Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2890
DünənDünən5416
Bu həftəBu həftə2890
Bu ayBu ay62190
Bu günə qədərBu günə qədər8671981

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Yanukoviç Gömrük İttifaqına qoşulmaqla bağlı saziş imzaladı

altUkrayna prezidenti Viktor Yanukoviç dekabrın 6-da Gömrük İttifaqına qoşulmaq üçün öhdəkilərlə bağlı razılaşmanı imzalayıb. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda “The Economist”in redaktoruna şəxsi mənbələrindən məlumat verilib: “Eşitdiyimə görə Yanukoviç Soçidə bu gün Rusiya ilə 5 milyardlıq strateji saziş imzalayıb”.

Nelson Mandela 15 dekabrda torpağa tapşırılacaq

altCənubi Afrika Respublikasının dövlət başçısı Jacop Zuma dünən dekabrın 5-də dünyasını dəyişmiş eks-prezident Nelson Mandelanın 15 dekabrda torpağa tapşırılacağını bildirib. Ölkədə bayraqların bu gündən etibarən endirildiyini söyləyən Zuma 10 günlük matəm elan edib.
Dövlət başçısı Jacop Zuma 95 yaşında vəfat etmiş Mandelanın Yohannesburqdakı evini ziyarət edib. 
27 il həbs həyatı yaşamış, dünyanın ən məşhur məhkumu olan Mandela doğum yeri Şərq Cape əyalətindəki Qunu kəndində torpağa veriləcək. Əsgər və polislər Qunuda geniş təhlükəsizlik tədbirləri almış vəziyyətdədirlər. Mandelanın nəşi hal-hazırda paytaxt Pretoriyadakı 1 Military Xəstəxanasındadır. Onun cənazəsinin ziyarətinə xeyli sayda dövlət başçısının gəlməsi gözlənilir.

Suriyada erməniləri öldürdülər

alt

Bu gün saat 11:15 radələrində Suriyanın Xarat Tayi bölgəsini cənubunda yerləşən Kamışlı şəhərində terrorçu avtobusa minərək, özünü partladıb. 

Hadisə nəticəsində 20 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Partlayış ətrafa xeyli maddi ziyan vurub. Erməni mətbuatının yazdığına görə, hadisədə iki Suriya əsilli erməni ölüb, biri isə yaralanıb. 

Eyni zamanda Hələb yaxınlığında döyüşlərdə bir erməni öldürülüb. Məlumata görə, 14 noyabr 2013-cü ildən bu günə qədər Suriyada 65 erməni öldürülüb. Qeyd edək ki, BMT-nin məlumatına görə, son 2.5 ildə Suriyada baş verən qarşıdurmalarda ölənlərin sayı 120 min nəfəri ötüb. 

Sabiq prezident Madrid Klubunun prezidenti seçildi

alt

Nizami Gəncəvi Beynəlxalq Mərkəzin dəstəyi ilə Avstraliyanın Brisbane şəhərində keçirilən Madrid Klubunun XII Baş Assambleyası çərcivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzin həmsədri, Latviya Respublikasının sabiq prezidenti xanım Vaira Vike-Freiberga Madrid Klubunun növbəti prezidenti seçilib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən verilən məlumata görə, Baş Assambleyadan sonra baş tutan açılış mərasimində Mərkəz adından çıxış edən həmsədr, İsgəndəriyyə Kitabxanasının direktoru cənab Dr. İsmail Serageldin Nizami Gəncəvi Mərkəzi ilə Madrid klubunun reallaşdırdığı layihənin təkcə Cənubi Qafqaz regionu üçün deyil, o cümlədən bütün dünya üçün tolerantlıq, dialoq və anlaşmanın təbliğ olunmasına yardim edəcək bir qlobal platformanın yaranmasının əsası olub.

Qeyd edək ki, Avstraliyada keçirilən Forumda Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Qırğızıstanın sabiq Prezidenti Roza Otunbayeva, Hollandiyanın sabiq Baş Naziri Vim Kok, Yeni Zellandiyanın sabiq Baş Naziri Jennifer M. Şipley olmaqla 40-a yaxın sabiq ölkə və hökumət rəhbərləri iştirak edir.

Ukrayna müxalifəti öz şərtlərini irəli sürüb

Ukrayna müxalifəti hakimiyyətlə danışıqlara başlamaq üçün öz şərtlərini irəli sürüb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu UDAR partiyasının lideri Vitali Kliçko deyib.

Kliçko bildirib ki, irəli sürülən şərtlər arasında Avropa meydanında saxlanılanların hamısının azadlığa buraxılması, etirazçıları noyabrın 30-da və dekabrın 1-də döyən milis əməkdaşlarının cəzalandırılması, daxli işlər naziri Vitali Zaxarçenkonun və bütün hökumətin istefası tələbi var.

“Yalnız bundan sonra biz danışıqlara başlayacağıq”, - deyə o vurğulayıb.

Yanukoviç Putinlə təcili görüşüb

alt

Rusiya prezidenti Vladimir Putin bu gün Soçidə Ukrayna prezidenti Viktor Yanukoviçlə görüşüb. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirir.

"Ukrayna prezidenti Çində geri dönən zamanı Soçiyə enib. Qısa işgüzar görüş zamanı cari məsələlər müzakirə edilib", - deyə Peskov bildirir. Bu həftə Ukraynanın Avropaya inteqrasiyasının tərəfdarlarının iri miqyaslı etiraz aksiyaları fonunda Viktor Yanukoviç Çinə uçmuşdu. 

Aksiyaçılar Prezident Administrasiyasının binasını tutmağa çalışır

alt

Onların qarşısını daxili qoşunların əsgərləri bağlayıb 


Kiyevdə mitinqçilər Prezident Administrasiyasının binasına girməyə cəhd edib. 

Müxalifətçilər mitinqi dağıtmaq istəyən milisi gördükdən sonra Nezalejnosti Meydanında, İnstitut küçəsindəki barrikadanı tərk ediblər. 

Nezalejnosti Meydanından hərəkətə başlayan mitinqçilər iki hissəyə bölünərək Prezident Administrasiyasının girişini bağlayırlar. 

Aksiyaçıların qarşısını bu dəfə “Berkut” döyüşçüləri yox, daxili qoşunların əsgərləri bağlayıb. 

Aksiyanın təşkilatçılarından biri kütləyə müraciət edərək hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı heç bir hərəkət etməyəyə çağırıb: “Bunlar “Berkut” deyil, onlar da bizim kimi insandır”. 

“Berkut” “Meydan”a hücum edəcək

alt

Ukraynada Avropaya inteqrasiya tərəfdarlarının toplaşdığı meydana yenidən “Berkut” döyüşçülərinin hücumu gözlənilir. 

“Meydan”dakı barrikadalarda 300-ə yaxın insan toplaşıb ki, aksiyaçların sayı getdikсə artır. 

“Meydan”dakı aksiyanın təşkilatçılarından biri də “Berkut”un aksiyaya növbəti dəfə müdaxilə edəcəyi barədə məlumatların olduğunu bildirib. 

Aksiyanın dağıdılacağı barədə xəbər müxalifət arasında təşviş yaratmağa hesablanan dezinformasiya da ola bilər. 

Aksiya təşkilatçıları “Meydan”a müraciətlə təxribata uymamağa çağırıb.

Prezidentin əmisi Amerikadan deportasiya edilməyəcək

alt

ABŞ prezidenti Barak Obamanın əmisi Onyanqo Obamanın Amerikadan deportasiya edilmək təhlükəsi aradan qalxıb. 

Boston məhkəməsi prezidentin əmisinin qrin-kart almasına razılıq verib. 

Prezidentin əmisi illərlə Amerikada qeyri-leqal yaşadığı üçün onu deportasiya təhlükəsi gözləyib. Ancaq məhkəmə belə bir qərar çıxarmayaraq prezidentin əmisinə qrin-kart almasına icazə verib. 

Məhkəmənin bu qərarı miqrnatlarla bağlı federal qanuna əsasən çıxarılıb. Belə ki, qanuna əsasən 1972-ci ilin yanvarına kimi ölkəyə gələn şəxslərə Amerikada leqal şəraitdə yaşamağa icazə verilir. Prezidentin də əmisi uzun illər Amerikada yaşayaraq ərzaq mağazasında işləyib və vergiləri ödəyib. 

Kiyevdə aksiyaçılar Nazirlər Kabinetinin girişləri tutub

alt

 
Dekabrın 4-də səhər saatlarından etibarən Kiyevdə aksiyaçılar Nazirlər Kabinetinin bütün girişlərini tutub. Bundan başqa DİN-in 4 avtobusu aksiya keçirilən əraziyə gətirilib. 

NK-nin binasının həyətində də onlarla milis maşını hazır vəziyyətə gətirilib. 
NK-nin binası qarşısında aksiya keçirmək təklifi ilə müxalifət liderlərindən biri-Oleq Tyaqnibok çıxış edib. 

Aksiyaçılar hökumətin bu günə təyin olunan iclasına mane olmağa çalışırlar. Bununla yanaşı Prezident Administrasiyası və Ali Radanın da binalarının ətrafında aksiyanın keçrilməsi planlaşdırılır. 

Ukrayna prezidenti haradadır?

alt

“Yeni Müsavat”ın əməkdaşı Maydandan yazır

Əməkdaşımız Aygün Muradxanlı Kiyevdə ezamiyyətdədir . Jurnalist xanım musavat.com-a deyib ki, hazırda etirazların davam etdiyi baş səhnədə - Maydandadır. Prosesləri yaxından izləyir və qəzetə material hazırlayır. Bir neçə saat öncə isə polisin etirazçılara tətbiq etdiyi gözyaşardıcı qaza o da məruz qalıb və bu səbəbdən də redaksiya ilə əlaqəyə çıxması ləngiyib. 

Yanukoviç ölkəni tərk etdi

alt

Ukrayna prezidenti Biktor Yanukoviç ölkəni tərk edib. AzNews.az xəbər verir ki, prezident dekabrın 3-də Çinə səfərə yola düşüb. Məlumatı Prezident Adminsitrasiyası da təsdiqləyib. 

Bundan əvvəl prezidentin səfəri ölkədəki gərginlik səbəbi ilə təxirə salacağı güman edilsə də, Yanukoviç getməkdən imtina etməyib. O, bu səfəri “ölkə iqtisadiyyatının nələrsə itirməməsi” üçün gerçəkləşdirməli olduğunu bildirib. 

Prezidenti səfər dekabrın 6-dək davam edəcək.

Saytda Axtarış

Son xəbərlər