Dalga Televiziyasi Nazir: "Gürcüstan, Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimləri olacaq"
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2029
DünənDünən5773
Bu həftəBu həftə38745
Bu ayBu ay44533
Bu günə qədərBu günə qədər8406164

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Nazir: "Gürcüstan, Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimləri olacaq"

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

"Azərbaycan, Türkiyə və Gürcüstan arasında inkişaf edən hərbi əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Bizim birgə əməkdaşlığımız gürcü, Azərbaycan və türk xalqlarının təhlükəsiz yaşaması və ölkələrimizin iqtisadi inkişafı baxımından önəmlidir”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın müdafiə naziri Levan İzoria Batumidə azərbaycanlı və türkiyəli həmkarları ilə üçtərəfli görüşdən sonra keçirilən mətbuat konfransında deyib.


L. İzoria Gürcüstan və Türkiyənin müdafiə sahəsində birgə fəaliyyətini yüksək qiymətləndirib: “Bu il biz 5 dəfə görüşmüşük. Budəfəki görüşümüzdə də biz ən vacib məsələləri müzakirə etdik. Düşünürəm ki, ölkələrimiz arasında getdikcə inkişaf edən əməkdaşlıq formatı daha da genişlənəcək”.
 

Nazir üç ölkənin birgə təlimlərdə iştirakına da toxunub: “Yaxın günlərdə bizim xüsusi təyinatlılarımızın birgə təlimləri baş tutacaq. Bu ilin sentyabr ayında informasiya texnologiyaları üzrə təlimlərimiz də keçiriləcək. Gələcəkdə bu cür təlimlərin sayını artırmaq və üç ölkə arasında hərbi əməkdaşlığı daha da genişləndirmək niyyətindəyik”.

Saytda Axtarış

Son xəbərlər