Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2347
DünənDünən5416
Bu həftəBu həftə2347
Bu ayBu ay61647
Bu günə qədərBu günə qədər8671438

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

“Reuters”in fotoqrafı öldürüldü

alt

Suriyanın Hələb şəhərində “Reuters” agentliyinin Yaxın Şərq bölgələri üzrə agentliyə fotolar göndərən ştatdankənar əməkdaşı öldürülüb.
Fotoqraf Hələbdə hökumət qoşunları ilə üsyançı dəstələr arasındakı toqquşma zamanı həlak olub. 

Qeyd edək ki, Suriyada vətəndaş müharibəsini işıqlandıran juranilstlər vaxtaşırı hücuma məruz qalırlar. “Amnesty İnternational”ın məlumatına görə, münaqişə başlayandan azı 36 jurnalist qətlə yetirilib.

Ermənistan işğal etdiyi ərazilərə yol çəkir

alt

2014-cü ilin yanvarında Ermənistanla Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisini birləşdirən yeni avtomobil yolunun tikintisinə başlanacaq.

Ermənistanın Vardenis rayonundan ermənilərin Martakert adlandırdığı Ağdərəyə qədər çəkiləcək yolun uzunluğu 116 km olacaq. 

Yolun tikintisi “Hayastan” Fondunun Los Ancelesdə keçirdiyi ənənəvi telemarafon zamanı toplanmış vəsait hesabına aparılacaq. Telemarafon zamanı 22 milyon 661 min 372 dollar toplanıb. Fond vəsait toplamağa davam edir.

Qeyd edək ki, “Hayastan” Ümumerməni Fondu 1992-ci ildə təsis olunub. 20 illik fəaliyyəti dövründə Ermənistanda və Dağlıq Qarabağda 235,8 milyon dollar həcmində layihələr həyata keçirilib.

Rza Zərrab məhkəməyə aparıldı

alt

Türkiyədə keçirilən əməliyyatda saxlanılan şəxslərdən 50 nəfəri həkim nəzarətindən sonra məhkəməyə çıxarılıb. 

Onların arasında nazir oğlu Barış Gülər, bələdiyyə sədri Mustafa Demi, iş adamı Ali Ağaoğlu da var. 

Rza Zərrabın məhkəməyə gətirilməsi isə ancaq növbəti dəfə həkim nəzarətindən keçdikdən sonra mümkün olub. 

Şəxslərdən daha sonra axtarış zamanı tapılan sənədlər polisin müşayəti ilə məhkəyə aparılıb. 

Starovoytovanın öldürülməsini deputat sifariş verib

altQalina Starovoytovanın ölümündə iştirakçı kimi günahkar bilinən Dövlət Dumasının keçmiş deputatı Mixail Qluşenko gələn həftə həbsxana xəstəxanasından koloniyaya göndəriləcək.
Qluşenko hazırda 10 milyon dollar həcmində pul və əmlakı qəsb etməyə görə aldığı cəzanın 8 - ci ilini çəkir. Bu ilin noyabr ayında Sankt - Peterburqdakı həbsxana xəstəxanasında isə ona Qalina Starovoytovanın sifarişlə öldürülməsinin təşkilatçısı kimi ittiham təqdim olunub.
Qluşenkonun vəkili deyib ki, biz onun hara göndəriləcəyini bilmirik, amma onu bilirik ki, bu yaxın vaxtlarda olacaq.
Xatırladaq ki, millətimizə nifrəti, ermənilərə isə xüsusi rəğbəti ilə seçilən Qalina Starovoytovanın öldürülməsi ilə bağlə cinayət işi 1988 - ci ildə qaldırılıb. 2005 - ci ildə Peterburq şəhər məhkəməsi bu işin içtirakçısı kimi 7 nəfəri həbs etmişdi. Onlardan 3 nəfəri 11 ildən 23.5 ilədək azadlıqdan məhrum edilib. Bundan sonra istintaq dayandırılıb. 2012 - ci ilin payızında Peterburq vilayəti üzrə FTX birdən - birə Starovoytovanın ölümü ilə baglı yeni detalların üzə çıxdığına görə cinayət işinin davam etdirilməsi haqda məlumat yayıb.
Hələ 2004 - cü ildə məhkəmə prosesində şahidlərdən biri bu ölümü sifariş verənlərdən birinin Qluşenko olduğunu demişdi.
Hadsisə zamanı Starovoytova ilə bir yerdə olan onun sabiq köməkçisi Ruslana Linkova da bildirib ki, istintaqda kifayət qədər bu adamın Stravoytovanın öldürülməsində təşkilatçı olduğu və onun başçılıq etdiyi təşkilat barədə dəlil və sübut var.

Ağ Ev ABŞ Konqresinə növbəti dəfə xəbərdarlıq edib

Ağ Ev ABŞ Konqresinə növbəti dəfə xəbərdarlıq edib.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ağ Evin sözçüsü Cey Karni bildirib ki, ABŞ Konqresi İrana qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsini qəbul edəcəyi təqdirdə, prezident Barak Obama öz veto hüququndan istifadə edəcək.

Onun sözlərinə görə, Ağ Ev ABŞ Konqresinə hazırda İrana qarşı yeni sanksiyalar qəbul etməyin zamanı olmadığını açıq şəkildə söyləyib: “Belə bir qanunun qüvvəyə minməməsi lazımdır. İranın müvəqqəti razılaşmanı pozacağı və ya müəyyənləşdirilmiş altı aylıq müddətin sonunda yekun anlaşma əldə olunmayacağı təqdirdə, onsuz da ABŞ Konqresi ilə birlikdə çox sürətli şəkildə yeni sanksiyaları rahatlıqla qəbul edə biləcəyimizə inanırıq. Bu səbəbdən indi belə bir addıma ehtiyac yoxdur”.

C. Karni deyib ki, indiki şəraitdə diplomatik fəaliyyətlərə mane törədəcək bütün hərəkətlərdən qaçmaq lazımdır: “ABŞ-ın diplomatik səylərinə zərər verəcək hərəkətlər görmək istəmirik. ABŞ Konqresi İrana qarşı yeni sanksiya qəbul edəcəyi təqdirdə Barak Obama buna veto qoyacaq”.

İranda daha 6 nəfər edam edilib

altİranın Gilan vilayətində 4 nəfər edam edilib.

Məhbuslardan ikisi qətldə, ikisi isə təcavüzdə günahlandırıb. Onların yalnız birinin ad və soyadı açıqlanıb. Bu, qətl ittihamı ilə edam edilən 27 yaşlı Arəş Şadkamdır. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra dekabrın 16-da və 18-də səhər saatlarında Rəşt şəhərinin Lakan həbsxanasında icra edilib.

Bundan əlavə, İranın Simnan vilayətində 2 nəfər edam edilib. Məhbuslar narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq dara çəkilib. Onların ad və soyadları açıqlanmayıb. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra dekabrın 18-də səhər saatlarında Simnan şəhərinin mərkəzi həbsxanasında icra edilib.

Nazir 1,5 milyon dollar rüşvət alarkən görüntüləndi- VİDEO

alt

Türkiyənin nazirlərindən biri 1,5 milyon dollar rüşvət alarkən görüntülənib. 

Bu barədə “Kanal D” ana xəbər bülletenində məlumat yer alıb. 

Məlumata görə, prokurorluq dünən 56 nəfərin saxlandığı əməliyyatla bağlı 4 nazir haqqında araşdırma aparır. 

Rüşvət aldığı yerdə görüntülənən nazirin adı hələlik açıqlanmır. Həmin nazirə rüşvətin məhz R.Zərrab tərəfidən verildiyi iddia olunur. Nazirlə bağlı məlumatın hazırlanaraq Məlisə göndəriləcəyi vurğulanır. 

Rza Zərrabın saxlanma anı - FOTOLARDA (VİDEO)

alt

Türkiyədə azərbaycanlı iş adamı Rza Zərrab da daxil olmaqla bir qrup şəxsin saxlanması ilə nəticələnən əməliyyatla bağlı ilk fotolar yayılıb. 

Məlumatlara görə, Rza Zərrabın evində 2 saata ayxın axtarış aparılıb. Evdən bir çamadana yaxın sənəd polis idarəsinə aparılıb. 

DalgaTV.ge polisin keçirdiyi əməliyyatın fotolarını təqdim edir. 

Gürcüstanda ermənilərin məskunlaşdığı Axalkalaki rayonunda silah-sursat tapılmışdır

altGürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ermənilərin yığcam yaşadıqları Samtsxe-Cavaxeti bölgəsinin Axalkalaki rayon mərkəzindəki evlərdən birinin damında xeyli sayda silah-sursat aşkar olunmuşdur.
Sahibinin adı açıqlanmayan evin damından 5 əl qumbarası, 3 detonator, 1500-dən çox patron və s. aşkar olunmuşdur.
Hadisə ilə əlaqədar cinayət işi açılmışdır, araşdırma aparılır.

Heç kim belə kral görməyib - VİDEO

alt

İordaniya Kralı Abdullah qarlı yolda qalan avtomobilini itələyərkən kameralara düşüb. 

İordaniya Kralı Abdullah paytaxt Ammanda normada artıq yağan yağış və qar səbəbindən batan avtomobilini şəxsən itələyərək qurtarmaq məcburiyyətində qalıb. Kralın yoldan keçən vətəndaşlarla birlikdə avtomobilinə çiyin verərək itələdiyi anlar cib telefonunun kamerasına çəkilib. 

İçində həyat yoldaşı və uşaqlarının da olduğu Kral Abdullahın avtomobili illərdir ilk dəfə qara təslim olan paytaxt Ammanın bir prospektində qara batdığı görsənir. Yoldan keçən vətəndaşlar Kralın köməyinə qaçır, ancaq kral da avtomobildən enərək, vətəndaşlarla birlikdə avtomobili batdığı yerdən çıxarır.

Orduda “dedovşina”- VİDEO

alt

Sosial şəbəkələrdə Çin ordusunda hərbi xidmətə yeni gedən əsgərlərin döyülməsini əks etdirən kadrlar yayılıb. 

Kadrlardan görünür ki, bir neçə əsgər hərbi xidmətə yeni gedən əsgərləri növbə ilə vəhşicəsinə döyür. 

Kadrların kim tərəfindən çəkildiyi bəlli olmasa da, bu halın Çin ordusu üçün xarakterik olduğu deyilir. 

Serj Sarkisyana ağır itki

alt

Bu gün Ermənistan Prezidenti Serj Sarkisyana ağır itki üz verib. 

Onun atası Azat Sarkisyan 84 yaşında vəfat edib. 

Qeyd edək ki, yerli mətbuatda bu barədə ətraflı məlumat verilmir.

Saytda Axtarış

Son xəbərlər