Dalga Televiziyasi “İlham Əliyev gələn həftə Sərkisyanla görüşə bilər” – RƏSMİ
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün709
DünənDünən5185
Bu həftəBu həftə709
Bu ayBu ay48398
Bu günə qədərBu günə qədər8410029

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


“İlham Əliyev gələn həftə Sərkisyanla görüşə bilər” – RƏSMİ

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt

“Heç kim münaqişənin eskalasiyasında maraqlı deyil və Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”.

Modern.az saytının xəbərinə görə bunu Turan İnformasiya Agentliyinə müsahibəsində ATƏT-in ABŞ-dan olan həmsədri Ceyms Uorlik deyib. O bildirib ki, ATƏT-in Minsk Qrupu sülhün saxlanılmasına çalışır. Amerikalı diplomat qeyd edib ki, iyul ayının 31-dən başlaya və avqust ayının əvvəllərinə qədər davam edən cəbhə xəttindəki gərgin vəziyyət sülh prosesinə əngəldir

“Cəbhə xəttindəki münaqişə zamanı onlarla insanın ölməsi bizi sülhün nailiyyətinə gedən yolda geriyə salır. Həll yollarını tapmaq üçün işləmək və danışıqlar stolu arxasında səyləri ikiqat artırmaq lazımdır. Bunun üçün isə atəşkəs rejiminə əməl etmək ilkin şərtdir”.

Həmsədr Azərbaycan və Ermənistan prezidentlərinin yaxın zamanlrda növbəti görüşünün baş tutacağını da istisna etməyib:

“Prezidentlər NATO-nun Uelsdə keçiriləcək sammitində və ya BMT Baş Assambleyasının iclasında görüşə bilər”,-deyə C. Uorlik bildirib.


Qeyd edək ki, NATO-nun sammiti sentyabr ayının 4-5-də Uelsin paytaxtı Kardifdə keçiriləcək.

Saytda Axtarış

Son xəbərlər