Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün134
DünənDünən5185
Bu həftəBu həftə134
Bu ayBu ay47823
Bu günə qədərBu günə qədər8409454

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Diqqət! Bu ölkədə insanlar çox işləməkdən ÖLÜR

İş saatlarının ən uzun olduğu ölkələrdən biri Yaponiyadır.

İş saatının uzun olması səbəbindən ölkədə ölüm hallarının statistikasnda artım müşahidə olunur. Araşdırmaya görə Yaponiya şirkətlərinin dörddə birində işçilər ayda 80 saatdan çox işləyirlər. İnsanlar bu uzunmüddətli iş rejiminə dözmək üçün müəyyən həblərdən istifadə edirlər ki, bu da həat üçün olduqca təhlükəlidir. Son zamanlar ölüm hallarının artması da bununla izah olunur.

Ölkə müxalifəti hökuməti işləyənlərin rifahı bahasına iqtisadi uğurlar əldə etməkdə suçlayır.

Son 30 ildəki ölümləri araşdıran akademik Koji Morioka deyir ki, yaponlar hökumətə güvənir, ancaq özlərini xəyanətə uğramış kimi hiss edirlər.

 

“İntihar etməyə gedirəm” yazan 10 yaşlı uşağın cəsədi tapılıb

İyunun 3-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Muğan kanalının Saatlı rayonunun, Qaralar kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 120 km aralı, nəzarətsiz ərazidə)1 nəfərin batması barədə məlumat daxil olub.

Dalga tv Oxu.Az saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.

Bu gün 2007-ci il təvəllüdlü, Fərəcov Etibar Ramin oğlunun cəsədi, ”Salyan” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən batdığı yerdən 3 kilometr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 12:54-də başa çatıb.

Ürək xəstəliklərindən və xərçəngdən qoruyan ALBALININ 10 FAYDASI

Albalını ən faydalı giləmeyvələrdən biri hesab etmək olar. Albalı bir çox xəstəliklərin qarşısını almaq qabiliyyətinə malikdir.

Bunun səbəbi giləmeyvənin tərkibində olan nadir faydalı maddələrdir.

- Albalı ürək-damar və qan sistemi üçün olduqca faydalıdır. Tərkibində kumarin maddəsi olan albalı qanı duruldur, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır, damarları möhkəmləndirir, onların elastikliyini artırır, qanda xolesterolun səviyyəsini aşağı salır, aterosklerozun inkişafının qarşısını alır.

Qan problemləri, anemiya (qanazlığı) zamanı da albalı və albalı şirəsi təbii müalicəvi məhsul sayılır.

- Albalı həzm sisteminin fəaliyyətini stimullaşdırır, bağırsaqlara yüngül işlədici təsir edir.

- Albalı və albalı şirəsi nəfəsalma sistemində iltihabları azaldır, bəlğəmgətirici təsir edir.

- İltihab və mikrobləyhinə xüsusiyyətlərə malik olan albalı soyuqdəymə zamanı kömək edir. C vitamini ilə zəngin olduğuna görə immun sistemini möhkəmləndirir.

- Albalı sinir sistemini möhkəmləndirir, kişilərdə potensiyanı yaxşılaşdırır.

- Ellaq turşusu ilə zəngin olan albalı xərçəng hüceyrələrinin inkişafının qarşısını alır.

- Araşdırmalar sübut edib ki, albalı görməyə yaxşı təsir edir, göz xəstəliklərinin inkişafından qoruyur.

- Albalı artrit və podaqra zamanı faydalıdır.

- Orqanik turşularla zəngin olan albalı orqanizmdə piylərin parçalanmasını sürətləndirir, arıqlamağa kömək edir.

- Antosian maddələrlə zəngin olan albalı güclü antioksidant xüsusiyyətlərlə zəngindir - orqanizmdə qocalma proseslərini ləngidir, orqanizmi cavanlaşdırır, iltihabları azaldır.

Azərbaycanda 10 yaşlı uşaq "intihar etməyə gedirəm" yazdı - İtkin düşdü

Dalga tv bildirir ki, virtualaz.org-un məlumatına görə, ötən gündən itkin düşdüyü üçün suda axtarışları aparılan uşaq 10 yaşlı Fərəcov Etibar Ramil oğludur.

Xaraktercə əsəbi olan uşaq evdə anası ilə mübahisə etdikdən sonra hasarlarına "intihar etməyə gedirəm" cümləsini yazaraq yoxa çıxıb. Evlərindən təxminən 1 km aralıdan keçən Mil-Muğan kanalında uşağın ayaqqabısının bir tayı tapıldığından, onun özünü intihar məqsədi ilə kanala atdığı ehtimal olunur.

Hazırda FHN-nin müvafiq qurumunun dalğıc-xilasediciləri tərəfindən Mil-Muğan kanalında axtarış işləri aparılır. Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb.

 

Bir il boyunca sarıkök içsəz bu xəstəliklərə qalib gələcəksiz

Sarıkökün müəyyən faydalarını sizə aşılamışıq.
Qida dəyəri yüksək və güclü antioksidant olan zerdeçal, yaşlanma əleyhdarı və iltihab sökücü xüsusiyyətlərindən əlavə səhiyyə üçün möcüzəvi faydalara sahibdir. Zərdəçal aktiv komponentinin saysız faydası var və bunu sayı minlərlə elmi məqalə də dəstəkləyir. Bu görə də zərdəçal suyu içə biləcəyiniz ən sağlam içkilərdən biridir.

Dalga tv Sonxeber.az -a stinadən İngiltərənin Bristol şəhərindən bir qadının müdhiş hekayəsini təqdim edir:

12 ay ərzində zerdeçal suyu içən qadın bunun inanılmaz faydalarını gördüyünü bildirib.

Zerdeçal pH səviyyəsi mükəmməldir, buna görə zerdeçal 12 ay ərzində hər səhər zerdeçal suyu içən qadının bədənini alkalize edib, həzmini sağaldıb və əsl əhəmiyyətlisi oynaq yanğısı semptomlarını yox edib. Bütün bu faydaları 12 ay ərzində hər səhər bir stəkan zerdeçal suyu içərək yaşayıb.
Budur bu möcüzəvi içkinin hazırlanması:

1 stəkan ilıq suya 1 çay qaşığı toz zerdeçal və bir çırtma qara bibər əlavə edib yaxşıca qarışdırın. Hamısını su ilıqkən dərhal üçün.

Budur hər səhər içilməsi lazım olan zərdəçal suyunun faydaları:

Ürək sağlamlığına yaxşı gəlir

Zerdeçal qan damarlarındakı valları təmizləyir və qan laxtası əmələ gəlməsinin qarşısını alır.

2011-ci ildə Yaponiya alimlərnin etdiyiaraşdırmada, 3 həftə ərzində zərdəçal istehlak edən kişi siçanların ürək sağlamlıqlarının yaxşılaşdığı baxıldı.

Diyabeti yaxşılaşdırar
Auburn Universitetində 2009-ci ildə edilən və Biokimya və Biofiziksel Araşdırma Kommunikasiyası jurnalında nəşr olunan bir çalışamda, bu ədviyyatın Diyabetin müalicəsində böyük faydaları olduğu göstərilib.

Bədənin qələvi (əsas) tarazlığını təmin edir
Zerdeçal yüksək dərəcədə tarazlığı təmin edir və xərçəng yalnız turş mühitdə meydana gəlir.

Beyninizi qoruyur

Elm insanlarına görə böyümə hormonu Beyin qaynaqlı nerotropik faktor səviyyəsinin, aşağı olması ümumiyyətlə Alzheimer xəstəliyi və ağlını itirmə ilə əlaqəlidir. Zərdəçalın bu hormon səviyyəsini təşkil etdiyi və beləcə yaşlanmağa bağlı beyin funksiyalarında geriləməyə və beyin xəstəliklərini önlədiyi bilinir.

İltihabdan xilas edir

Bir çox xəstəliyin əsas səbəbi iltihabdır. Tərkib iltihab əleyhinə xüsusiyyətə sahib və bu görə iltihabla təsirli şəkildə mübarizə aparır və orqanizmi qoruyur.

Xərçəng dərmanı Xüsusiyyətləri

Tərkibin güclü bir antioksidan olduğu və antioksidanlar da hüceyrələrin ziyan görməsini önlədiyi üçün xərçəngi müvəffəqiyyətli şəkildə önləyir.

Oynaq yanğısı semptomlarını azaldır
2012-ci ildə edilən bir araşdırmaya görə tərkibin təsirli bir steroid olmayan antiinflamatuar dərman və dahası iltap və ağrı dindirici dərmanlardan belə daha təsirli.

Həzmə yaxşı gəlir
Elm insanları nizamlı zerdeçal istehlak etmənin həzm sisteminə yaxşı gəldiyini söyləyir.

qaraciyəri qoruyur
Öd kisəsinin düzgün işləməsinə kömək edir, qaraciyəri toksinlərin zərərli təsirlərindən qoruyur və qaraciyər hüceyrələrinin təsirli şəkildə yenilənməsini təmin edir.

Yaşlanmağı yavaşladir və uzun bir ömür yaşamanızı təmin edir
Tərkib sərbəst radikallarla çox yaxşı mübarizə aparır və iltihabın qarşısını alır, buna görə də yaşlanma müddətini yavaşladır

Qandonduran hadisə! Boşanmaq istəyən arvadını GÖRÜN HARADA GÜLLƏLƏDİ

Türkiyənin Denizli şəhərində boşanma iddiasının qaldırıldığı məhkəmə prosesi zamanı K. Ş. adlı şəxs həyat yoldaşı Şengül Sezginceni güllələyərək öldürüb.

K.Ş. açdığı atəş nəticəsində baldızı və bacanağını isə yaralayıb. O, sonra öz başından vuraraq intihar etmək istəsə də güllə bitib.

Yaralılar xəstəxanaya çatdırılıb. Polis K.S-ni nəzarətə alıb. Cütlüyün boşanma iddialarının təxirə salındığı məlum olub.

Bakı-Quba yolunda avtomobil aşıb, bir ailənin 3 üzvü xəsarət alıb

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın 90-cı kilometrliyində qeydə alınıb. “VAZ 2107” avtomobil yoldan çıxaraq dərəyə aşıb. Qəza nəticəsində maşında olan bir ailənin 3 üzvü xəsarət alıb. Xəsarət alanlar, Bakı şəhər sakinləri - 1951-ci il təvəllüdlü İnqilab Nəcəfov, 1955-ci il təvəllüdlü Lətifə Nəcəfova və 1981-ci il təvəllüdlü Məhəmməd Nəcəfov Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib, vəziyyətləri orta ağırdır.

Fakt araşdırılır.

Bu xəstəliyə tutulanların 90%-i ölür – Çıxış yolu...

Xroniki bronxit - bronxların xroniki iltihabi xəstəliyidir.

Dalga tv Axar.az-a istinadən xəbər verir ki, xəstəliyin əsas simptomu olan öskürək - vacib qoruyucu mexanizmdir, onun köməyi ilə havaçıxarıcı yollar təmizlənir. Son illər 16 Avropa ölkəsində 18 min insan arasında aparılan epidemioloji tədqiqatlar göstərir ki, insanların 10% - ə yaxını xroniki quru və yaş öskürəkdən əziyyət çəkir, təxminən elə o qədərinə də xroniki bronxit diaqnozu qoyulub.

Statistikaya görə, XX əsrin əvvəllərində xəstəliklərin yalnız 50%-i xroniki hala keçirdi. Amma hazırda bu göstərici 90%-ə çatıb.

Həmin statiskaya görə, əgər əvvəllər xroniki xəstəliklər nəticəsində əhali ölümü 45% təşkil edirdisə, hazırda bu, 80%-ə qədər artıb.

Məhz buna görə son onilliklərdə biotənzimləyici təbabət populyarlıq qazanıb.

Bioloji tənzimləyici təbabət xəstəyə və xəstəliklərə yanaşmasına görə klassik akademik təbabətdən köklü sürətdə fərqlənir.

Xroniki bronxitin bioloji müalicəsi daha az antibiotik və kimyəvi dərmanların istifadəsinə şərait yaradaraq, immunodefisit vəziyyətləri aradan qaldırır və xəstəliyin daha tez və fəsadsız sağalmasına köməklik göstərir.

Qeyd edək ki, Bioloji Təbabət Klinikasında iyun ayının 12-dən 17-dək Kolumbiyadan dəvət edilmiş Professor Arturo O'Birne tərəfindən xəstə qəbulu və seminar həyata keçiriləcək.

Xəstə qəbulu: 12.06-17.06.2017, hər gün saat 09:00-dan 13:00-dək aşağıdakı xəstəliklər üzrə olacaq:

Mədə-bağırsaq traktı xəstəlikləri

Tənəffüs sistemi xəstəlikləri

Autoimmun xəstəliklər

Revmatoloji xəstəliklər

Sidik-cinsiyyət sistemi xəstəlikləri

Allergik xəstəliklər.

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Uşaqların Beynəlxalq Müdafiəsi Günü - 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.

Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

Bu bayramla yanaşı BMT-nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur. “Ümumdünya Uşaqlar Günü” 1954-cü ildə BMT -nin Baş Assambleyasının №836 (IX) saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə olunan bayram kimi qeyd olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-cil tarixli sərəncam imzalanıb. Sərəncama görə 2009-cu il “Uşaq ili” elan olunub.

1924-cü ildə ilk dəfə olaraq Uşaqların hüquqlarını təmin edən bəyannamə qəbul edilib. Bu bəyannamədə deyilirdi ki, “bəşəriyyət məcburdur ki, uşaqları ən yaxşı şeylərlə təmin etsin”. Bu bəyannaməni qəbul edilməsində ilk işlər Eglantyne Djebb tərəfindən edilib.

Birinci Dünya müharibəsinin dəhşətlərinin şahidi olan, Eglantyne Djebb müharibənin dəhşətlərindən sarsılaraq uşaqların xüsusi müdafiəyə ehtiyac duyduğlarını anladı. Bacısı Doroti Bakston köməyi ilə 1919-cu ildə, uşaqlara yardım, kömək göstərib, onların müdafiəsini təmin etmək üçün Londonda “uşaqlara yardım fondu”nun əsasını qoydu.

AzTV-nin əməkdaşını avtomobil vurub öldürüb

AzTV-nin əməkdaşı Lamiyə Quliyevanı idarə etdiyi avtomobil ilə vurub öldürən Xamis Ağcayev özü də tanınmış şəxsdir.

Dalga tv Oxu.Az-a istinadən verdiyi xəbərə görə, qəzanı törədən X.Ağcayev “SOY” prodakşının rejissor köməkçisidir. O, bundan əvvəl müğənni Sevda Yəhyayeva və Rahidə Baxışovanın prodüseri olub.

“SOY” prodakşının rəhbəri Oqtay Əliyev məlumatı təsdiqləyib. O bildirib ki, X.Ağcayev dünən elə hadisə yerindəcə polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılıb.

Hadisə dünən axşam saatlarında Parlament prospektində baş verib. İşdən çıxan Lamiyə Quliyeva prospektdə piyada keçidi ilə yolu keçərkən Bakı şəhər sakini Xamis Ağcayevin idarə etdiyi “Mercedes” markalı avtomobil vurub. Xəsarət alan Lamiyə Quliyeva xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 38 yaşlı Lamiyə Quliyeva dövlət televiziyasında suflyor mütəxəssisi işləyirdi.

Azərbaycanda yaşayan Gürcüstan vətəndaşlarının qeydiyyat problemi üçün təklif - TƏFƏRRÜAT

Ölkəyə turist cəlb edilməsini prioritet elan edən ölkə qeydiyyatla bağlı problemlərin həllində maraqlı olmalıdır

Əslən Kəlbəcər rayonundan olan Cəlal Həsənov 1994-cü ildən Rusiyada yaşayır. Rusiya Federasiyası vətəndaşlığını daşıyan Cəlalın qardaş, bacı və digər qohumlarının əksəriyyəti Azərbaycanda yaşadığından tez-tez vətəninə gəlməli olur. Amma hər dəfə vətəninə gələndə Cəlal ciddi problemlərlə qarşılaşır. Xarici ölkə vətəndaşı olduğundan və Azərbaycan ikili vətəbdaşlığı qəbul etmədiyindən Cəlal da digər əcnəbilər kimi 10 gün müddətində Dövlət Miqrasiya Xidmətinə müraciət edərək qeydiyyata durmalıdır. Amma bu qeydiyyat da elə də asan olmur. Ölkəsinə daha çox qohumlarının xeyir-şər mərasimlərində iştirak etmək üçün gəldiyindən vaxt məhdudiyyətinin olması bir tərəfə, üstəlik müvəqqəti yaşayacağı ünvanı tapmaq üçün də problemlər yaşayır.

"Mən daha çox Bərdə rayonunda yaşayan qardaş-bacımın yanına gəlirəm. Vətənimə gələndə müvəqqəti qeydiyyata düşmək üçün ən azından Yevlax rayonuna getməyə bir gün vaxt itirməliyəm. Üstəlik, Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır. Azərbaycanda yaşayacağım ünvan isə qardaş-bacımın mənzili olur. Onların şəxsiyyət vəsiqəsini təqdim etdikdə isə bizi qeydiyyata almırlar. Əsas isə onu gətirirlər ki, həmin ərazi işğal altındadır və dövlət qurumu işğal altında olan ünvanı müəyyən edə bilmir. Bu halda məcburuq ki, işğal altında olmayan ərazilərdə yaşayan başqa bir adam tapaq ki, həmin ünvana qeydiyyata düşək. Həmin insanı tapmaq isə o qədər də asan məsələ deyil. Demək, bütün problemlərimiz bir tərəfə, həm də günlərlə vaxt sərf edərək kimisə tapmalıyıq ki, onun yaşadığı ünvanda qeydiyyata duraq, ya da hansısa oteldə qeydiyyata durub əlavə pul xərcləməliyik. Axı torpaqlarımızın işğal altında olması vətəndaşdan çox, dövlətin məsuliyyətidir",- deyə Cəlal Həsənov problemini anlatmağa çalışır.

Amma Azərbaycanda eyni problemi yaşayan təkcə Cəlal Həsənov və ailə üzvləri deyil. Hazırda 2 milyona yaxın soydaşımızın Rusiyada işləyib-yaşadığını, onlardan əksəriyyətinin Rusiya vətəndaşlığını qəbul etdiyini nəzərə aldıqda, eyni zamanda ölkəmizlə sıx bağlı olan 300 mindən artıq azərbaycanlının Gürcüstan vətəndaşlığını daşıdığını nəzərə aldıqda problemin aktuallaığı aydın görünür.

Bildiriş sərhəd-buraxılış məntəqələrində verilsə də, qeydiyyat regional miqrasiya idarələrində aparılır

Respublikamızda miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda hüquqi vəziyyəti ilə bağlı normaları Miqrasiya Məcəlləsi müəyyənləşdirir. 2013-cü il avqustun 1-dən qüvvəyə minən Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə görə, Azərbaycanda 10 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir. Belə ki, viza əsasında gələn əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər vizada göstərilən qalma müddətində, viza tələb olunmayan qaydada gələn əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər isə 90 gün  müddətində ölkədə qala bilərlər. Azərbaycan ərazisində 10 gündən artıq qalmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər ölkəyə daxil olduğu vaxtdan 10 gün ərzində, elektron qaydada (Xidmətin rəsmi internet səhifəsinin - www.migration.gov.az – “Elektron xidmət” pəncərisində yerləşdirilmiş “olduğu yer üzrə qeydiyyata alınma” bölməsinə daxil olmaqla) və ya regional miqrasiya idarələrinə birbaşa müraciət etməklə qeydiyyata düşməlidirlər. Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 10 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də olduğu yer üzrə qeydiyyata alınmaları üçün müraciət edə bilərlər. Ərizə daxil olduqdan sonra müvafiq icra hakimiyyəti orqanı dərhal əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barədə məlumatları Vahid Miqrasiya Məlumat Sisteminə daxil etməklə onları olduğu yer üzrə qeydiyyata alır və bu barədə 1 iş günü ərzində müraciət edən şəxsə məlumat verir. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yerdən getdikdə, qəbul edən tərəf və ya şəxs özü bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılırlar. Qeydiyyat müddəti başa çatdıqda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qeydiyyatdan çıxarılmış hesab edilirlər.

Bir ayda 46574 müraciət

Dövlət Miqrasiya Xidmətindən aldığımız məlumata görə, 2016-cı ildə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması üçün 689118 müraciət daxil olub. Respublikamızda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı isə 26632 fakt qeydə alınıb.

2017-ci ilin aprelində isə əcnəbilərin Azərbaycanda olduğu yer üzrə qeydiyyatı ilə bağlı 46574 müraciət edilib.  Müvəqqəti və daimi yaşamaq üçün icazələrin  alınması (müddətlərinin uzadılması) ilə bağlı  isə 4248 müraciət edilib. Bu müddətdə Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 1547 hal qeydə alınıb. Bunlardan 179-u Azərbaycan ərazisində yaşamanın leqallaşdırılması, 919-u inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma, 431-i inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma, 18-i isə Azərbaycan ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə sənədinin itirilməsi halları ilə bağlıdır.

İşğal altında olan rayonlardan olan vətəndaşlara qarşı ayrı-seçkilik

Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin direktoru Pərviz Əliyev deyir ki, miqrasiya qanunvericiliyində olan problemlər periodik olaraq aradan qaldırılır: "Qanunvericilikdə olan boşluqların aradan qaldırılması istiqamətində Dövlət Miqrasiya Xidməti tərəfindən də mütəmadi olaraq tədbirlər görülür. Ölkəyə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı müddət əvvəllər  3 gün nəzərdə tutulsa da, bu da real deyildi. Təkcə ölkəyə gələn şəxs  deyil, həmçinin Dövlət Miqrasiya Xidmətinin əməkdaşları da bu müddətdə əcnəbinin qeydiyyata alınmasını həll edə bilmirdi. Sonradan praktikada olan çətinliklər nəzərə alındı və qeydiyyata durmaq üçün müddət 10 günədək artırıldı. Amma bu müddət də problemin həlli üçün yetərli müddət deyil".

Ekspertin sözlərinə görə, hazırda qeydiyyat üçün tələb olunan sənədlərin siyahısı geniş olmasa da, problemlər mövcuddur: "Əcnəbi qeydiyyata düşmək üçün ərizə-anketi doldurur və qeydiyyata duracağı ünvanın mülkiyyətçisi olan Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi məlumatlarını təqdim edir. Əgər əcnəbinin yanında qalmaq istədiyi şəxs işğal altında olan rayonlarda qeydiyyatdadırsa,  ciddi problemlər yaşanır. Bu halda ölkəyə gələn şəxs məcburdur ki, işğal altında olmayan ərazilərdə yaşayan başqa bir vətəndaşı tapsın ki, o ünvana qeydiyyata düşsün. Bu halda isə dövlət qurumu əcnəbini həm də yalan məlumat verməyə sövq edir. Çünki əcnəbi qeydiyyat üçün başqa ünvan tapsa da, öz qohumunun yanında yaşayacaq".

Dövlət qurumunda qeydiyyat aparan şirkət: alınan xidmət haqları

P.Əliyevin sözlərinə görə, mövcud qanunvericiliyin tələblərinin pozulması hallarına da rast gəlinir: "Hazırda Bakı şəhərinə gələn əcnəbilərin qeydiyyatı yalnız bir ünvanda aparılır. Bu həm növbə yaradır, həm də Bakının hansısa ərazisindən ora getmək vaxt itkisidir. Çünki hər kəsin onlayn qeydiyyat üçün müraciət etmək imkanı yoxdur. Eyni bir e-maildən mütəmadi olaraq 4-5 nəfərin qeydiyyatı üçün müraciət ediləndə isə həmin əcnəbi qeydiyyata alınmır.  Əsas da onu göstərirlər ki, yəqin e-mail sahibi əcnəbilərə xidmət göstərərək pul qazanır.

Digər tərəfdən hazırda qeydiyyatı Dövlət Miqrasiya Xidmətinin binasında fəaliyyət göstərən bir özəl hüqüqi şirkət aparır. Dövlət qurumunun içində qeydiyyatı həyata keçirən həmin hüquqi şirkət isə göstərdiyi  xidmətə görə, xidmət haqqı alır. Halbuki qanunvericiliyə görə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilməsi tələb olunmur".

Qeydiyyatla bağlı daha bir problem Azərbaycan vətəndaşlarının inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlıdır. Belə ki, əcnəbi ölkəyə gəldikdə hansısa Azərbaycan vətəndaşının yaşadığı ünvana qeydiyyata düşür. Sonradan Dövlət Miqrasiya Xidmətinin əməkdaşları həmin ünvana baş çəkərək reyd keçirə bilər. Əgər əcnəbinin həmin ünvanda olduğu müəyyən edilməzsə, Azərbaycan vətəndaşı inzibati məsuliyyətə cəlb edilir. Halbuki, əcnəbi iş icazəsi alaraq başqa ünvanda ola, səhər işə gedib axşam qeydiyyatda olduğu evə dönə bilər. Amma bir dəfə reyd zamanı əcnəbi həmin ünvanda aşkarlanmırsa, vəzifəli şəxs həmin mülkiyyətin sahibi olan Azərbaycan vətəndaşının inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı qərar qəbul edə bilər.

Problemin həlli yolları: «Soydaşlar» haqqında qanun

Nəinki Avropa, hətta qonşu İran təcrübəsi də göstərir ki, əcnəbilərin qeydiyyatı Azərbaycana nisbətən xeyli sadədir. Belə ki, hazırda İrana gedən hansısa əcnəbi viza almaq üçün müraciət edəndə hansı ünvanda yaşayacağını və həmin şəxsin telefon nömrəsini və ya otelin adını bildirir. Viza verən şöbənin əməkdaşı əcnəbinin gedəcəyi  ünvanla əlaqə saxlayır. Ökəyə gələn əcnəbinin həmin vətəndaşın evində yaxud oteldə qalacağı təsdiqlənirsə, viza verən orqan əcnəbinin qeydiyyatını da həyata keçirir. Bununla ölkəyə gələn şəxsin əlavə vaxt itkisi ilə qarşılaşmaq və ya hansısa dövlət qurumuna getmək problemi həllini tapmış olur.

"Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə yeni bir qanun layihəsi təklif edir: "Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımıza münasibətdə müəyyən güzəştlər tətbiq edilməsi vacibdir. Bizim cəmiyyətin təklif etdiyi  «Soydaşlar» haqqında qanunda bu məqamlar nəzərə alınıb. Dünya təcrübəsində oxşar qanunlar var. Gürcüstanda da «Soydaşlar» haqqında qanun qəbul olunub. Həmin qanuna görə, dünyaya səpələnən gürcülərə ikili  vətəndaşlıq, ölkə vətəndaşları ilə bərabər şəkildə daşınmaz əmlak almaq, ölkəyə rahat gəlib-getməklə bağlı hüquqlar verilir. Həmin insanlar seçki hüququndan başqa Gürcüstan vətəndaşların malik olduqları bütün hüquqlardan yararlana bilərlər. Azərbaycan da belə bir qanun qəbul olunsa, digər ölkələrdə yaşayan azərbaycanlıların bir çox problemləri həllini tapar. Onların ölkəmizlə bağlılığını sübut edən bir sənədi varsa, onlar «soydaş» statusu ala bilərlər. Həmin şəxs bundan  sonra vizasız ölkəmizə gəliş-gediş hüququ əldə edər, miqrant kimi qeydiyyat prosedurundan azad olar, əmək bazarına girə bilər, əmlak əldə etmək hüququ qazanar. Bu qanun layihəsi parlamentə qədər daşınsa da, təəssüf ki, müsbət nəticə olmadı. Amma hazırda da öz aktuallığını saxlayır".

Azərbaycana gələn əcnəbilərin qeydiyyat məsələsini sadələşdirmək vacibdir

Pərviz Əliyev də o qənaətdədir ki, qeydiyyat məsələsini sadələşdirmək vacibdir: "Dünyanın bir çox ölkələrində əcnəbilərin qeydiyyatı hava limanlarında, sərhəd buraxılış məntəqələrində aparılır. Ölkəyə gələn əcnəbinin elə bir məsuliyyəti yoxdur ki, sonradan hansısa dövlət qurumuna baş çəkərək əlavə vaxt itirib qeydiyyata dursun. Əksər ölkələrində dövlət qurumları bu işi elə həyata keçirir ki, vətəndaş bunu hiss etmir. Bəzi ölkələrdə isə, ümumiyyətlə qeydiyyat məsələsi yoxdur. Əslində dövlət qurumuna qeydiyyat ona görə lazımdır ki, ölkəyə gələn əcnəbinin harada olduğunu dəqiqləşdirsin. Amma ölkəyə başqa niyyətlə gələn varsa, o öz istəyini elə 10 gün ərzində də edə bilər. Əcnəbinin Azərbaycana daxil olduqdan sonra 10 gün ərzində yaşaması inzibati məsuliyyət yaratmırsa, elə həmin müddətdə öz istəyini reallaşdıra bilər. Hazırki qaydalar bu problemin qarşısını ala bilmir. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı problemlərin həlli üçün Miqrasiya Məcəlləsində dəyişiklik edilməlidir".

Ölkəyə turist cəlb edilməsini prioritet elan edən ölkə əcnəbilərin qeydiyyatla bağlı problemlərin həllində maraqlı olmalıdır. Çünki turistlər təkcə otellərdə deyil, hostellərdə və şəxsi evlərdə də qalır. Həmçinin, turist qəbul edən bəzi istirahət mərkəzlərinin bir çoxunun Dövlət Miqrasiya Xidmətinə onlayn  müraciət etməyə çıxışı yoxdur. Bu amil də nəzərə alınaraq qeydiyyat məsələsi maksimum sadələşdirilməlidir. Həm də nəzərə alınmaılıdır ki, Azərbaycana gələn insanların böyük bir hissəsi keçmiş sovet respublikaları və viza alınması tələb olunmayan qonşu ölkələrdən gələnlərdir. Onların da əksəriyyəti otellərdə deyil, öz qohumlarının yanlarında qalırlar. Xaricdən gəlib hansısa kənddəki qohumlarının yanında yaşayan əcnəbinin onlayn qeydiyyat üçün müraciət etmək imkanı olmur. Yaxud da insan 10 gün müddətində qeydiyyata düşməyin vacib olduğunu unudur. Əvvəllər qeydiyyatı poçt şöbələri də aparsa da, artıq iki ildir ki, poçt şöbələrində qeydiyyat  həyata keçirilmir. Bu səbəbdən qanunvericiliyə dəyişikliklər edilməsi, ən azı qeydiyyatın hava limanlarında və sərhəd buraxılış məntəqələrində aparılması zəruridir.

Azərbaycanda dəhşət: 13 yaşlı uşaq özünü öldürdü

Goranboy rayonunda intihar hadisəsi baş verib.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb. 2004-cü il təvəllüdlü Nəbiyev Rəşad Eldar oğlu yaşadığı evin bağında özünü ağacdan asaraq intihar edib.

R.Nəbiyevin ürəyində qüsur olduğu bildirilir. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Saytda Axtarış

Son xəbərlər