Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4974
DünənDünən6004
Bu həftəBu həftə35917
Bu ayBu ay41705
Bu günə qədərBu günə qədər8403336

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Deputatdan metrodakı intiharlarla bağlı – TƏKLİF

Bu həftə “Bakı metropoliteni”ndə iki nəfər gənc özünü relslər üstünə ataraq həyatına qəsd etdi: iki nəfər gənc həyatdan köçsə də, ailələrinə illərlə çəkəcək böyük bir ağrı qoyub getdilər.

Dalga tv xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat hesab edir ki, vaxtında onlara psixoloji dəstək olunsa idi, faciələrin qarşısını almaq olardı.

“Ancaq hadisə baş verib və gələcəkdə belə hadisələrin təkrarlanacağı istisna deyil. Xaricdə bu problemin həllini artıq tapıblar və metro stansiyalarında qatar platformalarında qurulan qurğular sui-qəsdlərin qarşısını tam ala bilir. Platformalarda bütün xətt boyu şəffaf divar çəkilir və aralarında olan qapılar ancaq qatar platformada dayandıqdan sonra açılır. Belə sistem Rusiyanın Sankt-Peterburq, Koreyanın Seul və Çinin Tayvan adasının mərkəzi Taybey şəhər metrolarında qurulub. Bu yaxınlarda onlar Belarusun paytaxtı Minsk şəhər metrosunda da qurulacaq...”, – deyə millət vəkili vurğulayıb.

Gürcüstanda keçmiş həyat yoldaşını döymüş azərbaycanlı azadlıqdan məhrum olunub

Gürcüstanın Rustavi şəhər Məhkəməsi keçmiş həyat yoldaşına qarşı zorakılığa yol vermiş azərbaycanlının işinə baxıb.
 

APA-nın yerli bürosunun Gürcüstan Baş Prokurorluğuna istinadən verdiyi xəbərə görə, H.M. adlı şəxs 2017-ci ilin oktyabrın 19-da Qardabanidə keçmiş həyat yoldaşına onun yaşadığı evin qarşısında hücum edərək fiziki güc tətbiq edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi oktyabrın 20-də Qardabani rayonunun Vaxtanq kəndində Azərbaycana qaçmağa cəhd edərkən saxlayıb. Məhkəmə azərbaycanlını ona qarşı irəli sürülmüş ittihamlar üzrə günahkar hesab edərək 10 ay müddətinə azadlıqdan məhrum edib.

Sevimli mürəbbənin 5 FAYDASI

Soyuq üsulla (qaynatmadan) bişirilmiş moruq mürəbbəsi çox faydalı və müalicəvi məhsuldur.

Bu üsulla bişirilmiş mürəbbədə moruğun bütün faydalı xüsusiyyətləri saxlanılır.   

Sağlamolun.az sizə sevimli mürəbbənin şəfaverici xüsusiyyətlərini təqdim edir:

1. Moruq mürəbbəsi fitonsidlərlə zəngindin. Bu maddələr təbii antibotiklər sayılır və məhz fitonsidlər mürəbbəyə heyranedici qoxudan əlavə mikrob və virus əleyhinə təsir bəxş edir. Bu səbəbdən moruq mürəbbəsi soyuqdəymə, qripp, angina zamanı çox faydalıdır.

2. Moruq mürəbbəsində asetilsalisil turşusuna (aspirin tərkibində olan turşu) oxşar maddələr var ki, bu maddələrə görə moruq mürəbbəsi yüksək hərarəti aşağı salmaq xüsusiyyətə malikdir.

3. Moruq mürəbbəsi ellaq turşusu ilə zəngindir. Bu turşu orqanizmə xərçəng əleyhinə təsir edir.

4. Moruq mürəbbəsinin tərkibində olan fitosterinlər aterosklerozun qarşısını alır, kumarinlər isə qanı duruldur, damarlarda trombların əmələ gəlməsinin riskini azaldır.

5. Moruq mürəbbəsi immun sistemini möhkəmləndirir, vitamin çatışmazlığının qarşısını alır.

Cücərmiş kartof ziyanlıdırmı?

Kartofun rəng dəyişdirərək, cücərməsini əlbəttə hamımız görmüşük. Bəs bu kartofun qabığındakı cücərmə hansı səbəbə baş verir?

Dalga tv bildirir ki, günəş altında və ya yüksək rütubətə malik şəraitdə uzun müddət saxlanılan kartofların rəngi sarıdan yaşıl rəngə çevrilir. Bu göyərmə kartofda, bütün yaşıl bitkilərdə olan xlorofilin artdığını göstərir.

Kartof qabıqlarının bəzi hissələrində görülən yaşıl rənglər əslində normaldır, bitkilərdə xlorofilə görə bu cür ləkələr yarana bilər. Ancaq məsələ kartof olduğu üçün solanin maddəsi işə başlayır.

Bir qismi və ya hamısı yaşıl rəngə bürünmüş kartoflar, solanin maddəsi səbəbilə zəhərlənmə təsiri verə bilər. Kartofda yaşıl rəngin sıxlığı artdıqca zəhərlənmə riski də artır. Kartofun yaşıl rəngli hissələrində olan solanin maddəsinin yaranması əvvəlcə qabıqdan başlayır. Müəyyən müddətdən sonra dərinə doğru irəliləyərək, kartofun hamısını əhatə edir.

Gürcüstan paytaxtının azərbaycanlı fəxri vətəndaşları - ARAŞDIRMA

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin fəxri vətəndaşı adını daşıyan yerli vətəndaşlarla yanaşı, xarici ölkə vətəndaşları da var. Bu fəxri ad müxtəlif sahələrdə fəaliyyət göstərən Gürcüstan vətəndaşlarına ölkə qarşısında xüsusi xidmətlər, ölkənin rifahı naminə davamlı fəaliyyət və yüksək peşəkarlığa görə verilir. Xarici ölkə vətəndaşları isə bu ada Gürcüstan və Tbilisi qarşısında xüsusi xidmətlərə görə layiq görülür. “Tbilisinin fəxri vətəndaşı” adını daşıyan vətəndaşlara diplomla yanaşı, şəhərin simvolik açarı da təqdim olunur. 

“Tbilisinin fəxri vətəndaşı” adının verilməsi ənənəsinin əsası 1979-cu ilin oktyabrında “Tbilisoba” şəhər bayramının ilk dəfə qeyd olunduğu gün qoyulub. 1988-ci ildən 1995-ci ilə qədər bu bayram qeyd olunmadığına görə “Fəxri vətəndaş” adının verilməsi ənənəsi də dayandırılıb. Lakin 1995-ci ildə “Tbilisoba” bayramının təntənəli keçirilməsi bərpa olunur və fəxri adın verilməsi də bayramın tərkib hissəsi kimi davam etdirilir.

APA-nın Gürcüstan bürosunun araşdırmasına görə, Tbilisinin fəxri vətəndaşları arasında 5 azərbaycanlı da var. Onların həyat və fəaliyyətləri barədə məlumatlar Tbilisi meriyasının 2017-ci ilin oktyabrında nəşr etdirdiyi “Tbilisinin fəxri vətəndaşları 1979-2016” adlı kitabda yer alıb.

Tbilisinin ilk azərbaycanlı fəxri vətəndaşı bu şəhərdə anadan olmuş görkəmli dirijor və bəstəkar, SSRİ xalq artisti Niyazi olub. O, bu ada 70 illik yubileyinin tamam olduğu 1982-ci ildə layiq görülüb. Gürcüstan paytaxtının ikinci azərbaycanlı fəxri vətəndaşı məşhur müğənni, SSRİ xalq artisti, Gürcüstan SSR-in də əməkdar incəsənət xadimi olmuş Rəşid Behbudovdur. Görkəmli müğənniyə doğulduğu şəhərin “Fəxri vətəndaşı” adı 1987-ci ildə verilib. Tbilisinin fəxri azərbaycanlı vətəndaşları arasında Azərbaycanın hazırkı vergilər naziri Mikayıl Cabbarov da var. O, “Tbilisinin fəxri vətəndaşı” adını 2009-cu ildə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi olarkən alıb. Azərbaycanlı iş adamı Şahin Mövsümov da Tbilisinin fəxri vətəndaşıdır. O, Gürcüstanda fəaliyyət göstərən “AS Georgia” şirkətinin təsisçisidir. Bu şirkət Tbilisidə “Dirsi” yaşayış kompleksini inşa etdirib. Ş. Mövsümov 2012-ci ildən Tbilisinin “fəxri vətəndaşı”dır. Gürcüstan paytaxtının 5-ci azərbaycanlı “fəxri vətəndaşı” Azərbaycanın xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludur. Fəxri ad ona 2015-ci ildə 70 illik yubileyi münasibətilə verilib.

Gürcüstanda keçmiş həyat yoldaşını döymüş azərbaycanlı azadlıqdan məhrum olunub

Gürcüstanın Rustavi şəhər Məhkəməsi keçmiş həyat yoldaşına qarşı zorakılığa yol vermiş azərbaycanlının işinə baxıb.
 

APA-nın yerli bürosunun Gürcüstan Baş Prokurorluğuna istinadən verdiyi xəbərə görə, H.M. adlı şəxs 2017-ci ilin oktyabrın 19-da Qardabanidə keçmiş həyat yoldaşına onun yaşadığı evin qarşısında hücum edərək fiziki güc tətbiq edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi oktyabrın 20-də Qardabani rayonunun Vaxtanq kəndində Azərbaycana qaçmağa cəhd edərkən saxlayıb. Məhkəmə azərbaycanlını ona qarşı irəli sürülmüş ittihamlar üzrə günahkar hesab edərək 10 ay müddətinə azadlıqdan məhrum edib.

FHN: Alpinistlərin axtarışları mürəkkəb relyefli dağ massivində aparılır

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 12-də davam edib.

APA-nın  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, əməliyyatda Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlərdən ibarət könüllü dəstələr iştirak ediblər.

Gün ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri aparılıb, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar davam etdirilib.

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 2700-3000 m yüksəklikdə) aparılır.

Əlavə məlumat veriləcək.

Hava kəskin soyuyacaq – XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edib.

Departamentdən Oxu.Az-a verilən məlumata görə, yanvarın 13-də axşam şimal rayonlarından başlayaraq yanvarın 17-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Metroda intihara cəhd edən şəxs xəstəxanada ölüb

Bu gün metronun “Qara Qarayev” stansiyasında özünü qatarın altına atmaq istəyən kişi 3 saylı Şəhər Klinik Xəstəxanasında ölüb.

APA-nın xəbərinə görə, həmin şəxsə tibbi yardım göstərilsə də, onu xilas etmək mümkün olmayıb.

Meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya aparılıb. 

Tbilisinin Vazeh küçəsində hotel tikintisinə qarşı etiraz aksiyası keçirilib

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Mirzə Şəfi Vazeh küçəsində hotel tikintisinə etiraz edən bir qrup vətəndaş aksiya keçirib.
 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, etirazçılar qayaların uçurularaq şəhərin qədim tarixi hissəsinin görkəminin dəyişdirilməsinin yolverilməz olduğunu bildiriblər.


Aksiya işitrakçılarından biri, Tbilisinin meri vəzifəsinə müstəqil namizəd olmuş Aleko Elisaşvili deyib ki, şəhərin unikallığı onun landşaftı və memarlığıdır. “Təcrübədə adətən kompüter qrafikasında bir layihə, tikintidən sonra isə başqa layihə görürük. Biz hoteli inşa edən tikinti şirkətinin nümayəndələri ilə görüş və layihənin bizə göstərilməsini tələb edirik”.


Vətəndaş qrupu M. Ş. Vazeh küçəsində mehmanxana tikintisi ilə bağlı müxtəlif etiraz aksiyalarını davam etdirəcəyini bildirib.
 

Qeyd edək ki, ötən ilin dekabrın 18-də adıçəkilən küçədə Tbilisi meriyasının icazəsi ilə İsrail şirkəti hotel tikintisinə başlayıb. Layihənin dəyəri 12 milyon dollar təşkil edir.

Gürcüstanda azərbaycanlı çaqqal hücumuna məruz qalıb

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun mərkəzində yerli sakin çaqqal hücumuna məruz qalıb.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, çaqqal həmin şəxsin ayaqlarını  dişləyib. 

Həmin şəxsə vaksin vurulub və o, 10 gün ərzində həkim nəzarətində olacaq.

Marneuli rayonunun İctimai sağlamlıq mərkəzindən bildirilib ki, ötən il rayonda çaqqal dişləməsi ilə bağlı 9 fakt qeydə alınıb.

Yüzlərlə azərbaycanlı Ukraynada etiraz edir

Kiyevdə Azərbaycan icmasının 150-yə yaxın üzvü Daxili İşlər Nazirliyi binası qarşısında etiraz aksiyası keçirir.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, azərbaycanlılar yerli hüquq-mühafizə orqanlarının diaspora təzyiqlər göstərən və onun nümayəndələrini oğurlayan cinayətkarlara qarşı tədbirlər görməsini tələb edir.

Mitinq iştirakçılarının sözlərinə görə, cinayətkarlar heç də güc strukturlarından qorxmur. Məlumata əsasən, Ukraynada ümumilikdə 20-dən çox azərbaycanlı oğurlanıb; onların bir neçəsi Ukraynada bizneslə məşğul olan iş adamlarıdır.

Aksiya iştirakçıları əllərində “Ukraynaya investisiya qoymaq istəyirəm, ancaq bu təhlükəlidir”, “90-cı illərə qayıdırıq”, “Biz Ukraynada quldurluğa qarşı çıxırıq. Bizim uşaqları qoruyun!”  və digər yazılı plakatlar tutub.

Qeyd etmək lazımdır ki, son zamanlar Ukraynada qətl hallarının sayı artıb; azərbaycanlılara qarşı sui-qəsdlər müşahidə olunur, onlar tez-tez qarət olunur; azərbaycanlı sahibkarların  təsərrüfat obyektlərinə hücumlar həyata keçirilir; Kiyev və Ukraynanın digər bölgələrində diaspor fəallarına inzibati qaydada təzyiqlər göstərilir.

Bu kimi hallar Ukraynada yaşayan azərbaycanlılar arasında ciddi narahatlığa səbəb olur. Bir çox ailələr itkin düşən qohumları haqqında hələ də bir xəbər ala bilməyib,  cinayətkarlar ifşa olunmayıb, heç kim cəzalandırılmayıb.

Bundan savayı, bir ay əvvəl azərbaycan əsilli Ukrayna vətəndaşı da oğurlanıb - ailəli olan həmin sahibkar barəsində heç bir məlumat yoxdur.

Ukraynada yaşayan azərbaycanlılar başda nazir Arsen Avakov olmaqla, ölkənin Daxili İşlər Nazirliyindən onların konstitusiya hüquqlarının qorunmasını, cinayətkarların ifşa olunmasını və Ukraynada quldurluğa qarşı ciddi mübarizənin aparılmasını tələb edir.

 

Saytda Axtarış

Son xəbərlər