Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2838
DünənDünən5416
Bu həftəBu həftə2838
Bu ayBu ay62138
Bu günə qədərBu günə qədər8671929

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Həbsxanada güclü yanğın

alt

 

Səudiyyə Ərəbistanındakı həbsxanalardan birində atəş səsləri və qarışıqlıqla müşayiət olunan güclü yanğın baş verib.

Sosial şəbəkələrdə hadisə yerindən fotolar yayılıb. Fotolarda Bureydə şəhərində yerləşən həbsxana binasından qalxan güclü tüstü əks olunub.
Polis genişmiqyaslı xüsusi əməliyyata başlayıb. Lakin Səudiyyə Ərəbistanı hakimiyyəti hadisə haqqında heç bir məlumat vermir.

Yerli KİV-in məlumatına görə, yanğın eyni vaxtda üç kamerada baş verib.

Qeyd edək ki, bu il Bureydədə məhkəmə qərarı və istintaq olmadan terrorizmdə ittiham olunaraq həbs edilənlərin qohumlarının iştirakı ilə bir neçə dəfə etiraz aksiyası keçirilib.

2 jurnalisti oğurlayıb öldürdülər

alt

 


Malidə oğurlanan iki fransız jurnalist- Klod Verloni və Qisled Düpon öldürülüb. Silahlılar tərəfindən oğurlanan fransalı jurnalistlər Maliyə öz peşə vəzifələrini yerinə yetirmək üçün getmişdilər. Onlar oğurlanmazdan əvvəl silahlı müxalifətin liderlərindən birindən
müsahibə götürüb.

Qeyd edək ki, Malidə vəziyyət 2012-ci ilin sonunda gərginləşib. İslamçılar ölkənin şimalında nəzarəti əllərinə alıb. Hökumət qoşunlarına qarşı döyüşən müxalifət sıralarını getdikcə genişləndirib. Bu ölkədə sabitliyi 4 minə yaxın Fransa hərbçisi qoruyur.

ABŞ Dövlət Departamenti: “İrana qarşı sanksiyalar yüngülləşdirilməyəcək”

“İrana qarşı tətbiq edilmiş sanksiyalar yüngülləşdirilməyəcək”.


APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki bildirib.

Onun sözlərinə görə, ABŞ rəhbərliyi İranla müzakirələrdə irəliləyiş əldə olunması üçün bütün səylərini sərf edir.

C.Psaki Barak Obama administrasiyasının son günlərdə İrana qarşı yeni sanksiyaların qarşısını almaq və müzakirələrin davam etməsinə icazə verilməsini təmin etmək məqsədilə ABŞ Konqresində səy göstərir.

Türk iş adamı güllələndi

 altGeniyaya ticarət məqsədi ilə gedən 25 yaşlı Emre Soyuğurlu adlı Türkiyə vətəndaşı güllələnib. O, evinə girən oğru tərəfindən tüfənglə başından vurulub. Emre Soyuğurlu Nairobidə hazırda reanimasiyadadır. Onun başına girən güllənin hələ də çıxarılamadığı və həyati təhlükəsinin olduğu bildirilir.

Operator üzərinə gələn tankı belə görüntülədi - VİDEO

alt

Suriyanın paytaxtı Dəməşq şəhərində müxalifət sıralarında olan həvəskar operator üzərinə gələn tankı görüntüləyib. 

Suriya ordusuna aid tank evlərin arasında irəliləyib va birdən dayanaraq lüləsini operatora tuşlayaraq atəş açıb.

Üstünə gələn mərmini görüntüləyən operator son anda ölümdən qurtula bilib. Tank mərmisi yarım metr kənarda olan binaya dəyib. 
Hadisədə ölən və yaralanan barədə məlumat verilmir. 

Müsəlmanlar döyülərək öldürülür- Video

alt

Myanmarın Arakan şəhərində 24 oktyabr tarixində çəkilən görüntülər müsəlmanlara qarşı davam edən terroru bütün çılpaqlığı ilə sərgiləyib.

Bölgədəki buddist qruplar mühafizə orqanlarının tamaşaçı qaldığı hücumlarda müsəlmanlara qarşı qırğınlar törədib. Videoda sırf müsəlman olduqları üçün buddistlərin on müsəlmanı ölümünə döyməyi çəkilib.

2 min manata satılırlar

Əllərində bıçaq və zopa olan buddistlər yerdə son nəfəslərini verməkdə olan müsəlmanları vəhşiliklə öldürüblər. Bu arada Tayianda sığınan, ya da polislər tərəfindən həbs olunan arakanlı müsəlmanlar qul olaraq satılırlar. Tailandlılar hər bir arakanlı üçün 2 min manat məbləğində pul istəyir.

Putin dünyanın ən nüfuzlu lideri seçildi

alt

Rusiya prezidenti Vladimir Putin “Forbes” jurnalının versiyasına əsasən dünyanın ən nüfuzlu (təsir gücünə malik) lideri seçilib.

V. Putin amerikalı həmkarı Barak Obamanı geridə qoyub. B. Obama reytinq cədvəlində ikinci sıradadır.

Üçüncü yeri Çin Xalq Respublikasının sədri Si Sinpin tutur. Dördüncü sırada Roma papası Fransisk, 5-ci sırada isə Almaniya kansleri Angela Merkel qərarlaşıb.

Moskva azərbaycanlılara görə yenidən qarışdı- VİDEO

alt

Dünən Moskvanın qərbində ölümlə nəticələnə yol qəzası kütləvi davaya rəvac verib. 

Saat 22:30 radələrində Kutuzov prospekti ilə “Volkswagen” markalı maşınla hərəkət edən 22 yaşlı, Qafqaz görkəmli gənc idarəetməni itirərək motoskletlə toqquşub. Nəticədə 17 yaşlı bir nəfər ölüb, yaralananlar var. 

Hadisədən sonra qəza yerinə gələn bir qrup gənc arasında kütləvi dava baş verib. Bəzi məlumatlara görə davada 200-ə yaxın şəxs iştirak edib. Polis dava edənləri ayıraraq bir nəfəri saxlayıb. Qəzanı törətdiyi bildirilən həmin şəxsə qarşı cinayət işi açılıb. Onu 5 il azadlıqdan məhrum etmə cəzası gözləyir. 

Rusiya mətbuatının polisdəki mənbələrə əsasən yaydığı xəbərə görə, saxlanan şəxs 22 yaşlı azərbaycanlı Ələkbərov Ağəli İslahan oğludur. 

Dünyanın ən ucaboylu adamının toyu oldu- FOTO

alt

2.51 metr boyuyla hal-hazırda dünyanın ən uzun boylu adamı ünvanına sahib Sultan Kösə dünən axşam görkəmli toy məclisi ilə nikaha girib.

Sultan Kösə Türkyənin Mardin şəhərinin Derik kəndində suriyalı Mərvə Debo ilə ailə həyatı qurub.

“Mova Park” şadlıq sarayında olan toya üç minə yaxın qonaq təşrif buyurub.

Boyunun uzunluğuna görə Sultan şadlıq sarayına gəlin avtomobilində yox, avtobusla gəlib.

Madonna İslamı qəbul etməyə hazırlaşır

alt

Dünyaca məşhur amerikalı müğənni Madonna islam, ərəb mədəniyyəti və estetikası ilə ciddi şəkildə maraqlanmağa başlayıb.


AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, onun ətafındakı insanlar 55 yaşlı müğənninin İslamı qəbul edəcəyini bildirib.

Birləşmiş Ştatların tanınmış xristian və yəhudi din xadimləri isə Madonnanın "dini şizofreniya"ya mübtəla olduğunu deyirlər.

Qeyd edək ki, amerikalı müğənninin İslam dininə olan marağını onun sevgilisi Brahim Zaybatın müsəlman olması ilə əlaqələndirənlər də var.

7 güllə ilə öldürdü... sonra cəsədi öpdü

alt

Türkiyənin Bursa şəhərində boşanmaq istəyən qadın əri tərəfindən öldürülüb.


31 yaşlı Sinem Çalışkan boşanmaq üçün məhkəməyə müraciət etdikdən sonra əri tərəfindən maşında 7 güllə ilə öldürülüb.

Şahidlərin sözlərinə görə, qadının yolunu kəsən ər onu boşanmaq fikrindən çəkindirməyə çalışıb. Qadın bunu qəbul etməyincə əri onu 7 güllə ilə öldürüb.

Hadisədən sonra Erhan Çalışkan şahidlərə polis çağırmağı xahiş edib.
Cinayəti törətdikdən sonra Erhan Çalışkan xanımını öldürdükdən sonra cəsədini öpməsi ilə diqqəti çəkib.

17 İran sərhədçisi öldürüldü

alt

İran-Pakistan sərhədində silahlı insident baş verib.

Pakistandan İrana daxil olmaq istəyən silahlı qrupla atışma nəticəsində 17 İran sərhədçisi həlak olub. Bundan başqa, İran sərhəd polisinin 5 əməkdaşı yaralanıb, 4 nəfər əsir götürülüb. Güman olunur ki, sərhədçilərə hücum İran və Pakistan ərazisində fəaliyyət göstərən bəlucilərin “Cundullah” qruplaşması tərəfindən edilib.

Saytda Axtarış

Son xəbərlər