Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2867
DünənDünən5416
Bu həftəBu həftə2867
Bu ayBu ay62167
Bu günə qədərBu günə qədər8671958

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Ağ Evin saytında Yanukoviçə qarşı petisiya yayılıb

alt

Ağ Evin saytında Avropa Birliyiə inteqrasitydan imtina edən Ukrayna prezidenti Viktor Yanukoviçə qarşı petisiya yerləşdirilib. 

Qısa müddət keçməsinə baxmayaraq sənədi 700-ə şəxs imzalayıb. Əgər tələb olunan qədər imza toplanarsa Ağ Evdə Viktor Yanukoviçə və hökümət üzvlərinə sanksiya tətbiq edilməsi məsələsinə baxıla bilər. 

Ağ Evin Petisiyaya rəsmi cavab verməsi üçün bir ay ərzində 100 min imza toplanmalıdır. 

Amerika İrandan yardım istədi

alt

Amerika İranda 6 il əvvəl itkin düşən Federal Təhqiqat Bürosunun əməkdaşı Robert Levinsonun tapılması üçün rəsmi Tehranda yardım istəyib. Ağ Evin müraciətinə görə Amerika vətəndaşı olan təqaüdçü Levinson 2007-ci ildə İranın Kiş adasına gedib. 

İş səyahəti əsnasında yoxa çıxan keçmiş agentin tapılması üçün yardım istəyən Amerikanın bu müraciətinə necə cavab veriləcəyi maraqlıdır.

2010-cu ildə Levinsonun sağ olduğu, ancaq azadlığına qovuşması üçün kömək istədiyini bildirən bir video yayılmışd. Ancaq onun harada olması barədə hələ də heç bir məlumat yoxdur. 

İtaliyada daş yağıb - VİDEO

alt

Siciliyada Etna vulkanının oyanması barədə məlumat vermişdik. Son günlər vulkan daha da fəallaşıb. Son püskürməsində vulkanətrafı əraziyə göydən daş yağıb.

Putin Roma papası ilə görüşdü

alt

 
Rusiya prezidenti Vladimir Putin İtaliya səfəri çərçivəsində Vatikan da Papa Frensis ilə görüşüb. 

Görüşdə Şimali Afrika və Yaxın Şərqdə yaşayan xristianların vəziyyəti barədə müzakirələr aparılıb. 

Xatırladaq ki, V.Putinin Vatikan ziyarətində xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoygu və digər rəsmi şəxslər müşayiət edib. Bu səfər Rusiyanın Vatikanla münasibətləri normallaşdırmaq cəhdi kimi də xarakterizə olunur.

2011-2012-ci illərdə Ermənistanda yoxsulluq səviyyəsi 4,8% artıb

Ermənistanın Milli Statistika Xidməti (MSX) “Ermənistanın sosial xəritəsi və yoxsulluq” adlı statistik-analitik hesabatını təqdim edib.


APA-nın “Armenia Today”ə istinadən xəbərinə görə, hesabatda bildirilir ki, 2011-2012-ci illərdə Ermənistanda yoxsulluq səviyyəsi 4,8% artıb. Bunun əsas səbəbi 2009-cu ildə Ermənistan iqtisadiyyatının 14,1% azalması olub.

2012-ci ildə əhalinin 1/3 hissəsi (23,4%) yoxsul, bunun isə 13,5%-i daha yoxsul, 2,8%-i lap yoxsul olub.

MSX-nin şöbə rəisi Diana Martirosova qeyd edib ki, 2008-2012-ci illərdə yoxsulluq səviyyəsi kəndlərə nisbətən şəhərlərdə daha çox artıb. Şəhərlər arasında ən aşağı yoxsulluq səviyyəsi (25,6%) İrəvanda qeydə alınıb.

Ukrayna prezidenti geri addım atdı – Ukraynadan ANBAAN (VİDEO)

alt

Ukraynada 2 gündür ki, davam edən kütləvi aksiyalardan sonra prezident Viktor Yanukoviç geri addım atıb. 

O xalqa müraciət edərək xaqlı şəxsən onu dinləməyə çağırıb. “Mən xalqımın mənafeyi əleyhinə heç bir addım atmaram. Ukrayna xalqının iradəsi mənim qərarım üçün də həlledici olacaq” deyə prezident xalqı əmin edib.

Qeyd edək ki, müxalifət sabah Ukraynada ümumxalq tətili keçirmək üçün müraciət edib. Yanukoviçin xalqa müraciəti bu tətilin qarşısını almağa yönəlib.

Cenevrədə üçtərəfli görüş keçirilir

alt

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl İranın nüvə problemi üzrə “altılıq” ölkələrinin XİN rəhbərlərinin görüşü baş tutmuşdu. Görüşdə Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa və Almaniya XİN rəhbərləri və “altılığın” əlaqələndiricisi, Avropa Birliyin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton da iştirak ediblər.

Qeyd edək ki, həmin görüşdə İran nümayəndəsi iştirak etməyib.

Xatırladaq ki, “altılıq” ölkələrinin İranın nüvə problemi üzrə danışıqlar prosesinin növbəti raundu Cenevrədə noyabrın 20-də başlanıb.

Təyyarə kitabxana oldu

alt

Çankırı Bələdiyyəsinin “Türk Hava Yolları”ndan aldığı “Airbus A 300” tipli sərnişin təyyarəsi bundan belə kitabxana olaraq istifadə ediləcək.

375 nəfərlik sərnişin tutumu olan təyyarə geniş ölçülərə malikdir. Təyyarədə eyni zamanda 150 şagirdin kitab oxuması üçün şərait var. Təyyarə bundan belə həm kafe, həm də kitabxana kimi fəaliyyət göstərəcək.

Çankırı Bələdiyyə başqanı İrfan Dinç jurnalistlərə verdiyi açıqlamada “Airbus A 300” təyyarəsini satın aldığını bildirib. Dinçin verdiyi məlumata görə, təyyarə hissələrə bölünmüş halda 5 tır vasitəsilə ilə gətirilib.

Akula gənc oğlanı öldürdü

alt

Avstraliyada Qreystaun şəhərinin yaxınlığında akula gənc oğlana hücum edib. 

Gənc aldığı xəsarətdən vəfat edib. 

Bu ərazi son 10 ildə akulaların hücumu ilə bağlı artıq 3-cü hadisədir. 

Hər il Avstraliyada akulaların hücumu nəticəsində 12 ölüm faktı qeydə alınır. 

Obama Kennedinin taleyini yaşamaqdan qorxmur

alt

Prezident Barak Obama öz təhlükəsizliyi üçün narahatlıq keçirmədiyini bilirib. 

O belə bir bəyanatla Texasda Con Kennedinin öldürülməsinin ildönümü münasibətilə keçirilən mərsimində çıxış edib. 

Obama deyib ki, təhlükəsizlk xidmətinin əməkdaşlarına tam güvənir. Prezidentin sözlərinə görə, məhz Kennedinin ölümü gizli xidmətin iş prinsipini dəyişməsinə səbəb olub.

Xatırladaq ki, Amerikanın C.Kennedi 1963-cü ildə Dallasda öldürülüb.

Toyda “Gangam Style“ oynayan şəxs 3 nəfəri güllələdi - Video

alt

Yəməndə toya dəvət edilmiş qonaqlardan birinin ağılsız hərəkəti qanlı faciəyə səbəb olub. Hadisə rəqs zamanı baş verib. Qonaqlar koreyalı reper PSY - nin Gangnam Style dünya xitinin sədaları altında şənlənən zaman , axmaq birisi bayram atəşfəşanlığı yaratmaq fikri ilə Kalaşnikov avtomatından bir neçə dəfə havaya atəş açmaq istəyib. Amma hədəfə insan kütləsi tuş gəlib - bir neçə adam yaralanaraq yerə yıxılıb. Qalan qonaqlar qorxularından ətrafa sərələniblər.
Hadisə nəticəsində 3 nəfər ölüb, bir nəfər də ağır xəsarət alıb.

AMEA prezidenti Belarusa dəvət edilib

altAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Belarus Respublikası Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin sədri, akademik Vladimir Qusakovla görüşüb. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə AMEA prezidenti 2007-ci ildə hər iki ölkənin elmlər akademiyaları və Belarus Respublikası Fundamental Tədqiqatlar Fondu ilə əməkdaşlıq haqqında sazişin imzalandığını xatırladıb. O bildirib ki, indiyədək birgə tədqiqatlar aparılıb, mühüm nəticələr əldə edilib və bu görüş tərəflər arasında əməkdaşlığın bundan sonra da uğurlu davamına və birgə elmi nəticələrə zəmin yaradacaq.

Akademik V.Qusakov bildirib ki, son illər əməkdaşlıq imkanlarının genişlənməsi nəzərə alınaraq müqavilənin yenidən işlənilməsinə ehtiyac duyulur. Bu məqsədlə rəsmi sənədin imzalanması təklif olunub. Qonaq elm və texnologiya sahəsində müştərək innovativ tədqiqatların inkişafı üçün digər təklifləri də formalaşdırmağın məqsədəuyğunluğunu əlavə edib.

Görüşdə iştirak edən AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Azərbaycanın ikinci peykinin kosmosa çıxarılması üzərində iş getdiyini, gələcəkdə Belarus peykinin imkanlarından elmi istiqamətdə yararlanmaq fikrini ifadə edib.

AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev informasiya texnologiyaları sahəsində Belarusun böyük təcrübəsinə bələd olduğunu söyləyib. Belaruslu alimlərlə kosmik sahədə birgə elmi tədqiqatlar aparmaq üçün imkanlar müzakirə olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev isə Azərbaycanda elmin inkişafı konsepsiyası və bu sahə üzrə prioritetlərdən danışıb. Sonda V.Qusakov əməkdaşlıq çərçivəsində AMEA rəhbərliyini Belarusa səfərə dəvət edib.

Saytda Axtarış

Son xəbərlər