Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3633
DünənDünən6004
Bu həftəBu həftə34576
Bu ayBu ay40364
Bu günə qədərBu günə qədər8401995

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Ağdamda zəhərlənən ailə üzvlərinin sayı 7 nəfərə çatıb, 2-nin durumu ağırdır

Ağdamda zəhərlənən ailə üzvlərinin sayı 7 nəfərə çatıb.

Ağdam Rayon Gigiyena və Epidemologiya Mərkəzinin direktoru Rəhman Məmmədov APA-ya açıqlamasında bildirib ki, ailə üzvlərindən 34 yaşlı Emin Cabbarov və onun 6 yaşlı qızı Mafizə Cabbarovanın vəziyyəti ağırdır.

R. Məmmədov onu da bildirib ki, qida zəhərləməsi ilə bağlı  xəstəxanaya müraciət edən Emin və Rahib Cabbarov qardaşlarının ailəsi olub. E. Cabbarov bir həftə öncə evdə kustar üsulla hazırlanmış xiyar turşusu yeyib. Həmin vaxt görmə pozğunluğu, udma aktının pozğunluğu ilə Bərdə və Ağcabədi rayon xəstəxanalarına müraciət edib. E.Cabbarovun vəziyyəti ağırlaşdığından botulizm diaqnozu ilə Klinik Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinə köçürülüb.

Araşdırma zamanı məlum olub ki, ailə üzvləri də ad günü məclisində evdə hazırlanmış xiyar və pomidor turşusu yeyiblər. Xəstəxanaya müraciət etsələr də, turşu yediklərini bildirməyiblər. Vəziyyətləri ağırlaşan 31 yaşlı Cabbarova Əsmər Fərhad qızı, 29 yaşlı İsmayılova Elnaz Fərhad, 28 yaşlı Cabbarova Aygün Cəbrayəl qızı, 30 yaşlı  Cabbarov Rahib  Cəbrayıl oğlu, 10 yaşlı Cabbarova Nərmin Emin qızı, 6 yaşlı Cabbarova Mafizə Emin qızı və 3 yaşlı Cabbarov Rahil Nicat oğlu iki təcili-tibbi yardım maşını ilə Bakı şəhər Klinik Tibi Mərkəzinə çatdırılıb.

Ağdam Rayon Gigiyena və Epidemologiya Mərkəzinin əməkdaşları ailə üzvlərinin yediyi qida məhsullarından nümunələr götürərək laboratoriyaya göndərib.

Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib. Araşdırma başlanıb. 

Lənkəran sakinlərini qorxu içində saxlayan şəxs tutuldu

Bir neçə gün öncə Liman şəhərinin “Xutor” deyilən yaşayış massivində üç evə basqın edərək 4 nəfərə ağır xəsarət yetirən və nəticədə onlardan birinin ölümünə səbəb olan naməlum şəxs barədə yeni təfərrüatı məlum olub.

Dalga tv Oxu.az-a istinadən xəbərinə görə, quldurluq edən şəxs saxlanılıb.

Lənkəran şəhər rayon Polis şöbəsinə daxil olan məlumata görə, yanvar ayının 13 və 14-də Liman şəhərində üç ünvanda basqın hadisəsi baş verib.

Lənkəran şəhər rayon Polis şöbəsinə daxil olan məlumata görə, yanvar ayının 13 və 14-də Liman şəhərində üç ünvanda basqın hadisəsi baş verib. Hadisələr zamanı şəhər sakinləri - 48 yaşlı Samirə Miriyevanı və 69 yaşlı anası Humay Qarayeva, həmçinin 16 yaşlı Heybət Abdullayev, 50 yaşlı Nəcəfqulu Həsənov yaşadıqları evdə döyülərək ciddi bədən xəsarətləri alıb. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralılardan Samirə Miriyeva başından aldığı çoxsaylı zərbələr səbəbindən xəstəxanada ölüb.

Zərərçəkmişlərin ilkin ifadələri alınaraq hadisələri törətməkdə şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib. Onun Liman şəhər sakini, M.Ə.Rəsulzadə küçəsi 24 ünvanında yaşayan Zeynalov Fərrux Sabir oğlu olduğu ortaya çıxıb. Barəsində axtarış elan olunub.

Liman sakinlərinin sözlərinə görə, insanları vəhşicəsinə döyərək onlara ölümcül xəsarətlər yetirən Fərrux Zeynalovun psixi durumunda ciddi problemlər olub. Hətta, onun özündən böyük qardaşının da psixi problemləri olub.

Hələlik, hadisələrin hansı səbəbdən baş verdiyi barədə açıqlama verilmir. Lakin, barəsində axtarış elan olunan Fərrəx Zeynalovun bu gün saxlanıldığı söylənilir.

Bakıda mərkəzində yaşayış binasında yanğın söndürülüb

Bakının mərkəzində yaşayış binasında baş verən yanğın söndürülüb.

  

APA-nın hadisə yerində olan müxbiri bildirir ki, bu barədə yanğın baş verən ərazidə olan Fövqəladə Hallar Nazirliyi(FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi, general-mayor Füzuli Əsədov bilirib.

  

F. Əsədov qeyd edib ki, hadisə nəticəsində binanın 2000 kv.metr dam örtüyünün 250 kv.metri yanıb.

Onun sözlərinə görə, yanğın barədə siqnal saat 08.29-da daxil olub.

Hadisə yerinə FHN-nin 12 texnikası, 50 nəfərədək canlı qüvvəsi cəlb edilib.

Yanğın nəticəsində xəsarət alan olmayıb.

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Bu gün saat 12:00-da 20 Yanvar  şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb.

APA-nın məlumatına görə, nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.

20 Yanvar - Ümumxalq hüzn günü münasibətilə Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.

Qışda niyə tez-tez xəstələnirik? - Alim səbəbi göstərib VACİB XƏBƏRDARLIQ ETDİ

"Qışda psixoloji olaraq bədən xəstələnir. Bunun da başlıca səbəbi günəşsizlikdir. Ona görə içəridə qalmayın".

Publika.az xəbər verir ki, bu sözləri Türkiyəli daxili xəstəliklər üzrə həkim, kardioloq, professor Canan Karatay deyib.
Onun sözlərinə görə, xəstəliklərin başlıca səbəbi həm də D vitamini çatışmazlığıdır:

"Qış olsa da, qar, dolu yağsa da, hər tərəf buz bağlasa da, küçəyə çıxıb gəzin. Dəniz kənarında, meşələrdə gəzin. Bu zaman depessiyadan da xilas olarsınız. Günəş az göründüyünə görə tez-tez depressiyaya düşürsünüz. Ancaq təbii qidalar qəbul etdiyiniz zaman depressiyaya düşməzdiniz".

Kardioloq D vitamini əskikliyini aradan qaldırmağın yollarını da açıqlayıb:

 

"20 min xəstəmin 99 faizində D vitamini çatışmazlığı var. Bunun səbəbləri çoxdur. Günəş şüalarını az qəbul etmək, hava kirliliyi, heyvan mənşəli qidalardan, heyvanların daxili orqanlarını yeməkdən imtina etmək bu sıradandır. İllərdir bizə bu qidalar xəstəlik, infarkt səbəbi olduğu deyilirdi. Ona görə də insanların çoxunda D vitamini əskikliyi var.

Bu problemi aradan qaldırmaq üçün təbii qidalar qəbul etməlisiniz. Qışda hansı turşu sevirsinizsə, evdə hazırlayın, içinə əlavə qatqı maddəsini vurmayın. Qışda mütləq evdə hazırlanmış sümük suyu, xaş, ev qatığı, bol sirkə istifadə edilməlidir. Bunlar hamısı sizin üçün lazım olan təbii probiotiklərdir (insan orqanizminə müvafiq miqdarda daxil edildikdə onun sağlamlığına fayda verən "canlı mikroorqanizmlər").

Azərbaycanın Gürcüstandakı səfirliyində 20 Yanvar şəhidləri anılıb

Azərbaycanın Gürcüstandakı səfirliyində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, səfirlikdə faciəni əks etdirən foto və kitablardan ibarət sərgi təşkil olunub. Mərasim şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra 20 Yanvar hadisələrinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxışında 1990-cı ilin qanlı yanvar hadisələrinin qısa tarixindən danışıb. Diplomat 20 Yanvar  hadisələrini Azərbaycan xalqının şərəfli qəhrəmanlıq səhifəsi adlandırıb. O, Heydər Əliyevin 20 Yanvar faciəsinin dünya ictimaiyyətinə çatdırılmasındakı əvəzsiz roluna toxunub: “Faciənin səhəri günü Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə ailə üzvləri ilə gələrək, kəskin bəyanatlarla çıxış etmiş və qanlı faciənin günahkarlarını cinayətkar adlandırmışdır”.

D. Həsənov Azərbaycan prezidenti İlham Əliyevin 20 Yanvar faciəsinin dünya ictimaiyyətinə çatdırılmasına xüsusi diqqət ayırdığını vurğulayaraq, dövlət başçısının şəhidlərin ailələrinə göstərdiyi diqqət və qayğıdan da söz açıb.

Sonra çıxış edən Marneuli rayonunun icra başçısı Temur Abazov deyib ki, müstəqillik uğrunda şəhid olanların əziz xatirəsi daim xalqın ürəyində yaşayır: "Gürcü xalqına bu faciə yaxındır. Belə ki, 1989-cu ilin aprelin 9-da Gürcüstan da eyni qanlı hadisələri yaşayıb".

Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev bildirib ki,20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq uğrunda mübarizəyə hazır olduğunu sübut etdi. O, qanlı faciənin növbəti ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

Anım mərasimində Gürcüstanın ictimai və siyasi xadimləri, Marneuli rayon rəhbərliyinin nümayəndələri, azərbaycanlı deputatlar, ziyalılar və gənclər iştirak edib.

20 Yanvar faciəsi ilə bağlı anım tədbirləri Gürcüstanın Kvemo Kartli bölgəsi və bir neçə ali məktəbdə də keçirilib.

Gürcüstanı 2018-ci ili mütləq ziyarət edilməsi gərəkən ölkələr arasında

National Geographic jurnalı Gürcüstanı 2018-ci ili mütləq ziyarət edilməsi gərəkən ölkələr arasında adlandırdı. Məqalənin müəllifləri tərəfindən hazırlanan seçilmiş 21 ölkənin siyahısında Gürcüstan 3-cü yerdədir. 
 
Məqalənin müəllifləri kükürd hamamlarını, yerli mətbəxi və insanların qonaqpərvərliyini xüsusi ilə qeyd edirlər.
 
Müəlliflər onu da qeyd etdilər ki, ölkənin vizual tərəfi baş döndürən surətlə inkişaf edir.
 
“Mütləq qədim Tbilisinin həqiqi şarmını və o ləzzətli xinkalisini görün” – yazırlar məqalənin müəllifləri.

Əməliyyat Qərargahı: Alpinistlərin axtarışları davam etdirilir

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 17-də davam edib.

APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, axtarış işləri Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və peşəkar alpinistlərdən ibarət könüllü dəstələrin iştirakı, həmçinin müvafiq texnika və xilasetmə avadanlıqlarının tətbiqi ilə aparılır.

Gün ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri aparılıb, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar davam etdirilib.

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) aparılır.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, dekabrın 23-də "Gilavar" hava və ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.

Avstriyalı mütəxəssislər alpinistlərin axtarışlarını dayandırdılar

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışlarında iştirak edən Avstriyanın Daxili İşlər Nazirliyinin dağ-xilasetmə sahəsi üzrə mütəxəssisləri bir neçə gündən sonra axtarışları dayandıraraq ölkəmizi tərk edib.

Bu barədə Oxu.Az-a axtarış tədbirlərində iştirak edən mənbə məlumat verib.

Məlumatda qeyd olunur ki, itkin düşmüş alpinistlərin tapılması istiqamətində aparılan axtarış-xilasetmə işlərində avstriyalı mütəxəssislərin bilik və təcrübələrini bölüşüblər. Sonrakı günlərdə xarici mütəxəssislər Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə bir qrup jurnalistlə görüşüb, onlara bəzi açıqlamalar verib. 

Avstriya Daxili İşlər Nazirliyinin dağ-xilasetmə polisi Adolf Herrer jurnalistlərə bildirmişdi ki, bu vaxtlar axtarış aparmaq çox risklidir.

Axtarış işlərində heç bir nəticə əldə etməyən Avstriyanın Daxili İşlər Nazirliyinin dağ-xilasetmə sahəsi üzrə mütəxəssisləri növbəti günlərdə ölkəmizi tərk edib.

Mənbə bildirib ki, hazırda axtarış işlərini yerli xilasedicilər və Türkiyədən olan iki mütəxəssis aparır. 

Onu da bildirək ki, axtarışlardan 20 günə yaxın vaxtın keçməsinə baxmayaraq, alpinistlərdən heç bir iz tapılmayıb.

Məsələ ilə bağlı FHN-ə müraciət etsək də, şərh almaq mümkün olmayıb.

Qeyd edək ki, itkin düşmüş alpinistlərin bir qrup dostları axtarışlar üçün əlavə tədbirlərin görülməsi ilə bağlı təkliflər hazırlayıblar. Onlar dünyanın müxtəlif ölkələrində xilasetmə işlərində istifadə edilən müasir texnikaların alınaraq ölkəmizə gətirilməsini istəyiblər. Alpinistlər əlavə olaraq dövlət qurumlarından Türkiyə Dağçılıq Federasiyası (TDF) və Arama Kurtarma Derneği (AKUT) xilasedicilərinin də axtarış-xilasetmə prosesinə cəlb olunmasını təklif ediblər. 

Xatırladaq ki, “Gilavar” Hava-Ekstrim İdman Klubunun üzvləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyadzadə dekabrın 23-də Quba rayonunun Xınalıq kəndi istiqamətindən Tufandağa (4191m) yürüşə çıxıblar. Dekabrın 24-də ailələri ilə danışan alpinistlərlə az sonra əlaqə itib.

Fövqəladə Hallar Nazirliyi dekabrın 27-dən alpinistlərin axtarışına başlayıb.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.

 

Ağdaşda kişi yol polisi ilə dalaşıb özünü yandırdı

Dünən günorta saatlarında Ağdaş rayonunda intihara cəhd olub. 

Dalga tv Lent.az-a istinadən xəbər verir ki, Ağdaşın mərkəzi bazarının qarşısında Xosrov kənd sakini, 1983-cü il təvəllüdlü Söhbətov Həsənağa Böyükağa oğlu ilə Ağdaş rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşları arasında mübahisə yaranıb. 

Səbəb isə H.Söhbətovun 10 LS 956 dövlət nömrə nişanlı, “VAZ 2105” markalı minik avtomobilini mülkiyyət hüququ olmadan etibarnaməsiz idarə etməsi olub. 

Belə ki, avtomobilin əvvəlki sahibi Mikayıl Hüseynovun banka 1660 manat borcu olduğu üçün nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə Ağdaş rayon Məhkəməsi qərar qəbul edib. Yol polisi əməkdaşları da məhkəmə qərarı əsasında maşını Ağdaş rayon Polis Şöbəsinə aparmaq istəyib.

H.Söhbətov yeni aldığı avtomobillə qayda pozduğuna görə bu günlərdə 109 manat cərimə ödədiyini, nəqliyyat vasitəsinin əvvəlki sahibinin banka borcu olmasına görə məsuliyyət daşımadığını əsas gətirərək, polis əməkdaşlarına müqavimət göstərib. O, ailəsini dolandırmaq üçün taksi fəaliyyəti ilə məşğul olduğunu və nəqliyyat vasitəsinin əlindən alınaraq polis şöbəsinə aparılmasına qarşı çıxıb və mübahisə zamanı avtomobildəki şüşə qabdan benzini götürərək başına töküb. 35 yaşlı sürücü polis əməkdaşlarının gözü qarşısında özünə od vuraraq yandırıb.

Baş, üz və əlləri yanan sürücü yaxınlıqdakı insanların və polis əməkdaşlarının köməyi ilə xəstəxanaya aparılıb. 

Ağdaş rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, hazırda intihara cəhd edən şəxsin həyatı üçün təhlükə yoxdur. Lakin o, bu hadisənin izlərini ömür boyu daşımalı olacaq. Belə ki, H.Söhbətovun bədəninin 20 faizdən çoxdu ağır dərəcədə yanıb. Onun üz nahiyəsi tamamilə yanıb. 

Alimlərdən yeni kəşf: "Bəzi insanlar niyə arıqlaya bilmir"

Almaniyanın Bonn universitetinin alimləri yeni tədqiqatın nəticələrini açıqlayıblar.

Dalga tv Ölkə.Az-a istinadən xəbər verir ki, bəzi insanların çox çətinliklə arıqlama səbəbi məlum olub. Alimlərin fikrinə əsasən, bütün məsələ orqanizmin müdafiə mexanizmi ilə bağlıdır. Orqanizmə daxil olan qidanın qəflətən azalması ciddi infeksiya kimidir. İmmunitet sistemi mübarizəyə başlayır.

Tədqiqatçıların fikrinə əsasən, uzun illər müəyyən qidalanma tipi hüceyrələri və genlərin müəyyən hissəsini yenidən "proqramlaşdıra" bilir. Sağlam qidalanmaya keçid isə stresə səbəb olur. Orqanizm isə bunu təhlükə kimi qəbul edir.

Alimlər bildirirlər ki, pəhriz seçimi zamanı bütün lazım olan analizləri vermək lazımdır.

Gürcüstanda iş adamı qətlə yetirilib

Gürcüstanın Rustavi şəhərində iş adamı odlu silahla qətlə yetirilib.
 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Soso Kutateladzenin meyiti ofisində aşkar olunub. Qətlə yetirilmiş şəxs “İstanbul bazarı” adlanan ticarət obyektinin sahiblərindən biridir.


Gürcüstanın Daxili İşlər Nazirliyində faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, S. Kutateladze Gürcüstanda müxtəlif dövlət vəzifələrində çalışıb. O, 1991-ci ildən etibarən Gürcüstanın Silahlı Qüvvələrində çalışıb, 2004-2006-cı illərdə Milli qvardiyanın komandiri olub. Briqada generalı S.Kutateladze həmçinin Gürcüstan parlamentinin deputatı və Müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini olub. O, Gürcüstanın ərazi bütövlüyü uğrunda Abxaziya və Cənubi Osetiyada döyüşlərdə, İraqda sülhməramlı əməliyyatlarda iştirak edib. General Kutateladze III dərəcəli Vaxtanq Qorqosali medalı ilə mükafatlandırılıb. 

Saytda Axtarış

Son xəbərlər