Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1854
DünənDünən5416
Bu həftəBu həftə1854
Bu ayBu ay61154
Bu günə qədərBu günə qədər8670945

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Saakaşvili Ukraynada saxlanıldı - Video

alt

Gürcüstanın eks prezidenti Mixayıl Saakaşvili Kiyev beynelxalq hava limanında saxlanılıb.

O, bu barədə Ukraynanın 5-ci kanalına müsahibəsi zamanı bildirib. Lakin Avropa Parlament üzvləri onu müşayiət etdikləri üçün, onun qollarını polislər qandallasalar da sonradan sərbəst buraxıblar.

Qeyd edək ki, bir neçə gün əvvəl Ukrayna hakimiyyəti 36 gürcü vətəndaşının Ukraynaya girişinə qadağa qoyub. Bunların içində Mixayıl Saakaşvilinin də adı var.

Rəza Zərrabın həkimi təkzib etdi

alt

“Rza Zərrabın böyrəyində problem olması doğrudur. Ancaq bu xəstəlik həyat üçün riskli sayılmır. Onun xərçəngdən əziyyət çəkməsi xəbərləri doğru deyil”.

Bu sözləri “Yeni Müsavat”a açıqlamasında Türkiyədə həyata keçirilən 17 dekabr böyük rüşvət əməliyyatında həbs edilən iş adamı Rza Zərrabın həkimi deyib.

İstanbul klinikalarından birində çalışan həkim (adı bizə bəlli olsa da müəyyən məqamlara görə açıqlamırıq) deyir ki, Rza Zərrabın böyrəküstü vəzində kist var:“Bu davamlı müalicə ilə sağala bilən xəstəlikdir. Xüsusi ehtiyac olduqda isə cərrahi müdaxilə ilə götürülə bilər. Ancaq bu zamana qədər belə bir ehtiyac yaranmayıb. Söhbət xırda bir hissəcikdən gedir. Onun xəstəliyi heç bir halda ölüm təhlükəsi yarada bilməz”.

Yada salaq ki, həbs olunan gündən Rza Zərrab dəfələrlə xəstəxanaya aparılıb. Rza Zərraba yaxın qaynaqlar onun xəstəliyinin ciddi olduğunu bildirir. Türkiyənin ünlü sənətçilərindən İbrahim Tatlısəs də bir neçə gün öncə Rzanın xərçəng xəstəliyindən əziyyət çəkdiyini deyib. Onun sözlərinə görə, Rza qısa müddət öncə bu haqda özü Tatlısəsə deyib.

Bir sıra qaynaqlar isə iddia edir ki, Rza Zərrabın heç bir ciddi xəstəliyi olmayıb. Onun sağlam görünüşü və keçirdiyi həyat tərzi belə deməyə əsas verir. Bu iddiada bulunanların fikrincə, 29 yaşlı Rza Zərrab “xəstəliyini” bəhanə edərək istintaq prosesində özünə daha üstün mövqelər qazanmağa çalışır.

Jurnalist ölümcül döyüldü- VİDEO

alt

Tanınmış ukraynalı jurnalist Tatyana Çornovol naməlum şəxslər tərəfindən hücuma məruz qalıb. 

Dekabrın 25-də gecə saatlarında iki naməlum şəxs tərəfindən vəhşicəsinə döyülüb. 

Daha sonra jurnalsit yolun kənarındakı dərəyə atılıb. Hazırda onun vəziyyəti yaxşı deyil. 

Məlumat da o da qeyd olunub ki, Tatyana Çornovol Ukraynanın Avropaya inteqrasiyasının tərəfdarı kimi tanınır.

TRT-nin binası yandı

alt

TRT-nin İstanbul şəhərindəki binasında bu gün səhər saatlarında yanğın baş verib. 

Yanğın yerli vaxtla saat 08.00-da baş verib. 

Hadisə yerinə yanğınsöndürənlər çağırılıb. Qısa zamanda yanğın nəzarət altına alınıb. İlkin məlumatlara görə, yanğının baş verməsinə səbəb studiyada elektrik cihazlarında baş verən qısa qapanma olub.

Barak Obama boşanır

alt

ABŞ prezidenti Barak Obama boşanır. Bu barədə məlumat xarici mətbuatda yer alıb. 

Barak və Mişel Obamanın boşanmasına səbəb kimi prezidentin danimarkalı baş nazir Helle Torninqlə münasibətinin birinci xanım tərəfindən qısqanclıqla qarşılanması göstərilir. 

Boşanma istəyinin də xanım Obamadan gəldiyi bildirilir.

Qeyd edək ki, 2012-ci ilin payızında da Obamanın boşanması barədə məlumat yayılmışdı. Ancaq o zaman prezident ailəsi mətbuata açıqlamasında bu xəbərin həqiqətə uyğun olmadığını bildirmişdi. 

Ancaq hələlik yeni boşanma xəbərinə ağ evdən açıqlama gəlməyib. 

Yanukoviçin insult keçirdiyi xəbəri yayıldı

alt

Ukrayna KİV-i prezident Viktor Yanukoviçin xəstəxanaya yerləşdirildiyi haqda məlumat yayıb. 

Jurnalistlər bu səbəbdən bu gün Moskvada keçiriləcək Gömrük İttifaqının ali rəhbər orqanının iclasında baş nazir Nikolay Azarovun iştirak edəcəyini iddia edirlər. Amma buna qədər Rusiya paytaxtına şəxsən Yanukoviçin gedəcəyini xəbər vermişdilər. Dekabrın 20-də “İnsayder” nəşri xəbər vermişdi ki, “Frofaniya” dövlət klinikasına kotej gəlib.

Həmin məlumatda qeyd edilirdi ki, kortejlə hərəkət etmək üç nəfərin hüququ var: dövlət başçısı, hökumət rəhbəri və Ali Radanın spikeri. “İnsayder”in jurnalistləri onu da ehtimal ediblər ki, klinikaya Ukraynanın ikinci prezidenti Leonid Kuçma gəlib. 

Avtoritetli “Obkom” internet-nəşri isə ikinci prezident üçün xəstəxananın bütün ikinci mərtəbəsinin bağlı olmasına isə inanmır. Jurnalistlər xəstəxananın pasiyentləri ilə əlaqə saxlayıblar. Məlum olub ki, onların şənbə və bazar günləri qohumları və yaxınları ilə görüşü ləğv olunub. Dünən isə məlum olub ki, Moskvaya prezident yox, baş nazir gedib. Prezidentin mətbuat katibi Darka Çepakla telefonla əlaqə yaratmağa cəhd edilsə də, nömrəyə heç kim cavab verməyib.

Türkiyədə hərbi gəmi çevrilib: 10 nəfər ölüb, 17 nəfər yaralanıb

altTürkiyədə hərbi gəminin çevrilməsi nəticəsində 10 nəfər ölüb, 17 nəfər yaralanıb. APA-nın DHA-ya istinadən verdiyi məlumata görə, hadisə İzmirdə, Alaybey gəmiqayırma zavodunda baş verib. Daha 3 nəfərin taleyi naməlum olaraq qalır.

Türkiyə Hərbi-Dəniz Qüvvələrinə aid “TCG Değirmendere” buksir gəmisi təmir işləri başa çatdıqdan sonra bu gün günorta saatlarında Egey dənizinə çıxmışdı. Elə həmin vaxt gəminin içərisinə dəniz suyu dolub.

Gəminin qəflətən sağ tərəfə aşdığı, olayın 20 saniyə çəkdiyi bildirilir.

Ölənlər arasında 8 nəfər hərbçi, 2 nəfər mülki şəxs olub.

İspaniyanın 2 naziri gənclərlə görüşə gəlir

alt

Gənclər üçün Təhsil Mərkəzi və Azərbaycan Tələbələr Birliyinin birgə əməkdaşlığı çərçivəsində Bakıda “Youth unemployment a challenge for the European associativism” adlı beynəlxalq tanışlıq səfəri təşkil ediləcək. Tədbir Avropa Komissiyasının “Gənclər Fəaliyyətdə” proqramının maliyyə dəstəyi ilə 4-9 yanvarda baş tutacaq. 
alt
Səfərin məqsədi gənclərin işsizlik problemlərinin həllində ictimai təşkilatların və dövlət orqanlarının birgə iştirakı sahəsində yerli təcrübəni öyrənməkdir. Bu sahədə təcrübə və informasiya mübadiləsinə nail olmaq məqsədi ilə tanışlıq səfərinə İspaniya, Fransa, İtaliya, Rumıniya, Bolqarıstan, Yunanıstan, Portuqaliya Gürcüstan, Ukrayna, Moldova və Belarusiyanı təmsil edən rəsmi qonaqlar dəvət olunub. 

Qeyd edək ki, ölkəmizdə səfərə gələn nümayəndə heyətinə İspaniyanın Galicia regionun Gənclər və Könüllülük naziri Ovidio Rodeiro Tato, həmçinin Əmək və Sosial İşlər naziri Beatriz Mato Otero da daxildir. 

ABŞ-da həyat iflic oldu: 9 ölü

alt

ABŞ-da soyuq hava və qar səbəbi ilə 9 nəfər həyatını itirib, bəzi bölgələr güclü külək səbəbindən elektriksiz qalıb. 

ölkənin cənubunda olan Kentuckyada 5 nəfər həyatını itirərkən, Arkansasda sürəti saatda 200 kilometr çatan qasırğa da 1 nəfərin ölümünə səbəb olub. 

Ölkənin Great Lakes və New England bölgələrində qar və buzlaşma yaşanarkən, Midvest ştatlarında da fasiləsiz yağan qar həyatı iflic edib. Ümumilikdə ABŞ-da 440 min ev və iş yeri elektriksiz qalıb. 

Ölkənin müxtəlif bölgələrində sərt hava şəraiti 700-dən çox təyyarə uçuşunun təxirə salınmasına səbəb olub. 11 min uçuşun isə gecikdiyi qeyd edilir. Kanadanın şərqində də şiddətli hava şəraiti ilə bağlı təxminən 475 nəfərin elektriksiz qaldığı bildirilir. 

Xodorkovski mətbuat konfransı keçirdi - VİDEO

alt

Bu gün, Almaniyada "YUKOS" şirkətinin eks-sahibi Mixail Xodorkovski əfv edilməsindən sonra ilk mətbuat konfransını keçirib.
DalgaTV.ge konfransın video variantını təqdim edir:

Cavanşir Paşazadə Rza Zərrabla münasibətindən danışdı- VİDEO

alt

Türkiyədə böyük səs-küyə səbəb olan korrupsiya əməliyyatında saxlanılan azərbaycanlı iş adamı Rza Zərrabın Azərbaycanda dayağının olduğu bildirilir. 

Türkiyə və bəzi Azərbaycan mətbuatı bu şəxsin millət vəkili Cavanşir Paşazadə olduğunu xəbər verir. Məlumata görə, Cavanşir Paşazadə Rza Zərrabın yaxın dostudur və bəzi əməliyyatların aparılmasında ona dayaq durub. 

Hazırda xarici ölkədə olan və mətbuatda yayılan məlumatdan xəbərdar olduğunu deyən Paşazadə yazılanlara belə münasibət bildirdi: “Mənim o insanla heç bir əlaqəm olmayıb. Mən o insanı ümumiyyətlə heç tanımıram. O insanla heç bir tədbirdə də olmamışam mən”. 

Cavanşir Paşazadə vətənə qayıtdıqdan sonra bu xəbəri yayanları mütləq məhkəməyə verəcəyini deyib.

Gürcüstanda azərbaycanlılara məxsus iki ev yanıb

Dünən Gürcüstanın Telavi rayonunun azərbaycanlıların kompakt yaşadığı Qaracalar kəndində 13 üzvü olan ailənin evi yanıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə ilə bağlı «Gürcüstan Mənim Vətənimdir» QHT-nin rəhbəri Əli Babayev məlumat verib. Onun sözlərinə görə, bir-birinin yanında tikilən iki birmərtəbəli ev yanıb: «Hər iki ev Qaracalar kənd sakini Bahar İsayevaya məxsusdur. Evdə olan bütün əşyalar və sənədlər yanıb. Ailədə 36 və 40 yaşlı iki xəstə şəxs sosial təminat alır. Ailə üzvlərinin hamısı işsizdir. Hadisə zamanı xəsarət alan olmayıb. Hadisə ilə bağlı ailə üzvləri Azərbaycanın Gürcüstandakı səfirliyinə müraciət ediblər. Həmin gün bir sıra rəsmi şəxslər ailəyə baş çəkiblər. Zərər çəkən ailə müvəqqəti olaraq Rusiyada yaşayan bir ailənin Qaracalardakı evinə yerləşdirilib. Ailəyə hər cür kömək olunacağına söz verilib».

Məlumata görə, yanğın elektrik naqillərinin qısaqapanması nəticəsində baş verib.

Saytda Axtarış

Son xəbərlər