Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1276
DünənDünən5773
Bu həftəBu həftə37992
Bu ayBu ay43780
Bu günə qədərBu günə qədər8405411

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Tbilisi məhkəməsi terrorçuluqda ittiham olunan rusiyalı barədə qərar çıxarıb

Tbilisi Şəhər Məhkəməsi terrorçuluqda şübhəli bilinən Rusiya vətəndaşına ilkin həbs cəzasının verilməsi barədə qərar qəbul edib.
 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, istintaqla müəyyən olunub ki, həmin şəxs terror təşkilatı ilə əməkdaşlıq edib. Təqsirləndirilən şəxs terrorçuluq məqsədilə odlu silah, hərbi sursat və partlayıcı maddələrin saxlanılması və daşınmasında ittiham olunur. Onu 10 ildən 17 ilədək həbs cəzası gözləyir.


Xatırladaq ki, noyabrın 22-də Tbilisidə həyata keçirilmiş antiterror əməliyyatı zamanı terrorçuluqda şübhəli bilinən 3 nəfər zərərsizləşdirilib, bir nəfər isə saxlanılıb. Əməliyyat zamanı bir xüsusi təyinatlı ölüb, ikisi yaralanıb. Gürcüstan DİN-nin 2 əməkdaşı da xəsarət alıb.

Avropadakı azərbaycanlılar Brüsseldə aksiya keçirib

Azərbaycanlılar bu gün Belçika Krallığının paytaxtı Brüsseldə, Avropa Parlamentinin binası qarşısında etiraz aksiyası keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Avropa Azərbaycanlıları Konqresinin təşkil etdiyi aksiyada 250 nəfərə yaxın şəxs iştirak edib.

Aksiyanın məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmaması ilə bağlı Avropada yaşayan azərbaycanlıların narahatlığını Avropa parlamentarilərinin diqqətinə çatdırmaqdır.

Əllərində Azərbaycan bayraqları tutan mitinq iştirakçıları münaqişə nəticəsində azərbaycanlılara qarşı törədilmiş soyqırımı və terror aktları, bir milyondan çox soydaşımızn məcburi köçkünə çevrilməsi, Azərbaycan torpaqlarının 20 faizinin işğaldan azad edilməsi ilə bağlı şüarlar səsləndirib.

Mitinq iştirakçıları prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın regionda müstəqil siyasət yürütdüyünü vurğulayıblar.

İki saat davam edən aksiyanın sonunda Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün Avropa İttifaqının, ümumiyyətlə bütün dünya birliyinin bu problemə ədalətli qiymət verməsini tələb edən bəyanat qəbul edilib.

Bəyanatda Ermənistanın təcavüzkar siyasətinin regionda sülhə və sabitliyə təhlükə yaratdığı, on minlərlə insanın qətlə yetirilməsinə səbəb olduğu vurğulanır. Avropada yaşayan Azərbaycan diaspor təşkilatlarının nümayəndələri Ermənistanın, habelə erməni diasporu və lobbisinin etnik düşmənçilik, millətlərarası ədavət, kin və nifrət təlqin edən fəaliyyətindən dərin narahatlığını ifadə edir və dünya dövlətlərini bu cür təşəbbüslərə qarşı adekvat addımlar atmağa çağırıb. Bəyanatda həmçinin Ermənistanın Azərbaycana təcavüzü, Xocalı soyqırımı barədə faktlar diqqətə çatdırılır və dünya dövlətlərindən "Böyük Ermənistan" xülyasının nəticəsi kimi meydana çıxan, bölgədə təhlükəsizlik üçün böyük təhdidə çevrilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək vermək, Ermənistanın terrorçu və təcavüzkar siyasətinə son qoymaq üçün səy göstərmək tələb olunur.

Qeyd edək ki, aksiyada Avropada fəaliyyət göstərən bir çox Azərbaycan diaspor təşkilatlarının nümayəndələri iştirak edib.

Tbilisidə azərbaycanlı uşaqlar üçün xeyriyyə tədbiri keçirilib

Gürcüstanın paytaxtı Tbilisi şəhərində azərbaycanlı uşaqlar üçün xeyriyyə tədbiri keçirilib.

APA-nın yerli bürosunun məlumatına əsasən, uşaq əyləncə mərkəzində baş tutmuş tədbir Gürcüstanın Marneuli, Bolnisi və Dmanisi rayonlarından olan valideyn himayəsindən məhrum olmuş, əlil və imkansız ailələrin uşaqlarına həsr olunub. 

Tədbir Azərbaycanın Gürcüstandakı səfirliyi və Gürcüstanda Azərbaycanlı İş Adamlarının Birliyinin (AZEBİ) təşkilatı dəstəyi ilə baş tutub.

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin iştirakı ilə təşkil olunmuş tədbirdə uşaqlar üçün əyləncəli oyunlar, nahar təşkil olunub və hər birinə hədiyyə təqdim edilib.

Xeyriyyə tədbirinə əslən Bakıdan olan Ukraynanın tanınmış aktyoru Oleq Savkin də dəstək olub.

Tədbirə Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri də qatılıb.

Ağdamda partlayış: Yaralılar var

Ağdamda sobanı kimyəvi məhlulla yandırmaq istəyən qadın və ailə üzvü xəsarət alıb.

Dalga tv APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Eyvazlı kəndində baş verib.

23 yaşlı Xəlilova Türkan Akif qızı odun sobasını kimyəvi məhlulla yandırmaq istəyərkən ani partlayış baş verib.

Alovun T. Xəlilovanı bürüdüyünü görən ailə üzvü Əfsanə Əhmədova odu söndürməyə nail olsa da, özü də yanıq xəsarəti alıb.

Onların hər ikisi təcili yardım maşını ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Gürcüstan DTX: Tbilisidə antiterror əməliyyatı zamanı 3 nəfər zərərsizləşdirilib

Tbilisidə həyata keçirilmiş antiterror əməliyyatı zamanı terrorçuluqda şübhəli bilinən 3 nəfər zərərsizləşdirilib, bir nəfər saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat katibi Nino Giorqobiani keçirdiyi brifinqdə deyib.

O bildirib ki, əməliyyat zamanı bir xüsusi təyinatlı ölüb, ikisi isə yaralanıb.

N.Giorqobianinin sözlərinə görə, əməliyyat zamanı saxlanılan və zərərsizləşdirilmiş şəxslər Gürcüstan vətəndaşları deyil: “Kriminal qrup üzvlərinin kimliyinin müəyyən olunması üçün beynəlxalq antiterror əməkdaşlıq çərçivəsində müvafiq tədbirlər həyata keçirilir”.

Almanın növbəti FAYDASI aşkar olunub

Onurğa sütunu ilə problemləri olan insanlar mütləq alma yeməlidir.

Rusiyanın Zdorovye jurnalı xəbər verir ki, almanın tərkibində olan bəzi spesifik maddələr sümük toxumasını möhkəm və sağlam edir, onurğanı degenerativ proseslərdən qoruyur, osteoporozun qarşısını alır.

Alimlər aşkar ediblər ki, almanın tərkibində olan antioksidantlar osteoklast hüceyrələrin mənfi təsirini azaldır. Osteoklast hüceyrələri sümük toxumasının dağılmasını sürətləndirir. Bu hüceyrələr çoxdursa sümük toxuması bərpa olunmağa çatdırmır ki, zəifləməyə başlayır.

Likopin, flavonoidlər və resveratrolla zəngin olan meyvə və tərəvəzlər də sümük toxumasını daha möhkəm edir. Bu məhsullar arasında: pomidor, balqabaq, bibər, kök, üzüm, qırmızı şərab (gündə 1 bokaldan çox olmayaraq), sitrus meyvələri, qoz-fındıq və s.

Bundan əlavə kalsiumla zəngin olan süd məhsulları da sümüklər üçün faydalıdır.

Osteoporoz xəstəliyi zamanı sümüklərin mineral sıxlığı azalır ki, bu da sümük və onurğa sütunu xəstəliklərinə, müxtəlif travmaların riskinin artmasına səbəb olur. Statistikaya görə, dünyada orta hesabla 50 yaşdan sonra hər ikinci qadın və hər beşinci kişi osteoporozdan əziyyət çəkir.

Min bir dərdin dərmanı — Çayın bilmədiyimiz 12 FAYDASI

Çay içmək azərbaycanlıların gündəlik həyatının ayrılmaz bir hissəsinə çevrilib.

Bəs görəsən çay sağlamlığa necə təsir edir? Dalga tv bu gün oxucularına içilən çayın faydalarından bəhs edəcək.

Səhərlər yuxudan oyananda bir çoxumuzun əsas işi mətbəxə gedib çay dəmləməkdir. Evimizə qonaq gələndə də ilk işimiz çay dəmləməkdir. Günün müxtəlif saatlarında da çay içirik.

Çayın faydaları bunlardır:
1.Daha yaxşı çalışan ürək: 2009-cu ildə aparılan tədqiqatlara əsasən, gün ərzində 3-4 fincan çay içən şəxslərdə ürək fəaliyyəti daha az çay içənlərə  nisbətən 21% daha yaxşıdır. Harvard univestitetində aparılan araşdırma isə çay içməyin infarktı 44% azaltdığını məlum edib. Xolesterolu isə 11% azalır.

2.Xərçəngə qarşı qoruyucu: Çay içəndə qəbul edilən polifenol və kateşinlər bəzi xərçəng növlərinin yaranmasının qarşısını alır. Məsələn, gündə 2-3 fincan çay içən qadınlarda döş və yumurtalıq xərçəngi riski daha azdır. Bundan başqa ağciyər xərçənginə qarşı da effektivdir.

3.Sağlam sümüklər: Çayın tərkibindəki fitokimyəvi maddələr müntəzəm olaraq güclü sümükləri dəstəkləyir, sümüyün qalınlığına təsir edir, osteoporoz və artrit riskini azaldır.

4.Diabet riskini azaldır: Müntəzəm olaraq çay içən insanlarda diabet riski azalır.

5.Ağız sağlamlığı: Çay dişlərin çürüməsinə səbəb olan bakteriyaların inkişafını əngəlləyir. Çayın tərkibində olan polifenollar ağız boşluğunda olan və yapışqanlıq dadına səbəb olan maddələrin inkişafının da qarşısını alır.

6.Piyləri əridir: Əsasən də qarın nahiyəsindəki yağlanmanı azaldır, piyin yandırılmasını dəstəkləyir.

7.Antioksidantlar:Tərkibində polifenol miqdarı yüksək olan çay DNK zədələnməsinin qarşısını alır. Limon əlavə edilərək içilən çay antioksidant miqdarını artırır.

8.Stresi azaldır: Çayın tərkibində olan "L-theanine" rahatlayıcı və uzun müddət yaxşı müvazinəti dəstəklədiyi tədqiqat nəticəsində məlum olub. Gün ərzində 2-3 fincan çay içən insanlarda stres hormonu və kortizolun səviyyəsi azalır.

9.Güclü immunitet sistemi:  Çayın tərkibində olan alkylamine maddəsi immunitet sistemini gücləndirir. Çay viruslara qarşı mübarizə aparır. Bu isə immunitet sistemi üçün qoruyucu qalxan rolunu oynayır.

10.Həzm sisteminə müsbət təsir edir: Çay mədə və bağırsaq xəstəliklərinə müsbət təsir edir və həzm sisteminin aktivliyinin azalmasına səbəb olur.

11.Enerji artırır: Çayın tərkibində kafeinin miqdarı az olduğu üçün qan dövranına müsbət təsir edir, beyin funksiyalarını gücləndirir. Bundan başqa metabolizm və nəfəsalma sistemi, qəlb və böyrəklərə də təsir edir.

12.Xoşbəxtlik faktoru: Qaydalara uyğun yığılan və qurudulan çayı dəmləyəndə insana xoşbəxtlik hissi bəxş edir. Belə çay orqanizmin bütün funksiyalarını qoruyur.

Azərbaycanda xəstəxanada FACİƏ: əkizlər öldü, ana komaya düşdü

Abşeronda xəstəxanada doğuş zamanı əkizlər ölüb, ana komaya düşüb

Dalga tv Sonxeber.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Belə ki, xəstəxananın doğum şöbəsində Aytac adlı qadın qeysəriyyə yolu ilə doğuş edən zaman əkizlər dünyasını dəyişib. Nəticədə qadın komaya düşüb.

"Report"un çəkiliş qrupu hadisənin baş verdiyi xəstəxanada olub. Lakin xəstəxananın növbətçi həkimi sullara cavab vermək əvəzinə, qapını bağlayaraq, çəkiliş qrupunu uzaqlaşdırmağa çalışıb.

Dünyasını dəyişən əkizlər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda faciə: Bir gündə 8 nəfər öldü

Bazar günü Azərbaycanda baş vermiş yol qəzalarında 8 nəfər ölüb.

Dalga tv  Lent.az-a istinadən xəbər verir ki, dünən ölkədə ümumilikdə 14 ağır yol qəzası baş verib. Bu  qəzalar nəticəsində daha 23 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Dünən Siyəzəndə “Mercedes” markalı minik avtomobilinin işıq dirəyinə çırpılması nəticəsində ər və arvadı ölüb. Ağstafada avtomobil 8 yaşlı oğlanı vurub. Göygöl, İmişli, Qazax və Sabirabadda avtomobillərin toqquşması ölümlə nəticələnib. Yevlaxda isə 65 yaşlı piyada “Toyota”nın altında qalaraq ölüb.

Hər bir faktla bağlı araşdırma aparılır.

Bakıda zavodda partlayış: Ölən və xəsarət alan var

Bu gün Bakının Qaradağ rayonunda baş vermiş partlayışda ölən şəxsin kimliyi müəyyənləşib.

Dalga tv Lent.az-a istinadən xəbər verir ki, Lökbatan qəsəbəsi yaxınlığında (qəbiristanlığın kənarında) yerləşən alüminium məhsulları müəssisəsindəki partlayışda ölən şəxsin oranın işçisi Məmmədov Bəhmən Heydər oğlu olması dəqiqləşib. Onun meyiti morqa aparılıb və daha sonra ailəsinə təhvil veriləcək.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir və araşdırmalar davam etdirilir.

Noyabrın sonunadək dəhşətli hadisələr olacaq - İddia

23 sentyabr və 31 oktyabr tarixlərindən sonra bu dəfə də "X Nibiru" planetinin 19 noyabr 2017-ci il tarixdə qiyamətə səbəb olacağı ilə bağlı iddialar irəli sürülüb.

Dalga tv qaynarinfo.az-a istinadən xəbər verir ki, müzakirələri hələ də bitməyən gizli planet "X Nibiru" haqqında yayılan yeni iddialara görə dünyaya yaxınlaşmaqda olan planet yer kürəsində bir sıra zəlzələ ocaqlarını da hərəkətə keçirəcək.

Bildirilir ki, "X Nibiru" planeti Günəşin ətrafında tam dövrəsini 3600 ilə tamamlayır.

Yazıçı Terral Kroftun irəli sürdüyü nəzəriyyəyə görə, noyabrın son 2 həftəsində seysmik fəaliyyətlər pik həddə çatacaq.

Planetxnews üçün xəbər hazırlayan və daha öncə 23 sentyabr 2017-ci il tarixdə qiyamətin olacağı iddiasını irəli sürən Devid Miid isə əslində bunun qiyamət yox, sonun başlanğıcı olduğunu demək istədiyini bildirib.

Qeyd edək ki, NASA "X Nibiru" haqqındakı nəzəriyyələrin yalan olduğunu açıqlasa da, bu haqda fərziyyələr hələ də davam etməkdədir.

Şamaxıda içərisində ailənin 3 üzvü olan avtomobil dərəyə aşdı

Zərbənin təsiri nəticəsində sürücünün gözləri çıxıb.

Şamaxı rayonunda 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Dalga tv APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 17:30 radələrində Şamaxı-Qızmeydan yolunda qeydə alınıb.

Göyçay rayon sakini 1974-cü il təvəllüdlü Ocaqzadə Rəhim Vahid oğlu 10-ZP-606 dövlət nömrə nişanlı “Peugeot” markalı minik avtomobili ilə hərəkətdə olarkən Qızmeydan kəndinin giriş hissəsindəki döngəli yolda idarəetməni itirib və avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Hadisə nəticəsində sürücü Rahim Ocaqzadə və sərnişinləri - Bakı şəhər sakinləri 1988-ci il təvəllüdlü Fərəcov Bayram Zakir oğlu, həyat yoldaşı 1989-cu il təvəllüdlü Fərəcova Fəridə Məhərrəm qızı və onların azyaşlı övladı, 2013-cü il təvəllüdlü Fərəcov Nihat Bayram oğlu ağır bədən xəsarətləri aldıqları üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə və reanimasiya şöbələrinə yerləşdirilib. Zərbənin təsiri nəticəsində sürücünün gözlərinin çıxdığı, nəticədə görmə qabiliyyətini itirdiyi bildirilir. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Saytda Axtarış

Son xəbərlər