Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3636
DünənDünən6004
Bu həftəBu həftə34579
Bu ayBu ay40367
Bu günə qədərBu günə qədər8401998

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Öskürəkdən xilas edən 5 OT

Soyuq fəsillərdə soyuqdəymə xəstəlikləri artır. Bu xəstəliklərin simptomlarından biri öskürəkdir. LOR həkimlərinin belə bir deyimi var: öskürək soyuqdəymə zamanı ən birinci meydana gələn və ən axırıncı gedən simptomdur.

Əslində öskürək orqanizmin qoruyucu mexanizmidir. Öskürək orqanizmi ziyanlı maddələr, toksinlər və simptomlardan azad edir. Bu səbəbdən öskürəyi "kəsmək" deyil, onu yumşaldmaq, bəlğəmin çıxmağını asanlaşdırmaq lazımdır. Bu işdə bizə təbabət yaxşı kömək edə bilər.

Bəzi otlar var ki, bu otlar öskürək zamanı bəlğəmgətirici təsir edir, nəfəs yollarını təmizləyir.

Bu otlar arasında:

2. Biyan kökü

3. Adaçayı

4. Kəklikotu

5. Mərzə (oreqano)  

Bu otlarla inhalyasiya etmək çox yaxşıdır. Bunun üçün 1 x.q. ot 1 stəkan qaynar suda dəmlənilir, enli qaba tökülür. Bu suyun buxarı ilə nəfəs alın.  

Həmçinin bu otları dəmləyib (1 x.q. ot + 1 stəkan su) içmək də olar. Gündə 3 dəfə stəkanın 1/3 hissəsi. 

Saakaşvili tərəfdarları Ukraynanın bütün şəhərlərində aksiyalara başlayır

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoruu Mixeil Saakaşvilinin tərəfdarları sabahdan başlayaraq bütün Ukraynada etiraz aksiyalarına başlayır.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Ukrayna prezidentinin impiçmenti barədə qanunun qəbulu tələbi ilə Kiyevdə keçirilən aksiyada çıxış edən Yeni Qüvvələr Hərəkatı Partiyasının təmsilçisi Olqa Qalabala bəyan edib.

M. Saakaşvilinin sədri olduğu partiyanın təmsilçisi bildirib ki, sabahdan Ukraynanın bütün şəhərlərində aksiyalara başlanacaq. Partiya üzvləri rayon və vilayət mərkəzlərində dinc aksiyalar keçirəcək. O. Qalabala növbəti bazar günü də Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşünün keçiriləcəyini bildirib. 

Manyak-qatil arvadını və dörd qızını niyə öldürdüyünü danışdı

Salyanda 2014-cü ilin mart ayında həyat yoldaşı Fərhad Məhərrəm oğlu Əliyev tərəfindən qətlə yetirilən 56 yaşlı Mehparə Əliyevanın və 4 qızı- 1961-ci ildə anadan olmuş İradə Əliyevanın, 1991-ci ildə anadan olmuş Ümidə Əliyevanın , 1998-ci ildə anadan olmuş Rəqibə Əliyevanın və 1987-ci ildə anadan olmuş Sevda Əliyevanın cəsədlərinin qalıqları məhkəmə-tibbi ekspertizasından keçdikdən sonra bu gün səhər saatlarında ailələrinə təhvil verilib.

Oxu.Az xəbər veirr ki, virtualaz.org-un məlumatına görə ana və dörd övladının cəsədlərinin qalıqları bu gün Salyan şəhər qəbristanlığında dəfn olunub.

Oğlu ilə birləşərək 2014-cü ildə arvadını və dörd qızını öldürüb yaşadığı evin altında basdıran qatil istintaqa ifadəsində bu dəhşətli cinayətin motivini danışıb. "Sputnik" agentliyi Salyan hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, qatil Fərhad Məhərrəm oğlu Əliyev dindirmə zamanı arvadını və qızlarını "onu saymadıqları üçün" öldürdüyünü deyib.

Xatırladaq ki, bu ailənin bütün yükü ananın çiyinlərində olub, o, min əzab-əziyyətlə qızlarını böyüdüb. Ata isə içki düşgünü olub, əyyaşlıqla məşğul olaraq ailəsinə baxmayıb.

"Onlar məni ailə başçısı kimi saymırdılar, hörmət etmirdilər və baxmırdılar. Bu səbəbdən öldürdüm"-qeyri-insani əməli törədən cinayətkar müstəntiqlərə bildirib. O, qətli oğlu ilə birlikdə necə törətdiklərini də danışıb. Qatil müstəntiqlərin "beş nəfəri birdən necə öldürdün?" sualına cavab olaraq deyib ki, oğlu Fəqanla birlikdə arvadını və qızlarını əvvəlcə ayrı otaqlara salıb və qapını bağlayıb, sonra öldürüb.

Qatil deyib ki, həmin gün onunla arvadı arasında mübahisə yaranmışdı, qızlar isə analarının tərəfini tuturdu.

O da məlum olub ki, salyanlı manyak-qatil  qətliamı törətdikdən sonra arvadının ağzından qızıl dişlərini söküb. Çünki cəsədin eksqumasiyası zamanı qadının qızıl dişlərinin söküldüyü üzə çıxıb. Habelə cani qızlarından birinin qızıl boyunbağısını da meyitin üstündən götürüb, deyilənlərə görə onu hadisədən bir müddət sonra boyunbağını satarkən görüblər.

Xəbər verdiyimiz kimi cinayətkar arvadı Mehparəni, qızları Rəqibəni, Sevdanı, Ümidəni və İradəni qətlə yetirdikdən sonra onların meyitlərini evin yataq otağının altında, zirzəmidə yer qazaraq basdırıb. Həmin vaxtdan Mehparə və qızları itkin düşmüş şəxslər kimi axtarışda olublar. Lakin nəyə görəsə heç kimin ağlına gəlməyib ki, beş nəfər ailə üzvünün itkin düşməsinə görə F.Əliyevi və oğlunu dindirsin, ondan izahat alsın. Bu dəhşətli qətlin üstü isə təsadüfən Xoşqədəmin "Səni axtarıram" şousuna görə açılıb. Proqramda Mehparə və qızlarının Türkiyəyə getdiyi haqda ehtimalın müzakirəyə çıxarılmasından sonra cinayətkarlar bunu "qeyrətlərinə" sığışdırmayıblar və polisə gedib törətdikləri əməli etiraf ediblər.

Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.1. ( bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılmış , cinayəti törətməkdə şübhəli bilinən 63 yaşlı Fərhad Əliyev və cinayəti törətməkdə atasına yardım etməkdə şübhəli bilinən 28 yaşlı oğlu Fəqan Əliyev saxlanılıblar.

 

Azərbaycana məxsus yük maşını Tbilisidə qəza törədib

Azərbaycan dövlət nömrə nişanlı yük maşını Gürcüstan paytaxtında qəza törədib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, yük maşını şəhərin “Qəhrəmanlar meydanı” ərazisində yerləşən körpünün altından keçə bilməyərək ilişib qalıb.

Qəza səbəbindən nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb. Hadisə yerinə patrul maşınları cəlb olunub.

Azərbaycanda zəlzələ baş verib

Naxçıvan Muxtar Respublikası ərazisində zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 17:22-də Şərur rayonunda qeydə alınıb.

Yeraltı təkanların maqnitudası 3.1, dərinliyi 10 km olub. 

Zəlzələ hiss olunmayıb.

Gürcüstanda azərbaycanlıların məskunlaşdığı ərazilərdəki torpaq sahələri Patriarxlığa bağışlanıb

Gürcüstan hökuməti ölkə Patriarxlığına torpaq sahələrinin verilməsi ilə bağlı növbəti qərar qəbul edib.

APA-nın yerli bürosu xəbər verir ki, qərara əsasən, Gürcüstan Patriarxlığına Tbilisinin azərbaycanlıların sıx yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində kənd təsərrüfatı təyinatlı olmayan 1000 kv metr torpaq sahəsi bağışlanıb. 

Hökumətin ötən ay qəbul etdiyi analoji qərarla azərbaycanlıların kompakt məskunlaşdığı Marneuli rayonunda kənd təsərrüfatı üçün yararlı olmayan 10151 kv metr torpaq sahəsi də Gürcüstan Patriarxlığına təmənnasız verilib. 

Patriarxlığın balansına verilmiş torpaq sahələrinin hansı məqsədlərlə istifadə olunacağı açıqlanmır. Adətən hökumət tərəfindən bağışlanmış torpaq sahələrində Patriarxlıq tərəfindən mövcud məbəd və kilsələr təmir olunur, ya da yeni dini ibadət yerləri tikilir. 

Tbilisidə Saakaşviliyə dəstək aksiyası keçirilib

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyası Tbilisidə sabiq prezident Mixeil Saakaşviliyə dəstək aksiyası keçirir.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiya iştirakçıları “Rustaveli” metro stansiyası yaxınlığında toplaşıb. Onlar M. Saakaşvilinin Ukraynada təqib olunmasına etiraz edərək irəli sürülmüş ittihamları əsassız adlandırıblar.
 
VHM Siyasi Şurasının üzvü Koba Xabazi deyib ki, aksiyanın əsas şüarı "Gürcüstan və Ukraynada oliqarxlara son!" şüarıdır. O bildirib ki, Saakaşviliyə qarşı irəli sürülmüş və onun Rusiya ilə əməkdaşlıq etməsi barədə ittihamlar, sadəcə, gülüş doğurur.
 

Aksiya Rustaveli prospekti ilə yürüşlə davam etdirilib.
 
Xatırladaq ki, dekabrın 5-də Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru M. Saakaşvili Kiyevdə saxlanılıb. Daha sonra o, tərəfdarlarının köməyi ilə azad edilib. Ukraynanın Baş Prokurorluğu M. Saakaşvilini dövlət çevrilişinə cəhddə ittiham edir.

Gürcüstanda SES-də yanğın baş verib

Gürcüstanın Kutaisi şəhəri yaxınlığında yerləşən “Qumati 2” Su Elektrik Stansiyasında güclü yanğın baş verib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, transformatorda baş verən yanğının söndürülməsinə 7 yanğınsöndürmə briqadası cəlb olunub.

Hazırda stansiyanın əməkdaşları təxliyə olunur.

Yanğınla əlaqədar Kutaisi şəhərinin bir sıra rayonlarına elektrik enerjisinin verilməsində məhdudiyyət yaranıb.

Xərçəngdən qorunmaq üçün həftədə iki dəfə yeyin

Sarımsaq insan sağlamlığı üçün vacib olan ən faydalı qidalar arasında yer alır.

Amma onu da istifadə etməyin bəzi incə məqamları var ki, diqqət edilsə, faydası ikiqat artar.
Ailem.az bununla bağlı dietoloq Şəbnəm Kandıralı Yıldırımın məsləhətlərini diqqətinizə çatdırır.

Qida zəhərlənmələrinin qarşısını alır

Elm adamları qida zəhərlənmələrində tez-tez yaşanan Campylobacter jejuni bakteriyasına qarşı antibiotiklər əvəzinə sarımsağın yüz qat daha təsirli olduğunu təyin edib.

Xərçəngin qarşısını alır

Araşdırmalar sarımsaq yeməyin döş xərçəngi riskini azaltmağa yardımçı olduğunu göstərib. Çində aparılan bir araşdırmada həftədə 2 dəfə çiy sarımsaq yeyənlərin xərçəngə tutulma riskinin yarı-yarıya azaldığı aşkarlanıb.

Bəs sarımsağı necə yemək lazımdır?

Sarımsağı əzilmiş və ya çiy olaraq yemək lazımdır. Əzildiyində hidrogen sulfid daha da aktivləşir ki, bu da qan təzyiqi səviyyəsinin normal qalmasını dəstəkləyir. Bundan başqa ürək üzərində faydalı təsirləri var.

Sarımsağı bişirməyin

Dadını seviriksə, yeməklərə qatıb bişirməkdənsə çiy yemək daha məsləhətlidir. Çünki bişirmə prosesi hidrogen sulfidin yaranmasını əngəlləyir.

Bakıda 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib

Bakının Qaradağ rayonu ərazisində 5 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, qəza Xocəsən-Lökbatan yolunda baş verib. "Mercedes-190” markalı minik avtomobilinin  "Mercedes " markalı mikroavtobusla toqquşması nəticədə 5  nəfər ölüb. Məlumata görə, ölən şəxslərin hamısı minik avtomobilində olanlardır. Qəza zamanı mikroavtobusun sürücüsünün xəsarət almadığı bildirilir. 

İlkin məlumata görə, qəzaya səbəb yüksək sürət olub. 

Ölən şəxslərin kimliyi müəyyənləşdirilir.

Hazırda ərazidə polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Gürcüstanda Azərbaycandilli məktəblər üçün dərsliklərin ölkədə çapı təklif olunub

“Gürcüstanda etnik azlıqların kompakt yaşadığı bölgələrdə dövlət dilinin effektiv tədrisi ciddi problem olaraq qalır”.
 

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstan ombudsmanının bu gün təqdim olunan “Gürcüstanda 2017-ci ildə insan hüquq və azadlıqlarının vəziyyəti” hesabatında deyilir.


Hesabatda vurğulanıb ki, ombudsman ikidilli təhsilin və dərsliklərin modelinin effektiv olmadığını dəfələrə qeyd edib: “Təhsiı Nazirliyinin bu fikri bölüşməsinə baxmayaraq, tədris hələ də bu dərsliklərlə həyata keçirilir. Təhsil Nazirliyinin məlumatına əsasən yeni ikidilli təhsil modeli və müvafiq dərsliklərin hazırlanması üzrə intensiv işlər aparılır”.


Hesabata əsasən yeni dərsliklərin inkişaf etdirilməsi və təsdiqi 2018-ci ilin yazında başa çatacaq. Ombudsman həmçinin Təhsil Nazirliyinə Azərbaycan və ermənidilli məktəblər üçün ana dili üzrə dərsliklərin Gürcüstanda hazırlanıb çap etdirilməsini təklif edib.


Hesabatda Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının vəziyyətinə də toxunulub: “Azərbaycan teatrının və etnik azlıqlara məxsus bir sıra abidələrin bərpası məsələsi hələ də qalmaqdadır.”.
 

Qeyd edək ki, son illər Azərbaycan Gürcüstanın azərbaycandilli məktəblərini dərsliklərlə təmin edir. Son 4 ildə Azərbaycanın Təhsil Nazirliyi Gürcüstanın azərbaycandilli məktəbləri üçün ümumi sayı 73 805 ədəd olan “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliyi və müəllimlər üçün metodik vəsaitlər təqdim edib.

Nə qədər yeyilsə də, kökəlməyə səbəb olmur

Payızda yetişən faydalı meyvələrdən biri də xurmadır. Xurma ağacı çox məhsuldardır və onu qışda torpaq yuxuda ikən əkmək daha yaxşıdır, çünki yaz fəsli gələndə ağac artıq yeni məkanda inkişaf etməyə başlayır.

Meyvələri yetişəndə qırmızı və qonur qırmızı rəngdə olur.

Dalga tv bildirir ki, xurmanın təxminən 500 növü var və onun vətəni Çin hesab edilir. Ən çox Cənub-Qərbi Asiya, Yunanıstan, İspaniya, Türkiyə, Amerika və Avstraliyada yetişdirilir. XIX əsrin axırlarından etibarən məşhurlaşmağa başlayıb. Azərbaycanda da daha çox cənub bölgəsində, Göyçay, Ağdaş, Zaqatala rayonlarında Şərq xurması növü becərilir. Ondan başqa Qafqaz və Virgen xurması olmaqla daha iki növ yabanı xurmaya da rast gəlinir.

Şərq xurmasının tərkibində 13-16 faiz qlükoza və fruktoza şəkəri, üzvü turşular, yod birləşmələri və digər vitaminlər var. Ümumi zəiflik, qan azlığı, vitamin çatışmazlığı zamanı çox faydalıdır. Ürək-damar xəstəliklərinin müalicəsinə çox müsbət təsir göstərir. Tərkibində olan fosfor beynin tələbatını ödəyir. Mütəxəssislər onun acqarına yeyilməsini məsləhət görmürlər.

Xurmanın özü qədər qabığı və tumları da vitaminlərlə zəngindir. Təcrübə göstərir ki, onun meyvələri nə qədər yeyilsə də, kökəlməyə səbəb olmur. Hətta onun tumlarını qurudaraq üyüdəndən sonra kofe kimi dəmləyib içmək çox faydalıdır.

Saytda Axtarış

Son xəbərlər