Dalga Televiziyasi Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1951
DünənDünən5773
Bu həftəBu həftə38667
Bu ayBu ay44455
Bu günə qədərBu günə qədər8406086

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Batumi şəhərində Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstan müdafiə naziri Levan İzoria və Türkiyə milli müdafiə naziri Fikri İşık arasında üçtərəfli formatda görüş keçirilib.

APA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, regional təhlükəsizlik məsələləri ətraflı müzakirə edilib və üçtərəfli hərbi əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.
 

Tərəflər beynəlxalq terrorizm və aqressiv separatizmin regiondakı sülhə və sabitliyə, ümumi inkişafa mənfi təsir göstərdiyini vurğulayaraq dövlətlərin təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı birgə fəaliyyətin vacibliyini xüsusi qeyd ediblər.
 

Nazirlər hərbi, hərbi təhsil və hərbi tibb sahəsində əməkdaşlığın perspektivləri, birgə hərbi təlimlərin keçirilməsi və bir sıra qarşılıqlı maraq doğuran digər istiqamətləri də nəzərdən keçiriblər.
 

Görüşün yekunlarına dair birgə protokol imzalandıqdan sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransı keçirilib. 

Saytda Axtarış

Son xəbərlər