Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3301
DünənDünən6004
Bu həftəBu həftə34244
Bu ayBu ay40032
Bu günə qədərBu günə qədər8401663

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Kərə yağlı çayın HEYRANEDİCİ FAYDASI - Türkiyəli alim AÇIQLADI

Türkiyəli kardioloq, professor Canan Karatay çaya şəkər əvəzinə kərə yağı atmağı məsləhət görüb.

Dalga tv Türkiyə mətbuatına istinadən xəbər verir ki, həkim bunu onun çox faydalı olması ilə izah edib.

Bəs kərə yağlı çayın faydaları nələrdir?

Rahatladıcı və yumşaldıcı təsiri sayəsində çay cəmiyyətimizin ayrılmaz hissəsi olub. Hələ qədim zamanlardan min bir dərdin dərman olan çay şifahi xalq ədəbiyyatımızda da xüsusi yer tutub, ona mahnılar və şeirlər yazılıb.

 

Müxtəlif ölkələrin mədəniyyətlərindən asılı olaraq çayı hər xalq özünəməxsus şəkildə içir. Məsələn, bizdə çayı milli şirniyyatlar və mürəbbə ilə içməyi daha çox sevirlər, Türkiyədə şəkərlə qarışdıraraq, Tibetdə duzlu, İngiltərədə isə südlü çaydan istifadə edirlər.

Tibetlilər eyni zamanda sadə çayın dəminə kərə yağı, duz, yumurta və qoz kimi yeməklər qatırlar.

Canan Karatayın da yağlı çay resepti tibetlilərdən götürülüb. Kərə yağının antioksidant tərkibi az olsa da, zülal və xolesterinə faydalı təsir göstərir.

Dəridə yaranan çatları yox edərək parlaqlıq qazandırır. İmmunitet sistemini möhkəmləndirir.

Çaya 1 və ya 2 çay qaşığı kərə yağı əlavə etmək damarların tıxanmamasının da qarşısını alır.

Qızardılmış balıq canlandı

Çində unikal, inanılmaz hadisə yaşanıb. Restoranlardan birində müştərinin sifariş verdiyi qızardılmış balıqlar masaya qoyulanda qışqırtı qopub.

Qışqıran müştəri idi.

 

Çünki masanın üzərindki 4 qızardılmış balıqlardan biri canlanıb və hərəkət etməyə başlayıb.

Mütəxəssislərin dediklərinə görə, səbəb ölü balığın əsəb hüceyrələrinin kənar qıcıqlandırıcıya reaksiya verməsi olub.

Bakıda sərnişin avtobusu aşıb, xəsarət alanlar var

Zığ şosesində avtobusun aşması nəticəsində xəsarət alan 12 nəfər xəstəxanaya yerləşdirilib.

BunuAPA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.

L. Bayramova onların 3 saylı şəhər Xəstəxanasına yerləşdirildiyini və müvafiq tibbi yardım göstərildiyini bildirib. 

Alpinistlərin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb - RƏSMİ MƏLUMAT

Respublika Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyiitkin düşən alpinistlərlə bağlı birgə məlumat açıqlayıb.

APA-nın xəbərinə görə, Respublika Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilir ki, 23 dekabr 2017-ci il tarixdə “Şahdağ” Milli Parkı ərazisində yerləşən “Tufandağ” zirvəsi istiqamətində qalxan “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin itkin düşmələri barədə daxil olmuş məlumat əsasında dekabrın 27-də Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin müvafiq qurumları tərəfindən helikopter cəlb olunmaqla axtarışa başlanılıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, N.Bunyatov, B.Hüseynov və F.Cəbrayılzadə dekabrın 23-də saat 14 radələrində “Tufandağ” zirvəsinə qalxmaq məqsədilə rayonun Quba rayonunun Xınalıq kəndindən “Şahdağ” Milli parkının “Xınalıq” keçid məntəqəsinə gələrək zirvə istiqamətində hərəkət edib və naməlum şəraitdə itkin düşüblər.

Hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir.

Dağlıq ərazi və əlverişsiz hava şəraitinin çətinliklər yaratmasına baxmayaraq Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Sərhəd Xidməti tərəfindən intensiv axtarış tədbirləri davam etdirilir.

İsladılmış badamın FAYDALARI - Xərçəng, qan təzyiqi, infarkt...

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?

Dalga tv suya qoyulduqdan sonra daha şəfalı olan badamın faydalarını təqdim edir.

1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin və mineral kompleksi baxımından daha zəngin olur.

2. Alzaymer xəstəliyinə yoluxma riskini azaldır və beyinin funksiyalarına müsbət təsir göstərir.

3. E vitamini sayəsində kalsium və xolestrol səviyyələrini balanslaşdırır.

 

4. İsladılmış badamda yüksək miqdarda protein olur ki, bu da ürək infarktının riskini azaldır.

5. Sümük əriməsini əngələyir və dişləri möhkəmləndirir.

6. Metabolizmi sürətləndirir və enerji artırır.

7. Vücudda zərərli maddələrin toplanmasına əngəl olur və xərçəngdən qoruyur.

8. Qan təzyiqini normallaşdırır.

104 yaşlı çeçen qadını Kərbəla adı ilə Gədəbəyə göndərdilər

Çeçenistan sakini olan 104 yaşlı qarı Yeni il ərəfəsində Azərbaycanın Gədəbəy rayonunda küçədə soyuqdan donarkən tapılıb və Bakıda sığınacağa yerləşdirilib.

Oxu.az xəbər verir ki, bu barədə Virtualaz.org-a qadına sığınacaq verən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyindən məlumat veriblər.

Pasport məlumatlarına görə 104 yaşı olan Mədinə Əliyevanı Gədəbəy rayon Polis İdarəsinin əməkdaşları küçədə soyuqdan donmuş halda tapıblar. Bir əsrdən çox yaşamış qadına Gədəbəydə ilkin tibbi yardım göstərilib, isti paltar, yemək verilib. Yanvarın 1-də isə onu Bakıya - “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına göndəriblər.

İctimai birliyin rəhbəri Mehriban Zeynalova deyib ki, sənədlərində Mədinə Əliyevanın 1914-cü ildə doğulduğu qeyd edilir. Qadın Rusiya vətəndaşıdır, Çeçenistanda qeydiyyatdadır, lakin Azərbaycan dilində sərbəst danışır. O, Gədəbəyə necə gəldiyini xatırlamır.

Mədinə Əliyeva çətin həyat sürdüyünü deyir, bildirdiyinə görə, sovet dövründə sürgün edilib, övladı olmayıb.

“Anam çeçen, atam ərəbdir. Məkkədə doğulub, böyümüşəm. Sonradan anam məni götürərək Çeçenistana qayıdıb. Oradan isə sürgün edilmişik”, - Mədinə Əliyeva özü barədə bunları deyib.

Danışdıqlarına əsasən, Çeçenistanda Mədinə Əliyevaya atasının dostu sahib çıxıb. 15 yaşında ərə verilib. Lakin övladı olmayıb, həyat yoldaşı dünyasını dəyişəndən sonra alverlə dolanıb. Əliyeva deyir ki, Azərbaycandan mal alaraq Çeçenistanda satırmış. Son 2 ilə qədər Azərbaycana mütəmadi gəlib-gedib, dilimizi də elə alverçilərdən öyrənib.

Mehriban Zeynalova bildirib ki, Mədinə Əliyeva Çeçenistandan Kərbəla ziyarətinə getmək üçün yola çıxdığını, lakin üç qadın tərəfindən aldadılaraq Azərbaycana gətirildiyini deyib. Bildirir ki, 200 dollar pulu, sənədləri və qulağındakı qızıl sırğaları oğurlanıb.

“Mədinə Əliyeva izahatında göstərib ki, qulaqlarındakı sırğa, pul və sənədlərini üç qadın götürüb. Onu Gədəbəyə niyə apardıqları da bəlli deyil. Hazırda araşdırma aparılır”, - M.Zeynalova əlavə edib.

M.Əliyeva yeriməkdə çətinlik çəkir, kömək olmadan yemək yeyə, özünə baxa bilmir. Buna baxmayaraq, Çeçenistanda evi olduğunu, geri qayıtmaq istədiyini deyib. Buna görə də, o, Bakının Xətai rayonu ərazisində yerləşən Tereza Ana sığınacağına köçürülüb. Onun Çeçenistana köçürülüb-köçürülməyəcəyi yaxın günlərdə bəlli olacaq.

İtkin düşmüş alpinistlərin axtarış yerindən

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışı davam edir.

Oxu.Az-ın məlumatına görə, axtarış tədbirləri bir neçə qrup tərəfindən Qəbələ rayonu və Xınalıq kəndi istiqamətində aparılır.

Axtarış-xilasetmə işlərində FHN-in peşəkar xilasedicilərdən ibarət dəstələri (müvafiq geyim, rabitə vasitələri və digər xilasetmə ləvazimatları ilə təchiz olunmuş), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlərdən və yerli sakinlərdən ibarət könüllü dəstələr iştirak edir. 

Meteoroloji şəraitdən asılı olaraq, FHN-in helikopteri əməliyyata cəlb olunub.

Bu gündən axtarışlara xarici mütəxəssislər də qoşulacaqlar.

Xatırladaq ki, ötən il dekabrın 23-də “Gilavar” hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətinə hərəkət edərkən onlarla əlaqə kəsilib.

https://youtu.be/c1V_uwih-Us

 

Alpinistləri dağa aparan sürücü: Qərarımı son anda dəyişdim

Quba rayonunda itkin düşən hər üç alpinistin qanunvericiliklə nəzərdə tutulmuş fərdi anket vərəqələri, şəxsi sənədləri özlərində olub.

Bu barədə Oxu.Az-a eksklüziv açıqlamasında idmançıları Quba rayonundan Tufandağ istiqamətinə “QAZ 66” yük maşınında aparan sürücü, Xınalıq kənd sakini Rasim Aslanov deyib.

“Məndən xahiş etdilər ki, onları Şahyaylaq ərazisinə aparım. Onları aparmaq istəmirdim, lakin sonda qərarımı dəyişdim. Xınalıq kəndindən Şahyaylağa təxminən 15-16 km yoldur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şahdağ qoruğu ərazisində yerləşir. Kənddən Şahyaylağa getmək üçün ETSN və DSX postunu keçib, onları həmin yerdə düşürdüm. Mən qanunvericilik çərçivəsində hərəkət etmişəm, onlar da əraziyə yollananda lazımi bütün sənədlər özlərində olub”, - deyə sürücü bildirib

Xatırladaq ki, ötən il dekabrın 23-də “Gilavar” Hava və Ekstrim İdman Klubunun üç üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyadzadə Quba rayonundan Tufandağ istiqamətinə hərəkət edərkən onlarla əlaqə kəsilib.

Onların axtarışları artıq 10 gündən çoxdur ki, davam edir.

Goranboy Rayon Prokurorluğu və Polis Şöbəsi ölümlə nəticələnən kütləvi dava haqqında məlumat yayıb

Goranboy Rayon Prokurorluğu və Rayon Polis Şöbəsi birgə məlumat yayıb.

APA-nın xəbərinə görə, məlumatda bildirilir ki, yanvarın 4-də saat 21 radələrində Goranboy rayon sakinləri Rəvan İsmayılov və digərlərinin ictimai qaydanı kobud surətdə pozaraq rayonun Dəliməmmədli şəhəri ərazisində aralarında yaranmış mübahisə zəminində Elxan Həsənova, Fəxrəddin Məmmədova, Anar Hətəmiyə, Nicat Əliyevə və Zülfüqar Cabbarova bıçaqla müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirməsi, nəticədə sonuncunun aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin olunub.

Prokurorluq və polis orqanları əməkdaşlarının birgə həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni xuliqanlıq zəminində törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü R. İsmayılov tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayətin digər iştirakçılarının dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Azərbaycanda yaşayan gürcülərin Gürcüstan vətəndaşlığı alması asanlaşdırıla bilər

Azərbaycanda yaşayan etnik gürcülərin Gürcüstan vətəndaşlığı alması proseduru sadələşdirilə bilər.
 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə qanun layihəsi hazırlanıb. 
 

Sənədə əsasən Gürcüstan vətəndaşlığına keçmək proseduru gürcü soyadı daşıyan və özünü gürcü hesab edən immiqrantlar üçün sadələşdiriləcək. Qanun layihəsinin məqsədi Gürcüstanın demoqrafik vəziyyətinin yaxşılaşdırılması və xaricdə yaşayan gürcülərin vətənlərinə qayıtmasına dəstək verilməsidir.


Qanun layihəsinə dair izahatda qeyd olunub ki, Azərbaycan, İran və Türkiyədə yaşayan etnik gürcülərin Gürcüstan vətəndaşı olmaq haqqı var: “Gürcülərin Gürcüstanda azlıq olmaması üçün qanunvericiliyə əhəmiyyətli dəyişikliklər edilməlidir. Son 25 il ərzində 2 milyondan çox həmvətənimiz müxtəlif səbəblərə görə ölkəni tərk edib və onların çoxu digər ölkələrin vətəndaşlığını alıb”.

  
Sənəddə eyni zamanda, xarici vətəndaşlar tərəfindən Gürcüstan vətəndaşlığının alınması prosedurunun çətinləşdirilməsi nəzərdə tutulub.


Qeyd edək ki, ötən ilin əvvəlində Gürcüstan əhalisinin sayı 3 718 200 nəfər təşkil edib ki, bu da 2016-cı ilin eyni göstəricisi ilə müqayisədə 2200 nəfər azdır.

Yaddaşınız zəifləyibsə, salat yeyin

Dalga tv saglamolun.az-a istinadən bildirir ki, ABŞ-ın Rush Universitetinin alimləri bu barədə araşdırma aparıblar.

Belə ki, yaşı 81 olan 960 nəfərin sağlamlıq durumları tədqiq edilib. "K" vitamini ilə zəngin olan kahı, ispanaq və s. kimi göyərtilərlə hazırlanmış salatlardan istifadə edən 960 nəfər hər il yaddaş və intellekt testlərindən keçirilib.

Testlərin nəticəsində məlum olub ki, salat yaddaşa müsbət təsir edən ən vacib qidadır.

Alpinistlərin axtarışı ilə bağlı yeni — MƏLUMAT

İtkin düşən alpinistlərin axtarışları bu gün də davam etdirilir.

"Ölkə.Az" xəbər verir ki, bu barədə “Gilavar” ekstrim və idman klubunun “Facebook” səhifəsində məlumat paylaşılıb. Qeyd olunub ki, axtarışların dayandırılması və ya Qəbələdə dağçıların izinə rast gəlindiyi barədə əsassız xəbərlər tirajlanır.

"Nəzərə almaq lazımdır ki, hər kəs bir xəbər gözləyir. Reytinq xətrinə belə fırıldaqlara yol atmaqla hazırda gözü yaşlı gözləyən nə qədər insanın hisləri ilə oynayırlar. Bəli, Qəbələdə axtarışlar edilib, ancaq heç bir izə rast gəlinməyib, üstəlik klubumuzdan heç kəs belə bir informasiya verməyib ki, Qəbələdə izlər var. Hazırda bu kimi hallarla kəskin mübarizə apara bilmirik, bu qədər insanın hislərindən öz reklamı üçün istifadə edənləri öz vicdanlarına buraxırıq, amma dağçılarımız sağ-salamat qayıdan kimi qeydə aldığımız bütün vaxtlarla bağlı müvafiq tədbirlər görüləcək".

Məlumatda vurğulanıb ki, digər bir yanlış informasiya isə dağçıların icazəsiz getməsi, hərəkət istiqaməti və planı barədə heç kəsə məlumat verməməsidir:

“Bu mümkün olacaq şey deyil, çünki bu ekspadisiya barədə 4 mərhələdən ibarət icazə alınır. Klubun və rəsmi orqanların xəbəri olur. Gedəcəkləri marşrut da öncədən müəyyənləşir, ancaq həyati təhlükə olarsa dağda onlar başqa marşrutdan məcburi istifadə edə bilərlər. Ümidimizi üzmürük, alpinistlərimizin sağ-salamat qayıdacağına inanırıq”.

Saytda Axtarış

ახალი ამბები