Dalga Televiziyasi ABŞ Rusiyanı çökdürmək üçün nə qədər xərcləyə bilər?
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün706
DünənDünən5185
Bu həftəBu həftə706
Bu ayBu ay48395
Bu günə qədərBu günə qədər8410026

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


ABŞ Rusiyanı çökdürmək üçün nə qədər xərcləyə bilər?

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

altRusiya təlaş içindədir ; NATO Rusiya sərhədlərində çevik qüvvələr yerləşdirəcək, yoxsa ...; “Şər imperiyası” yenidən dirçəlməyə can atır; ölkəmizdəki QHT repressiyaları ilə Rusiyanın hansı əlaqəsi var...


Bəlkə də ciddi heç nə baş verməyəcək. Bəlkə də NATO üzvləri uçan boşqablardan, yad planetlilərdən danışıb sonra da birgə şəkil çəkdirəcək və evlərinə dağılışacaqlar. Amma Rusiya təlaş içindədir. Bu ölkədə fikirləşirlər ki, görən NATO Ukraynaya, Moldovaya və Gürcüstana hansı statusu verəcək? Burada hələ də təlaş içindədirlər ki, NATO Rusiya sərhədlərində çevik qüvvələr yerləşdirəcək, yoxsa bu da bir söz-söhbətdir?
Bəli, Rusiya təlaş içindədir, sentyabrın 4-5-də Uelssdə toplaşacaq NATO bosları isə çox danışmağı sevmirlər. Hələlik yalnız çevik qüvvələrlə bağlı nəsə deyilir. NATO rəhbərləri bu qüvvələrin yerləşdirilməsini onunla əsaslandırırlar ki, İkinci Dünya müharibəsindən sonra Rusiya ilk dövlət oldu ki, başqa bir dövlətin ərazisini zorla özünə birləşdirdi...
Üç ölkəyə veriləcək statusa gədikdə isə belə bildirirlər ki, Moldova, Ukrayna və Gürcüstanla “Gücləndirilmiş əməkdaşlıq” sazişi imzalanacaq.

Halbuki bir az əvvəl deyirdilər ki, bu üç ölkəyə tam üzvlük yolunda sonuncu mərhələ olan “Üzvlük planı” təqdim ediləcək...

Düzdür, soyuq müharibə bitəndən sonra ilk dəfədir ki, NATO yenidən Rusiyanı əsl rəqib kimi qiymətləndirməyə başlayıb...

Saytda Axtarış

Son xəbərlər