Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3647
DünənDünən6004
Bu həftəBu həftə34590
Bu ayBu ay40378
Bu günə qədərBu günə qədər8402009

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Səhər ac qarına kartof suyu içməyin İNANILMAZ FAYDALARI

Kartof yay-qış demədən hər birimizin mətbəxdə istifadə etdiyimiz, fərqli yeməklərin əsas elementi olan, bişirilməsi və yeyilməsi asan bir tərəvəzdir.

Son dövrdə kartof suyunun içilməsi də xalq təbabətində geniş yayılmış üsullardan biridir. Bəs kartof suyunun nələrə faydalı olduğunu bilirsinizmi? Ailem.az həmin faydaları təqdim edir.

Kartof suyu qastrit, mədə və ürək xəstəliyi kimi müxtəlif xəstəliklərə fayda verir.

Kartof suyu orqanizmin hər bölgəsində qan dövranının yaxşılaşmasına yardım edir. Xüsusilə səhər ac qarına içilən kartof suyu həzm sisteminin sağlıqlı işləməsinə, qəbizlik, ishal, şişkinlik, mədə qıcqırması və həzmsizlik kimi problemlərə qarşı müalicəedici təsir göstərir.

 

Səhərlər ac qarına içilən kartof suyunun bədəndən bütün zərərli toksinləri atdığına dair araşdırma nəticələri var.

Kartof suyu qaraciyərin və öd kisəsinin təmizləməsini təmin edərək daş yaranmasına da əngəl olur.

Kartof suyu bol orqanik turşu, mineral, ferment tərkiblidir. Qəbizlik, ishal, şişkinlik, mədə göynəməsi və həzmsizlik kimi problemlərə qarşı effektlidir. Səhərlər içilən kartof suyunun reflüks xəstəliyinə də faydalı olduğu deyilir.

Kartof suyu tərkibinə görə bağırsaq xərçənginə qarşı qoruyucu və bağırsaq xərçəngi xəstələrində dəstəkləyici bir tərəvəzdir. Fol turşusu və dəmir baxımından zəngindir. Bu qida dəyərləri də qırmızı qan hüceyrələrinin hazırlanmasında böyük rol oynayır. Yəni kartof suyu qansızlıq və anemiya riskini azaldır.

Kartof suyunun içindəki asit mədənin PH səviyyəsini tənzimlədiyindən mədədəki turşuluğun artmasını azaldır. Mədə turşuluğu ilə yanaşı mədə sancısı çəkənlərə də kartof suyu içmək tövsiyə edilir. Bununla mədə xərçəngi, qastrit, kolik kimi mədə problemlərinin riski də azalmış olur.

Bundan başqa, kartof suyunun tərkibindəki zəngin üzvi birləşmələr revmatizm, oynaq problemlərinə də yardım edir. Bel, ürək ağrılarında effektli fayda yaradan kartof suyu gut xəstəliyinə qarşı təsirlidir. Kartof suyu bədənin hər bölgəsində həzmin tənzimlənməsinə yardımçı olur. Buna görə səhərlər ac qarına içilməsi məsləhətdir. Yaxşı bir potasium qaynağı olduğundan yüksək təzyiqli insanlarda pozitiv nəticələrə səbəb olur. Yetərli potasium qəbulu həm də ürək xəstəlikləri riskinin azalmasına da yardım edir.

Kartof suyu təmizləyici keyfiyyətə də malikdir. Bu özəlliyi ilə qaraciyər və öd kisəsində problemi olanlar üçün təbii dərman sayılır. Buna görə səhərlər ac qarına 150 qrama qədər kartof suyu içmək məsləhətdir. Bu yolla sidik yolunda daşı olanlar da təsirini görmüş olurlar. Yaranmış daşların təmizlənməsinə yardımçı olmaqla yanaşı həm də daş yaranması riskini də azaldır.

Kartofun dəri üzərindəki effektini hər kəs bilir. Gözaltı qaralar, yaralar və şişkinliklərə qarşı kartof həmişə bir həll yolu kimi görülüb. Eqzema, dəri ləkələri, quru və qaşıntılı dəri üçün kartof suyunun möcüzəvi təsiri var. Kartof suyu həm də saç köklərini bəsləyir, daha gur və sağlam saçlara qovuşdurur. Bunun üçün kartof suyunu yumurta ağı və balla qarışdırıb saçlara sürtün və yarım saat sonra saçlarınızı şampunla yuyun.

Kartof suyunun dadını xoşlamayanlar kartof suyuna limon, ya bal qarışdırıb içə bilərlər. Balla qarışdırıb içmək qida zəhərlənməsinə qarşı da effektlidir.

Kartof suyunun istifadə qaydaları

Kartofu soyub doğrayın, yuyun və şirə çəkən maşında çəkin. İki həftə səhər və axşam ac qarına yeməkdən yarım saat əvvəl 150 qr kartof suyu için. Sonra iki həftə ara verin və yenə iki həftə eyni şəkildə için.

 

Çay dəmləndikdən neçə müddət sonra faydalı xüsusiyyətlərini itirir?

Çay olduqca faydalı müalicəvi içkidir - ürək-damar xəstəliklərindən, xərçəngdən qoruyur, beyinin fəaliyyətinə müsbət təsir göstərir, insanı daha gümrah edir, əmək qabiliyyətini artırır. Lakin bu faydalardan yararlanmaq üçün çayı düzgün dəmləmək və içmək lazımdır.

Çayı şüşə, saxsı və ya çini çaydanda dəmləmək lazımdır. Dəmir çaydanlardan istifadə etməyin.

Suyu üzərinə çoxlu ağ qovuqcuqlar çıxana kimi dəmir çaydanda qaynadırlar. Su çox qaynadıqda çayın dadı olmur. Çayı dəmləyərkən bir neçə dəfə qaynadılmış sudan istifadə etmək tövsiyə edilmir.

Boş dəm çaydanını 3-4 dəfə qaynar su ilə yaxalayın. Sonra dəm çaydanına hər stəkan üçün bir çay qaşığı quru çay töküb yarıya qədər su tökün, çaydanın ağzını qapaqla bağlayıb üstünü dəsmalla örtün. Çay dəmləyərkən dəm çaydanını qazın üzərinə qoymaq olmaz.

 

Çay 5-7 dəqiqə ərzində dəmləndikdən sonra, çaydana axıra qədər qaynar su tökün. Əgər çayın üzərində köpüklər əmələ gəlibsə, deməli, çay düzgün dəmlənilib.

Çayı yalnız təzə halda, dəmləndikdən sonra 1 saat ərzində içmək olar. Daha sonra çayın faydalı xüsusiyyətləri kəskin şəkildə azalmağa başlayır.

 

Tbilisidə Şərq Tərəfdaşlığına üzv ölkələrin jurnalistlərinin növbəti toplantısı təşkil edilib

Gürcüstanın paytaxtı Tbilisidə Şərq Tərəfdaşlığına üzv ölkələrin jurnalistlərinin növbəti toplantısı keçirilib. Toplantıda Şərq Tərəfdaşlığı Ölkələri Jurnalistləri Birliyinin regionda söz və ifadə azadlığı ilə bağlı məsələlərə həssaslığının artırılması yolları ətrafında müzakirələr aparılıb, bununla əlaqədar konkret situasiyalar təhlil olunub. Müzakirələrin gedişində təşkilatın informasiya portalının yaradılması və peşə davranışı qaydalarının hazırlanması barədə qərar qəbul edilib. Bu barədə AZƏRTAC-a Mətbuat Şurasında məlumat verilib.

Avropa Şurasının və Avropa İttifaqının təşkilatçılığı ilə keçirilmiş tədbirdə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Şuranın İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli və “Baku Network”un Ekspertlər Şurasının rəhbəri Elxan Ələsgərli iştirak ediblər.

Ə.Amaşov toplantıda çıxış edərək rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən, söz və ifadə azadlığı ilə bağlı xarakterik tendensiyalardan söz açıb. O, internet media orqanlarının fəaliyyətindən narazılıqların, onların peşə prinsiplərinə etinasız yanaşmalarının ənənəvi medianı üstələməsini xarakterik hal kimi vurğulayıb, jurnalistikada peşə etikası ilə əlaqədar standartlara müxtəlif yanaşmaların olduğunu bildirib. Şura sədri mövcud istiqamətdəki yeniliklərin təbliğinə daim ehtiyacın duyulmasının söz və ifadə azadlığının təminatında vacib məqamlardan biri olduğunu söyləyib.

Bakıda möcüzə: Ovuc boyda uşaq doğuldu

Azərbaycanda çəkisi cəmi 950 qram olan oğlan uşağı doğulub.

Dalga tv-nin xəbərinə görə, Respublika Müalicə Diaqnostika Mərkəzindən (RMDM)  bildiriblər ki, həkimlərə onu xilas etmək və normal vəziyyətə gətirmək müyəssər olub.

Bu, son illər ərzində son dərəcə aşağı çəkisi olan uşağın xilas edilməsi ilə bağlı ilk belə haldır. Bundan əlavə, uşağın özünün doğulması da unikaldır. Çünki adı çəkilməyən ana artıq 8 ildir nikahda olsa da, sistematik uşaq düşməsindən əziyyət çəkirdi.

Artıq 28 yaşı olan qadın bir daha ana ola bilməyəcəyini düşünərək, özünü sonsuz sayırmış. Amma möcüzə baş verib. Hamilə qalan qadın RMDM-ə müraciət edib. Klinikada araşdırma zamanı müəyyən olunub ki, qadın yaxın qohumuna ərə gedib və uşaq düşmələrinin səbəbi də məhz bu faktordur.

Neantoloq Arzu Həsənovanın sözlərinə görə, hamiləliyin 34-cü həftəsində dünyaya gələn körpə dərhal retinopatiya riski ilə bağlı müayinəyə göndərilib, eşitmə qabiliyyəti yoxlanılıb və digər zəruri müayinələr keçirilib. Bütün risklər yoxlanıldıqdan sonra körpə normal çəkiyə çatdırılıb və bir ay sonra RMDM-dən evə buraxılıb.

Xırdalanda yanğın: 25 nəfər təxliyyə olundu

alt

Xırdalanda 17 mərtəbəli binada başlayan yanğın söndürülüb.

Dalga tv  Qaynarinfo-ya istinadən xəbər verir ki, yanğınsöndürənlərin hadisə yerinə gəlişindən qısa zaman sonra yanğın nəzarət altına alınıb. 25 nəfər təxliyyə olunub.

FHN-nin Abşeron rayon DYMH rəisi, polkovnik-leytenant Səbuhi Hüseynov bildirib ki, hadisə zamanı xəsarət alan olmayıb.

Təxliyyə olunan sakinlərə təcili yardım briqadası ilkin yardım göstərir.

alt

Türkiyədə Azərbaycan əsilli Gürcüstan vətəndaşı qətlə yetirilib

Türkiyədə 52 yaşlı Gürcüstan vətəndaşı qətlə yetirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, həmin şəxsə baş nahiyəsindən küt alətlə ölümcül xəsarət yetirilib. 

Gürcüstan Xarici İşlər Nazirliyindən qətlə yetirilmiş vətəndaşın etnik azərbaycanlı olduğu bildirilib. 

Faktla bağlı Türkiyədə istintaq aparılır. Qətli törətmiş şəxsin axtarışı istiqamətində tədbirlər həyata keçirilir.

Xolesterini azaldan qidalar hansılardır?

Ürək xəstəlikləri dünyada ölümcül xəstəliklər sırasında ilk cərgələrdədir.

Yüksək xolesterol ürək xəstəlikləri riskini artıran amillərdəndir. Bu səbəbdən xolesterolun səviyyəsini normada saxlamaq çox vacibdir. Bəzi məhsullar var ki, bu məhsullar xolesterolun səviyyəsini aşağı salmaqda kömək edir.

- Badam, qoz və yağlı toxumlar (kətan toxumu, çia toxumu və s.) maqnezium mənbəyidir

Dalga tv bildirir ki, yağlı toxumlar da qida baxımından zəngin məhsullardandır. Zülal tərkibi olan yağlı toxumlar, qan təzyiqini tənzimləməyə köməkçi olur.

Yağlı toxumların tərkibində olan fitosterol, xolesterinin azaldılmasında təsirlidir. Kalsium, maqnezium və kalium da yağlı toxumların tərkibində yer alır. Bu mineralların xolesterini azaldan və qan təzyiqini tarazlayıcı xüsusiyyətləri ürək sağlamlığını qorumağa yardımçı olur.

- Qoruyucu qalxanı olan "meyvələr"

Sağlam ürək üçün meyvələr mükəmməl mənbədir. Bir çox meyvənin tərkibində lif olduğuna görə xolesterini azaltmaqda çox təsirlidir. Alma, üzüm və çiyələkdə olan pektin, xolesterini azaltmaqda 10% təsirlidir.

- Qan təzyiqi üçün "sarımsaq"

Əsrlər boyu tərkibində olan allisin sayəsində sağlamlıq üçün ən təsirli qidalardan biri olan sarımsaq, yüksək qan təzyiqini aşağı salır. Lakin təsirinin görülməsi üçün çox istehlak edilməsi lazımdır.

- Şokolad

Kakao, acı şokoladın əsas tərkibidir. Acı şokolad və kakao, "pis" xolesterini salmada ən təsirli qida resurslarındandır. Aparılan araşdırmalar, gündə iki dəfə kakao istehlak etmənin xolesterinin saldığını göstərmişdir.

 

Göyçayda sərnişinlə dolu avtobus aşdı

Göyçay rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Dalga tv xəbər verir ki, APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 12:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçayın Bığır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sürücü Bəkir Mustafayev Göyçay-Sumqayıt xətti üzrə idarə etdiyi 85-BX-719 dövlət nömrə nişanlı, “Ford Tranzit” markalı mikroavtobusun qəflətən qarşısına çıxan “VAZ 2106” markalı minik avtomobilini vurmamaq üçün manevr edərkən idarəetməni itirib. Mikroavtobus yolun kənarındakı su arxına aşıb.

Hadisə zamanı sürücü Bəkir Mustafayev və sərnişinlərdən, 1956-cı il təvəllüdlü Rəsulova Nailə Məmmədhüseyn qızı, 1993-cü il təvəllüdlü Abbasov Elnur Ruslan oğlu və 1976-cı il təvəllüdlü Məmmədov Allahverdi Zabit oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha iki sərnişinin yüngül xəsarət aldığı bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

İnsanların 80 faizi smartfonla yatır - SORĞU

ABŞ-ın “Deloitte” təhlil mərkəzinin mütəxəssisləri bildiriblər ki, insanların 80 faizi yuxuya getmək üçün bir saat smartfonlarında “otururlar”.

Dalga tv-nin Lent.az-a istinadən məlumatına görə, sorğuda 18 yaşdan 75 yaşa qədər 2 mindən artıq vətəndaş iştirak edib.

Onların 81 faizi etiraf edib ki, yatmazdan əvvəl smartfonlarında “otururlar”. Bununla belə, onların 14 faizi isə elektron cihazlarından yuxuya gedən ana qədər istifadə edirlər. Demək lazımdır ki, bu tendensiya olduqca dəhşətlidir. Çünki belə bir vərdiş pis yuxuya və gün rejiminin aşağı düşməsinə səbəb ola bilər.

Bundan qurtulmaq üçün mütəxəssislər telefonu otağın o biri başında saxlamağı məsləhət görürlər. Həmçinin onlar telefonu “Narahat etməyin!” rejiminə çevirib, onsuz yatmağı məsləhət görürlər.

Marsda meyvə-tərəvəz əkiləcək

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mütəxəssisləri Marsda xurma palmaları, kahı, pomidor və çiyələk əkməyi planlaşdırırlar.

Dalga tv Oxu.Az-a istinadla xəbər verir ki, BƏƏ hökuməti bitkilərin əkilməsi üçün təxminən 5,5 milyard dollar xərcləmək niyyətindədir.

Alimlər onların ölkəsinin “qırmızı planet”lə oxşarlığını qeyd edirlər. Bunu əsas gətirən mütəxəssislər Marsın xurma, çiyələk və pomidor yetişdirilməsi üçün əlverişli olmasına inanırlar.

Yaxın vaxtlarda alimlər “qırmızı planet”də su tapmaq və onu mühitinin xüsusiyyətləri barədə daha çox öyrənmək fikrindədirlər.

Gürcüstanda Ermənistan vətəndaşları saxlanılıb

Gürcüstanın Sadaxlı gömrük-keçid məntəqəsində iki Ermənistan vətəndaşı saxlanılıb.

APA-nın yerli bürosunun Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinə istinadən verdiyi məlumata görə, saxlanılan şəxslərdə bəyan edilməmiş ümumi çəkisi 279,01 qram olan qızıl əşyalar aşkarlanıb.

Qızıl əşyaların gömrük dəyəri 21,5 min lari təşkil edib.

Ermənistan vətəndaşlarına qızıl əşyaların dəyərinə bərabər məbləğdə cərimə tətbiq olunub.

Niyə daha çox kök şirəsinə üstünlük verilir? - FAYDALARI

Kök şirəsinin orqanizm üçün nə qədər faydalı olduğunu bu zəngin vitaminlər kompleksini istifadə edənlər daha yaxşı bilir.

Həftədə heç olmasa iki-üç dəfə bu şirədən istifadə etməklə siz sağlamlığınızın qayğısına qalmış olarsınız.

Modern.az kök şirəsinin faydaları haqqında yazını təqdim edir.

1. Gözlərinizin hər hansı bir xəstəliklə üzləşməsini istəmirsinizsə, kökdən və xüsusilə də kök şirəsindən daha çox istifadə edin. Bu, həm də görmə qabiliyyətinizi yaxşılaşdıracaq.

2. Kök şirəsi qanı təmizləyir, orqanizmdən toksinlərin və zərərli maddələrin xaric olunmasında mühüm rol oynayır.

3. Maddələr mübadiləsinin tənzimlənməsi üçün kök şirəsi ən yaxşı vasitələrdən biridir.

4. Kök şirəsinin ən əsas faydalarından biri də, xüsusilə, yaşlı insanlarda immun sisteminin gücləndirilməsinə təsiridir.

5. Kök şirəsindən istifadə etməklə siz böyrəklərinizdəki kiçik daşlardan da xilas ola bilərsiniz.

6. Qaraciyərin fəaliyyətini yaxşılaşdıran kök şirəsi həm də ödqovucu xassəyə malikdir.

7. Dərinizin sağlam və təravətli görünməsini istəyirsinizsə, mütəmadi olaraq kök şirəsindən istifadə edin.

8. Avitaminoz xəstəliyinin müalicəsində kök şirəsi ən güclü vasitədir.

9. Onkoloji xəstəliklərin profilaktikası üçün kök və kök şirəsindən istifadə etmək məsləhətdir.

10. Kökəlməyə və piylənməyə qarşı mübarizə aparanlar kökdən daha çox istifadə etsələr, müsbət nəticələr əldə edəcəklər.

11. Vitaminlərlə zəngin olan kök şirəsi ağciyərlər üçün olduqca faydalıdır.

12. Kök şirəsindən istifadə etmək hamilə qadınlara da məsləhət görülür.

13. Bu şirədən istifadə saçların və dırnaqların möhkəmlənməsinə də təsir göstərir.

Saytda Axtarış

Son xəbərlər