Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2838
DünənDünən5416
Bu həftəBu həftə2838
Bu ayBu ay62138
Bu günə qədərBu günə qədər8671929

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Atatürkün anım günüdür

alt

Bu gün müasir Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün ölüm günüdür.


Noyabrın 10-da Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün dünyasını dəyişməsindən 75 il ötür. Anspress yazır ki, Mustafa Kamal Atatürk 1881-ci il indiki Yunanıstanın Selanik şəhərində dünyaya gəlib. O, 1923-cü il oktyabrın 29-da Osmanlı dövlətini ləğv edərək Türkiyə Cumhuryyətini elan edib. Türkiyənin ilk prezidenti, görkəmli dövlət xadimi, marşal, 1919-cu ildə başlayan Türk Qurtuluş Savaşının öndəridir. O daha sonra, müasir Türkiyəni formalaşdıran bir sıra islahatlar həyata keçirib. Əvvəlcə Osmanlı, sonra isə Türkiyə ordusunda zabit kimi uzun müddət qulluq edib.

Ömrünün sonuna qədər 4 dəfə Türkiyə prezidenti olub. Türkiyə tarixində bu vəzifəni ondan daha uzun müddətə daşıyan prezident olmayıb.

Şərəfli tarix yolu keçən Mustafa Kamal Atatürk 10 noyabr 1938-ci il saat 09:05-də tutulduğu serroz xəstəliyindən İstanbulda Dolmabaxça sarayında vəfat edib. Cənazəsi 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilib. Mavzoleyi tikildikdən sonra 10 noyabr 1953-cü ildə oraya köçürülüb.

Atatürkün nəşi Anıtqəbir mavzoleyinə ölümündən 15 il sonra gətirilib. Anıtqəbrə Türkiyənin bir çox regionlarından, o cümlədən Atatürkün doğulduğu Selanikdən torpaqlar gətirilərək tökülüb.

Onun qəbri üçün Kipr, Koreyadakı türk şəhidliyi və Suriyadakı Süleyman Şah Türbəsin, Azərbaycanda daxil olmaqla 105 nöqtədən torpaq gətirilib. Bu torpaqlar məzarın kənarındakı mis qablarda yerləşdirilib. İstanbul və Çanakqala boğazlarından gətirilən sudan istifadə edilib.

Almaniyada “Şaxta baba“ bank yardı

alt

Almaniyada "Şaxta baba" geyimində olan qadın bank yarıb. Onun iki cəhdindən birincisi uğursuz alınıb. Üzunu maska ilə gizlədən silahlı soyğunçu İllingen kommunasındakı yerli banklardan birinə daxil olaraq işçilərdən pul tələb edib. Amma müştərilərdən birinin müdaxiləsi cinayətkara nəinki pulu, hətta pistolrtini də qoyub qaçmasına səbəıb olub.
Onun ikinci cəhdi isə uğurlu olub. Bu dəfə "Şaxta baba" qonşu Eppelbornda banka hücum edərək , oradan pul apara bilib.

Yeni il ərəfələrində belə libaslarla soyğunçuluqlara tez-tez rast gəlinir. Buna bənzər hadisə 3 il əvvəl Novosibirskidə də baş verib. Pnevmatik tapança ilə silahlanmış "Şaxta baba" geyimli kişi tikinti malları hipermarketinə daxil olaraq, satıcıda olan pulları tutub alıb və marketin mühafizəçilərindən qaçaraq gizlənməyə çalışıb. Bu zaman onun əlində tutduğu içi pulla dolu torba cırılıb və 800 min rubl yerə səpələnib. Təsadüfən yaxınlıqdan keçən yol-patrul xidmətinin əməkdaşları soyğunçunun arzularını urəyində qoyublar.

Səfir oteldə öldürüldü

alt

Somalidə “Məkkə-i Mükerreme” otelinə kamikadzenin hücumu nəticəsində 7 nəfər ölüb. 

Ölənlər arasında Somalinin Almaniyadakı səfiri Abdi Tifo da var.

Təhlükəsizlik orqanlarının məlumatına görə, hadisə bomba qoyulmuş avtomobilin partlaması nəticəsində baş verib. Otelə girmək istəyən şübhəli səxs saxlanılıb və sorğu-suala tutulub. Bu zaman otelin qarşısında park halında dayanan avtomobildə partlayış baş verib. 
Hələlik partlayışın məsuliyyətini heç kəs boynuna götürməyib. 

Ərdoğan məhkəməyə verildi

alt

Türkiyədə oğlan və qız tələbələr üçün yataqxanaların ayrılması təklifini irəli sürən baş nazir Rəcəb Tayyib Ərdoğan məhkəməyə verilib. 

Baş nazirin sözləri hüquq müdafiə təşkilatlarının kəskin etirazları ilə qarşılanıb. 

Bir qrup hüquq müdafiəçisi və Anadolu Qadın Hərəkatı baş nazirin bu təklifini insan azadlıqlarına və şəxsi həyata müdaxilə cəhdi kimi qiymətləndirərək məhkəməyə müraciət ediblər. 

Orxan Zeynalovu saxlayan polislər təltif edildi

alt

Moskvanın Biryulevo rayonunda Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinən Orxan Zeynalovun saxlanılmasında fərqlənmiş polislərə ilk dəfə olaraq xüsusi xidməti vəsiqələr təqdim edilib.

Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev oktyabrın əvvəlində Moskva Cinayət-axtarış şöbəsinin əməkdaşlarına bu xidməti vəsiqələrin verilməsinin bərpa edilməsini nəzərdə tutan sərəncam imzalayıb.

Noyabrın 7-də bu il xidməti fəaliyyətində yüksək nailiyyətlər əldə etmiş daxili işlər orqanlarının ən yaxşı əməkdaşlarının mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə Yeqor Şerbakovun qətlinin üstünün açılmasında fərqlənmiş polis əməkdaşlarına ilk dəfə olaraq bu vəsiqələr təqdim edilib.

Xatırladaq ki, Moskvanın Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçi rayondakı "Biryuza" ticarət mərkəzi və "Pokrov" meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asiyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusitəyinatlı polis dəstələri yeridilib. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin xəsarət alıb.

Hadisə baş verən gündən sonra Moskvada hərəsindən biri olmaqla Azərbaycan və Özbəkistan vətəndaşları xüsusi amansızlıqla qətlə yetiriliblər. Həmçinin, Orxan Zeynalovun tutulması zamanı ona qarşı işgəncə faktlarının yer aldığı görüntülər yayılıb.

5 narkotik qaçaqmalçısı edam olundu

alt

Bu gün səhər İranın Kirman əyalətinin Ciruft şəhər həbsxanasında 5 nəfər edam olunub. 

Məlumata əsasən, edam olunan şəxslər narkotik maddələrin daşınması, istifadəsi və satışında ittiham edilərək edama məhkum olunublar.
Xarici KİV-in məlumatına əsasən, son 10 ay ərzində İranda 599 nəfər edam olunub ki, onların əksəriyyəti narkotik maddələrin daşınması, istifadəsi və satışında ittiham edilənlərdir.

Pentaqonda rüşvət qalmaqalı: Komandirlər məhkəmə qarşısında

alt

Pentaqonun adı rüşvət qalmaqalında hallanır. Sakit okeanda xidmət göstərən Amerikaya məxsus donanmanın komandirləri ilə əlaqəsi olan "Fat Leonard" ləqəbli malayziyalı iş adamı Leonard Francis onları ələ alaraq gizli məlumatları öyrənib. 

Bunun müqabilində isə o, komandirləri gözəl qadınlarla tanış edib, dünya ulduzlarının konsertlərinə bilet alıb. 

Hadisə ilə bağlı Amerika ordusunda vəziyyət gərginləşib. San Diaqo Federal Məhkəməsi hadisə ilə bağlı ciddi pozuntular və sui-istifadə halları ortaya çıxarıb. Bu səbəbdən yüksək rütbəlilər də daxil olmaqla bir çox adamın məhkəməyə cəlb olunacağı bildirilir. 8 noyabrda keçirilməsi nəzərdə tutulan məhkəmədən əvvəl yüksək səviyyədə müzakirələrin aparılması da vəziyyətin ciddiliyindən xəbər verir. 

Məhkəməyə təqdim edilən sənədlər əsasında başlanan araşdırmaların Pentaqona qədər uzandığı bildirilir. Məhkəmə Leonard Francisin mərkəzi ofisi Sinqapurda olan şirkəti, “Glenn Müdafiə Dəniz Asiya” LTD və DMI rotası haqqında bir çox gizli məlumatlar ələ keçirib. Məhkəmə sənədlərində adı açıqlanmayan donanma personalının Francisdən qiymətli hədiyyələr aldığı da qeyd edilir. 

Sərhəddə 4 terrorçu öldürüldü

alt

İran sərhədçiləri ilə Pakistandan İranın Sistan və Bəluçistan əyalətinin Mir Cavə şəhərinə girmək istəyən bir qrup terrorçu qruplaşma arasında atışma baş verib. Bu barədə Sistan və Bəluçistan əyalətinin sərhəd komandirinin müavini general Həbibullah Mərdanpur məlumat verib.

Mərdanpur deyib ki, atışma nəticəsində 4 terrorçu öldürülüb, 3 nəfər isə yaralanıb.

Qeyd edək ki, oktyabrın 26-da İran sərhədçiləri ilə Pakistandan İranın Sistan və Bəluçistan əyalətinin cənub-şərqində yerləşən Saravan şəhərinə girmək istəyən bir qrup silahlı şəxs arasında da atışma baş vermişdi. Nəticədə İranın 17 sərhədçisi həlak olmuş, İran sərhəd polisinin 5 əməkdaşı yaralanmışdı. Bundan başqa, 4 sərhəd polisi də terrorçu qruplaşmalar tərəfindən əsir götürülmüşdü.

"Fars" agentliyinin məlumatına görə, həmin silahlı insident İrana qarşı olan terrorçu qruplaşmalar tərəfindən törədilmişdi.

Avropa Birliyi ilə Türkiyə arasında üzvlük müzakirələri yenidən başlayıb

Avropa Birliyi ilə Türkiyə arasında üzvlük müzakirələri 3 illik fasilədən sonra bərpa olunub. APA-nın xəbərinə görə, bunu AB-nin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle açıqlayıb. O bildirib ki, tərəflər “Regional siyasət və struktur alətlərin əlaqələndirilməsi” adlanan 14-cü fəsil üzrə müzakirələrə başlayacaqlar: “Türkiyə AB üçün önəmli tərəfdaş olub və belə də qalır. Mən çox ümid edirəm ki, biz növbəti fəsilə keçmək üçün bu qədər gözləməyəcəyik”.

Ş. Füle noyabrın 7-8-də Türkiyəyə səfər edərək bu məsələlərlə bağlı danışıqlar aparacağını söyləyib.

Qeyd edək ki, AB ilə Türkiyə arasında müzakirə prosesi 2005-ci il oktyabrın 3-də başlayıb. Ümumən 33 fəsildən 13-ü müzakirə üçün açılıb.

Londonda Dünya turizm sərgisi açılır

alt“World Travel Market” sərgisi 2013-cü ildə texnologiyalara, lüks dərəcəli turizmə, biznes-turizmə, habelə inkişaf etməkdə olan ölkələrdə turizm sənayesinin möhkəmlənməsinə diqqətin artdığını göstərəcəkdir. 
Ənənə üzrə tədbir Londonun şərqində Doklends rayonunda “ExCel” sərgi mərkəzində keçiriləcək və dörd gün davam edəcəkdir. Sərgi sırf peşəkarlar üçün nəzərdə tutulsa da və geniş tamaşaçı kütləsi sərgiyə buraxılmasa da “WTM” dünya turizm sənayesində çox böyük hadisə hesab olunur.
Keçən il sərgidə bağlanmış sövdələşmələrin və kontraktların həcmi iki milyard funt-sterlinq təşkil etmişdir və bu rəqəm ildən-ilə artır. Bu il “WTM” sərgisində 184 ölkədən və regionlardan gətirilmiş 5 min eksponat nümayiş etdiriləcəkdir. Sərgiyə təqribən 50 min adam gələcəkdir.
“WTM” çərçivəsində yüzlərlə tədbir və çıxış təşkil olunur. Çərşənbə axşamı BMT-nin Dünya Turizm Təşkilatının (“UNWTO”) üzvü olan ölkələrin turizm nazirlərinin konfransı keçiriləcəkdir. Konfransın əsas mövzuları turizm biznesi baxımından aviadaşıyıcıların fəaliyyəti, nəqliyyat infrastrukturunun inkişafı və viza məsələləri olacaqdır.

Roma Papası Frensisk Azərbaycana dəvət olundu

alt

Roma Papası Frensisk Azərbaycana dəvət olunub.

Trend-in məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsində (QMİ) qurumun sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və Bakıda səfərdə olan Roma Papasının nümayəndəsi, Vatikanın mədəniyyət naziri Kardinal Can Franko Ravazinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş olub.

A.Paşazadə görüşdə Papanı Bakıya dəvət edib: "Mən sizinlə ilk dəfədir görüşürəm və buna görə Papanın seçilməsi münasibətilə Sizi, Sizin vasitənizlə Vatikanı təbrik edirəm. Mən çox arzu edərdim ki, Roma Papası Azərbaycana gəlsin və mən rəsmən onu ölkəmizə dəvət edirəm. Yəqin ki, bizim dövlət səviyyəsində də bu dəvət olacaq".

A.Paşazadə özünün də Vatikana getmək arzusunda olduğunu bildirib.

Eks-prezident girov müqabilində həbsdən azad edildi

alt

 
Pakistan paytaxtı İslamabadda keçirilən məhkəm prosesində eks-prezident Pərviz Müşərrəf girov müqabilində azadlığa buraxılıb. 

Məhkəmədə generalın vəkilləri onun ölkədən çıxmayacağına əmin ediblər. 

P.Müşərrəf 2007-ci ildə “Qırmızı məscid”də toplaşmış islamçı radikallara qarşı silahlı əməliyyat zamanı 100 nəfərin ölümündə təqsirləndirilir. 

Bundan əvəvl təqsirləndirildiyi iki ittihamla bağlı da P.Müşərrəf girov müqabilində azadlığıa buraxılmışdı.

Saytda Axtarış

Son xəbərlər