Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4431
DünənDünən5773
Bu həftəBu həftə41147
Bu ayBu ay46935
Bu günə qədərBu günə qədər8408566

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Azərbaycanda zəlzələ... - Əhali...

Bu gün yerli vaxtla saat 15:12:59-da Lerikdən 20 km şimal-şərqdə 3 bal gücündə zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələnin maqnitudası 3,2, dərinliyi 29 km olub.

Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

Son dəqiqə! "Son zəng" günü məzunlar AĞIR QƏZA keçirdi - Məzunların 3 nəfəri...

Ucar rayonunda yol qəzasında xəsarət alan məzunların adları məlum olub.
Göyçay rayon sakini, 1995-cü il təvəllüdlü Namiq Alik oğlu Məmmədov kirayə götürdüyü avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarında olan "Mercedes" markalı avtomobilə çırpılıb.
Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - Göyçay şəhər 7 saylı orta məktəbin XI sinif şagirdləri, 2000-ci il təvəllüdlü Fərhad Siyavuş oğlu Əhmədov və 1999-cu il təvəllüdlü İlham Ceyhun oğlu Əhmədov xəsarət alıblat.

Ağstafada avtomobil radar dirəyinə çırpılıb, ölən və xəsarət alanlar var

Ağstafa rayonunda minik avtomobili radar dirəyinə çırpılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə dünən saat 08.00 radələrində rayonun Dağkəsəmən kəndində baş verib.

Bakı şəhər sakini İntiqam Abbasov idarə etdiyi VAZ-2107 markalı avtomobili yolun kənarında quraşdırılan sürətölçən cihazın (radar) dirəyinə vurub. Nəticədə sürücü və sərnişinləri - Bakı şəhər sakini Rusif Eyvazov və Lənkəran rayon sakini Hüseyn Rəhimov xəsarət alıblar.

Onlar xəstəxanaya yerləşdirilib. H. Rəhimov orada ölüb.

Qazax sakinini oğurlayan 6 nəfər saxlanılıb

Daxili işlər orqanları şəxsiyyət əleyhinə olan, quldurluq və adam oğurluğu cinayətlərinin qarşısının alınması və bu tipli qanun pozuntularını törədən şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Bölməsinə (PB) müraciət edən Qazax rayon sakini İsmayıl Umudov əvvəldən tanımadığı şəxslərin onu oğurlayaq bir gecə naməlum evdə saxladıqlarını, orada döyərək 90 manatını və 1400 türk lirəsini quldurluq yolu ilə aldıqları barədə məlumat verib.

Bölmə əməkdaşları tərəfindən dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri Cavid İbrahimov, onun qardaşı Valid, Aqil Nüsrətli, Xəzər rayon sakinləri Kənan Cəlali, Cavid Fərzəliyev və Ağsu rayon sakini Amil Quliyev saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, zərərçəkən İsmayıl Umudov Türkiyədə yaşayır və o, hadisədən bir neçə gün əvvəl mobil telefon vasitəsilə dəstə üzvü C.İbrahimovun ailə üzvlərindən biri ilə tanış olub. Bundan xəbər tutandan sonra isə C.İbrahimov İ.Umudova sms göndərərək onu Bakıya Buzovna qəsəbəsinə görüşə dəvət edib. Qeyd edilən ünvanda görüşə gələn İ.Umudovu isə C.İbrahimovla bərabər qardaşı və adları çəkilən 4 dostu qarşılayıb.

Saxlanılan şəxslər zərərçəkənə xəsarətlər yetirib cibindəki pulları götürəndən sonra onu C.İbrahimovun “Opel” markalı avtomobilinin yük yerində dəstənin digər üzvü C.Fərzəliyevin Albalılıq qəsəbəsindəki evinə apararaq orada bir gün saxlayıblar. Həmin evdə isə İ.Umudovun çılpaq şəkillərini çəkərək polisə şikayət edəcəyi təqdirdə onu bu görüntülərini sosial şəbəkələrdə yayacaqları ilə hədələyiblər.

Qeyd edilən faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Son dəqiqə! Azərbaycanda məşhurun qardaşı bıçaqlandı

Tanınmış şair Faiq Balabəylinin qardaşı Rəfael Səfərov bıçaqlanıb.

Dalga tv Sonxeber.az-a istinadən xəbər verir ki, bu haqda Axar.az-a məlumat verən Faiq Balabəylinin sözlərinə görə, hadisə Cəlilabad rayonunun Sabirabad kəndində baş verib.

Həmkəndlisi, 41 yaşlı Akif Kərəm oğlu Heydərov gecə 23:30 radələrində 43 yaşlı Rəfael Ağaş oğlu Səfərovu evindən çağıraraq, ondan çayxana işlətdiyinə və fermer təsərrüfatı olduğuna görə aylıq haqq tələb edib. R.Səfərov etiraz edəndə isə iki bıçaq zərbəsi endirib.

R.Səfərov gecə ilə Cəlilabad Mərkəzi Xəstəxanasına çatdırılıb. Dərhal əməliyata qaldırılan R.Səfərovun dalağı götürülüb.

R.Səfərovun vəziyyəti hazırda ağır-stabildir.

F.Balabəylinin sözlərinə görə, gecə ilə həbs olunan A.Heydərov bir neçə dəfə məhkumluq həyatı yaşayıb.

Cəlilabad polisi faktla bağlı araşdırma aparır.

Son dəqiqə! Qan analizlərinin nəticəsi çıxdı! Azərbaycanda 100-dən çox uşaq bu yolla virusa yoluxubmuş...

Sumqayıt şəhərində zəhərlənən uşaqlarda aşkarlanan virusun adı açıqlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Sonxeber.az-a verilən məlumata görə, uşaqların qanından götürülmüş nümunələrin laborator müayinələrinin nəticəsində xəstələrdə Rotavirus infeksiyası aşkar edilib.

Son dörd gün ərzində 136 uşaqda bu infeksiya aşkarlanıb.

Nazirlikdən verilən məlumada bildirilir ki, hazırda 46 uşağın stasionar müalicəsi davam etdirilir: "Onların vəziyyətləri kafidir və yaxın vaxtda evə yazılacaqlar. İnfeksiya baş vermiş ərazidə tibbi-profilaktik tədbirlər və əhali arasında sanitariya-maarifi işləri davam etdirilir".

Qeyd edək ki, Rotavirus fəsil dəyişkənliyi ilə əlaqədardır, xüsusilə uşaqlarda, immuniteti zəif olan insanlarda bu xəstəliyə rast gəlinir. Rotavirus 48 saatdan az davam edən qızdırma, qusma ilə başlayır. Sulu, əsasən pis qoxu gələn qansız ishal bu əlamətlərə aiddir. Südəmər uşaqlarda qusma, ishal bədəndə suyun azalmasına gətirib çıxarır. İmmuniteti zəif olan insanlarda xəstəlik uzunmüddətli və ağır olur. Bu xəstəlik 5-10 gün müddətində davam edir. Gigiyenik tədbirlər (əlin yuyulması, suyu qaynadaraq içmək) xəstəliyin qarşısını alır.

Son dəqiqə! Bakını TÜSTÜ bürüdü, FHN gərgin iş rejimində

Hazırda Bakının bir hissəsini yanğın tüstüsü bürüyüb.

Yanan - Yeni Yasamal ərazisini də əhatə edən Kənar Dairəvi yolun ətrafıdır.

Böyük ərazini əhatə edən yanğının yaşayış evlərinə keçməməsi üçün hadisə yerinə bir neçə yanğın söndürən maşınlar cəlb olunub.

Hələlik, bütün yanğının qarşısını almaq mümkün olmayıb.

BiG.AZ-ın aldığı məlumata görə bir az öncə analoji yanğın Babək prospektində, SOCAR ərazisində baş verib. Yanğın söndürənlər yanğını tamamilə söndürməyə müvəffəq olublar.

Son dəqiqə! Metroparkda bomba həyəcanı !

Xəbər verdiyimiz kimi, Nərimanov rayonunda yerləşən "Metropark" Ticarət Mərkəzi boşaldılıb.

Dalga tv bildirir ki, big.az-ın hadisə yerindən əməkdaşının aldığı məlumata görə, sən demə, 102 qaynar xəttinə "bomba" xəbəri daxil olub.

Bununla bağlı aidiyyati orqanlar - hüquq-mühafizə xidmətinin əməkdaşları, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri "Metropark"-da fövqaladə hal edib.

Hazırda ticarət mərkəzinin hər künc-bucağı təlim keçmiş köpəklərlə axtarış davam edir.

Gürcüstanda güclü dolu fəsadlar törədib

Gürcüstanda bölgələrə düşən güclü dolu fəsadlar törədib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, güclü küləyin müşayiəti ilə yağan dolu Rustavi maşın bazarında avtomobilləri zədələyib.

Güclü dolu paytaxt Tiflis şəhərinə, Saqareco, Kaxeti və digər bölgələrə də ziyan vurub. Kaxeti bölgəsinə düşən dolu üzüm və qarğıdalı sahələrindəki məhsulları ciddi zədələyib. Güclü küləyin müşayiəti ilə yağan dolu Rustavi maşın bazarında avtomobilləri zədələyib.

Geoloqlar isə güclü yağışdan sonra Tsxneti-Axaldabani yolunda sürüşmə baş verdiyini qeyd ediblər.

Məlumata görə, Gürcüstanda soydaşlarımızın yaşadığı bölgələrə də küləklə müşayiət olunan yağış yağıb.

Sinoptiklər iyunun 12-13-də havaların yağışlı keçəcəyini, iyunun 14-də isə hava şəraitinin qeyri-sabit olacağını bildiriblər.

Tbilisi yaxınlığında torpaq sürüşməsi olub

Ötən gecə Tbilisi yaxınlığında , Tskneti-Axaldaba yolunda torpaq sürüşməsi olub.

APA-nın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə Edilməsi üzrə Agentliyi məlumat yayıb.

Yolda avtomobillərin hərəkəti dayandırılıb. Gecə ərzində yol təmizlənib və hazırda yolda hər iki istiqamətdə avtomobillərin hərəkəti təmin edilib. 

Xəbərdarlıq! Bu şokaladları YEMƏYİN - Ölüm gətirir

ABŞ-ın şokolad nəhəngi sayılan Marsın məhsullarında ölümcül salmonella bakteriyası tapılıb.

Firma İngiltərə və İrlandiyada satılan "Galaxy Teaser bar", "Counters və Minstrels" məhsullarını geri çağırıb. Bu qərarın verilməsinə səbəb Mars səlahiyyətlilərinin cümə axşamı Londonun şimal-qərbində yerləşən Sloughdaki laboratoriyada istifadə tarixi 2018-ci ilin may ayına qədər olan paketlərində ölümcül salmonella bakteriyası aşkarlanması olub. Firma müştərilərinə sözügedən məhsullarla bağlı xəbərdarlıq edib. Səlahiyyətlilər deyiblər ki, bu məhsulların hansı tarixdən satışa çıxarıldığını bilmirlər.

Qeyd edək ki, Mars bir neçə ay əvvəl də ehtiyat tədbirləri məqsədi ilə 55 ölkədə satılan bəzi məhsullarını geri çağırmışdı.

Salmonella nədir?

Salmonella qida zəhərlənmələrinin ən məşhur səbəblərindən biri olan bir qrup bakteriyanın adıdır. Salmonella bakteriyasının səbəb olduğu infeksiya yüksək səviyyədə ishal, qızdırma, titrəmə, abdominal narahatlıq və qusmağa səbəb olur. İnfeksiya tədbir alınmaması vəziyyətində uşaq, yaşlılar və immunitet sistemi zəif insanlar üçün ölümcül nəticələr doğura bilər.

Tovuzda güclü dolu yağıb, təsərrüfatlara ziyan dəyib

Bu gün saat 16 radələrində Tovuz rayonunun bir neçə kəndinə güclü dolu yağıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, dolu əsasən Düz Cırdaxan, Cəlilli və Kür çayı sahilində yerləşən bir neçə kənddə müşahidə olunub.

Kəndlərin sakinləri bildiriblər ki, təxminən 7 dəqiqə yağan dolunun diametri 10 sm-dən böyük olub. Əkin sahələrinə, meyvə ağaclarına, həmçinin yaşayış evlərinin dam örtüklərinə ciddi ziyan dəyib. Düz Cırdaxan kəndinin icra nümayəndəsi Akif Mehdiyevin bildirdiyinə görə, vəziyyətlə bağlı bütün aidiyyatı qurumlara xəbər verilib.

Hazırda rayon Fövqəladə Hallar Komissiyasının üzvləri kəndlərə dəymiş ziyanın müəyyənləşdirirlər.

Məlumata görə, Qazax rayonunun da bir sıra kəndlərinə dolu yağıb. 

Saytda Axtarış

Son xəbərlər