Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2832
DünənDünən5416
Bu həftəBu həftə2832
Bu ayBu ay62132
Bu günə qədərBu günə qədər8671923

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

ABŞ 4 hərbiçisini itirdi – Faciə

alt

ABŞ-ın San Diaqo şəhərində hərbiçilərin hərbi sursat təmizlədiyi vaxt qəza nəticəsində partlayış baş verib. 

Qəzada 4 dəniz piyadası həyatını itirib. Hadisənin səbəbləri və ölənlərin şəxsiyyəti ilə bağlı rəsmi açıqlama verilməyib. İlkin ehtimallara görə, partlayış hərbiçilərin sursatla yanlış davranması nəticəsində baş verib. Hadisə ilə bağlı istintaq başladıldığı bildirilir.

Qeyd edək ki, 8 ay əvvəl təlim zamanı da meydana gələn partlayışda 7 ABŞ dəniz piyadası həyatını itirmişdi. 

Rusiyada narkotik istehsal edən azərbaycanlı saxlanıldı

alt

Rusiyanın Amur vilayətində 48 yaşlı azərbaycanlı saxlanılıb. 

Onun narkotik maddələr istehsalı ilə məşğul olan mini-zavodda fəaliyyət göstərdiyi bildirilir. 

Mini zavod Oktyabrsk rayonunun Trudovoye kəndindən bir qədər aralıda bataqlıqda yaradılıb. Burada aparılan axtarış zamanı 120 kq çətənə, həmçinin narkotik istehsalı üçün nəzərdə tutulan avadanlıq aşkar edilib. 

Mini-avodun sahibi olduğu ehtimal edilən iki şəxsdən biri azərbaycanlıdır. Onun 14 ildən bəri Rusiyada yaşadığı xəbər verilir. 

Nazir müavinini qətlə yetirən şəxs həbs edildi

alt

 

İranın sənaye, mədənlər və ticarət nazirinin parlament məsələləri üzrə müavini Səfdər Rəhmətabadini qətlə yetirən şəxs bu gün həbs edilib.

Qatil öz əməlini etiraf edib və qətli şəxsi zəmində törətdiyini bildirib. Ancaq həmin şəxsin adı açıqlanmayıb.

Qeyd edək ki, S. Rəhmətabadi noyabrın 10-da Tehranda öz avtomobilində güllələnib.

Onun baş və sinəsinə atəş açılıb.

Obama sanksiyaların müddətini daha bir il uzatdı

alt

 

ABŞ prezidenti Barak Obama 1979-cu ildən İrana qarşı tətbiq olunmuş sanksiyaların müddətini daha bir il uzadıb.

B. Obamanın qərarı texniki xarakter daşıyır. ABŞ prezidenti hər il bu sənədin müddətini uzadır.

Qeyd edək ki, ABŞ İrana qarşı 1979-cu il noyabrın 14-dən bəri sanksiyalar tətbiq edir. ABŞ prezidenti Cimmi Karter tərəfindən tətbiq olunmuş sanksiyalara və diplomatik münasibətlərin pozulmasına səbəb ABŞ-ın İrandakı səfirliyinin tutulması və diplomatik korpusun əməkdaşlarının 444 gün girov saxlanılması olub.

Bu sanksiyalar ABŞ-dan İrana qida və dərman preparatları daxil olmaqla bir necə malların ixracını, eləcə də İrandan ABŞ-a hər hansı malların idxalını qadağan edir. 1981-ci il yanvarın 19-da Əlcəzair hökumətinin vasitəçiliyi ilə ABŞ-la İran arasında “Əlcəzair sazişi” adlanan sənəd də imzalanıb. Saziş İranın girov saxladığı amerikalılarla bağlı böhranın aradan qaldırılmasını, həmçinin ABŞ və İranın münasibətlərinin nizama salınması üçün bəzi əsas prinsipləri nəzərdə tuturdu. Eləcə də ABŞ İranın daxili işlərinə müdaxilə etməyəcəyini, dondurulmuş bank hesablarını açacağını, İran isə ABŞ-a xarici borclarını ödəyəcəyini vəd etmişdi. ABŞ hesab edir ki, İran bu sazişə əməl etmir, habelə dünyanı təhlükə qarşısında qoyan nüvə silahı istehsal edir. ABŞ-ın sanksiyaları ilə yanaşı, İrana münasibətdə beynəlxalq sanksiyalar da qüvvədədir.

“Lotu Quli”nin Moskvadakı adamı saxlanıldı

alt

 

Moskvada adam oğurluğunda şübhəli bilinən 26 yaşlı azərbaycanlı Razim Əhmədov saxlanılıb.


Polis onu Moskvadakı evində həbs edib.

Adam oğuruğu ilə məşğul olan qruplaşmanın lideri hesab olunan R.Əhmədovun gənc yaşda belə bir qruplaşmaya rəhbərlik etməsini onun “qanuni oğru” Nadir Səlifovla yaxınlığının rol oynadığı vurğulanır.

Məlumatlara görə, o, Lotu Quli ləqəbli Nadir Səlifovun adından etnik mütəşəkkil cinayətkar qrupların liderlərinə tapşırıqlar verib.

Şarl Aznavur Fransa siyasətçilərinə rüşvət verdiyini etiraf edib

altFransanın erməni əsilli məşhur müğənnisi Şarl Aznavur Fransada vergilərdən yayınmaq üçün bir çox siyasətçilərə rüşvət verdiyini deyib.


APA-nın Avropa bürosunun xəbərinə görə, Fransanın “France info” radiosuna müsahibəsində Ş. Aznavur müğənni kimi fəaliyyəti dövründə sağ, sol və mərkəzçi partiyaların bir çox üzvlərinə nəğd pul verməklə onların seçki kampaniyalarını maliyyələşdirdiyini söyləyib. Bunun müqabilində o, sonradan həmin siyasətçilərin yardımı ilə vergilərdən yayınırmış: “Vəkil xərcləri çox baha başa gəlirdi, amma bundan da betər hallar olub. Bəzi siyasət adamları var idi ki, mənim problemlərimi həll etməyə qadir idilər. Mən onların seçki kampaniyaları üçün pul köçürürdüm, xüsusən də afişaların hazırlanması üçün. Bir çox siyasətçilərlə iş görmüşəm. Bu, mənə çox baha başa gəlib. Bütün siyasi düşərgələrdən olanlar var idi: sağ, sol və hətta mərkəzçi partiyalardan”.

Bir neçə ildir ki, İsveçrədə yaşayan 89 yaşlı Şarl Aznavur bildirib ki, onu Fransanı tərk etməyə məcbur ediblər.

Hazırda Fransa mətbuatı bu olayı araşdırır və Aznavurdan pul alan siyasətçilərin kim olduğu istiqamətində araşdırma aparır.

Timoşenkonun vəkili həbs olundu

alt

 


Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun vəkili Serhiy Vlasenkonun həbs olunub. Hələlik vəkilin həbsi ilə bağlı ətraflı məlumat verilməyib.
Xatırladaq ki, keçmiş baş nazir Yuliya Timoşenko vəzifədən sui-istifadə etmə ittihamı ilə 7 il həbs cəzasına məhkum edilib.

Kafedə qafqazlılarla ruslar arasında kütləvi dava

alt

Moskvada qafqazlılarla yerli sakinlər arasında kütləvi dava olub.

Hadisə gecə saatlarında paytaxt kafelərindən birində baş verib. 

Tərəflər mübahisəni həll edə bilmədiklərinə görə bıçağa əl atıblar. Bundan sonra kafedə silahlardan atəş açılıb.

DİN bir nəfərin ağır yaralandığı barədə məlumat yayıb. Ancaq hələlik dava edən tərəflərin şəxsiyyəti açıqlanmayıb. 

Nazir müavini qətlə yetirildi

alt

Tehranda İranın sənaye, mədənlər və ticarət nazirinin müavini Səfdər Rəhmətabadi bazar günü öldürülüb.

İran KİV-nin məlumatına görə, o, öz avtomobilində olarkən naməlum şəxs tərəfindən güllələnib.

Qatil başa və sinəyə güllə atıb.

Polisin məlumatına görə, atəş maşının içində açılıb.

"Dəlillər göstərir ki, atəş açmaqdan əvvəl, qatil Rəhmətabadi ilə avtomobildə söhbət edib", - polis zabiti deyib.

Universitet tələbələri həbs olundu

alt

Türkiyənin əsasən kürdlər yaşayan Hakkari şəhərinin eyni adlı universitetin 15 əməkdaşı və tələbəsi saxlanılıb. Prokurorluğunun təlimatıyla təşkil edilən əməliyyatla bağlı rəsmi açıqlama verilməyib. 

Saxlanılanların ifadəsi alındıqdan sonra sabah ədliyyə orqanlarına veriləcəyi bildirilir. 

Universitet tələbələrinin hansı səbəbdən saxlanıldığı məlum deyil. Türkiyə hüquq-mühafizə orqanlarından sızdırılan məlumatlarda bildirilir ki, olayla bağlı sabah geniş açıqlama veriləcək.

Vitse-merə hücum edən şəxsə ağlasığmaz cəza

alt

Tallində şəhər merinin müavini Mixail Kılvarta hücum edən şəxs bunun üçün 20 avro cərimələnib. 

Şəxsi ictimai asayişi pozmaqda ittiham ediblər.

36 yaşlı Lauri adlı şəxs 20 avro ödədikdən sonra məsuliyyətdən azad ediləcək.

Qeyd edək ki, vitse-merə qarşı hücum bu ilin sentyabrında olub. Tallin kafelərindən birində ailəsi ilə birlikdə nahar edən vitse-merə yaxınlaşan şəxs siyasi və milli mövzuda təhqirlər səsləndirib. 

Ancaq vitse-mer ona qarşılıq verməyəndə həmin şəxs onun başına vurub və daha sonra merin onu vurduğunu iddia edib. 

Hadisə yerinə polis gəlib. Şəxs kafeni tərk etsə də onun şəxsiyyətini müəyyənləşdirmək mümkün olub.

Hava şarı partladı: yaralananlar var

alt

ABŞ-ın Kaliforniya ştatında hava şarının partlaması nəticəsində 4 nəfər xəsarət alıb.

Səbətində 5 nəfərin olduğu hava şarı hələlik bilinməyən səbəbdən Riversayd dairəsində yerə enən zaman partlayıb. Yaralılar yerli xəstəxanaya çatdırılıblar, onlardan birinin vəziyyətini həkimlər çox ağır dəyərləndirirlər. 

Hadisənin təfərrüatları, eləcə də yaralıların adları açıqlanmır. 

Riversayd dairəsi üzümlükləri və möhtəşəm mənzərələri ilə məşhurdur və turistlər arasında çox populyardır. Turistlərə bu gözəllikləri seyr etmək üçün hava şarında gəzinti təklif olunur. İyulda Temekyula vadisində ənənəvi şərab və hava şarları festivalı keçirilir. 

Saytda Axtarış

Son xəbərlər