Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün135
DünənDünən5185
Bu həftəBu həftə135
Bu ayBu ay47824
Bu günə qədərBu günə qədər8409455

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Ağdaş-Qəbələ yolunda 2 avtomobil toqquşub, 7 nəfər ağır xəsarət alıb

Ağdaş rayonunda 7 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağdaş-Qəbələ yolunda, Dəhnə kəndi ərazisində qeydə alınıb.

Beyləqan və Ağdaş sakinlərinə məxsus “VAZ 2107” və “VAZ 21099” markalı minik avtomobillərinin toqquşması nəticəsində Beyləqanın Kəbirli kənd sakinləri olan bir ailənin 3 üzvü - Məmmədov Əliqəmə Məhəmməd oğlu, 1965-ci il təvəllüdlü Məmmədov Şaiq Məhəmməd oğlu, 1984-cü il təvəllüdlü Məmmədov Mais Əliqəmə oğlu, 1985-ci il təvəllüdlü Zamanov Məhəbbət Nəriman oğlu, Bakının Suraxanı rayon sakini, 1964-cü il təvəllüdlü Nəbiyeva Sevinc Hümmət qızı, Ağdaşın Dəhnə kənd sakini 1989-cu il təvəllüdlü Dostiyev Emin Namizəd oğlu, Ağdaş şəhər sakini, 1954-cü il təvəllüdlü Hacıyev Firuz Seyid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

7 xəstəliyə çarə olan QULANÇAR

Əvvəllər qulançar delikates sayılırdı və onu yalnız krallar, varlı kübar insanlar yeyirdi.

Həqiqətən faydalı xüsusiyyətlərinə görə qulançar (mərəcüyüd) əsl "krallar yeməyi"dir.

1. Qulançar "asparagin" adlı maddə ilə zəngindir. Bu maddə damarları genişləndirir və qan təzyiqini aşağı salır. Həmçinin qulançar ürək əzələsini stimullaşdırır ki, bu səbəbdən həkimlər onu ürək xəstəliklərindən əziyyət çəkən və infarkt keçirmiş insanlara yeməyi tövsiyə edirlər.

2. Qulançar görməyə müsbət təsir edir.

3. Fol turşusu ilə zəngin olan qulançar anemiya (qanazlığı) zamanı çox faydalıdır.

4. Qulançar şəkərli diabet xəstəliyindən əziyyət çəkənlər üçün olduqca faydalıdır - qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edir.

5. Kalsium və fosforla zəngin olan qulançar sümüklərin sağlamlığını qoruyur.

6. Qulançar qidalı liflərlə zəngindir. Bu liflər bağırsaqlarda şişərək peristaltikanı (bağırsaqların hərəkətliliyi) yaxşılaşdırır, qəbizliklə mübarizə etməyə kömək edir.

7. Qulançar sidikqovucu təsirə malikdir, odemləri azaldır, sidik kisəsini və sidik yollarını təmizləyir.

“Numbeo”: Tbilisi regionda ən təhlükəsiz şəhərdir

Tbilisi dünyanın ən təhlükəsiz şəhərlərinin reytinqində 19-cu yeri tutub. Reytinqi populyar “Numbeo” informasiya portalı tərtib edib.

Dalga tv Xeber.ge-yə istinadla xəbər verir ki, reytinqə əsasən, Tbilisidə cinayətkarlıq indeksi 19,96 bal, təhlükəsizlik indeksi isə 80,04 bal təşkil edib.

Azərbaycanın paytaxtı Bakı reytinqdə 71-ci, Ermənistanın paytaxtı Yerevan isə 88-ci yerdədir.

Bakıda cinayətkarlıq indeksi 27,47 bal, təhlükəsizlik indeksi isə 72,53 bal təşkil edib.

Yervanda isə cinayətkarlıq indeksi 29,18 bal, təhlükəsizlik indeksi isə 70,82 bal təşkil edib.

Reytinqə əsasən, dünyanın ən təhlükəsiz şəhəri Abu Dabidir. BƏƏ paytaxtının cinayətkarlıq indeksi 15,51 bal, təhlükəsizlik indeksi isə 84,49 bal təşkil edib.

Tbilisidə güclü külək: Qayanın bir hissəsi yola uçdu

Güclü külək nəticəsində Tbilisinin mərkəzində qayanın bir hissəsi yolun hərəkət hissəsinə uçub. Bu barədə “İmedi” teleşirkəti məlumat yayıb.

Dalga tv Xeber.ge-yə istinadla xəbər verir ki, insident Qəhrəmanlar meydanına aparan yolda Kürün sağ sahilində baş verib. Güclü külək qayada bitən bir neçə ağacı kökündən çıxarıb.

Hazırda Çariça Tamara prospektinə qalxan yolda Heydər Əliyev adına sahilboyu üzrə hərəkət qismən bağlanıb. Avtomobillərin hərəkəti birtərəfli rejimdə həyata keçirilir.

Hadisə yerində şəhər xidmətlərinin əməkdaşları çalışır. Onlar yolun hərəkət hissəsini daş və budaqlardan təmizləyir.

Bu gün Tbilisidə küləyin sürəti saniyədə 20-25 metrə, şəhər ətrafında isə 30 metrə çatır.

Azərbaycan vətəndaşı Tbilisidə saxlanılıb

Gürcüstanın paytaxtı Tbilisidə 2015-ci ilin noyabr ayından İnterpolun qırmızı xətti ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı, 1961-ci ildə anadan olmuş Q.İ. saxlanılıb.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, saxlanılan şəxs İnterpolun Bakı şöbəsi tərəfindən axtarışa verilib.

Q.İ. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2 maddəsi ilə cinayət törətməkdə, başqa sözlə, külli miqdarda vergidən yayınma ilə ittiham edilir.

Nazirliyin məlumatına görə, hazırda saxlanılan şəxs barəsində ekstradisiyaya qədər qanunun tələb etdiyi proseslər həyata keçirilir.

Ukraynanın XİN başçısı Gürcüstandadır

Ukraynanın xarici işlər naziri Pavel Klimkin bu gün iki günlük səfərlə Gürcüstana gəlib.

 Dalga tv Xeber.g-yə-yə istinadla xəbər verir ki, Klimkin gürcü həmkarı Mixail Canelidze, baş nazir Georgi Kvirikaşvili, prezident Georgi Marqvelaşvili, həmçinin parlamentin sədri İrakli Kobaxidze ilə görüşəcək.

Sabah səhər ukraynalı diplomat işğal altında olan Tsxinval regionu ilə həmsərhəd olan Qori rayonunun Xurvaleti kəndinə yola düşəcək. Klimkin yerli sakinlərin problemləri ilə tanış olmaq niyyətindədir.

Tbilisidə çay festivalı keçiriləcək

bilisinin sakinləri və qonaqları bu bazar günü Çin, Yaponiya, Hindistan, Böyük Britaniya və Şri Lankanın çay mədəniyyəti ilə tanış ola biləcəklər.

Dalga tv Xeber.ge-yə istinadla xəbər verir ki, bir günlük festivalı Gürcüstanın Çay istehsalçıları Assosiasiyası “Mtatsminda” parkında keçirəcək.

Festival ərazisində müxtəlif ölkələrin guşələri olacaq. Ziyarətçilər həmin guşələrdə ölkələrin çayiçmə mədəniyyəti ilə tanış ola və müxtəlif çay növləri, bal və digər şirniyyatların dadına baxa biləcəklər.

Festival saat 12:00-da başlayacaq və 18:00-a qədər davam edəcək. Giriş sərbəstdir.

Moskvada azərbaycanlı həmvətənlisinin avtomobilinə atəş açıb

Moskvada Şimali Butovo rayonunda başqasının avtomobilinə travmatik tapançadan atəş açmaqda şübhəli bilinən şəxs polislər tərəfindən saxlanılıb. 

Dalga tv Oxu.Az -a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarında olan mənbənin sözlərinə görə, hadisəyə şahid olan şəxs polisə müraciət edərək bildirib ki, “Audi A8” avtomobilini idarə edən naməlum şəxs “Toyota Camry” avtomobilinə tapançadan atəş açaraq hadisə yerindən qaçıb. 

Keçirilən əməliyyat nəticəsində 35 yaşlı azərbaycanlı saxlanılıb. Bir müddət sonra polisə 47 yaşlı azərbaycanlı müraciət edərək bu hadisədə zərərçəkən tərəf olduğunu bildirib. 

Fakt üzrə yoxlama aparılır, şübhəli bilinən şəxs saxlanılıb. 

Ətirli otun ŞƏFAVERİCİ GÜCÜ

Bioloji aktiv maddələrlə zəngin olan nanə ən faydalı müalicəvi bitkilərdən biri sayılır. Nanə qədim zamanlardan tanınır və təbabətdə istifadə olunur.

Nanə yarpaqları faraon məqbərələrində tapılıb, bu bitkinin adı Tövratda çəkilir. Hələ dahi Hippokrat, İbn Sina, Avisenna bu ətirli otun müalicəvi xüsusiyyətlərini bilir və çox yüksək qiymətləndirirdi.

Müasir tibb də nanənin müalicəvi xüsusiyyətlərini tanıyır. Nanə və nanə efir yağı müxtəlif dərmanların və məlhəmlərin tərkibinə daxil edilir.

Nanənin müalicəvi xüsusiyyətləri bunlardır:

- Nanə sinir sistemi üçün ən faydalı otlardan biri sayılır. Nanə gərginliyi azaldır, sakitləşdirir, baş ağrıları zamanı kömək edir.

- Güclü spazmolitik xüsusiyyətlərinə görə nanə həzm sistemi üçün də çox faydalıdır - köpü və qarın ağrıları azaldır, həzmə kömək edir, qurdqovucu və antiseptik təsir edir.

- Nanə çayı təzyiqi salmaq üçün ən tanınmış vasitələrdən biridir.

- Nanə orqanizmə sidik və ödqovucu təsir edir.

- Nanə ürəyin dostu sayılır. Ürək və damar xəstəliklərinin profilaktikası üçün hər gün nanə çayı için.

- Nanə güclü afrodiziak (cini həvəsi artıran maddə) sayılır.

- Nanə qadınlarda menstruasiya zamanı ağrıları azaldır.

- Nanə iltihabı azaldır, nəfəs yollarını selikdən və mikroblardan təmizləyir.

- Nanə yağı müxtəlif ağrıkəsici və iltihabəleyhinə məlhəmlərin tərkibinə daxil edilir, revmatizm, radikulit, əzələ və sinir ağrıları zamanı istifadə olunur.

Gürcüstanda güclü külək fəsadlar törədib

Dünən gecə Batumidə əsən güclü külək fəsadlar törədib.
 
 Dalga tv APA-ya istinadən xəbər verir ki, Güclü külək avtobus dayanacağını uçurub, yaxınlıqdakı ağacları kökündən çıxarıb.
 
Bir yaşayış evinin damı yerindən qopub və həyətdə saxlanılan maşınların üstünə düşüb. Nəticədə 5 maşın zədələnib. Xəsarət alanlar barədə məlumat verilmir.
 
Hazırda fəsadlar aradan qaldırılır.

 

Şəxsiyyət vəsiqəsi ilə xaricə getmək mümkün olacaq

Gələn il yanvarın 1-dən Azərbaycan vətəndaşları bəzi ölkələrə şəxsiyyət vəsiqəsi ilə gedə bilərlər.

 Dalga tv Oxu.Az -a  istinadən xəbər verir ki, “Azərbaycanın Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə əsasən, xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsindən də vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər. Bu dəyişikliyin 2018-ci il yanvarın 1-dən qüvvəyə minməsi təklif edilir.

Məcəlləyə bu dəyişiklik “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin və 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanunun icrası ilə əlaqədar təklif edilir.

Bu qanun layihəsi Milli Məclisin mayın 25-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

Qeyd edək ki, hazırda vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququ Azərbaycan vətəndaşının pasportu ilə həyata keçirilir.

2 mindən çox Azərbaycan vətəndaşı Gürcüstanın ali məktəblərində təhsil alır

Gürcüstanın müxtəlif ali məktəblərində 8 min 12 nəfər əcnəbi tələbə təhsil alır.

Məlumata görə, bu barədə Gürcüstan Statistika İdarəsinin məlumatında deyilir.

Tələbələrdən 4 min 599-u özəl ali məktəblərdə oxuyur.

Gürcüstanın müxtəlif özəl və digər ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşlarının sayı 2 min 93 nəfər təşkil edir.

Gürcüstanda təhsil alan əcnəbilər arasında Çin, ABŞ, Kanada, Almaniya, Rusiya, İsrail, Böyük Britaniya, Fransa, İspaniya və digər ölkələrdən gələnlər də var.

Qeyd edək ki, Gürcüstanın müxtəlif ali məktəblərində ölkə vətəndaşı olan 3 minədək azərbaycanlı və digər milli azlıq nümayəndələri də təhsil alır. (apa)

Saytda Axtarış

Son xəbərlər