Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2348
DünənDünən5416
Bu həftəBu həftə2348
Bu ayBu ay61648
Bu günə qədərBu günə qədər8671439

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Türkiyə kürdlərlə 25 illik müqavilə imzaladı

alt

Rusiyadan 450, İrandan 500, Azərbaycandan 400 dollar


Türkiyəyə Şimali İraq Regional Kürd Rəhbərliyinin əlində olan təbii qazla əlaqədar yeni sevindirici xəbər gəlib.

Kürd Rəhbərliyinə yaxın iş çevrələrinin xəbərinə görə, Şimali İraqdan Türkiyəyə gələcək təbii qazla əlaqədar 20-25 illik dövrü əhatə edəcək “sabit qiymətə” başa gələcək alğı-satqı kontraktı imzalanıb. Bu mərhələdə tərəflər arasındakı təbii qazla bağlı razılaşdırılan qiymət açıqlanmır. Ancaq qiymətin hər min kub metr təbii qaz üçün 250 dollar olacağı gözlənilir.

20 milyard kub metr


Kürd bölgəsində çoxlu təbii qaz ehtiyatı var. Türkiyənin illik təbii qaz istehlakı 45-50 milyard kub metrdir. Şimali İraqda çıxarılacaq təbii qaz 2017-ci ildən etibarən Türkiyəyə ixrac ediləcək. 4 milyard kub metr ilə başlayacaq ixracatın zaman içində 20 milyard kub metrə qədər çatdırılması nəzərdə tutulur.

Sabit qiymətlərlə kontrakt


Əldə edilən məlumatlara görə, Şimali İraqdan Türkiyəyə gələcək təbii qazla əlaqədar 20-25 illik dövrü əhatə edəcək “sabit qiymətə” razılaşdırılacaq təbii qaz alğı-satqı kontraktına görə qiymət kontrakt dövründə dəyişməyəcək. Şimali İraqdan idxal ediləcək qazın qiyməti rəqib ölkələrdən (Rusiya və İran kimi) alınan qazdan daha ucuz olacaq. Təbii qazın min kub metrinin təxminən 250 dollara alınacağı gözlənilir.

Tankerlərlə neft


Şimali İraq Regional Kürd Rəhbərliyi bir il yarımdır ki, tankerlərlə dünyaya neft satır. Gündə 20-30 min barellik neft ixracatı edir. İndiyə qədər 10 milyon barel neft satılıb. Bunun bazar dəyərinin təxminən 1 milyard dollar olduğu bildirilir. Bu daşıma işlərini Sinqapur mərkəzli “PowerTrans” (PauvəTrans) şirkəti həyata keçirir.

İraqda neft çıxarmağın xərci 4.5 dollardır


Məlumatlara görə, dünyada neft çıxarmağın ən ucuz olduğu ölkə İraqdır. İraqda neft çıxarmağın xərci 4.5 dollardır. 4.5 dolları əlaqədar neft şirkətləri alır. Geriyə qalan 90-95 dolların hamısı dövlətlərin hesabına gedir.

Beynəlxalq Enerji Agentliyi (İEA) və Amerika Geologiya Təşkilatının məlumatlarına görə, İraqın sahib olduğu neft və təbii qaz ehtiyatı həddən artıqdır. Ehtiyatların Səudiyyə Ərəbistanındakından belə çox olduğu təxmin edilir. Buna görə də İraqın gələcəyi neft istehsalı tutumu və ixracat gücü həm dünya iqtisadiyyatı, həm də OPEC baxımından böyük əhəmiyyət daşıyır.

Şahzadə edam olunacaq

alt

Səudiyyə Ərəbistanında cinayətlə günahlandırılan bir krallığın ailə üzvü edam ediləcək.

Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi, Baş nazir Köməkçisi və Müdafiə Naziri Şahzadə Salman adı açıqlanmayan Səudiyyə şahzadəsinin edamının təsdiqləndiyini açıqlayıb. Şahzadə Salmanın mövzuya bağlı Daxili İşlər Nazirinə göndərdiyi məktub Ərəb mediasında nəşr olunub. Məktubda, şəriətin ayrı-seçkilik güdmədən hər kəsə tətbiq edildiyi bildirilib.

Daha əvvəl Kral Abdullah tərəfindən verilən fərmanda, qurbanın ailəsi və şübhəli arasında razılıq təmin edilmədiyi təqdirdə cinayətkara edam cəzası verilməsi istənib. Qurbanın atası, şübhəlinin əfv etmətib və verilən "qan pulu"nun az olduğunu əsas gətirərək rədd edib.

Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatı məlumatlarına görə, şəriətlə idarə olunan ölkədə 2013-ci ildə 79 adam edam edilib.

Rusiyada vağzalda partlayış olub,ölənlər var. FOTO

 

altRusiyanın Volqoqrad şəhərində dəmiryolu vağzalında partlayış olub, 4 nəfər ölüb, altı nəfər yaralanıb.

 

Rusiya DİN Baş İdarəsinin numayəndəsi Svetlana Smolyaninova bildirib: 

 

 

"12:45-də "Volqoqrad-1" dəmiryolu vağzalının ikinci mərtəbəsində partlayış səsi eşidilb, tüstü yayılıb. İlkin məlumatda bildirilirdi ki, 3 nəfər ölüb, altı nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib".


Hadisə araşdırılır.

  alt

alt

 

alt

alt

 

Türkiyədə 5,8 bal gücündə zəlzələ olub

Türkiyənin Aralıq dənizi sahilində 5,8 bal gücündə zəlzələ baş verib. APA-nın məlumatına görə, bu barədə ABŞ Geoloji xidmətinin açıqlamasında bildirilir.


Zəlzələnin episentri Alanya şəhərindən 86 km cənub-qərbdə, 50 km dərinlikdə qeydə alınıb. Zəlzələ ilə bağlı sunami xəbərdarlığı verilməyib.

Akonkaqua dağını fəth edən 9 yaşlı alpinist

alt

Kaliforniyadan olan doqquz yaşlı Tayler Armstronq Qərb yarımkürəsinin ən yüksək zirvəsini fəth edib.

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi xəbərə görə, T. Armstronq Akonkaqua dağını fəth edən ən gənc alpinistdir. Onu atası Kevin Armstronq və himalaylı bələdçi Lxavanq Dxondap müşayiət ediblər.

Standart qaydalar 14 yaşdan kiçik uşaqlara Akonkaquaya qalxmağı qadağan edir. Bu səbəbdən Argentina məhkəməsindən xüsusi razılıq orderi əldə alınıb.

Əvvəl Akonkaqua fəth edən ən gənc alpinist Kolorado ştatının sakini, 10 yaşlı Metyu Monits olub. Bu, 2008-ci ildə baş verib.

Akonkaqua dağının zirvəsi dəniz səviyyəsindən 6962 metr hündürlükdə yerləşir, Şimali və Cənubi Amerikaların, habelə qərb və cənub yarımkürələrinin ən hündür nöqtəsi sayılır.

Akonkaqua fəth etməyə başlayan alpinistlərin cəmi 30%-i yekunda onun zirvəsinə çata bilir.

Kürd deputata 8 il 9 aylıq həbs cəzası

altAli Məhkəmə HDP-nin həmsədri Səbahət Tuncəl PKK terror təşkilatına üzv olduğuna görə verilən 8 il 9 aylıq həbs cəzası qərarını yekdilliklə qəbul edib. İstanbul Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan HDP-nin (Xalqın Demokratik Partiyası) həbs olunan və məhkəməsi davam etdiyi zaman 2007-ci ildə millət vəkili seçilib və təxliyə edilib. Səbahət Tuncəl haqqında məhkəmə tərəfindən verilən 8 il 9 aylıq həbs cəzası qərarı Ali Məhkəmə tərəfindən yekdilliklə qəbul olunub. Qərarın Milli Məclisdə oxunması ilə Tuncəlin millət vəkilliyi ləğv ediləcək və həbsxanaya göndərilməsi gündəmə gələcək. Həmçinin Səbahət Tuncəlin aldığı cəza bir ildən çox olduğu üçün millət vəkili də olmayacaq.

Sabiq baş nazir partlayışda öldü

alt

Livanın paytaxtı Beyrutda güclü partlayış baş verib. Şəhərin biznes mərkəzində, hökumət binasından bir neçə yüz metr aralıda törədilmiş partlayış nəticəsində azı 5 nəfərin öldüyü, 70-dən çox adamın da yaralandığı bildirilir. 

Partlayış qurbanları arasında Livanın sabiq iqtisadiyyat naziri Məhəmməd Şəttah da var. Təhlükəsizlik qüvvələrinin verdiyi ilkin məlumatlara görə, partlayışın hədəfi məhz Məhəmməd Şəttahın hərəkət etdiyi avtomobil karvanı olub. Şəttah həmçinin müxalifətin nüfuzlu simalarından biri və sabiq baş nazir Səəd Həririnin yaxın tərəfdaşı olub. 

Hadisə yerinə xeyli sayda təcili tibbi yardım maşınları və polis cəlb edilib. Partlayışın törədildiyi yerdən qalxan qara tüstü şəhərin əksər bölgələrindən görünür. Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Putin silah dahisinin dəfninə qatıldı

alt

Rusiya prezidenti Vladimir Putin "Silah dahisi" kimi tanınan, "Kalaşnikov" avtomatının müəllifi Mixail Kalaşnikovla vida mərasiminə qatılıb.

Dəfn və vida mərasimləri Moskva yaxınlığındakı Mıtişşi şəhərində, Federal Hərbi-Memorial Kompleksdə keçirilir.

Mərasimdə Rusiyanın müdafiə naziri Sergey Şoyqu da iştirak edir.
İki dəfə Sosialist Əməyi Qəhrəmanı, Rusiya Qəhrəmanı Mixail Kalaşnikov uzun sürən ağır xəstəlikdən sonra 94 yaşında vəfat edib.

Kalaşnikov dəfn olundu - VİDEO

alt

Əfsanəvi silah ustası general-leytnant Mixail Kalaşnikov bu gün Moskva ətrafında federal hərbi qəbiristanlığında dəfn edilib.
Kalaşnikov bazar ertəsi, 23 dekabrda, həyatının 95-ci ilində vəfat edib. Onunla vidalaşma mərasimi çərşənbə günü və cümə axşamı İjevskidə keçirilib. Əfsanəvi konstruktorla vidalaşmaq üçün 60 min insan kilsəyə toplanıb.

Dahi silah ustasını son ünvana ailə üzvləri və dəfndə iştirak edən Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Serqey Şoyqu yola salıb.

Kalaşnikovun tabutunu hərbi-xatirə kompleksinin mərkəzindən xiyaban qədər çiyinlər üzərində aparıblar.

"Biz bu gün görkəmli insanla vidalaşırıq, Rusiyanın simvolu ilə", — bunları müdafiə nazirliyinin birinci müavini Arkadi Baxin deyib.

Ermənistanla Çin hərbi saziş imzalayıb

alt

Ermənistanın müdafiə naziri Seyran Ohanyan dekabrın 26-da çinli həmkarı Çan Vantsyuanla saziş imzalayıb. 

Saziş Çinin Ermənistana ildə 5 milyon yuan həcmində hərbi yaradım göstərməsini nəzərdə tutur. 

1 yuan 0.1292 manata bərabərdir.Seyran Ohanyan Çinə səfərində iki ölkənin hərbi təhsil, hərbi təbabət, hərbi hazırlıq, hərbi-texniki sahələrdə əməkdaşlığı ilə bağlı müzakirələr aparıb.

İranda azərbaycanlı fəal həbs edildi

alt

İranda daha bir azərbaycanlı fəal Hüseyn Əlizadənin tutulduğu bildirilir.
İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları dekabrın 24-də onu iş yerində həbs edərək naməlum istiqamətə aparıblar.Bundan başqa onun evində yoxlama aparılıb, Azərbaycan dilində kitablar və digər şəxsi əşyalar götürülüb.

Hüseyn Əlizadənin konkret nədə ittiham olunduğu bilinməsə də, onun həbsi 1945-ci ildə Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Təbrizdə qurulan Azərbaycan Milli Hökumətinin 68-ci ildönümü ilə bağlı keçirilən mərasimlərdə fəal iştirakı ilə əlaqələndirilir.

Onun hazırda harada saxlandığı bilinmir.

Keçmiş nazir ağladı

alt

Türkiyədə keçirilən rüşvət əməliyyatına görə istefa verməyə məcbur qalan İqtisadiyyat naziri Zəfər Çağlayan təhvil-təslim prosesində ağlayıb.

Vəzifədə olduğu müddətdə ailəsinə çox vaxt ayıra bilməyən nazir göz yaşlarını saxlaya bilməyib.

Keçmiş nazir deyib ki, əməliyyatdan yarım saat sonra istefa vermək istədiyini və çox keçmədən bütün qaranlıq məqamların aşkarlanacağını bildirib.

Saytda Axtarış

Son xəbərlər