Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3493
DünənDünən5773
Bu həftəBu həftə40209
Bu ayBu ay45997
Bu günə qədərBu günə qədər8407628

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

SON DƏQİQƏ! Azərbaycanda günün DƏHŞƏTLİ İNTİHAR! Gənc qadın özünü qatarın altına atdı

Bu gün Tovuzda qadın özünü qatarın altına ataraq intihar edib.

APA-nın qərb bürosunun məlumatına görə, 30-35 yaşlı qadın rayonun Qovlar şəhərində özünü qatarın altına atıb.

Qadının kimliyi və hansı səbəbdən intihar etdiyi hələ məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Gürcüstanın baş naziri bu ölkədə yaşayan müsəlmanlar üçün iftar süfrəsi təşkil edib

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili bu ölkədə yaşayan müsəlmanlar üçün iftar süfrəsi təşkil edib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, mərasimdə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaqmadze müsəlmanları müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, ölkəsində dini icmalara yaradılan şəraitdən danışıb.

O, bildirib ki, Gürcüstan hökuməti dini icmaların normal fəaliyyət göstərmələri üçün dövlət büdcəsindən vəsait ayırıb və bu yardım dini qurumların maddi-texniki bazasının gücləndirilməsinə sərf olunur.

Baş nazir Georgi Kvirikaşvili Türkiyədə törədilən qanlı terror hadisəsi ilə əlaqədar Gürcüstan xalqı və hökuməti adından türk xalqına başsağlığı verib. Bu terror hadisənin bütünlükdə insanlığa qarşı qatı cinayət adlandırıb. Gürcüstanın terroru lənətlədiyini, belə bir ağır gündə Türkiyənin yanında olduqlarını bildirib.

Gürcüstan hökumətinin başçısı müqəddəs Ramazan bayramının əhəmiyyətindən danışıb, İslam dininin sülh, əmin-amanlıq və bərabərlik dini olduğunu qeyd edib.

Qərbi Gürcüstan müsəlmanlarının müftisi Bekler Kamaşidze göstərilən diqqət və qayğıya, iftar süfrəsinin təşkilinə görə minnətdarlıq edib. Gürcüstandakı müsəlmanların dövlətin siyasi xəttinin dəstəklədiklərini və digər dini təriqətlər ilə dostluq şəraitində yaşamaqda maraqlı olduqlarını dilə gətirib.

Tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin rəhbərləri, Azərbaycanın, Türkiyənin, Türkmənistanın bu ölkədəki səfirləri, diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

 

Son dəqiqə! Azərbaycanda AĞIR QƏZA - Ölən və yaralananlar...

İmişli-Beyləqan avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Bəhramtəpə qəsəbəsində salınmış "Fin evləri" adlı məcburi köçkün şəhərciyində yaşayan 1989-cu təvəllüdlü Cəbrayıl Vaqif oğlu Quliyev və 1989-cu il təvəllüdlü Yasin Bayram oğlu Şirinov İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Digər yaralı isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ölənin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az

BAKIDA AİLƏ FACİƏSİ: sevgilisini ürəyindən vurdu, ana və oğulu da bıçaqladı

İyunun 23-nə keçən gecə Bakı şəhərinin Yasamal rayonu ərazisində İbrahim Əbilov küçəsi 60 ünvanında (keçmiş Sovetski) yerləşən mənzilə basqın edib qətl törədən şəxs tutulub. Dalga tv Sonxeber.az-a istinadən bildiriri ki,  həmin ünvanda 28 yaşlı Əliyeva Mahirə Tofiq qızını bıçaqlayaraq öldürən, ev sahibi Mətanət Həsənova və oğluna isə xəsarətlər yetirən şəxsin 1991-ci il təvəllüdlü Sənan Məmmədov olması müəyyən edilib və o tutulub.

Bildirilir ki, S.Məmmədovla Mahirə Əliyeva bir müddət qeyri-rəsmi nikahda yaşayıb. Sonra qız ondan ayrılıb və Mətanət Həsənovanın evində kirayə yaşamağa başlayıb. Ünvanı öyrənən Sənan ötən gecə 3 dostu ilə ora gəlib və Mahirəni aparmağa çalışıb. Qızın müqavimət göstərdiyini görən ev sahibəsi ilə oğlu müdaxilə etməyə çalışıb və bu zaman qanlı cinayət baş verib.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

 

Son dəqiqə! Azərbaycanlı deputat intihara cəhd etdi

Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Vəhdət Partiyasının sədri Tahir Kərimli Modern.az müsahibəsində özü haqqında sensaion açıqlama verib.

O siz nə zamansa intihar etmək istəmisiniz? sualını belə cavablandırıb:

Bir dəfə intihara cəhd etmişəm, 1992-ci ildə Şuşanın Ermənilər tərəfindən işğalını eşitdim, gəldim məhkəmədəki kabinetimə, ağzımı bağladım. 1930-cu ildən qalma silah da var idi, özümü vuracaqdım. Düşünürdüm ki, necə yəni, Şuşa işğal olunub? Bunu qəbul etmək çox çətin idi.

Amma özümü vura bilmədim, gücüm çatmadı, 3-4 saatdan sonra xəbər tutdular ki, hakim özünü vurmaq istəyir. İnanın, işğalı heç cür həzm edə bilmirdim. Şuşadan ötrü hər şeyimi qurban vermişəm. Belə hallar yaşamışam. Bəzən isanın beyninə belə şeylər gəlir.

Biz müstəqillikdən ötrü aclıq edirdik. Milli Məclisdən bizi rus əsgərləri tutub apardılar. Orada mənə ən çox pis davranan azərbaycanlı milis heyəti idi. Ruslardan çox onlar pis davranırdılar. Bilmirdim ki, məni Xəzərdə boğacaqlar, ya harada öldürəcəklər. Gecə saat 3-də bizi götürüb apardılar. Mən rus mayoruna dedim ki, öz ölkəmdə toxunulmazlıq hüququ olan şəxsəm, məni hara aparırsan? Mən həmin rus mayorunun vicdanının sızıldamağını hiss etdim. Amma bizim milislər əlimi-qolumu sındırdılar, təpiklə başıma vururdular. Sanki onlarda vicdan yox idi.
Bu insanlardan vəhşilik görəndə, mən onlara dedim ki, imkan verin özümü öldürüm. Çünki əzabla ölmək istəmirdim. Bax belə şeylər olub.

Amma indi belə şeylərə kim inanır ki? İndi müqəddəs duyğulara inan insanlar çox azdır. Mixail Qorbaçova ölüm hökmü çıxaranda mənim ailəm, nəslim ölüm təhdidi altında yaşayırdı. Çünki o zaman işdən çıxarılmışdım, haqqımda pis akt tərtib olunmuşdu. Məni məhv etmək istəyirdilər. O vaxt İsmayıllı camaatı evimin ətrafında çadırlar qururdu, ocaq yandırırdılar ki, məni qoruya bilsinlər. Çox əzablı günləriydi.

Bakıda 22 yaşlı gənc qaşıq uddu

İyunun 22-də Bakıda maraqlı hadisə baş verib.

Dalga tv  lent.az-a istinadən xəbər verir ki, Xətai rayonu, Pivəzavod küçəsində yaşayan 22 yaşlı Hüseyn Məmmədov evdə olarkən ehtiyatsızlıqdan çay qaşığı udub. O, 3 saylı şəhər xəstəxanasına müraciət edib və burada tibbi müdaxilə ilə qaşıq onun bağırsağından xaric edilib.

H.Məmmədov qaşığı fikirli olduğu üçün udduğunu deyib.

Bakıda GÖRÜNMƏMİŞ HADİSƏ: Hər kəs qatarın altında qalan bu uşaqdan danışır

Bu gün Binəqədi rayonu ərazisində maraqlı hadisə baş verib.

Saat 08:25 radələrində Bakı-Sumqayıt elektrik qatarı Biləcəri stansiyası yaxınlığında hərəkətdə olarkən maşınistlər 10-12 yaşlı uşağın qəfil qatarın qarşısına çıxdığını görüblər.

Lakin onlar qatarın uşağı vurmasına mane ola bilməyiblər. Bununla belə maşınistlər qatarı saxlayıblar və reys təxminən 5 dəqiqə gecikmə ilə yerinə yetirilib.

Maraqlıdır ki, qatar uşağı vurandan sonra maşınistlər düşərək ona kömək etməyə çalışıb. Bu zaman şəxsiyyəti məlum olmayan həmin oğlan qaçaraq uzaqlaşıb.

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsindən bildirilib ki, hadisədən xəbərdardırlar, lakin uşağı tapa bilməyiblər.

Mənbə: lent.az

Azərbaycanda arvadı və 20 günlük körpəsini döyərək öldürən ər nüfuzlu şəxsin oğlu imiş

Daşkəsən rayonunda baş verən dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub.
Qətli törədən 1979-cu il təvəllüdlü Ələkbərov Raqif Əliş oğlu istintaqa ifadə verib. O ifadəsində bildirib ki, üç ay əvvəl həyat yoldaşını döyüb. Qadın isə polisə şikayət edib. Nəticədə R.Ələkbərov məhkəmə qərarı ilə 500 manat məbləğibdə cərimələnib.
Ələkbərov ifadəsində qeyd edib ki, həmin gündən bəri o qədər pulu necə ödüyəcəyini düşünüb və psixoloji sarsıntı keçirib. Hadisəni törətdiyi gün sərxoş olan R.Ələkbərov həyat yoldaşı, 1980-ci il təvəllüdlü Kamilə Daşdəmir qızı Məmmədova ilə mübahisə edib: "Mən Kamiləyə dedim ki, niyə belə elədin, nə üçün polisə şikayət etdin? Vəziyyətimizin yaxşı olmayan vaxtında niyə 500 manat aparım cərimə ödəyim? Həmin vaxt Kamilə mənimlə sərt danışdı. Mən də içkili idim, ağlım başımda deyildi. Başladım ona təpik və yumruqla zərbələr vurmağa. Əsəblərim sakitləşmədi, sonra onun başına çomaqla vurdum. Mən uşağı vurmamışam. Heç uşağı görməmişəm də. Sonra bildim ki, mən Kamiləni vuranda uşağ qucağında olub. Əvvəl bilmədim öldüyünü. Çarpayıda uzanmışdı. Bir də baxdım ki, nəfəsi gəlmir. Qorxdum, evdən çıxaraq qaçdım. Hadisə zamanı evdə Kamilənin əvvəlki ərindən olan uşağı da var idi".
Ana və körpəsi bu çomaqla öldürülüb
Kənd sakini, 75 yaşlı Lətafət Tağıyeva "Report"un yerli bürosuna bildirib ki, ailədə tez-tez mübahisələr olub: "Rafiq spirtli içki düşkünü idi. O, bundan əvvəlki arvadlarını da döyüb, onlara zülm edirdi. Ona görə də bundan əvvəlki arvadlarının hərəsi 1-2 il qalır, sonra baş götürüb qaçırdılar. Rafiqin isə arvad alıb boşaması adi hala çevrilmişdi. Rafiq bundan əvvəlki arvadı İnci Vəliyevanı da çomaqla döymüşdü. O vaxt qonşular arvadı vaxtında xəstəxanaya çatdırdılar. Arvad polisə şikayət etdi və Rafiqi həbs etdilər. Həbsdən çıxandan sonra isə Kamilə Məmmədova ilə evləndi. Kamilə Məmmədova boşanmış qadın idi. Onun birinci nikahından 6 yaşlı qızı var".

L.Tağıyeva əlavə edib ki, Rafiq Ələkbərovun atası Əliş Ələkbərov məktəbdə müəllim işləyib və kəndin hörmətli kişilərindən biri olub: "Hadisə gecə olub. Rafiq səhərə yaxın görüb arvadı ölüb, qaçıb. Kamilənin birinci ərindən olan uşağı səhər tezdən anasının cavab vermədiyini görərək çölə çıxaraq qışqırıb".
Kəndin digər sakini bildirib ki, Rafiq Ələkbərov məhkəmədə cərimə olunduqdan sonra özünə məxsus olan "Niva" markalı avtomobilini satmaq istəyib: "Hadisədən bir neçə gün əvvəl də ərlə-arvad arasında dava düşüb. Qadın uşaqlarnıda götürüb rayonun Dardərə kəndindəki ata evinə getmək istəyib, Rafiq qoymayıb. Rafiq adətən pul qarşılığında kənd sakinlərinin mal-qarasını otarar, bəzi vaxtlarda isə ev tikintilərində fəhləlik edərdi. Onun Göygöl rayonunun Zurnabad kəndində əmisi oğlanları yaşayır. Rafiq də səhər tezdən çıxıb ora qaçanda meşəlikdə tutublar onu".
Daşkəsən Rayon Prokurorluğundan "Report" un yerli bürosuna verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7 (iki və daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. (report)

Azərbaycan vətəndaşı Gürcüstan sərhədini qanunsuz yolla keçməyə cəhd edərkən saxlanılıb

Azərbaycan vətəndaşı Əmir A. qanunsuz şəkilə sərhədi keçməyə çalışarkən Gürcüstan sərhəd polisinin əməkdaşları tərəfindən saxlanılıb.

"Report" "Qruziya-Online" portalına istinadən xəbər verir ki, istintaq təqsirləndirilən şəxsin sərhəd-keçid məntəqəsindən yayınmaqla Gürcüstan istiqamətində Azərbaycanın dövlət sərhədini qanunsuz keçdiyini müəyyən edib.

Fakt üzrə araşdırma aparılır.

Son dəqiqə! Azərbaycanda güclü partlayış - Ölən var

Əlində qumbara partlayan Yevlax sakini ölüb.
Yevlax rayon Prokurorluğundan verilən məlumata görə, iyunun 21-də Yevlax rayon sakini, 1993-cü il təvəllüdlü Mustafayev Tural Süləddin oğlunun rayon ərazisində istifadəsiz tikilidə ilkin ehtimala görə əl qumbarasının partlaması nəticəsində ölməsi faktına görə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Təcili! Azərbaycandakı dəhşətli partlayışla bağlı bütün gizlinlər ortaya çıxdı

Bu gecə Səbaildə ər-arvadın qaz partlayışı zamanı xəsarət alması ilə bağlı bəzi təfərrüatlar məlum olub.

"Azəriqaz" QSC-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev Lent.az-a açıqlamasında bildirib ki, hadisə blokda deyil, mənzilin dəhlizində olub.

İ. Kərbəlayevin sözlərinə görə, dəhlizdən keçən qaz borusunda sızma olub və evin sakinləri də ehtiyatsız davranıblar: "Dəhlizdən qaz iyi gəldiyini hiss edib, nə olduğunu aydınlaşdırmaq istəyiblər. Alışqandan istifadə ediblər. Bu zaman partlayış yox, sadəcə yanğın qeydə alınıb. Həmin an evin qapısı da açıq olub. Hadisə zamanı evə elə də ciddi ziyan dəyməyib. Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır".

Qurum rəsmisi deyib ki, əhali arasında geniş miqyaslı maarifləndirmə işləri aparılmasına baxmayaraq belə xoşagəlməz hallar çox olur: "Əhaliyə bildirəm istəyirəm ki, təbii qazdan istifadə zamanı texniki tələblərə və təhlükəsizlik qaydalarına ciddi əməl etmək, ehtiyatlı davranmaq lazımdır. Əks halda hər hansı bir ehtiyatsızlıq bədbəxt sonluqla nəticələnə bilər. Qazdan istifadə anlayışı olmayanların və azyaşlıların təbii qazdan istifadəsinə icazə vermək olmaz. Evdə qazın və ya qaz borusunun yerini dəyişdirərkən mütəxəssis köməyinə müraciət etmək lazımdır. Qaz borusunun yerini özbaşına dəyişmək olmaz. Qaz boruları əlçatan və gözlə görünən yerlərdə olmalıdır ki, zamanında texniki qulluq göstərilsin".

Son dəqiqə! Azərbaycanda 5 yaşlı qızını öldürən anadan QAN DONDURAN SÖZLƏR: "Birdən ağlıma gəldi elədim"

Qusarda 5 yaşlı qızın anası tərəfindən zəhərlənərək öldürülməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Əldə etdiyi məlumata görə, Hil kəndində yerləşən fermada yaşayan Gülnarə Saypullayeva qızı, 2012-ci il təvəllüdlü Saypullayeva Luizanı zəhərləyəndən sonra peşman olubmuş. Belə ki, bir neçə gün əvvəl 5 yaşlı Luiza səhər saatlarında yuxudan qalxandan sonra anası ona yemək verib. Bu zaman qadın uşağa verdiyi südün içinə ziyanvericilərə qarşı istifadə edilən kimyəvi məhlul qarışdırıb. Az sonra uşağın halı pisləşib. Bunu görən Gülnarə ferma sahibinin yanına qaçaraq kömək istəyib və onun maşını ilə uşağı Qusar xəstəxanasına çatdırmağa çalışıblar. Lakin artıq gec olub, 5 yaşlı qız yolda keçinib. Xəstəxanadakı müayinədən sonra uşağın öldüyü dəqiqləşib və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Müəyyən şübhələr olduğundan uşağın qanından və digər toxumalardan nümunələr götürülərək ekspertizaya təqdim edilib. Ekspertizanın nəticəsi azyaşlının zəhərlənməsini üzə çıxarıb.

Dünən Luizanın anası Gülnarə Saypullayeva izahat verməsi üçün çağırılıb və bu zaman o, törətdiyi cinayəti etiraf edib. Lakin qadın yeganə övladını niyə öldürməsinə məntiqi izah tapa bilməyib: "Birdən eynimə düşdü, qəfil qərara gəldim ki, uşağı zəhərləyim".

Qadının psixoloji vəziyyətini qiymətləndirmək üçün müvafiq ekspertiza təyin edilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Mənbə: lent.az

Saytda Axtarış

Son xəbərlər