Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün142
DünənDünən5185
Bu həftəBu həftə142
Bu ayBu ay47831
Bu günə qədərBu günə qədər8409462

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Sumqayıtda uşaqlar arasında kütləvi zəhərlənmə

Son üç gündə Sumqayıtda 119 uşaqda infeksiya ehtimalı ilə xəstəxanaya müraciət edilib.

Dalga tv-nin xəbərinə görə, bunu APA-ya Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev bildirib.

Onun sözlərinə görə, həkimə müraciət edənlər 2-5 yaş arası uşaqlardır: 

“Ayın 7-dən bəri Sumqayıtda 119 uşaqda infeksiya ehtimalı ilə əlaqədar xəstəxanaya müraciət olunub. Hazırda şəhər Uşaq Xəstəxanasında 54 uşağın müayinəsi davam edir. Yəqin ki, günün sonuna kimi onların da böyük əksəriyyəti evə buraxılacaq. Həkimə müraciət edənlərin əksəriyyətinə kəskin bağırsaq infeksiyası diaqnozu qoyulub. Onlarda əsasən baş ağrısı, ürək bulanma, qusma, halsızlıq müşahidə olunur”.

İ.Abdullayev, həmçinin qeyd edib ki, bütün uşaqlardan nümunələr götürülüb: 

“Bu nümunələrin nəticələri məlum olandan sonra biz dəqiq səbəbləri biləcəyik. Hazırda bizim işimiz bu infeksiyanın mənbəyini axtarmaqdır. İnfeksiya sudan da düşə bilər, qidadan da. Ona görə də əməkdaşlarımız su idarəsində olacaq və içməli sudan da nümunələr götürüləcək”.

Gəncədə 55 yaşlı kişi intihar edib

 Gəncə şəhərində 55 yaşlı kişi intihar edib.

Gəncə Şəhər Prokurorluğundan "Report"un Qərb bürosuna verilən məluma görə, uzun müddətdir ürək çatışmazlığından əziyyət çəkən V.Quluyevi həyat yoldaşı asılı vəziyyətədə tapıb. 

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Son dəqiqə! Bakıda AĞIR QƏZA - Ölən və yaralananlar...

Bakıda ağır yol qəzası baş verib.

Bakı-Ələt magistralının 29-cu kilometrliyində – Yol Patrul Xidmətinin Qaradağ postunun yaxınlığında 01 BU 120 dövlət qeydiyyat nişanlı "Mercedes" qəzaya uğrayıb. Avtomobilin idarəetmədən çıxaraq yolun ortasındakı metal çəpərlərə çırpılması nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə ağır xəsarət alıb. Ölən və yaralananların hamısı gənc oğlanlardır.

Faktla bağlı araşdırma aparılır.

Günün dəhşətli cinayəti/ Azərbaycanda ər arvadı və övladlarını qətlə yetirdi

Mingəçevirdə arvadını və iki övladını qətlə yetirən Nazim Hüseynov könüllü olaraq polisə təslim olub.

"Report"un Şirvan bürosunun məlumatına görə, o arvadı Hüseynova Aynurəni, oğlu, 2-ci sinif şagirdi Hüseynov Hüseyni və 5 yaşlı qızı Hüseynova Mədinəni ailə-münaqişəsi zəminində qətlə yetirib.

Rustavidə 9 yaşlı uşaq göldə boğulub

Gürcüstanda 9 yaşlı uşaq göldə boğulub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə Rustavi şəhəri yaxınlığında yeni tikilən körpünün yaxınlığında baş verib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə (intihar) araşdırma aparılır. 

Son dəqiqə! Azərbaycanda MƏKTƏBLİLƏRLƏ dolu avtomobil AĞIR QƏZA törətdi - Şagirdlər faciəvi şəkildə öldü

Ələt-Astara magistral yolunun Lənkəran rayonu Liman şəhəri ərazisindən keçən hissəsində ağır avtomobil qəzası baş verib.
"Mercedes" markalı 10 OR 044 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Güclü zərbə nəticəsində avtomobildə olan iki nəfər — Liman şəhər və Qumbaşı kənd sakinləri Kənan Səfərov və Xalid Səfərov hadisə yerində keçiniblər. Çırpılma nəticəsində deformasiyaya uğrayan avtomobilin içərisində sıxılıb qalan meyitləri yaxınlıqdakı insanlar çıxarıblar.

Məlumat olaraq bildirək ki, qəza nəticəsində həyatını itirən hər iki gənc 11-ci sinif şagirdləri olub və hər ikisi bir sinifdə oxuyublar. Faktla bağlı araşdırma aparılır.

Gürcüstanda Azərbaycan dilində yeni qəzet nəşr olunub

Gürcüstanda Azərbaycan dilində yeni qəzet nəşr olunub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlı Müəllimlər İttifaqının təşəbbüsü ilə “Müəllim” adlı  qəzet işıq üzü görüb.

Nəşrdə Azərbaycan dilində məqalələrlə yanaşı, gürcü dilində də materiallar dərc ediləcək.

Gürcüstan elm və təhsil naziri Aleksandr Çeçelava, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin üzvü, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Əflatun Amaşov, Gürcüstan parlamentinin deputatları Tamaz Naveriani, Mahir Dərziyev, həmçinin Marneuli, Qardabani, Bolnisi, Dmanisi rayonlarının İcra Hakimiyyəti başçıları qəzetin ilk sayının dərc olunması ilə bağlı təbrik ünvanlayıblar.

Azərbaycanda GÜCLÜ PARTLAYIŞ - Ölən və yaralananlar...

Gəncədə mənzildə partlayış baş verib, bir nəfər xəsarət alıb.

Hadisə şəhərin Rəhim Hüseynov küçəsi, 18 ünvanında baş verib. 1968-ci il təvəllüdlü Ağayev Adil Misir oğlu yaşadığı evdə su qızdırıcı sobanı işə salarkən partlayış baş verib.

A.Ağayev yanıq xəsarətləri alaraq Gəncə Şəhər Təcili-Tibi Yardım Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir

Son dəqiqə! İŞİD-ə qoşulan azərbaycanlı qadından ŞOK SÖZLƏR: "Sən demə uşaqlığımı..."

İŞİD terror təşkilatının tərkibinə qoşulduğu iddia olunan və barəsində cinayət işi açılan Gürcüstan vətəndaşı olan azərbaycanlı Aydan Qəribova "Bizim Yol"a açıqlama verib.

O, barəsində cinayət işinin açıldığını və Rusiyaya daxil olmasına qadağa qoyulduğunu təsdiqləsə də, İŞİD-ə qoşulması iddiasını təkzib edib.
Onun sözlərinə görə, yalnış anlaşılma nəticəsində başına bu iş gəlib: "Məni 14 yaşında qaçırıb adətlərə qurban ediblər. Mənim 3 övladım var. Ailə-məişət zəminində davamlı problemlər olduğu üçün həyat yoldaşımdan ayrıldım. Türkiyəyə üz tutdum. Övladlarımı da özümlə apardım. Valideynlərim Rusiyada yaşayırdı. Mən valideynlərimlə və keçmiş həyat yoldaşımla bir müddət əlaqəni kəsdim. Sonra isə "Whatsapp" vasitəsilə əlaqə saxlayırdıq. Uşaqlığımı əlimdən aldıqlarına və həyatımı məhv etdiklərinə görə mən anamı qıcıqlandırmaq üçün gülərək İŞİD-ə qoşulduğuma ehyam etdim. Anam və həyat yoldaşım bu sözümü ciddi qəbul ediblər və hüquq mühafizə orqanlarına müraciət ediblər. Ötən ilin aprel ayında barəmdə cinayət işi açılıb. Mənim beynəlxalq axtarışa verildiyim deyilir. Mənim yerim bəllidir".
Aydan Qəribova deyib ki, Türkiyədə oturum icazəsi ala bilmədiyi üçün övladlarının təhsil almasında problem yaranıb və buna görə doğulduğu Gürcüstanın Qardabani rayonuna qayıdıb. Hazırda o, 80 yaşlı əlilliyi olan nənəsi ilə birlikdə burda yaşayır. A.Qəribova nə Suriyaya və İraqa, nə də Dağıstan Respublikasının qanunsuz yollarla hərbi toqquşmaların baş verdiyi ərazilərə getmədiyini bildirib.

Kanadalı tələbələr Gürcüstanda azərbaycanlıların yaşadığı ərazidə arxeoloji qazıntı işləri ilə tanış olublar

Toronto Universitetinin müəllim və tələbələri, Gürcüstan Milli Muzeyinin əməkdaşları, Kvemo Kartli bölgəsinin icra nümayəndələri azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun İmir kəndində olublar.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, yerli və xarici arxeoloqlar kəndin yaxınlığındakı İmir Təpəsində aparılan arxeoloji qazıntılara baxış keçiriblər, habelə Marneulidəki tarixi abidələrə aid sərgi ilə tanış olublar.

İmir Şomu Təpə arxeoloji ekspedisiyanın rəhbəri, professor Mindia Calabadze arxeoloji qazıntı barədə məlumat verib: “Biz Toronto Universitetinin mütəxəssisləri ilə birgə üç ildir arxeoloji qazıntılar aparırıq. Qazıntı apardığımız yerdə qədim insanlar yaşayıb. Onlar kənd təsərrüfatı məhsulları, o cümlədən üzüm becəriblər. Müxtəlif tarixi dövrlərdə becərilən üzüm toxumu tapmışıq. Hazırda bu toxum Gürcüstanın Milli Muzeyində saxlanılır. Mütəxəssislərimiz üzüm toxumunun laboratoriya üsulu ilə xüsusiyyətini araşdırırlar, tarixən bu torpaqda üzüm becərildiyini və şərabçılıq mədəniyyətinin İmir Təpəsi ərazilərində inkişaf etdirildiyini təsdiqləmək üçün arxeoloji qazıntıların xəritəsini genişləndirirlər. 8 min il bundan öncə cənubdan gələn insanlar bu bölgədə məskunlaşıblar, burada kənd təsərrüfatını inkişaf etdirməyə başlayıblar. Şomu Təpə Mədəniyyətinə Azərbaycan, eləcə də Türkiyədə rast gəlinir. Düşünürəm ki, biz bu layihəni davam etdirəcəyik və gələcəkdə yaxınlıqda olan Şulaveri Şomu Təpə Mədəniyyətinə keçəcəyik”.

Qazıntılara baxış keçirən Toronto Universitetinin mütəxəssisi, professor Stiven Batuki bildirib ki, İmir Təpəsi qədim yerdir: “Burada ilk dəfə qazıntı aparanda, kənd təsərrüfatı alətləri, müxtəlif əşyalar və yaşayış yerləri aşkar etdik. Sonra şərabçılığa aid əşyalar və üzüm toxumu tapdıq. Arxeoloji tədqiqat zamanı neolit dövrünə aid abidələrə rast gəldik. İmir Təpəsində qədim zamanlarda kimlərin yaşadığını hələlik müəyyənləşdirməmişik”.

Qara tutun 13 faydası

Artıq isti yay ayları başlayıb. Yayın sevimli meyvələrindən olan qara tutu yeməyin əsl vaxtıdır. Bəs zövq alaraq yediyiniz bu giləmeyvənin faydalarından xəbəriniz varmı?

Dalga tv Oxu.Az-a istinadla qara tutun faydalarını təqdim edirik:

- İmmunitet sistemini gücləndirir;

- Yorğunluğu aparır;

- Boğaz infeksiyasına qarşı yaxşı effekti var;

- Diş əti problemləri üçün faydalıdır;

- Çox şirin olmadığı üçün şəkər xəstələri də yeyə bilər;

- İştahanı açır;

- Sidiyini saxlaya bilməyənlər yeyə bilər;

- Baş gicəllənməsinə, qan azlığına yaxşı təsiri var;

- Yuxusuzluqdan əziyyət çəkənlər yesin;

- Bəlğəmi təmizləyir;

- Həzm sistemini tənzimləyir;

- Saçları gücləndirir;

- Ağız içindəki yaralara faydalıdır.

Azərbaycandan Gürcüstana gedən turistlərin sayı 5% artıb

Bu ilin 5 ayı ərzində Gürcüstana gələn turistlərin sayı 25% artıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə mətbuat konfransında Gürcüstan Milli Turizm Agentliyinin rəhbəri Giorgi Çoqovadze məlumat verib. Onun sözlərinə görə, 2017-ci ilin yanvar ayından başlayaraq may ayı da daxil olmaqla ölkəyə 2 329 677 turist gəlib və bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 206 736 nəfər çoxdur.
 
Təkcə may ayında Gürcüstana 552 958 turist gəlib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 29 867 nəfər və ya 5,7% çoxdur.
 
G. Çoqovadze 5 ay ərzində Azərbaycandan gələn turistlərin sayında 5% artım olduğunu vurğulayıb. O, hesabat dövründə  Ermənistandan Gürcüstana gələn turistlərin sayının 13,2%, Rusiyadan gələnlərin sayının 22,1%, İrandan gələn turistlərin sayının 3,24 dəfə artığını bildirib. Bu ölkələrin əksinə Türkiyədən Gürcüstana səfər edənlərin sayında 17,8%-lik azalma qeydə alınıb.
 
Onun sözlərinə görə, Avropa ölkələrindən gələn turistlərin sayında ənənəvi olaraq artım tempi qorunur. Belə ki, Hollandiyadan Gürcüstana gələn turistlərin sayı 34%, Almaniyadan 27%, Fransadan 27%, Böyük Britaniyadan 22% və Polşadan 21% artıb. Bildirilib ki, İrandan Gürcüstana səfər edənlərin sayı 3,24 dəfə, Özbəkistandan 2,9 dəfə, Hindistandan 2,23 dəfə, İsraildən 55% və Çindən gələn turistlərin sayında 40% artım olub.

Saytda Axtarış

Son xəbərlər