Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün130
DünənDünən5185
Bu həftəBu həftə130
Bu ayBu ay47819
Bu günə qədərBu günə qədər8409450

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Biləsuvarda qızının başını kəsən ata həbsdə ölüb

Bakıda daha bir məhkum ölümü qeydə alınıb.

APA-nın məlumatına görə, Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə olunan, 1951-ci il təvəllüdlü Tofəddin Mirzəmməd oğlu Hacıyev xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, 2014-cü ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində kənd sakini, Tofəddin Mirzəmməd oğlu Hacıyev 28 yaşlı qızı Aida Hacıyevanın boğazını bıçaqla kəsərək qətlə yetirmiş, polisə könüllü təslim olmuşdu.

Həmin vaxt hadisənin ailə münaqişəsi zəminində baş verdiyi, atanın qızını əxlaqsızlıq etməsindən şübhələndiyi üçün qətlə yetirdiyi açıqlanmışdı.

   https://youtu.be/REuP8mxargc

Gürcüstanın fəal azərbaycanlı gənclərini tanıyaq

Azərbaycanlı gənc fəal tələbələr sizlərə təqdim olunur. 

Bu gənclər öz fəallığı və ən əsas da iddiaları ilə seçilirlər. Onlar yeni ideyalarla gəlirlər.

Qeyd edək ki, bu gənclər "Self Development University" təşkilatının təsisçiləridirlər. 

Bu gənclər haqqında daha ətraflı Ceyhun Muhammədəlinin təqdimatında tanış ola bilərsiniz.

 

                 https://youtu.be/OgIA6T2AJc4

Gürcüstanda orta ailənin yaşayış minimumu 284 laridir

2017-ci ilin mart ayında Gürcüstanda orta ailə üçün yaşayış minimumu 284,7 lari (təxminən 120 dollar) təşkil edib.

Dalga tv Xeber.ge-yə  istinadla xəbər verir ki, bu barədə ölkənin Milli statistika xidməti olan “Sakstat”ın materiallarında deyilir.  

Gürcüstanda əmək qabiliyyətli kişi üçün yaşayış minimumu 169,7 lari (71 dollar), orta istehlakçı üçün isə 150,3 lari (63 dollar) təşkil edib.  

Düz bir il öncə əmək qabiliyyətli kişi üçün yaşayış minimumu 161,6 lari, orta istehlakçı üçün isə 143,2 lari təşkil etmişdi.

Bununla belə, iki nəfərdən ibarət ailə üçün yaşayış minimumu 2017-ci ilin yanvarında 240,5 lari (104 dollardan çox), üç nəfərlik ailə üçün – 270,6 lari (təxminən 113 dollar), dörd nəfərlik ailə üçün – 300,7 lari (təxminən 126 dollar),  beş nəfərlik ailə üçün – 338,3 lari (148 dollardan çox), altı nəfərlik ailə üçün – 399,9 lari (təxminən 174 dollar) təşkil edib.

Yaşayış minimumunun hesablanmasında yalnız istehlak səbəti nəzərə alınır. Səbətə həmçinin digər xərclər də daxil olur, kommunal xidmətlərin ödənilməsi, nəqliyyat və s. xərclər nəzərə alınmır.  

Ölkələrin təhlükəsizlik sıralılaması - Gürcüstan 136 ölkə arasında...

Dünya İqtisadi Forumunun ekspertləri dünyanın ən təhlükəsiz ölkələrinin sıralamasını hazırlayıblar.

 Dalga tv Xəbər.gə-yə intinadla  xəbər verir ki, Finlandiya dünyanın ən təhlükəsiz ölkəsi hesab olunub. 

İkinci yerdə Birləşmiş Ərəb Əmirliyi, üçüncü yerdə İslandiya, dördüncü yerdə Oman, beşinci yerdə isə Honq-Konq qərarlaşıb. Dünyanın ən təhlükəli ölkələrinə isə Kolumbiya, Yəmən, Salvador rəhbərlik edir. 

Siyahıda cəmi 136 ölkə var. Gürcüstan 29, Azərbaycan bu siyahıda 35, Ermənistan 34, Rusiya 109, İran 87, Türkiyə isə 116-cı yerdədir. 

Qeyd edək ki, siyahı tərtib edilərkən cinayətkarlıq, terror təhlükəsi və silahlı münaqişələr nəzərə alınıb.

 

 

Acarıstan müsəlmanları yeni məscid tələb etməkdə davam edirlər

Ümid edirəm ki, Batumidə yeni məscidin tikintisi cari ildə başlayacaq.

Dalga tv Xeber.ge-yə istinadla xəbər verir ki, bu barədə Gürcüstan Müsəlmanları Birliyinin rəhbəri Tariel Nakaidze deyib.

Onun sözlərinə görə, hakimiyyət bu mövzuya münasibətini dəyişib və məscidin tikintisinə heç nə mane olmur.

“Batumidə yeni məscidin tikintisi ilə bağlı təşəbbüs qrupu yarım il ərzində yeni məscidin tikintisinə nail olmaq üçün hər şeyi edib. Biz 12 mindən çox imza topladıq və Batumi meriyasına müraciət etdik ki, torpaq sahəsi ayrılsın. Lakin buna nail olmadıq. Bundan sonra müsəlman icması öz hesabına torpaq sahəsi aldı, sənədlər hazırlandı və bu dəfə də biz məscidin tikintisinə icazə almaq üçün meriyaya müraciət etdik. Meriyanın cavabını gözləyirik. Müddət mayın 8-də bitir. Hesab edirəm ki, Batumidə yeni məscidin tikilməsi və hökumətin bu prosesdə iştirakı Gürcüstanda müsəlman icmasına hakimiyyətin münasibəti baxımından tarixi an olacaq”, - Tariel Nakaidze deyib.

Onun sözlərinə görə, son zamanlar onun Acarıstan hökumətinin rəhbəri Zurab Pataradze ilə görüşü olub və o, bu məsələ ilə bağlı müsbət mesajlar verib.

“Hesab edirik ki, məscidin tikintisini iki ilə başa çatdırmaq olar, əsas başlamaqdır. Dindarlar müəyyən məbləğ toplayıblar. Hakimiyyət də maliyyə cəhətdən kömək etsə, çox yaxşı olardı”, - Tariel Nakaidze bildirib.

Müsəlman icması Batumidə yeni məscidin tikintisi üçün general Aslan Abaşidze küçəsi 49 ünvanında torpaq sahəsi alıb. İcma Batumidə yeni məscidin tikintisini beş ildən çoxdur ki, xahiş edir.  

Yeməkdən əvvəl 1 stəkan su içsəniz...

Suyun kifayət miqdarda qəbulu sağlamlıq üçün ən vacib şərtlərdən biridir. Mütəxəssislərin fikrinə görə, gün ərzində böyüklər 1,5-2 l su içməlidir.

Mütəxəssislər yeməkdən əvvəl mütləq 1 stəkan su içməyi tövsiyə edir.

Qida qəbulunundan əvvəl içilən su metabolik prosesləri sürətləndirir, həzm sistemini işə salır. Bu isə qəbizliyin qarşısını almağa kömək edir.

Həmçinin bu sadə qaydaya əməl etməklə bədən çəkisini normada saxlamaq və artıq çəkidən azad olmaq mümkündür. Yeməkdən əvvəl 1 stəkan su içməklə biz iştahamızı azaldırıq və nəticədə daha az yeyirik.

Susuzluğa və aclığa cavabdeh olan zonalar beyində çox yaxın yerləşir və bir çox hallarda insan susuzluq hiss etdikdə bunu aclıq kimi anlayır və yemək yeyir. Əgər 1 stəkan su içdikdən 15 dəqiqə sonra aclıq hissi keçməyibsə, yemək yeyin. Aclıq keçibsə, deməli siz sadəcə susuzluq hiss edirdiniz. Bu artıq qida qəbulunun qarşısını alacaq və arıqlamağa kömək edəcək.

Zaur Vəliyev: Sankt-Peterburq metrosunda terrorçu-kamikadze mənim yanımda dayanmışdı

“Terrorçu “Sennaya meydanı” stansiyasında qatara mindi. Onun üzərində diqqətçəkən heç nə yox idi. Yalnız rənginin qaçması, üzünün solğun olması diqqət çəkirdi”.

Dalga tv  xəbər verir ki, bunu Report-a Sankt-Peterburq metrosunda törədilmiş terror hücumu zamanı yaralanan azərbaycanlı Zaur Vəliyev deyib.

Onun sözlərinə görə, terrorçu-kamikadze bir müddət onun yanında dayanıb: “Sonra mən çıxışa tərəf yaxınlaşdım. “Moskovskaya” stansiyasında qatardan düşmək istəyirdim. Aramızda bir neçə adam var idi. Yəqin, məhz elə bu məqam məni ölümdən xilas edib: partlayış dalğasını aramızda dayananlar öz üzərinə alıb və onların hamısı həlak olub. Məni isə partlayış dalğası vaqonun o biri tərəfinə atdı”.

Z.Vəliyevin sözlərinə görə, qatarın gəlib çıxdığı “Texnologiya institute” stansiyasında onun vaqondan çıxmasına yardım ediblər.

“Pəncərədən çıxdım, bir neçə şəxs mənə yardım etdi. Tüstü olduğuna görə nəfəs almaq çətin idi, ona görə də hamı çölə çıxmağa çalışırdı. Hər tərəfim qan içində idi. Dərhal məni təcili tibbi yardım maşınına qoyub apardılar, məhz təcili tibbi yardım maşınında huşumu itirdim”, - deyə azərbaycanlı vurğulayıb.

Partlayışa görə onun bir qulağının pərdəsi cırılıb, indi əməliyyat olunmalıdır. Terror hücumu gününü Zaur çətinliklə xatırlayır. Artıq İstintaq Komitəsinin müstəntiqləri onun ilkin ifadəsini alıblar.

Həkimlər, hələ ki, xəstəyə telefonla çox danışmaq icazəsi vermirlər.

Öz növbəsində, yaralının anası Kifayət Vəliyeva artıq Moskvada olduğunu, Rusiyanın 1-ci kanalında Sankt-Peterburq metrosundakı terror hücumuna həsr olunmuş verilişdə iştirak etdiyini söyləyib.

Onun sözlərinə görə, onların iştirakı ilə olan proqram efirə aprelin 14-də çıxacaq.

Xatırladaq ki, bu il aprelin 3-də Sankt-Peterburq metrosunda partlayış baş verib. Terror aktı nəticəsində 15 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

Bakıda bina uçub: Ölənlər var

Bakıda istirahət mərkəzində baş verən uçqunla bağlı cinayət işi başlanıb.

 Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

O, həmçinin qeyd edib ki, iş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin baş vermə səbəblərinin və təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Şıxov qəsəbəsində tikilməkdə olan binada baş verən uçqunda 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Gürcüstan feministləri nə istəyir?

Kutaisidə Gürcüstan tarixində ilk feminist festivalı keçirilir. Festival əlamətdar tarixə həsr olunub. Düz 100 il öncə Gürcüstanda ilk qadın qəzeti işıq üzü görüb. Qəzet Qafqaz patriarxal cəmiyyəti ilə mübarizəni təbliğ edirdi. Bəs festival iştirakçıları nəyi tələb edirlər və ümumiyyətlə, Gürcüstan qadınları durumlarından razıdırlarmı?

Kutaisi Gürcüstanın parlament paytaxtıdır. Ancaq bu gün şəhərin həm də ölkənin feminist paytaxtı olmaq şansı var. 1917-ci ildə məhz bu şəhərdə «Gürcü qadınının səsi» qəzeti işıq üzü görməyə başlayıb. Bu qəzet ölkədə feminizmin ilk ruporu olub. Bugünsə Kutaisidə ilk feminist festivalı keçirilir. Festival iştirakçıları iddia edirlər ki, ötən bir əsrdə Gürcüstanda gender bərabərliyi uğrunda mübarizə aktuallığını itirməyib.

QƏZETİ DƏ BƏRPA EDİBLƏR

«Festivalın proqramı çox rəngarəngdir. Tədbirdə gender araşdırmaları üzrə mütəxəssislər, incəsənət xadimləri, hüquq müdafiəçiləri və sadəcə, fəallar iştirak edirlər. Bundan başqa, biz festival çərçivəsində feminist Kato Mikeladze-nin 1917-18-ci illərdə nəşr etdiyi «Gürcü qadınının səsi» qəzetini bərpa etmişik. İndi bu qəzet elektron versiyada çıxacaq», – festivalın təşkilatçılarından Tamta Melashvili deyir.

Üçgünlük tədbirə onlarla adam qatılır. Onların demək olar ki, hamısı qadınlardır. Gürcüstanda feminist hərəkatını, hələlik, irimiqyaslı, yaxud kütləvi adlandırmaq çətindir. Ancaq festival iştirakçıları bu durumu dəyişməyə ümid edirlər.

«Çox zaman Gürcüstanda gender bərabərliyi deyəndə, nədənsə, mədəniyyətimizə yad, Qərbin sırıdığı «məhsul» başa düşülür. Əslində isə, bu, belə deyil. Gürcüstanda feminizmin böyük tarixi var. Qadınlarımız daim öz hüquqları uğrunda mübarizə aparıblar və çox zaman dövlətin həyatında böyük rol oynayıblar. Bizə güc və stimul verən çoxlu nümunələr var», – festival iştirakçısı Maia Tabidze deyir.

Bəzi hüquq müdafiəçiləri əmindirlər ki, bu gün Gürcüstanda gender bərabərliyi mövcud deyil. Bundan başqa, bir çox qadınların özləri patriarxal, bəzən hətta arxaik gürcü cəmiyyətinin onlara sırıdığı ikinci dərəcəli rolu oynamağa hazırdırlar.

«100 İL ÖNCƏ DURDUĞUMUZ YERDƏYİK»

«Bu problem bu və ya digər dərəcədə bütün ölkələrə xasdır. Sadəcə olaraq, bəzi ölkələrdə qadınlar öz hüquqları uğrunda mübarizəyə tez başlayıblar, bəzilərində isə gec. Bizsə əvvəlcə SSRİ-də düz 70 il vaxt itirmişik. Sonra isə mürəkkəb postsovet dövrü gəlib. Bütün bunlara milli mentalitet və ənənələrə əlavə edin. Bu gün 100 il öncə durduğumuz pillədə dayanırıq», – hüquq müdafiəçisi Baia Pataraia deyir.

Feministlər hesab edirlər ki, Gürcüstanda gender bərabərliyi məsələsində irəli getməyə çox zaman dövlət siyasəti mane olur.

Bir tərəfdən, Gürcüstanda gender bərabərliyi qanunu qüvvədədir, qadınların siyasət və biznesə yolu isə açıqdır. Ancaq bununla yanaşı, qadınlar cəmiyyətin ən müdafiəsiz hissəsi olaraq qalırlar. Təkcə ötən il ailə münaqişələri zəminində 10 qadın öldürülüb. Regionlarda əvvəlki kimi məcburi evlilik halları qalır. Feministlərin fikrincə, ailədə və iş yerlərində çox vaxt qadınlara ikinci dərəcəli rol ayrılır.

Ancaq hüquq müdafiəçilərinin sözlərinə görə, bir çox hallarda dövlət bütün bu dəhşətli hallara göz yummağa üstünlük verir

Tovuzda ağır qəza: Ölən var

Bu gecə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə  Tovuz rayonu, Qovlar şəhəri ərazisində vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılması nəticəsində yol-qəza hadisəsi baş verməsi barədə məlumat daxil olub.

  Dalga tv -nin Oxu.Az-a  istinadən verdiyi xəbərə görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb edilib.

Avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü, 1992-ci il təvəllüdlü İsrafilov Sadiq Zakir oğlunun meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 03:15-də başa çatıb.

Rusiyada qətl törətmiş Gürcüstan vətəndaşı İnterpola verildi

Rusiyanın hüquq-mühafizə orqanları azərbaycanlını beynəlxalq axtarışa verib.

 Dalga tv Xəbər.ge-yə istinadən  xəbər verir ki, Gürcüstan Respublikasının vətəndaşı olan 25 yaşlı Salman Musayev bu ölkədə qətl törətməkdə təqsirli bilinir və məhkəmə qərarı ilə barəsində beynəlxalq axtarış elan edilib.
 
Bildirilir ki, Salman Musayev Gürcüstanın Marneuli rayonunun sakinidir və rus və Azərbaycan dillərini bilir. Onun boyu 1 metr 70 santimetr, saçlarının və gözlərinin rəngi qaradır.

Bir ay ərzində üç mindən çox insanda infeksion xəstəliklər aşkarlanıb

Bu ilin fevral ayından mart ayına kimi ölkə üzrə ümumilikdə 1940603 nəfər icbari dispanzerizasiyadan keçib.

Dalga tv-nin “Report”a istinadən məlumatına görə, bunlardan 1715014 böyüklərin, 225589 nəfər isə uşaqların payına düşür.

Müayinələr zamanı ümumilikdə 3053 nəfərdə infeksion, 793 nəfərdə yenitörəmələr, 4368 nəfərdə qanyaradıcı xəstəliklər, 4368 nəfərdə endokrin və s. xəstəliklər aşkarlanıb.

Bundan başqa, tibbi müayinədən keçirilənlər sırasında həzm üzvlərinin xəstəliklərinə, virus və yoluxucu xəstəliklərə, dəri xəstəliklərinə, tənəffüs, görmə və eşitmə pozğunluqlarına, hamiləlik və zahılıq dövrünün xəstəliklərinə də rast gəlinib.

Aşkarlanmaların nəticəsi olaraq 30518 nəfər dispanser qeydiyyata götürülüb. 70535 nəfər sağlamlaşdırılıb, 13366 hospitalizə olunub, 783745 əlavə müayinələrə cəlb olunub. Bura rentgen, laborator, USM və EKQ müayinələri daxildir.

Saytda Axtarış

Son xəbərlər