Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2832
DünənDünən5416
Bu həftəBu həftə2832
Bu ayBu ay62132
Bu günə qədərBu günə qədər8671923

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Adaya 2 min ölü siçan atıldı

alt

Amerikanın Sakit okeandakı ərazisi olan Quam adasına 2 min ölü siçan aparılıb. Bu tədbir adada ilanlarla mübarizə aparmaq məqsədilə atılıb. 

Siçanlar əraziyə xüsusi konteynerlərlə gətirilib. 

Qəhvəyi rəngli zəhərli ilanlar adada 1950-ci illərdən peyda olmağa başlayıb. Bu ilanlar adada artıq 11 quş növündən 9-nu məhv edib.

İlanların uşaqlara hücumu da qeydə alınıb. Bundan başqa transformatorlara girən ilanlar qəzalara səbəb olur ki, bunun nəticəsində hər il 4 milyon dollar ziyan dəyir. 

Hazırda adada 2 milyona yaxın belə ilan olduğu bildirilir. 

Atışmada ölən mayor dəfn edildi - VİDEO

alt

Azərbaycan İran sərhədində sərhəd pozuçuları arasında baş verən atışma zamanı dünyasını dəyişən 37 yaşlı mayor Maqsud Nağıyev bu gün dəfn edilib. O, günorta saatlarında doğulduğu Sabirabad rayon Çiçəkli kənd qəbirstanlığında xidmət etdiyi hərbi hissənin zabitlərinin iştirakı ilə torpağa tapşırılıb. 
14 ildir ki, Dövlət Sərhəd Xidmətində qulluq edən zabit Naxçivanski adına hərbi məktəbi daha sonra isə ali hərbi məktəbi bitirib. Allah rəhmət eləsin!

Silahlı insident zamanı yaralanan 50 yaşlı polkovnik leytenant Azər Şəfiyev və 29 yaşlı kapitan Vüqar Vahabov paytaxta Sərhəd Qoşunlarının hospitalına gətirilib. Hazırda hospitalda olan müxbirimizin verdiyi məlumata görə, Azər Şəfiyevin vəziyyəti ağır kimi qiymətləndirilib. Digər yaralı Vüqar Bahabovun isə yarası yüngül olduğundan sabah hospitaldan evə buraxılacağı gözlənilir.

Kiyevdə yaralı sayı 340-a yüksəldi

alt

Kiyevdə Avropaya inteqrasiya tərəfdarlarının keçirdiyi etiraz aksiyalarına milisin müdaxiləsi nəticəsində xəsarət alanların sayı 340 nəfərə çatıb. Bura həm aksiyaçılar, həm də xəsarət alan milis əməkdaşları daxildir. 

Artıq 190 nəfər aksiya iştirakçısı təcili tibbi yardıma müraciət edib. 

150 milis əməkdaşı və “Berkud” xüsusi təyinatlılarının xəsarət aldığı bildirilir. 

Kiyev meriyası ələ keçirildi - VIDEO

alt

Nümayişçilər Kiyev meriyasını ələ keçiriblər. Onların meriyaya daxil olmaqda əsas məqsədləri isinmək və meriyanın tualetindən istifadə etməkdir. Aksiya iştirakçılarından biri deyib ki, biz, baş kəsən deyilik, biz avropalıyıq. Kiyevin “Müstəqillik meydanı”ndan 200 metr aralıda yerləşən Kiyev şəhər administrasiyasının bir neçə şüşəsi nümayişçilər tərəfindən sındırılıb. 

Hadisə zamanı binada heç bir əməkdaş olmayıb. Kiyevdəki aksiyaya 700 min nəfər insanın qatıldığı bildirilir. Mitinqdə iştirak edən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovun ANS PRESS-ə verdiyi məlumata görə, təkcə “Müstəqillik meydanı” deyil, ona yaxın olan ərazilər, küçə və parklar insanlarla doludur. Avtomobil nəqliyyatının hərəkəti isə bu tərəflərdə tamamilə dayandırılır. 

Diaspor rəhbəri onu da bildirdi ki, çıxış edənlər əhalini təxribata uymamağa və milislərlə qarşıdurma yaratmamağa çağırırlar. Ancaq “İnterfax-Ukrayna”nın məlumatına görə, şəhərin bəzi yerlərində milislərlə nümayişçilər arasında qarşıdurma hallarına rast gəlinir. Ukraynanın “İctimai” televiziyasının aparıcı deyib ki, şəhər administrasiyasına basqın hazırlanır. “Müstəqillik meydanı” ilə yanaşı, “Avropa” meydanı da insanlarla doludur, yaxınlıqdakı metro stansiyalarının isə yalnız “çıxış”ları əhalinin istifadəsinə verilib. Çoxminli insanların müşayiətilə müxalifət partiyasının liderləri Arseni Yaçenyuk, Vitali Kliçko, Oleq Tyaqnibok Maydana daxil olublar. 

Aksiya iştirakçılarının hazırda əsas tələbi hökumətin istefaya göndərilməsidir. Əldə olunan məlumatlara görə, Avropa Parlamentinin vitse prezidenti Yaçek Protasayeviç, Avropa Parlamentinin keçmiş başçısı Yeji Buzek, Polşanın “Qanun və ədalət” partiyasının lideri Yaroslav Kaçinski də nümayişçilərə qatılıb.

Kiyevin milis rəisi istefa verdi

alt

Kiyevdə müxalifətin mitinqinin dağıdılmasından sonra Ukrayna paytaxtının milis rəisi Valeri Koryak istefa verib. Amma bundan əvvəl mitinqin dağıdılması ilə bağlı xidməti yoxlama ilə əlaqədar o, vəzifəsindən müvəqqəti kənarlaşdırılmışdı

İstefa qərarını milis rəisi bu gün daxili işlər naziri Vitali Zaxarçenkonun iştirakı ilə keçirilən kollegiya iclasında açıqlayıb. 

Nazir isə bildirib ki, araşdırma müddətində rəis səlahiyyətlərinin icrasından kənarlaşdırılıb. İstefa müraciətinə isə araşdırmalar başa çatdıqdan sonra baxılacaq.

Müğənni Ruslana kilsədə gizləndi- VİDEO

alt

Kiyevdə Avropaya inteqrasiya tərəfdarlarının toplaşdığı "Avromeydan”da keçirilən polis əməliyyatına baxmayaraq hələ də meydan boşaldılmayıb. 

Polisin əməliyyatı nticəsində meydandan çıxarılanlar “Mixaylov” kilsəsinin həyətinə toplaşıblar. 

Onlar müdaxilənin davam edəcəyi təqdirdə kilsənin binasına daxil oalcaqlarını bildiriblər. 

Aksiyaçılar arasında müğənni Ruslana da var. O, polis zorakılığı ilə üzləşdiklərini, yarıların olduğunu bildirib. 

Roma papası yəhudilərin siyahısına daxil edildi

alt

Roma papası və Ancelina Coli ABŞ-ın ilin 50 yəhudisi siyahısına düşüb. “Jewish Daily Forward” jurnalı 2013-cü ildə ABŞ-ın yəhudi icmasının inkişafına tövhə vermiş 50 yəhudinin siyahısını tərtib edib. Bu yaxınlarda bu siyahıya Ancelina Coli və Papa Fransisk də daxil olub. 

Jurnalın qaydalarına görə, siyahıya yəhudi olmayan 2 nəfər daxil edilə bilər. Bir şərtlə ki, onlar yəhudi icmasına böyük tövhə vermiş olsunlar.

Roma papası ikinci Dünya Müharibəsi dövründə kilsə arxivlərini açmaq təşəbbüsü və Katolik kilsəsi ilə İsrail arasında münasibətlərin bərpasında göstərdiyi səylərə görə siyahıya daxil edilib. Ancelina Coli isə döş xərçəngi riski olan qadınlara süd vəzilərinin götürelməsini təbliğ etdiyinə görə siyahıya daxil olunub. 

Yanukoviçə qarşı 86 min 361 imza toplanıb

alt

Ağ Evin saytında Ukrayna prezidenti Viktor Yanukoviç və Nazirlər Kabineti üzvlərinə qarşı sanksiyaların tətbiq edilməsi tələbi ilə yerləşdirilən petisiyaya artıq 86, 361 nəfər imza atıb.

Noyabrın 26-da yerləşdirilən petisiya müvafiq idarəyə göndəriləcək, imza atanlar isə qərar haqqında elektron poçt vasitəsilə məlumatlandırılacaqlar.

Petisiyanın müəllifləri hesab edirlər ki, Ukraynanın prezidenti Viktor Yanukoviç və yerli hökumət Ukrayna vətəndaşlarının qərb mədəniyyətinə yaxınlaşmaq hüququnun reallaşmasına mane olurlar.

Petisiyada qeyd edilir ki, ABŞ V. Yanukoviçə və onun nazirlərinə sanksiya qoymalı, onların Avropa Birliyinə, ABŞ-a gəlişinə icazə verməməlidir. Petisiya müəllifləri qeyd olunan şəxslərə aidiyyəti olan şirkətlərin xarici hesablarını dondurmağa da çağırıblar.

Prezidentin oğlu qəza zamanı pilotların yanında olub - Şok

alt

Kazanda "Boinq-737-500" təyyarəsinin qəzaya uğraması anında Tatarstan prezidentinin oğlu İrek Minnixanovun pilot kabinetində olması ilə bağlı yayılmış xəbər təsdiqlənib. 

Bunu Beynəlxalq Aviasiya Komitəsinin (BAK) mütəxəssislərinin “qara qutu”dan əldə etdikləri qeydlər sübut edir. BAK mütəxəssisləri qəza anında təyyarənin kabinetində gedən danışıqların bir hissəsini açıb. Sankt-Peterburq aviasiya tədris mərkəzinin təsisçisi Arkadi Orlovun sözlərinə görə, “qara qutu” qeydlərindən aydın olur ki, təyyarə eniş zolağına enən zaman içəridə yüksək çinli məmur olub və böyük ehtimalla bu, Tatarıstan prezidentinin oğlu olub. 

Ekspertin fikrincə, yüksək çinli məmurun içəridə olması heyətin fəaliyyətinə təsir edə bilər və bu da qəzaya səbəb ola bilər. Arkadi Orlovun sözlərinə görə, qəzaya uğrayan "Boinq"in uçuş heyəti şirkət üzrə ən təcrübəli olub. 

Yada salaq ki, aviaqəza noyabrın 17-də Kazan hava limanına enən zaman baş verib. Hadisə zamanı 44 sərnişin və 6 heyət üzvü dünyasını dəyişib. 

Sabiq baş nazirə 6 il seçki qadağası

alt

Vergidən yayınmaqda günahkar bilinən 77 yaşılı İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni senatdan xaric edildikdən sonra, Senatın dünənki toplantısında onun haqqında ən azı 6 il siyasətdən uzaq qalması barədə qərar verilib. 

Qərardan əvvəl Berluskoni paytaxt Romadakı evi qarşısında toplanan tərəfdarlarına səslənərək deyib: "27 noyabr demokratiya üçün yas günü elan edirəm". 

Bu qərar 3 dəfə baş nazirlik kreslosuna oturan Berluskoninin siyasi karyerasına sona verəcəyi mənasını vermir. O, parlamentdə iştirak edə bilməsə də, İtalyanın siyasətinə təsir etməkdə davam edəcəyi bildirilir. Berluskoni son zamanlarda “Forza Italia” partiyasını yenidən hərəkətə gətirib. 

8 yaşlı uşaq ocağa düşərək yandı

alt

Mingəçevir şəhərində azyaşlı uşaq ölümcül yanıb. Mingəçevir şəhərinin Naxçıvan küçəsi 31, mənzil 71-də yerləşən yataqxanaların birində yaşayan 2005-ci il təvəllüdlü Həsənov Cavid Azad oğlu bu gün səhər saatlarında faciəli hadisə ilə üzləşib.

Valideynlərinin nəzarətindən kənarda qalan 8 yaşlı uşaq yaşadığı yataqxanadan xeyli kənarda boş bir sahədə oynayan zaman soyuq havada qızınmaq üçün tullantı kağızlarını və xırda odun parçalarını toplayaraq ocaq yandırıb. Ocaq çökək bir ərazidə olub.

Qəfildən ayağı sürüşən Cavid Həsənov güclü alovlanmış ocağın üstünə düşüb və onun bədəninin 70 faizi yanıb. Ətrafdakı adamlardan biri yanan uşağı ocağın içərisindən çıxarıb. O, şəhər təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına zəng edərək hadisə barədə məlumat verib. Uşaq dərhal Mingəçevir şəhər Uşaq Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Mingəçevir Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Bomba qorxusu yaşayan uşaqlar- VİDEO

alt

 
Suriyada müxalif qüvvələrin internetə yüklədiyi bir video uşaqların Suriyada bombardman qorxusuyla yaşadığını göstərir. 

Paytaxt Dəməşqdə uşaqlarla müsahibə zamanı yaxınlıqda baş verən partlayış anı görüntülənib. 

Saytda Axtarış

Son xəbərlər