızı, 1975-ci il təvəllüdlü Ağayeva Səbirə Nurəddin qızı, 1960-ci il təvəllüdlü Qurbanova Mətanət Əzim qızı, 1998-ci il təvəllüdlü Həsənov Taleh Fuad oğlu, 1975-cü il təvəllüdlü Sarıgen Vasili Alekseyeviç, 1998-ci il təvəllüdlü Hüseynli Müşviq Hicran oğlu, 1976-cı il təvəllüdlü Babayevə Tahirə İlyas qızı, 1959-cu il təvəllüdlü Nəbiyeva Şəfiqə Əkbər qızı, 1975-ci il təvəllüdlü Yedyayeva İrina Valeriyevna, 1981-ci il təvəllüdlü Əliisgəndərova Aygün Orucəli qızı, 2002-ci il təvəllüdlü Məmmədli Aygül Vüqar qızı, 2003-cü il təvəllüdlü Məhərrəmov Elcan Arzuman oğlu, 1938-ci il təvəllüdlü Quliyev Hüseynağa Sultan oğlu, 1938-ci il təvəllüdlü Namazov Sədi Qəhrəman oğlu, 1959-cu il təvəllüdlü Həsənova Nəcimə Hacıbala qızı, 1951-ci il təvəllüdlü Şahbanzəriyev Zəfər Zakir oğlu, 1970-ci il təvəllüdlü Bədəlova Gülüstan Piri qızı və 1991-ci il təvəllüdlü Bədəlova Elnaz Ənvər qızı olmaqla 20 şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb, avtobusun sürücüsü hadisə yerindən qaçıb. Hadisə nəticəsində xəsarət alanlar dərhal xəstəxanaya yerləşdirilib və onların əksəriyyəti ilkin tibbi yardım alaraq evə buraxılıblar.

        

Faktla bağlı Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.2 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 avqust 2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.2.2-ci (soyğunçuluq) maddəsi ilə məhkum olunmuş və nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan 1989-cu il təvəllüdlü Ağayev Kamran Hüseynağa oğlu tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi, eləcə də sərnişinlərin daşınması və təhlükəsizliyi ilə əlaqədar mövcud qanunvericiliyin tələblərinin pozulması hallarına yol vermiş şəxlərin dairəsinin müəyyənləşdirilməklə məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Saytda Axtarış

ახალი ამბები