Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2828
DünənDünən5416
Bu həftəBu həftə2828
Bu ayBu ay62128
Bu günə qədərBu günə qədər8671919

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Nelson Mandela dəfn edildi - FOTO

alt

Cənubi Afrika Respublikasında ilk qaradərili prezident Nelson Mandela dəfn edilib.

Aparteidlə əfsanəvi mübariz doğma Kunu kəndində torpağa tapşırılıb.

Nelson Mandela ilə vida mərasimi dörd saatdan çox çəkib. Mərasimdə Mandelanın doğmaları və yaxınları, eləcə də, CAR və digər Afrika ölkələrinin rəşbərliyi iştirak edib.

Antalyada DƏHŞƏTli ailə dramı

alt

>Antalyanın Serik rayonunda 25 yaşlı fermer İdris Şentürk, boşanma iddiası qaldıran 20 yaşlı həyat yoldaşı Şeyma Şentürkü, qayınatası - 59 yaşlı Növzat Torbalı və 51 yaşlı qayınanası Cəmilə Torbalını ov tüfəngindən açdığı atəş nəticəsində qətlə yetirib.

 Antalya polisinin cinayətlə bağlı yaydığı açıqlamada bildirilir ki, hadisə səhərə yaxın Gebiz bələdiyyəsinə bağlı Kocamehmetler məhəlləsində baş verib. Belə ki, 5 ay əvvəl evlənən İdris Şentürk və Şeyma Şentürk yola getmədikləri üçün, Şeyda keçən cümə günü Serik məhkəməsinə gedərək boşanmaq üçün ərizə verib. Bundan xəbər tutan İdris məhkəmənin həyətində həyat yoldaşı və qayınanası ilə mübahisə edir və "Sizə bunun hesabını soruşacam" - deyə təhdid edir.

Yoldaşının boşanmaq qərarını qəbul edə bilməyən İdris, bu səhər saatlarında qaynatanın evinə gəlir və özü ilə gətirdiyi ov tüfəngi ilə əvvəlcə qayınatasını güllələyir. Sonra da güllə səsinə gələn qayınanası ilə həyat yoldaşını güllələyir. Hər üçü aldıqları ağır güllə yaralarından hadisə yerində keçinirlər.

Bundan sonra həyat yoldaşının yaxınlarına mobil telefonla, "Bu iş tamam oldu. Üçünü də öldürdüm. Gəlin, cənazələrinizi götürün" - mesaj atır. Sonra da Jandarm İdarəsinə zəng vuraraq cinayət törətdiyini deyir və hadisə yerindən qaçır.

Hadisə yerinə gələn jandarm idarəsinin əməkdaşları Torbalı ailəsinin cəsədləri ilə qarşılaşır. Respublika prokurorluğuu və jandarm ekspertlərinin araşdırmasından sonra cənazələr Serik Dövlət Xəstəxanasının morquna göndərildi.

Nelson Mandelanın dəfn mərasimi başladı (FOTO)

Nelson Mandelanın dəfn mərasimi başladı (FOTO)

Cənubi Afrika Respublikasında ilk qaradərili prezident Nelson Mandelanın dəfn mərasimi başlayıb. Musavat.com-un “Anadolu” agentliyinə istinadən verliyi məlumata görə, əfsanəvi siyasətçi doğma Kunu kəndində dəfn ediləcək. 
 
Nelson Mandela dekabrın 5-də Yohannesburqdakı evində 95 yaşında düunyasını dəyişib.
altaltaltaltaltaltaltaltaltaltalt

ABŞ senatoru Con Makkeyn Kiyevdə Ukrayna müxalifətinin liderləri ilə görüşüb

 UDAR Partiyasının lideri Vitali Kliçko ötən gün Kiyevə səfərə gəlmiş ABŞ senatoru Con Makkeynlə görüşüb.

Partiyanın mətbuat xidmətinin məlumatına görə, senatorla görüş zamanı Kliçko Ukraynanın mühüm tarixi məqam yaşadığını qeyd edib. Onun sözlərinə görə, bu məqam ölkənin demokratiya və ya diktatura istiqamətində inkişafını  şərtləndirəcək. “Məhz indiki zamanda xalqa Ukraynanın xaricdəki dostlarının tam dəstəyi gərəkdir”, deyə Kliçko qeyd edib.   

Görüşdə “Batkivşina” fraksiyasının lideri Arseniy Yatsenyuk və “Azadlıq” partiyasının rəhbəri Oleq Tyaqnibok iştirak ediblər. 

Yanukoviçin mitinqində 60 min nəfər iştirak edib

alt

Ukraynanın hakim “Regionlar” partiyasının Kiyev şəhərinin Avropa meydanında keçirdiyi mitinqində 60 min nəfər iştirak edib. 

Bu informasiyanı Ukrayna daxili işlər nazirliyinin mətbuat xidməti yayıb. 

Müxalifət isə iqtidarın Avropa meydanında təşkil etdiyi mitinqdə 14 min insanın iştirakı haqda məlumat verib. 

9 uşaq soyuqdan dondu

alt

Suriyada soyuqdan donaraq ölən körpələrin sayı 9-a çatıb. 

Suriya İnsan Haqqları Təşkilatının ( SNHR ) açıqlamasına görə , Halepə əl- Məysrə bölgəsində 1, Mənbəçdəki qaçqın düşərgəsində 4 yeni doğan körpə , Xumsu əl- Hula bölgəsində 2, Əl - Vair bölgəsində 1, Əl -Hara bölgəsində 1 uşaq olmaqla ümumilikdə 9 uşaq həyatını itirib. 

Qeyd edək ki, bundan əvvəl də Hələb və Həmasta 2 uşaq donaraq ölmüşdü . Bölgədəki həkimlər soyuq hava şəraiti ilə bağtı ölümlərin arta biləcəyinə dair xəbərdarlıq edib.

Suriya Müxalif və İnqilabçı Güclər Milli Koalisiyası (SMDK ) isə hadisələrin qarşısının alınması üçün təcili yardıma çağırıb.

Prezident “Dostluq” ordeni ilə təltif etdi

alt

Azərbaycan prezidenti İlham Əliyev Niderland Hökumətinin Xəzər regionu, Türkiyə və Rusiya üzrə enerji məsələlərinə dair xüsusi elçisi, senator Rene van der Lindenin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Rene van der Linden Azərbaycanla Niderland arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə təltif edilib.

“Böyük İpək Yolu” Avropa İttifaqının konfransında

alt

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı Litvanın paytaxtı Vilnüsdə keçirilən “2013-cü il –Avropa vətəndaşları ili” adlı konfrasda iştirak edir.

Bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib.

Toplantı iştirakçıları “Avropanın quruculuğunda vətəndaş cəmiyyəti təşkilatlarının rolu” və Ən ilk addımdan başlayaraq Avropanın qurulması” mövzularında müzakirələr aparıblar.

Konfransda Avropa Komissiyasının Kommunikasiya üzrə baş direktoru Ylva Tiverus, Litvanın xarici işlər naziri Linas Linkevicius, Avropa iqtisadi və sosial Komitəsinin sədri Andres Gobins qatılıb.

Böyük İpək Yolu BGT 2012-ci ildə tarixi ipək yolu üzərində yerləşən 25 ölkə gənclərinin təşəbbüsü ilə Bakıda təsis edilib.

İranda onlarla azərbaycanlı fəal həbs edilib

İranın Azərbaycan vilayətlərində 1945-ci il dekabrın 12-də Seyid Cəfər Pişəvəri və onun yaxın silahdaşlarının qurduğu Milli Hökumətin yaranmasının 68-ci ildönümü qeyd olunub.

APA-nın “Savalanport”a xəbər saytına istinadən verdiyi məlumata görə, bununla bağlı bu gün yerli vaxtla 14:00-16:00 arasında Qoşaçay (Miyandab) şəhərinin Qıcılı kəndində 21 Azər Hərəkatının şəhidlərindən biri olan Xanəli Motiinin məzarı başında anma mərasimi keçirilib. Ancaq İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tədbirə basqın edib və mərasim iştirakçılarına qarşı güc tətbiq edib.

Həbsə alınanların əksəriyyəti Qoşaçay, Marağa və Məlikkəndi (Məlikan) şəhərlərinin sakinləridir. Onlardan 5 nəfərinin ad və soyadları müəyyənləşib. Bunlar Daryuş Əndəlibian, Yusif Muxtari, Cavad Sudbər, Həbib Mənafiazər (hamısı Qoşaçay) və Muxtar (Artan) İbrahimidir (Məlikkəndi). Hazırda həbsə alınan azərbaycanlı fəalların harada saxlanıldığı barədə heç bir məlumat yoxdur.

Qızları Mandelanın milyonlarından danışdı

altCənubi Afrika Respublikasının ilk qara prezidenti, aparteidə qarşı mübarizənin lideri Nelson Mandelanın ilk evliliyindən olan qızı Makazive və ikinci evliliyindən olan qızı Zenani miras üçün bir-birinə qarşılıqlı iddialar açıblar.

Maliyyə münaqişəsinin əsas predmeti Nelson Mandelanın müxtəlif fondlara bağışladığı sayı-hesabı bilinməyən pullardan kənar şəxsi hesablarında olan 110 milyon dollardır. 
Xüsusilə aclıq və yoxsulluq üzündən cinayətkarlıq səviyyəsinin çox yüksək olduğu ölkədə bu var-dövlət bir anda insanlarda çaşqınlıq yaradıb. Bir çox media qurumları həyatının təxminən 27 ilini həbsdə keçirən liderin bu pulu nə vaxt qazanması barədə ictimai müzakirələr açıblar.

Amma bu müzakirələr Makazive və Zenaninin heç vecinə də deyil. Onlar müzakirələrdən sonra ortaya əlavə16 milyon dollar üçün də məhkəməyə üz tutublar.

İsveç həbsxanalarını Norveçə verir

altNorveçli dustaqlar İsveç həbsxanalarılnda cəza çəkə bilərlər. Norveçin ədliyyə naziri Anders Anundsen isveçli həmkarı Beatrise Aska müraciət edərək müvəqqəti olaraq İsveç həbsxanalarından istifadə etmələrinə icazə verməyi xahiş edib:

“Mən bilirəm ki, İsveç həbsxanalarında boş yerlər çoxdur və bu ölkədə islah-əmək müəssisələrinin bəziləri bağlanır. Bununla bağlı bəzi yerləri icarəyə verməyin mümkünlüyünü öyrənmək istəyirdim”.
Hazırda Norveçdə 1200-dən artıq ittiham olunan şəxs var ki, onlar həbsxanalarda yer çatışmazlığına görə cəzalarını çəkəməyə başlamayıblar. Hazırda İsveç ərazisində 82 islah-əmək müəssisəsi var. Onlardan 4-ü bu yaxınlarda ölkədə dustaqların sayının az olması səbəbindən ixtisara salınıb.

Türkiyədə şiddətli qar və şaxta - VİDEO

alt

Qonşu türkiyəni soyuq hava kütlələri öz cənginə alib. Ölkənin əksər şəhər və vilayətlərində güclü qar və şaxta müşahidə edilir. Şiddətli qar İstanbulda yolların buz bağlanmasına səbəb olub. Atatürk hava limanında uçuş zolağında sürüşmənin qarşısını almaq üçün təyyarələr spirtlə yuyulur. 

Aeroportun 2 gün ərzində qardan təmizlənməsi 300 min lirəyə başa gəlib. Qarlı hava şəraiti ilə əlaqədar İstanbuldan uçan və İstanbula enən yüzlərlə daxili və beynəlxalq aviareys gecikib və təxirə salınıb. 

Kilis vilayətində də qar və buzlaşma fəsadlara səbəb olub. Nəqliyyatın hərəkəti iflic olub, piyadalar yolda gəzməkdə çətinlik çəkirlər. Buzlaşma yollarda qəzalara səbəb olub. Kilis bələdiyyəsi yollara duz səpilməsi işinə başlayıb.

Ən kəskin şaxta isə, həmişə olduğu kimi, Şərqi Anadolu bölgəsində müşahidə edilir. Burada ən aşağı temperatur Qarsda qeydə alınıb - mənfi 14 dərəcə. Xeyli sayda kənd yolu bağlanıb. Ərzurum, Ərdəhan, Ağrı, Ərzincan, İğdır kimi vilayətlərdə də 6-13 dərəcə şaxta müşahidə edilir. Meteoroloqlar isə bölgədə havanın daha da soyuyacağını proqnozlaşdırırlar.

Saytda Axtarış

Son xəbərlər