Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2511
DünənDünən5773
Bu həftəBu həftə39227
Bu ayBu ay45015
Bu günə qədərBu günə qədər8406646

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Göyçayda ağır qəza zamanı xəsarət alanlardan biri dünyasını dəyişib

Göyçayda baş verən yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan iki nəfərdən biri dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün səhər saat 9:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 212-ci kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində “VAZ 2106” makralı minik avtomobili qarşı tərəfdən gələn “QAZ 53” markalı yük avtomobili ilə toqquşub.

Hadisə nəticəsində “VAZ 2106”nın sürücüsü, Qarabaqqal kənd sakini 1982-ci il təvəllüdlü Musayev Səbuhi Şəmsəddin oğlu və həmkəndlisi olan sərnişini 1995-ci il təvəllüdlü Həsənov Elçin Ayaz oğlu ağır bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Şəmsəddin Musayev xəstəxanada dünyasını dəyişib. Elçin Həsənovun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Bu qidalar ağrıları azaldır

Hər birimiz həyatda müxtəlif ağrılarla üzləşirik - baş ağrısı, bel ağrısı, oynaq və əzələ ağrıları və s.

Əksər hallarda fikirləşmədən biz ağrısızlaşdıran dərmanlardan birinə əl atırıq. Lakin belə dərmanların tez-tez və həkimin məsləhəti olmadan qəbulu çox təhlükəlidir.

Bu səbəbdən ağrılarla təbii üsullarla mübarizə aparmağa çalışın. Maraqlıdır ki, bəzi qida məhsulları və ədviyyatlar ağrıları azaltmaq xüsusiyyətinə malikdir. Bu məhsullar arasında:

- Albalı. Bu giləmeyvə və onun şirəsi çox gözəl təbii ağrısızlaşdırıcı dərmandır. Albalı oynaqlarda və əzələlərdə ağrıları və iltihabları azaldır.

- Zəncəfil miqren, artrit, əzələ ağrıları, qadınlarda menstruasiya ağrıları, mədədə diskomfort zamanı çox yaxşı kömək edir. 1/4 çay qaşığı üyüdülmüş və ya 3-4 sm uzunluqda təzə zəncəfil isti suda dəmlənilir və qəbul olunur.

- Balıq və balıq yağı bel, boyun, oynaqlar ağrıları zamanı yaxşı kömək edir. Belə ağrılardan tez-tez əziyyət çəkirsinizsə, həftədə 2-3 dəfə balıq yeyin. Omeqa3 maddəsi ilə zəngin olan balıq qan dövranını yaxşılaşdırır, sinir və damarları iltihablardan qoruyur.

- Sarıkök bağırsaqlarda spazmları, sinir və oynaq ağrılarını azaldır, iltihabəleyhinə təsir edir.

- Bioyoqurt mədə-bağırsaq sistemində ağrılar, köp, spazmlar və s. xoşagəlməz hisslərlə mübarizə aparır.

- Nanə istənilən ağrılar zamanı yaxşı kömək edir. 1 çay qaşığı nanə qurusunu 1 fincan qaynar suda dəmləyin, 1 dilim limon əlavə edin və için. Baş, qarın, əzələ ağrıları tez bir zamanda keçəcək.

- İstiot çox yaxşı ağrısızlaşdırır. Məhz bu səbəbdən ağrılar zamanı tərkibində istiot olan plastrlar və məlhəmlər istifadə olunur. İstiot damarların genişlənməsinə, yerli qan dövranının yaxşılaşmasına səbəb olur ki, nəticədə ağrı və iltihab azalır.

- Soya bitkisi artrit zamanı yaxşı kömək edir, ağrıları azaldır.

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı bölgədə təbii artım kəskin azalıb

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsində təbii artımın kəskin azalması qeydə alınıb.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadla xəbər verir ki, cari ilin yanvar-iyun aylarında bölgədə əhalinin təbii artımı 336 nəfər təşkil edib ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə (ötən il təbii artım 812 nəfər olub) 58,6 % azdır.

Hesabat dövründə Kvemo Kartli bölgəsinin digər əsas demoqrafik göstəricilərinə gəlincə, yanvar-iyun aylarında yeni doğulanların sayı 2 681 nəfər, ölənlərin sayı 2 345 nəfər, nikah və boşanmaların sayı isə müvafiq olaraq 1 213 və 510 fakt təşkil edib.

Qeyd edək ki, Gürcüstanda 2014-ci ildə aparılmış əhalinin son siyahıya alınmasına əsasən, Kvemo Kartli bölgəsində 423 986 nəfər əhali yaşayır.

Əhalinin 177 032 nəfəri azərbaycanlıdır.

Meteohəssaslıq - havanın dəyişilməsinə reaksiya

Bəzi insanların orqanizmi havanın və ətraf mühitin dəyişilməsinə (yağış, qar, külək, maqnit qasırğaları, siklon, atmosfer təzyiqinin artması, günəşdə olan dəyişikliklər və s.) müxtəlif reaksiyalar verə bilər.

Bu reaksiyaların arasında: oynaqlarda, sümüklərdə, əzələlərdə ağrılar, baş və ürək ağrıları, yuxusuzluq, arterial təzyiqin artması və ya əksinə enməsi, yorğunluq, iştahasızlıq, miqren, xroniki xəstəliklərin kəskinləşməsi və s.

Reaksiyalar daha yüngül (halsızlıq, yüngül baş ağrısı) və ya daha ağır (ürək fəaliyyətinin və nəfəsalamanın pozulmaları, ağır miqren tutmaları) ola bilər. Sinir sistemi zəif olan, depressiyalara meyilli olan, tez-tez stress vəziyyətlərinə düşən insanlarda ətraf mühitin dəyişilməsi təsirindən hətta "meteonevroz" adlandırılan pozulma inkişaf edə bilər.

Şəhərlərdə yaşayan insanlar kəndlərdə yaşayan insanlarla müqayisədə meteohəssaslıqdan daha tez-tez əziyyət çəkir.

İnsan orqanizmi havanın özünə deyil, məhz havanın dəyişilməsinə (xüsusilə kəskin dəyişilməsinə) reaksiya verir. Bu reaksiyalar havanın dəyişilməsindən, maqnit qasırğalardan və s. dəyişikliklərdən 1-2 gün əvvəl inkişaf edir və daha sonra 7 günə kimi davam edə bilər. Bu insanın yaşından, sağlamlıqla olan problemlərdən, sinir və immun sistemlərinin vəziyyətindən və s.-dən asılıdır.

Meteohəssaslığın səbəbi insanın ətraf mühitə olan adaptasiya (uyğunlaşma) prosesinin pozulmasıdır. Sağlam insanda ətraf mühitin və havanın dəyişilməsi orqanizmdə gedən bir çox proseslərə təsir edir - mübadilə prosesləri, hormonal fon, bədən hərarəti, hətta qanın tərkibi bir qədər dəyişilir. Bu dəyişikliklər insan orqanizminə ətraf mühitdə olan dəyişilməsinə adaptasiya etməyə imkan verir. Nəticədə insan ətraf mühitin dəyişilməsinə rahat uyğunlaşır və heç nə hiss etmir. Lakin müxtəlif səbəblərə görə (xroniki xəstəlik və pozulmalar, travmalar, qəza, sınıqlar və s.) bu adapatasiya mexanizmi pozula bilər ki, insan ətraf mühitin dəyişilməsinə qeyri-adi reaksiyalar (ağrılar, halsızlıq və s.) verməyə başlayır.

Əksər hallarda havanın dəyişilməsinə hər hansı xroniki xəstəliyi olan, travma, qəza və s. keçirmiş, sinir sistemi və immuniteti zəif olan insanlar reaksiya verir. Lakin bəzi tam sağlam insanlarda da bu hala təsadüf edilir. Həkimlərin fikirinə görə, əgər insan qəfildən havanın dəyişilməsinə reaksiya verməyə başlayıbsa, bu onun orqanizmində başlayan hər hansı pozulmanın əlaməti ola bilər.

Uşaqların əksər hissəsi (xüsusilə 1 yaşına kimi olan körpələr) havanın istənilən dəyişilməsinə reaksiya verirlər. Bu təbii haldır. 9 ay ərzində uşaq tam fərqli mühitdə yaşayıb və indi yeni mühitə uyğunlaşmaq üçün ona müəyyən vaxt lazımdır. Uşaq böyüdükcə bu hal keçib gedəcək. Bu səbəbdən əgər körpəniz gecəni pis yatır, yeməkdən imtina edir, ağlayır, çox narahatdırsa, dərhal hər hansı xəstəlikdən şübhələnməyin, havaya fikir verin. Belə hallarda ana uşağı daha tez-tez qucağına almalı, onu sakitləşməyə çalışmalıdır.

Meteohəssaslıqla mübarizə aparmaq üçün düzgün qidalanmaq, tez-tez açıq havada gəzmək, kifayət qədər yatmaq və dincəlmək, bədən tərbiyyəsi və idmanla məşğul olmaq (üzgüçülük, yoqa), stress vəziyyətlərdən uzaq olmaq, immun sistemini möhkəmləndirmək lazımdır.

Bu gün Ay Yerə yaxınlaşacaq

Bu gün Ayın Yerə yaxınlaşması hadisəsi qeydə alınacaq.

Dalga tv Report-a istinadən xəbər verir ki, bu təbiət hadisəsi zamanı Ayla Yer arasında məsafə 369 min kilometr olacaq. 

Ayın Yerə ən yaxın məsafədə yaxınlaşması (“Super Ay”) isə 2018-ci il yanvarın 2-də baş verəcək. Bu zaman Ayla Yer arasında məsafə 356 min 550 kilometr olacaq.

“Super Ay” hadisələri indiyə qədər bir neçə dəfə baş verib və heç bir təhlükə qeydə alınmayıb. 

Alma sirkəsinin müalicəvi xüsusiyyətləri

Alma sirkəsi çox yaxşı, sınanmış təbii müalicəvi vasitədir.

Alma sirkəsi A, C, P, B qrupu vitaminlər, müxtəlif turşular (alma, limon, süd və s.), fermentlər, pektinlər, dəmir, ftor, fosfor, kalium, kalsium və s. kimi mikroelementlərlə zəngindir.

Alma sirkəsi orqanizmə iltihabəleyhinə təsir edir, müxtəlif ağrıları (miren ağrısı, artrit zamanı ağrı və s.) azaldır, damarları təmizləyir və onların elastikliyini artırır, orqanizmi artıq xolesterindən, şlaklar və toksinlərdən təmizləyir.

Miqren tutması və ya adi baş ağrısı zamanı alnınıza sirkədə isladılmış parça qoyun və uzanın. Bu sadə vasitə tez bir zamanda ağrıların azalmasına kömək edəcək.

Alma sirkəsi immun sisteminə də çox müsbət təsir edir. İlin soyuq fəsillərində bu xüsusilə vacibdir. Hər səhər 1 stəkan ilıq suda 2 xörək qaşığı alma sirkəsi və 1 xörək qaşığı bal həll edib qəbul edin.

Alma sirkəsi ürək-damar sistemi üçün də çox xeyirlidir.

Alma sirkəsi arıqlamağa kömək edir. Alma sirkəsi piylərin parçalanma proseslərini sürətləndirir, iştahanı azaldır. Arıqlamaq üçün hər gün 2 xörək qaşığı alma sirkəsi əlavə olunmuş 1 stəkan ilıq su için.

Nəzərinizə çatdıraq ki, alma sirkəsini mədə-bağırsaq sistemində pozulmalar olan insanlar (xoralar, eroziyalar və s.) qəbul etməməlidir.

Alma sirkəsinin varikoz xəstəliyinin müalicəsində effekti rəsmi tibb təfərindən də təsdiq olunmuşdur.

Alma sirkəsi varikoz xəstəliyi zamanı (təbii ki, xəstəliyin ilkin mərhələlərində) damarların vəziyyətinin yaxşılaşmasına, damarların möhkəmlənməsinə, ödemlərin aradan qaldırılmasına yaxşı kömək edir.

Varikozla mübarizə etmək üçün alma sirkəsi ilə olan kompreslərdən istifadə etmək olar. Bunun üçün qalın pambıq parça sirkədə isladılır və ayaqlar bu parça ilə bir neçə qat sarınır. Daha sonra ayaqların altına bir neçə yastıq qoyub uzanmaq lazımdır. Parça quruduqda kompres götürülür. Kompresdən sonra ayaqlarınızı yumayın, sirkənin müalicəvi təsiri davam edir.

Daha bir üsul yumşaq əskini alma sirkəsinə batırır və ayaqları aşağıdan yuxarı (venoz qan bu istiqamətdə axır) yüngül sürtün. Problemli hissələrə əsas diqqət yetirin. Daha sonra sirkə quruyur və dəridə qalır (ayaqları yumaq lazım deyil).

Alma sirkəsi üz dərisinə də çox müsbət təsir edir, dərini ağardır, təmizləyir, piqment ləkələri və çilləri yox edir.

Dərisi yağlı olan insanlar hər gün üz dərisini alma sirkəsində isladılmış pambıqla silə bilərlər. Bu artıq parıltını götürür, məsamələri yığır, sızanaqları müalicə edir.

Alma sirkəsi dərini qıcıqlandıra bilər. Bu səbəbdən əvvəl sirkəni üz dərisinin kiçik yerinə çəkin və gözləyin. Dəridə qızartı və s. olmazsa, sirkədən istifadə edə bilərsiniz.

 

Gürcüstanda “Qurani-Kərim” yeni tərtibatda nəşr olunub

Gürcüstan Müsəlmanları İdarəsinin  sifarişi və dəstəyi ilə “Qurani-Kərim”in Azərbaycan və gürcü dillərində tərcüməsi yenidən çap olunub.

APA-nın yerli bürosunun məlumatına əsasən, ötən ilki nəşrdən fərqli olaraq yeni çap olunan kitabların özəlliyi ərəbcə mətnin yer alması və haşiyəsində təcümələrin qeyd olunmasından ibarətdir.

Latın qrafikası ilə Azərbaycan dilində nəşr olunan “Qurani-Kərim”i akademiklər Ziya Bünyadov və Vasim Məmmədəliyev, gürcü dilinə isə Rezo Mikeladze tərcümə ediblər.

Qeyd edək ki, ötən il ümumilikdə 3000 nüsxədə Ağabala Mehdiyev və Dürdanə Cəfərlinin tərcümə etdiyi (ərəbcə mətn və izahlı tərcüməsi olan) 1200 səhifədən ibarət “Qurani-Kərim” çap edilərək Gürcüstanda yaşayan müsəlmanlara pulsuz təqdim olunub.

 

Soğan qabıqlarını atmamaq üçün 7 SƏBƏB

Soğan ən faydalı tərəvəzlərdən biridir.

Soğanın güclü antiseptik, iltihab, mikrob və virus əleyhinə, ürək xəstəliklərindən və xərçəngdən qoruyan xüsussiyyətləri elmdə çoxdan təsdiq olunub.

Lakin tək soğanı deyil, onun qabıqlarını da əsl dərman hesab etmək olar. Bəzi mütəxəssislər soğan qabıqlarını hətta soğanın özündən də faydalı hesab edir. Bu səbəbdən soğanı soyandan sonra qabıqlarını atmağa tələsməyin. Onları yuyun, qurudun və təbii müalicəvi və profilaktik vasitə kimi istifadə edin.

1. Soğan qabığı dəmləməsi saçların sağlamlığı və gözəlliyi üçün çox faydalıdır - saçları möhkəmləndirir, onları daha canlı və parlaq edir, kəpəyi müalicə edir.

2. Bronxit zamanı soğan qabığı dəmləməsi (1 x.q. qabıq + 1 stəkan isti su) yaxşı antiseptik və bəlğəmgətirici təsir edir.

3. Stomatitdən əziyyət çəkirsnizsə, soğan qabığını dəmləyin və ağız boşluğunu qarqara edin.

4. Soğan qabıqlarından çay immun sisteminə müsbət təsir edir, orqanizmdə iltihabları azaldır, arterial təzyiqi normallaşdırır.

5. Angina və zökəm zamanı soğan qabığı ilə inhalyasiyalar edin.

6. Sistit (sidik kisəsi iltihabı) zamanı soğan qabıqlarını dəmləyin və için. Bu sadə vasitə sidik kisəsini və sidik yollarını təmizləyir, iltihabı azaldır.

7. Soğan qabığı ilə ayaq vannaları varikoz xəstəliyinin əvvəlində müalicəvi vasitə kimi istifadə etmək olar. Belə vannalar damarların divarlarını möhkəmləndirir.

AĞIR XƏBƏR! AzTV-nin məşhur jurnalisti faciəvi şəkildə dünyasını dəyişdi

Uzun illər Azərbaycan Dövlət Televiziyasında, daha sonra İctimai Televiziyada çalışmış əməkdar jurnalist Rafiq Nəbiyev vəfat edib.
Bu haqda mərhumun keçmiş iş yoldaşları məlumat veriblər.

Qeyd edək ki, Rafiq Nəbiyev Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Uzun müddət illər Azərbaycan Dövlət Televiziyasında şöbə müdiri, daha sonra İctimai Televiziya və Radio Yayımları Şirkətində "Koordinasiya və Proqram direktorluğu"nun direktoru vəzifəsində işləyib.

 

Allah rəhmət eləsin...

Sabirabadda mikroavtobus aşıb, ölənlər və xəsarət alanlar var

Sabirabad rayonunda mikroavtobus aşıb.

APA-nlın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Sabirabad rayon mərkəzinə gedən yolda qeydə alınıb.

Mikroavtobusun aşması nəticəsində

Hadisə nəticəsində Sabirabad rayon sakini, 20 yaşlı Abbasova Gülzar Sakit qızı və1946-cı il təvəllüdlü Teymur Zərbəlieyin öldüyü, 7 nəfərin xəsarət aldığı bildirilir.

Axşam 6-dan sonra YEYƏK yoxsa YEMƏYƏK?

Yayılmış fikirə görə, arıqlamaq istəyən insan axşam saat 18.00-dan sonra yemək yeməməlidir.

Belə yanaşmanın məntiqli arqumentləri də var - axşam insan daha az hərəkət edir və nəticədə daha az kalori yandırır ki, bu vaxt qəbul olunmuş kalorilər qarın və omba nahiyəsində yığılmağa başlayır.

Lakin müasir diyetoloqlar və arıqlamaq üzrə mütəxəssislər bu fikirlə razı deyil. Belə ki, tanınmış rus diyetoloq Aleksey Kovalkov belə hesab edir ki, daim axşam 18.00-dan sonra yeməyən insan arıqlamayacaq, əksinə kökələcək.

Aclıq zamanı insan orqanizmində özünü qoruma mexanizmləri işə salınır - mübadilə prosesləri ləngiyir, orqanizm "qənaət rejiminə" keçir, ehtiyat üçün piyləri yığmağa başlayır və nəticədə insan kökəlir.

Bu səbəbdən müasir diyetologiyanın əsas şüarı: "Arıqlamaq istəyirsinizsə - yeyin". Təbii ki, burada qidaların seçimi böyük rol oynayır.

Kovalkov pasiyentlərinə yatmazdan 2 saat əvvəl mütləq yemək yeməyi tövsiyə edir. Mütəxəssisin fikrinə görə, şam yeməyi üçün ən yaxşı seçim tərəvəz salatı, kəsmik və 2 bişmiş yumurta ağıdır.

Əgər bundan sonra siz hələ də aclıq hiss edirsinizsə, diyetoloq... dişləri təmizləməyi tövsiyə edir. Bu sadə prosedura şüuraltı olaraq "ağzım təmizdir və yemək üçün bağlıdır" kimi fikiri formalaşdırır ki, qidadan imtina etmək daha asan olur.

Bakının mərkəzində yanğın

Bu gün Bakı şəhərinin Nərimanov rayonu ərazisində yanğın baş verib.

 Dalga tv Lent.az-a istinadən xəbər verir ki, Əhməd Rəcəbli küçəsi 28 ünvanındakı binada yanğın başlayıb. Yanğınsöndürənlər alovun miqyasının artmasının qarşısını alıb və yanğın söndürülüb.

Nərimanov rayon Dövlət Yanğından Mühafizə Hissəsindən bildirilib ki, binanın qarşısında toplanmış tullantılar və quru ot yanıb.

Saytda Axtarış

Son xəbərlər