Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3494
DünənDünən5773
Bu həftəBu həftə40210
Bu ayBu ay45998
Bu günə qədərBu günə qədər8407629

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Alimlər xərçəng xəstəliyinə qarşı ən səmərəli vasitəni açıqladılar

Üzüm tumları onkoloji xəstəliklərin, əsasən də mədə xərçənginin, profilaktikası üçün çox xeyirlidir.

Dalga tv-nin Oxu.Az-a istinadən məlumatına görə, müvafiq bəyanatla Avstraliyanın Adelaida Universitetinin elmi işçiləri çıxış ediblər.

Üzüm tumları xərçəng xəstəliyinin yaranmasının qarşısının alınmasına əhəmiyyətli dərəcədə kömək edir və insan orqanizminə heç bir ziyanı yoxdur.

Ekspertlərin fikrincə, üzüm tumları kimyaterapiyaya effektli əlavə kimi də istifadə oluna bilər.

Gürcü ekspert: “Metsamor AES bütün region üçün böyük təhlükə mənbəyidir”

Tbilisidə “Ekologiya və nüvə radiasiyası təhlükəsizliyi” mövzusunda beynəlxalq konfrans keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbirdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə üzv olan ölkələrin və digər beynəlxalq təşkilatların yüzdən çox nümayəndəsi iştirak edib. Konfransda əsasən zənginləşdirilmiş uranın təhlükəsiz şəkildə daşınması, geri qaytarılması və istifadə edilməsi prosedurları müzakirə olunub. Cənubi Qafqaz regionunda radiasiya və nüvə sahəsində bir çox məsələlər də diqqət mərkəzində olub. Konfrans iştirakçıları Ermənistanda fəaliyyət göstərən Metsamor AES-lə bağlı fikirlərini də bölüşüblər.

Ekologiya və Nüvə Radiasiya Təhlükəsizliyi Agentliyinin rəhbəri Vasili Gadenaşivili “Report”un yerli bürosuna deyib ki, konfransda Cənubi Qafqaz regionunda radiasiya və nüvə sahəsində mövcud olan problemlər və bir sıra digər məsələlər diqqət mərkəzində olub: “Qeyd edə bilərəm ki, regionumuz üçün hazırda bir təhlükə mənbəyi mövcuddur. Bu da Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasıdır. Bu stansiya müasir təhlükəsizlik standartlarına cavab vermədiyi halda fəaliyyət göstərir. Metsamor AES-in fəaliyyəti tək Ermənistan üçün deyil, bütün region üçün böyük təhlükə mənbəyidir”.

Onun sözlərinə görə, nüvə enerjisi və atom silahları ilə məşğul olan beynəlxalq təşkilatlar bu məsələni nəzarətə götürməli və lazımı qərarlar verməlidirlər.

 

 

Gürcüstana avtomobillə gedənlər üçün qaydalar dəyişir

2018-ci ildən Gürcüstan ərazisi ilə hərəkət edən, lakin xaricdə qeydiyyata alınmış avtomobillər üçün icbari sığorta qüvvəyə minəcək. Bununla da Gürcüstana avtomobillə daxil olarkən icbari sığortaya görə yeni tariflər tətbiq olunacaq.

Bəs yeni qaydalar Azərbaycandan bu ölkəyə avtomobillə gedənlərə tətbiq olunacaqmı?

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki,  “XəzərXəbər” məsələyə aydınlıq gətirib.

Ekspert Ərşad Hüseynov bildirir ki, Gürcüstanda əvvəllər belə bir sığorta olub. Ancaq yeni qanunun qəbul edilməsi ilə tariflərdə artımlar olacaq.

Ərşad Hüseynovun sözlərinə görə, indi Gürcüstan, eləcə də, digər ölkələr yaşıl kartın üzvü olduğuna görə həmin ölkələrə onsuz da beynəlxalq səviyyədə icbari sığorta olmadan avtomobillə daxil olmaq mümkün deyil. Buna görə də Gürcüstanın icbari sığortalar haqqında qanununda dəyişiklik Azərbaycanda hər sürücüyə şamil edilməyəcək.

Yaşıl kart sığortasından faydalanmaq üçün isə tariflər beynəlxalq tariflər olduğuna görə onun həcmi Maliyyə Nazirliyi tərəfindən müəyyən olunur. Yaşıl kart sığortası Azərbaycandakı sığorta şirkətləri tərəfindən verilməkdədir. Sığortanın məbləği  gediləcək ölkədən və orada qalmaq müddətindən asılı olaraq dəyişir. 

Zaqatalada ağır qəza: Ailənin dörd üzvü yaralanıb

Zaqatala rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, bir ailənin dörd üzvü yaralanıb.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KamAz” markalı yük maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşub. Nəticədə “Mercedes”in sürücüsü, 1949-cu il təvəllüdlü Adil Hacıməmməd oğlu Vəliyev və onun sərnişinləri - 1953-cü il təvəllüdlü Ramazan Ərəb oğlu Balayev, 1981-ci il təvəllüdlü Gülpəri Ramazan qızı Balayeva və 2016-cı il təvəllüdlü Əsrəd Ramil qızı Vəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bakı metrosunda faciə

Bu gün Bakı metrosunda faciəvi hadisə baş verib.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, yaşlı kişi metronun “Elmlər Akademiyası” stansiyasında relslərin üzərinə yıxılıb. Hadisə qatar platformaya daxil olarkən baş verib və həmin şəxs huşsuz vəziyyətdə relslərin üzərindən götürülüb.

Stansiyaya təcili tibbi yardım briqadası gəlib. Həkimlərin səyinə baxmayaraq o ölüb. Üzərindən çıxan sənədlər əsasında məlum olub ki, həmin şəxs 83 yaşlı Səyyad Xəlilovdur.

Onun özünü qəsdən qatarın altına atması və ya bədbəxt hadisə nəticəsində yıxılması kamera görüntüləri araşdırılandan sonra dəqiqləşəcək.

Gürcüstanda iki Azərbaycan vətəndaşı qızıl qaçaqmalçılığına görə saxlanılıb

 Gürcüstanın hüquq-mühafizə orqanlarıı gömrük nəzarətindən yayınmaqla 1,3 kq qızıl-zinət əşyalarını ölkəyə keçirmək ittihamı ilə iki Azərbaycan vətəndaşını saxlayıb.

Dalga tv "Report" a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin istintaq xidmətindən bildirilib. 

İstintaq təqsirləndirilən şəxslərin "Qırmızı körpü" gömrük məntəqəsindən keçməklə ölkəyə qanunsuz qızıl gətirdiklərini iddia edir. Qaçaq malların gömrük dəyəri 676 min laridən (281 min dollardan) çoxdur. 

Bununla əlaqədr  "Gürcüstan gömrük sərhədindən külli miqdarda malın hərəkəti ilə əlaqədar qaydaların pozulması" maddəsi ilə cinayət işi açılıb. Azərbaycan vətəndaşlarına qarşı irəli sürülmüş ittihamlar təsdiqlənərsə onları 5 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. 

Son dəqiqə! Azərbaycanda dəhşətli yanğın: körpə diri-diri yanaraq can verdi

İyunun 16-da Biləsuvar şəhərində Natiq Aslanova məxsus evdə yanğın baş verib. Dalga tv Sonxeber.az  saytına istinadən verdiyi məlumata görə, nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanıq xəsarəti alan N.Aslanovun arvadı Gülnar Məmiyeva və oğlu, 8 yaşlı Ümid xəstəxanaya yerləşdiriliblər. Uşaq orada ölüb, G.Məmiyevanın vəziyyəti orta-ağırdır.

Araşdırma aparılır.

Qohumları arvadıyla barışmaq istəyən kişini vəhşicəsinə döydü- Vəziyyəti ağırdır

Şəmkir rayonunda döyülmə hadisəsi baş verib.

Dalga tv Sonxeber.az-a istinadən  məlumatına görə, hadisə rayonun Dəllər-Cəyir kəndində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü, əslən Yardımlı rayonundan olan Şəkərov Əliqismət Hökməli oğlu həyat yoldaşı ilə barışmaq üçün Dəllər-Cəyir kəndinə, qaynatasının evinə gəlib. Ə. Şəkərov polisə ifadəsində bildirib ki, o, həyat yoldaşı ilə barışmaq istəyirmiş. Lakin qaynanası Ə.Şəkərovu evdən uzaqlaşdırmaq üçün onu qohumlara və qonşulara oğru kimi təqdim edib. Bundan sonra Ə.Şəkərov həyat yoldaşının qohumları və qonşuları tərəfindən bel sapıyla döyülüb. Nəticədə o, ağır xəsarət alıb.

Yaxınlıqdakı şəxslərdən biri Ə.Şəkərovu yük avtomobili ilə Bakıya - Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna gətirib və ona tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirir.

Ə.Şəkərovun ifadəsi Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən alınıb.

Son dəqiqə!Bakı metrosunda həyəcanlı anlar yaşandı-QATAR XƏTTDƏN ÇIXARILDI

Bu gün səhər saatlarında Dərnəgül-Həzi Aslanov istiqamətində hərəkət edən qatarda həyəcanlı anlar yaşanıb.
Narahatlığa səbəb isə qatarın nasaz vəziyyətdə olması olub. Dalga tv Sonxeber.az-a istinadən bildirir ki, bu barədə BiG.AZ -a açıqlama verən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "Dərnəgül" stansiyasından "Memar Əcəmi" stansiyasına qədər qatar normal sürətindən yavaş hərəkət etdiyini bildirib: "Qatar "Memar Əcəmi" stansiyasında xətdən çıxarılıb. Buna görə biraz gecikmə baş verib. Hazırda intervalın bərpa olunması üçün iş aparılır. Yaxın müddətdə gecikmə tam olaraq aradan qaldırılacaq"

 

Suriya sərhədində azərbaycanlı canlı bombalar saxlanılıb: İkisi qadındır

Türkiyənin Suriya ilə sərhədində azərbaycanlı canlı bombalar tutulub. 

Dalga tv Oxu.Az-a istinadən verdiyi məlumata görə, əmniyyət və jandarmanın İnanlı kəndi yaxınlığında bərabər keçirdiyi əməliyyat zamanı İŞİD terror təşkilatının beş üzvü saxlanılıb.

Onların üzərində çoxsaylı patlayıcı maddə və canlı bomba gödəkcələri olub.

Saxlanılanlar arasında azərbaycanlılar da var: Sərxan Əliyev (29), Gülnur Şirməmmədova (37) və Nazənin Zeynalova (42).

Onlarla bərabər Bosniya və Herseqovina hökuməti tərəfindən axtarışa verilən Begzat Spahiç (37) və Anaçtaçnır Pozdiva (44) ələ keçib.

Göyçayda 4 bal gücündə zəlzələ olub

“Göyçay rayonunda baş vermiş zəlzələ elə də güclü zəlzələ deyil”.

Bunu APA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Direktor bildirib ki, zəlzələ bu gün saat 17:41-də qeydə alınıb.

Yeraltı təkanın dərinliyi 50 km, maqnitudası 4,3 olub.

Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 3 bala qədər hiss olunub

İmsak və iftarda zeytun yeməyin faydaları

Dalga tv Oxu.Az -a istinadən imsak və iftarda zeytun yeməyin faydalarını təqdim edir:

- İştahanı açdığı və tox saxladığı üçün rahat şəkildə doymağınıza kömək edəcək.

- Zeytun həzmi asanlaşdırır. Xüsusilə, mədə problemi olanlar 5-6 ədəd zeytun yeməlidir.

- Zeytunun digər faydası baş ağrısının qarşısını almasıdır. Xüsusilə, Ramazan ayında aclıq hissi ilə yaranan baş ağrılarının qarşısını almaq üçün zeytun yeyə bilərsiniz.

Saytda Axtarış

Son xəbərlər