Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2903
DünənDünən5416
Bu həftəBu həftə2903
Bu ayBu ay62203
Bu günə qədərBu günə qədər8671994

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Kiyevdə Yanukoviç və Eşton arasında görüş başa çatıb

Kiyevdə Ukrayna prezidenti Viktor Yanukoviç və Avropa diplomatiyasının rəhbəri Ketrin Eşton arasında görüş başa çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Ukrayna prezidenti Viktor Yanukoviç və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton arasında görüş baş tutub. Görüşdə həmçinin AB-nin Ukraynadakı nümayəndəliyinin rəhbəri Yan Tombinski iştirak edib”, deyə açıqlamada deyilir.

“Görüş 3,5 saat davam edib, bütün mühüm məsələlər müzakirə olunub. Hazırda müxalifət liderləri ilə görüş keçirilir”, bu barədə məlumatı öz Twitter səhifəsində Ketrin Eştonun rəsmi nümayəndəsi Maya Kosyançiç dərc edib.

Qeyd edək ki, Ketrin Eştonun bu gün Kiyevə ikigünlük səfəri başlayıb. Ukraynadakı vəziyyətin siyasi yolla nizamlanması səfərin əsas məqsədlərindən biridir.

Timoşenkonun ofisinə polis basqını

alt

Ukraynanın paytaxtı Kiyevdə davam edən aksiyalara görə çevik polis qüvvələri keçmiş Baş nazir Yulya Timoşenkonun lideri olduğu partiyanın ofisinə hücum edib. 

“Avropa Meydanı”na yaxın olan Padol bölgəsindəki Turovskaya küçəsində yerləşən ofisə basqın edən polisin binaya daxil olduğu, giriş- çıxışa icazə vermədiyi bildirilir. 

Polisin basqın etdiyini öyrənən partiya üzvləri və nümayişçilər ofisin qarşısına toplaşıblar. Partiyadan olan millət vəkili Ruslan Lukyançuk bəzi əməkdaşların ofisi tərk etməsinə nail olub.

Azərbaycanlılar Voronejdə kütləvi davaya qarışdı

alt

Voronejdə azərbaycanlıların iştirakı ilə ölümlə nəticələnən kütləvi dava olub. insident soydaşlarımıza məxsus “Praqa” restoranının qarşısında baş verib. 

Məlumatlara görə, azərbaycanlılar ruslardan ibarət iki qrup arasında münaqişəyə qarışıb. Ayri-ayrı masalarda oturan gənclər arasında davaya səbəb ofisiant xanımın siqaret çəkməməklə bağlı xahişi olub. 5 azərbaycanlı ruslardan ibarət qruplardan birinin tərəfini saxlayaraq mübahisəyə qoşulub. Daha sonra mübahisə böyüyərək davaya çevrilib. 10 nəfərin iştirak etdiyi davaya daha 10 nəfər kənardan tamaşa edib. 

20-32 yaşlı 6 nəfər baçaq yarası alıb. 19 yaşlı gənc reanimasiyada vəfat edib, biri azərbaycanlı olmaqla daha iki nəfər vəziyyəti ağırdır. Bıçaq yarası alan 2 rusun vəziyyəti isə stabildir. 

Hadisə ilə əlaqədər iki Azərbaycan vətəndaşı biçaqla xəsarət yetirməkdə şübhəli bilinir. 

Araşdırma zamanı davaya qarışan 5 azərbaycanlınını heç birinin Rusiyada yaşamaq və işləmək üçün sənədinin olmadığı üzə çıxıb. 

Türkiyəli jurnalist Azərbaycana müraciət edərək adının “qara siyahı”dan çıxarılmasını istəyib

alt

Türkiyənin “Milliyet” qəzetinin tanınmış yazarı və “CNN Türk” telekanalının jurnalisti Nagəhan Alçı Azərbaycan rəhbərliyinə müraciət edərək adının “qara siyahı”dan çıxarılmasını xahiş edib.

Bu barədə APA-ya Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.

2009-cu ildə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etdiyi üçün adı “qara siyahı”ya salınan N. Alçı Azərbaycana səfər etmək üçün icazə istəyib. O, müraciətində Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiyini vurğulayıb.

E. Abdullayev müraciətə baxılacağını və müsbət cavablandırılacağı təqdirdə, N. Alçının adının ”arzuolunmaz şəxslər” siyahısından çıxarılacağını açıqlayıb.

Emin Ağalarov Mandelaya mahnı həsr etdi

alt

Məşhur bəstəkar müğənni Emin yeni mahnısını təqdim edib.

Buna qədər sevgi, romantik mövzulara müraciət edən müğənninin son musiqisi siyasi mövzudadır. Mahnı 95 yaşında dünyasını dəyişən Cənubi Afrika Respublikasının keçmiş prezidenti Nelson Mandelaya həsr edilib.


”Hope” yəni Ümid adlanan mahnı müğənninin rəsmi “You-Tube” səhifəsində yerləşdirilib. Kompozisiyanın müəllifləri Russam Ballar və Kris Vinter mahnının beynəlxalq sülh günü üçün yazmış və 2014 cü ildə təqdimatını planlaşdırırmış.

Lakin qəflətən Cənubi Afrika Respublikasının sabiq prezidentinin ölümü mahnının təqdimatının vaxtını sürətləndirib. Eminin ifasında səslənən mahnı Nelson Mandelaya həsr olunub. Eminin sözlərinə görə mahnı əfsanəvi insan Nelson Mandelanın simasında gələcəyə ümidlə baxan insanlara ithaf olunub.

Eminini rəsmi saytında verilən məlumata görə İtunes sosial şəbəkəsində mahnının satışından əldə olunan gəlir Nelson Mandela adına Uşaq Fonduna veriləcək.

Hollivud aktyoru ərəb şahzadəsinə “uduzdu”

alt

Hollivudun məşhur aktyoru Ben Stiller Moskvaya səfəri zamanı xoşagəlməz vəziyyətlə üzləşib.


O, Moskvanın ən məşhur otellərindən birində prezident nömrəsində qalmaq istəsə də bu, ona nəsib olmayıb.

Aktyor həmin otelin prezident nömrəsində qalmaq istəsə də həmin nömrənin Səudiyyə Ərəbistanının şahzadəsi tərəfindən tutulduğu məlum olub. Şahzadə Moskvaya səfərini 5 gün uzatdığı üçün aktyor adi nömrə ilə kifayətlənməli olub.

Əsgərlər 2 şəhəri işğaldan azad etdi- FOTO

altFransa ordusunun 800 nəfərdən ibarət hərbi kontingenti Mərkəzi Afrika Respublikasının qərbində yerləşən Kantonyer və Byar şəhərlərini üsyançıların əlindən geri alıb.

BMT-nin Təhlükəsizlik Şurasının qərarı ilə bu ölkəyə yardıma gələn fransız əsgərləri paytaxt Banqidən başlayaraq ölkənin daxilində üsyançıların əlinə keçmiş şəhər və kəndləri geri qaytarmağa başlayıblar.

Xatırladaq ki, Mərkəzi Afrika Respublikasında xristianlarla müsəlmanlar arasında baş verən qanlı toqquşmalarda 400 mindən çox insan öz evlərini tərk edib.

Deputat restoranda döyüldü

alt

Rusiyanın Kommunist Partiyasından olan deputat Denis Voronenkov restoranda döyülüb.

Deputat polisə ifadəsində onu döyən şəxsi əvvəldən tanıdığını bildirib.

Polisə müraciətində kommunist deputat həmin şəxsin əlamətlərini də yazıb.

Lakin polis deputatı döyən şəxslə bağlı heç bir məlumat verməyib.

Xalq artisti Natavan Həbibini biabr etdi

alt

Xalq artisti Aygün Kazımova müğənni Natavan Həbibini biabr edib.

O, öz instagram səhifəsində Natavanın çılpaq şəkillərini paylaşıb.

Şəkillərdə Natavanın bədən formasına iradlarını bildirən xalq artisti onun fotolarını "Natavan Karapetyan, erməni varyetasında çalışan illəri" kimi təqdim edib.

Daha sonra isə xalq artisti özünün şəkillərini paylaşaraq Natavandan üstün olduğunu göstərməyə çalışıb.

Almaniya prezidenti Soçi olimpiadasını baykota çağırdı

alt

 
Almaniya prezidenti Yoaxim Qauk fevral ayında Soçidə keçirilən qış olimpiadasının təntənəli mərasimlərinə qatılmayacaq.
Verilən xəbərə görə Qaukun qərarı barədə artıq Rusiya hökuməti məlumatlandırılıb.
AFR prezidentinin mətbuat xidməti bu gün yayılan xəbəri təsdiqləyib. Onlar deyiblər ki, federal prezidentin qış olimpiadasının tədbirlərində iştirak etməsi heç də mütləq deyil. Sabiq hökumət başçısı Xorst Ksler də 2010 - cu ildə Kanadanın Vankuver şəhərində keçirilən qış oyunlarına getməyib
Xatırladaq ki, Soçi qış Olimpiadası 7 - 23 fevral 2014 - cü il tarixdə keçiriləcək.
Paralimpiada isə 7 - 16 martda - əsas oyunlardan bir ay gec başlayacaq.

Ukrayna Müxalifəti “Xalq yığıncağı“ keçirir

alt

Ukrayna müxalifəti paytaxt Kiyevdə maraqlı fləşmob keçirib. "Ukrayna xalqının səssiz yürüşü" adlanan fləşmoba qatılanlar ağızlarını qara lentlərlə bağlayıblar. 
"Udar" partiyasının gənclər qanadının koordinatoru Dmitri Biloserkovun sözlərinə görə, aksiyada 100-ə yaxın insan iştirak edib. "Biz Maydanda, prezident admnistrasiyasında olan jurnalistlərə, eləcə də hökumətin guya ki, ağzını bağlamağa çalışdığı bütün Maydan fəallarına dəstək nümayiş etdirmək istəyirdik". 

Bu arada artıq "xalq yığınacağı"nın keçiriləcəyi əraziyə minlərlə insan toplaşıb. insanlar Maydanı və ərtaf küçələri tamamilə doldurublar. Aksiyaçıların əllərində Ukrayna və partiyaların bayraqları var. Əvvəlcə onlar Ukraynanın himnini ifa edib, dualar dinləyiblər. 

Ukrayna DİN-dən verilən məlumata görə, aksiyada 20 minə yaxın insan iştirak edir, asayişin qorunmasına 5 minə yaxın milis cəlb edilib. 

Küçələrdən birində Maydana doğru irəliləyən və əllərində Britaniya bayrağı olan qrup müşahidə edilib. Bayrağın üzərində isə "Böyük Britaniya sizinlədir" yazısı olub. Ukraynalılar bu qrupa ingiilis dilində müraciət edərək onlara təşəkkürlərini bildirilər. 

“Batkivşina”: Yanukoviç Gömrük İttifaqına qoşulmaq haqqında sazişi dekabrın 17-də imzalayacaq

Ukraynanın “Batkivşina” müxalifət fraksiyasının lideri Arseniy Yatsenyuk iddia edir ki, Ukrayna prezidenti Viktor Yanukoviç dekabrın 17-də Rusiya ilə strateji tərəfdaşlıq haqqında sazişi imzalaya bilər.

“Bizim məlumatımıza əsasən, strateji tərəfdaşlıq haqqında saziş artıq hazırdır, o paraflanıb, lakin Yanukoviç onu imzalamağa cürət etməyib. Bizim məlumatımıza görə, bu barədə Arseniy Yatsenyuk bu gün Müstəqillik meydanında çıxışı zamanı deyib.

Qeyd edək ki, ötən gün Soçidə Yanukoviç və Rusiya prezidenti Vladimir Putin arasında görüş keçirilib. Görüşdə tərəflər Moskvada keçiriləcək Rusiya-Ukrayna hökumətlərarası iclasına hazırlıq prosesi müzakirə olunub. Bu gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov iclasın dekabrın 17-də keçiriləcəyini qeyd edib. O əlavə edib ki, görüş zamanı tərəflər Ukraynanın Gömrük İttifaqına qoşulmaq məsələsini müzakirə etməyib.

Saytda Axtarış

Son xəbərlər