Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2830
DünənDünən5416
Bu həftəBu həftə2830
Bu ayBu ay62130
Bu günə qədərBu günə qədər8671921

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

İlham Əliyev həmkarına başsağlığı verdi

alt

Azərbaycan prezidenti İlham Əliyev latviyalı həmkarı Andris Berzinşə başsağlığı verib. 

Başsağlığında bildirilib: “Riqa şəhərindəki ticarət mərkəzinin dam örtüyünün çökməsi nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”. 

Ukrayna müxalifəti prezident Yanukoviçi xəyanətkar adlandırıb

altHəbsdə olan sabiq baş nazir Yuliya Timoşenkonun liderlik etdiyi “Batkivşina” (Vətən) Partiyasının parlament fraksiyasının lideri Arseni Yasenyuk Ukrayna prezidenti Viktor Yanukoviçi və baş nazir Nikolay Azarovu dövlətə xəyanətdə ittiham edib.


APA-nın “Ukrainskaya pravda” saytına istinadən yaydığı xəbərə görə, müxalifət hökumətin Avropa Birliyi ilə assosiasiya sazişi imzalamaqdan imtina barədə qərarına sərt reaksiya verib.

A. Yasenyuk parlamentdəki çıxışında V. Yanukoviç və N. Azarovun noyabrın 21-də Ali Radaya gəlmələrini tələb edib: “İndicə Nazirlər Kabineti Ukraynanın avrointeqrasiya kursunun dayandırılması haqqında qanunsuz və Konstitusiyaya zidd qərar qəbul edib. Biz sabah səhər Azarovun və Yanukoviçin parlamentə gəlmələrini tələb edirik”.

“Batkivşina”nın tələbinə digər müxalifət fraksiyaları – “Svoboda” və UDAR da dəstək veriblər

Deputatlar Timoşenkonun xaricdə müalicəsinə “yox” dedi

alt

Ukrayna parlamenti sabiq baş nazir Yuliya Timoşenkonun xaricdə müalicəsinə imkan yaradacaq qanun layihəsini qəbul etməyib. 

Parlamentin bu qərarının müxalifət “ayıb” qışqırıqları ilə qarşılayıb. 

Parlamentin sədri Timoşemkoya xaricə müalicə olunmaq imkanı verəcək qanun üzərində işi davam etdirməyi tapşırıb.

Qanunun qəbulu üçün 226 səs lazım olduğu halda 195 nəfər sənədin lehinə səs verib. 

Ərdəbil vilayətinə yeni vali təyin edilib

İranın Ərdəbil vilayətinə yeni vali təyin edilib. APA-nın İran mətbuatına istinadən məlumatına görə, bu posta Məcid Xodəbəxş gətirilib. Yeni vali bu gün İranın daxili işlər naziri Əbdürrza Rəhmani-Fəzli tərəfindən ictimaiyyətə təqdim olunub.

Qeyd edək ki, Mahmud Əhmədinejadın prezidentliyi dövründə Ərdəbil vilayətinin valisi Əkbər Nikzad olub. İranda Həsən Ruhani hökumət başına gəldikdən sonra İranın Azərbaycan və digər vilayətlərinin valiləri dəyişdirilməyə başlanıb.

Prezident oğlu qəzada ölən həmkarına başsağlığı verdi

alt

Prezident İlham Əliyev Tatarıstan Prezidenti Rüstəm Minnixanova da başsağlığı verib: 

"Kazan aeroportunda təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən sarsıtmışdır. Həmin qəzada Sizin oğlunuz İrekin faciəli şəkildə həlak olması haqqında xəbər məni çox kədərləndirdi. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm".

Qəzaya düşən təyyarənin qara qutusu tapıldı

alt

Tatarıstanın paytaxtı Kazanda qəzaya uğrayan “Boeing 737” markalı təyyarənin “qara qutu”su tapılıb. 

Hələlik “qara qutu” yoxlanılmayıb. 

Xatırladaq ki, Moskva - Kazan aviareysi ilə hərəkət edən “Boeing-737” sərnişin təyyarəsi Kazan beynəlxalq hava limanına enərkən qəzaya uğrayıb. Qəza nəticəsində 6-sı ekipaj üzvü olmaqla 50 nəfər həlak olub. Ölənlər arasında Tatarıstan prezidentinin oğlu da var. 

Tatarıstanda qəzaya uğrayan təyyarədə terror izi (Video)

alt

Tatarıstanın Kazan şəhərində 50 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasının səbəbləri araşdırılır. 

Qəzanın səbəbləri arasında bir neçə versiya var ki, bunlardan biri də terror aktıdır. 

Təhqiqat komissiyasının sədr müavini Marat Zarifovun sözlərinə görə, qəzanın səbəbləri arasında müxtəlif ehtimallar var: “Qəzanın müxtəlif səbəbləri olar bilər - hava şəraiti, pilotun səhvi. 

Bütün versiyalara baxılacaq, o cümlədən də terror aktı versiyasına. 

Belə fikirlər səsləndirilir ki, ötən il də bu təyyaradə problem yaranıb. Biz bu versiyanı da araşdıracağıq”. 

Təyyarənin terror aktı nəticəsində qəzaya uğramasının səbəbi kimi prezident oğluna sui-qəsd ehtimalı irəli sürülür. 

Ancelina Coli “Oskar“ aldı - FOTO

alt

Amerika kino akademiyası fəxri “Oskar” mükafatının təqdimetmə mərasimini keçirib. Mükafat kinematoqrafiya sahəsində xidmətlərinə görə aktrisa Ancela Lensberi, komediya aktyoru Stiv Martin, kostumlar üzrə rəssam Pyer Tozi və Hollivud aktrisası rejissor və senari müəllifi Ancelina Coli humanitar fəaliyyətinə görə xüsusi mükafata Cin Xeşolt mükafatına layiq görülüb.

Mərasim dünyanın ən gözəl kino təqdimatlarının keçirildiyi “Hollivud və Haylend”də keçirilib.
Coli mərasimə Bred Pit və oğlu Medoksla birgə qatılıb. Aktrisanın əməliyyatdan sonra çox yaxşı əhval-ruhiyyədə olması da jurnalistlərin gözündən çıxmayıb. 

İndiyə qədər bu mükafat 1957-ci ildən bu günə kimi 35 nəfərə verilib. Coli 36-cı olub. Bundan əvəl mükafatı televiziya aparıcısı Opra Uinfri, aktrisa Elizabet Teylor və Odri Xepbern, bəstəkar Kuinsi Cons və başqalarına verilib.

Fransa Filippinə 100 ton humanitar yardım göndərmişdir

altFransa qasırğadan daha çox zərər çəkmiş Fillipinin Sebu adasına 100 ton humanitar yardım göndərmişdir.
Yardım ton çadırdan, geyim və mətbəx əşyalarından, tibbi avadanlıqdan və digər zəruru materiallardan ibarətdir.
Yardımla birlikdə 80 nəfərdən ibarət həkim və fövqaladə hallar üzrə ixtisaslaşmış mütəxəssislər də fəlakət zonasına yola salınmışdır.

Berluskoni özünü toplaya bildi

alt

İtaliyanın sabiq baş naziri Silvio Berluskoni bu gün rəhbərlik etdiyi «Azadlıq xalqı» Partiyası Milli Şurasının Romada keçirilən toplantısında çıxışı zamanı özünü pis hiss edib və dərhal mühafizəçi və həkimin müşayiəti ilə səhnə arxasına keçib.


Sabiq hökumət başçısının çıxışı çox emosional olub və Milli Şurada islahatların aparılması və «İrəli, İtaliya!» hərəkatının bərpasının zərurətinə həsr olunub.

Çıxışı zamanı S.Berluskoni özünü pis hiss edib və tribunaya söykənmək məcburiyyətində qalıb. Şəxsi həkimi eks-baş nazirə çıxışı dayandırmağı məsləhət görsə də, Berluskoni nitqini davam etdirib və bu, partiyadaşları tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, çıxışının əvvəlində S.Berluskoni ötən gecə yatmadığını bildirib. O, bütün gecə onun ən yaxın silahdaşı, baş nazirin müavini və daxili işlər naziri Ancelino Alfanonun partiya sıralarından istefasını düşündüyünü deyib. İstefa verən A.Alfano isə yeni partiya, «Yeni sağ-mərkəzçi hərəkat» yaradacağını açıqlayıb.

Şahzadə at əti yeməyə çağırdı - VİDEO

alt

Böyük Britaniya kraliçası II Yelizavetanın qızı şahzadə Anna atlara qayğıya həsr olunan konfransdakı çıxışında hamını at ətindən daha çox istifadə etməyə çağırıb. Şahzadə Anna deyib ki, insanların at ətindən istifadəyə və onun dəyərinə münasibəti dəyişməlidir.

World Horse Welfare xeyriyyə təşkilatına rəhbərlik edən şahzadənin fikrincə, qidada at ətindən daha çox istifadə olunsa, at sahibləri onların qayğısına daha çox qalarlar. Anna bildirib ki, Fransanın atçıları atlara ona görə daha yaxşı yanaşırlar ki, at ətini sərfəli qiymətə sata bilərlər. Çünki, Fransada at əti digər heyvanların ətindən daha bahadır.

Öcalan jurnalistlərlə görüşəcək

alt

İmralıda həbsdə olan PKK lideri Abdullah Öcalanla nəzərdə tutulan görüşlə bağlı təəccüblü məlumatlar ortaya çıxıb. Məlum olub ki, jurnalistlər, qeyri-hökumət təşkilatları nümayəndələri və bir qrup tanınmış adamların da Öcalanla görüşməsinə imkan yaradılacaq. 

İmralıda Öcalanla dövlət rəsmiləri arasında baş tutan son görüşdə, PKK-nın tərksilah olunması mövzusunda əhəmiyyətli dərəcədə razılıq əldə olunduğu, təşkilatın bölgədən tamamilə çəkilməsini təmin edəcək addımların bir hissəsinin qısa müddətdə atılacağı iddia edilir. 

Problemin aradan qaldırılması istiqamətində ilk işarə, HDP həmsədr müavini İstanbul Millət vəkili Sırrı Süreyya Öndərin yenidən İmralıya gedəcək heyətə salınması ilə verilib. Xəbərə görə, İmralıda əldə olunan razılaşmanın ən maraqlı tərəfi isə Ocalanın jurnalistlərlə görüş istəyinin də yaxın zamanda reallaşacağıdır . 

Bu mövzuda iki görüş üzərində müzakirə edilib. Əvvəl iki qəzet yazarının Ocalanla görüşməsi gündəmə gəlib. Ancaq bu istək Öcalan və BDP heyəti tərəfindən qəbul edilməyib. Bunun ardınca içində köşə yazarları - Abdülkadir Selvi və Yıldıray Oğur olmaqla bütün qəzet redaktorlarının bir araya gəlinməsi fikri üzərində qalınıb. 

Saytda Axtarış

Son xəbərlər