Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1279
DünənDünən5773
Bu həftəBu həftə37995
Bu ayBu ay43783
Bu günə qədərBu günə qədər8405414

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Bakıda soyğunçuluq edən paytaxt sakini və Gürcüstan vətəndaşı saxlanılıb

Bakıda soyğunçuluq edən Azərbaycan və Gürcüstan vətəndaşları saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 5-də paytaxtın Nizami rayonu ərazisində yerləşən bazarda iki naməlum şəxs Bakı şəhər sakini Vahid Əliyevin içərisində 86 manat və bankomat kartı olan pulqabısını soyğunçuluq yolu ilə alıb. 

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Nika Kaxaberidze və Gürcüstan vətəndaşı Levan Silaqava tutulub.

Gürcüstan Patriarxlığı: Erməni Apostol kilsəsi Kumurdo kilsəsinə iddiasının olmadığını bildirib

Gürcüstan Patriarxlığı sentyabrın 30-da Samtsxe-Cavaxeti bölgəsinin Kumurdo kəndində kilsə ərazisində yerli erməni sakinlərin iştirakı ilə baş vermiş insidentlə bağlı bəyanat yayıb.

APA-nın yerli bürosunun məlumatına əsasən, insidentlə bağlı bu gün Patriarxlıqda müvafiq dövlət qurumları, gürcü Ortodoks kilsəsi və erməni Apostol kilsəsinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Bəyanatda bildirilib ki, Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi 2015-ci ildən etibarən Kumurdo kəndində X əsrə aid kilsədə bərpa işləri aparır. “Kilsə ərazisində arxeoloji qazıntılar zamanı bir sıra artefaktlarla yanaşı qəbirlər və insan qalıqları aşkar olunub.

Həmin insan qalıqları müvəqqəti olaraq müəyyən yerdə yerləşdirilib və yerli əhali razılıq olmadan həmin yerdə erməni xaçı – xaçkar quraşdırmaq istəyib”.

Patriarxlıq bəyanatda qeyd edib ki, kilsənin mənşəyi barədə dezinformasiyalar yaranıb: “Erməni Apostol kilsəsi Kumurdo kilsəsinə iddiasının olmadığını təsdiq edib. Kilsə dini abidənin Gürcüstana məxsus olduğunu hesab edir”.

  

Patriarxlıq Kumurdo kilsəsi ilə bağlı hər hansı bir zorakılıq və təxribatın qəbuledilməz olduğunu bildirib.

Qeyd edək ki, kilsə ərazisində baş vermiş insident zamanı yerli sakinlər və polis əməkdaşları arasında qarşıdurma yaranıb. Gürcüstanın Daxili İşlər Nazirliyi insidentlə bağlı istintaq aparır.

Böyrəklərdə daşlar yığılmasın deyə... 7 MƏSLƏHƏT

alt

Böyrək daşı xəstəliyi çox yayılmış problemdir. Daşlar böyrəklərdə, sidik kisəsində, sidik yollarında, sidik axarında ola bilər.

Daşlar ciddi böyrək xəstəliklərinin inkişafına, böyrək çatışmazlığına, çox ağrılı tutmalara, hətta sepsisə səbəb ola bilər. Kişilərdə bu pozulmaya qadınlarla müqayisədə daha tez-tez təsadüf edilir.

Börək daşı xəstəliyinin ən yayılmış simptomu bel və qarın nahiyəsində çox güclü kəskin ağrılardır. Bundan əlavə sidikdə qan, ürəkbulanması, qusma, üşümə, hərarətin artması, sidiyin bulanıq olması, sidiyin iyinin dəyişilməsi də bu xəstəliyin simptomlarındandır.

Böyrək daşı xəstəliyinin qarşısını almaq üçün sizə mütəxəssislərin qidalanma və mayenin qəbulu ilə bağlı olan 7 çox sadə məsləhətini təqdim edirik.

1. Su için!

Böyrəklərdə daşlarn əmələ gəlməsinin əsas səbəbi susuzlaşmadır. Mütəxəssislər gün ərzində 8 stəkandan az olamyaraq təmiz su içməyi tövsiyə edirlər.

2. Daha az duz istehlak edin!

Duz susuzlaşmanın əsas səbəbidir. Alimlər sağlam olmaq üçün duzun qəbulunu minimuma çatdırmağı tövsiyə edirlər. Nəzərə almaq lazımdır ki, bir çox hazır məhsulların tərkibində (kolbasa, sosis, hisə verimiş məhsullar, çipsi, konservlər, hətta şirniyyatlar) çoxlu miqdarda duz var.

3. Turşəng turşusu ilə zəngin məhsullardan sui-istifadə etməyin!

Bu turşu böyrək daşlarının əmələ gəlməsinə səbəb olur. Turşəng turşusu ilə zəngin olan məhsullar: qreypfrut, qızardılmış kartof, ispanaq, keşyu, araxıs, turşəng, çuğundur, kərəviz, pomidor, badımcan, bolqar bibəri.

4. Artıq çəkidən azad olun!

Artıq çəki və piylənmə mübadilə proseslərinin pozulmasına və bununla bağlı olan müxtəlif xəstəliklərin, o cümlədən böyrəklərdə daşların əmələ gəlməsinin riskini xeyli artırır.

Lakin pəhriz saxlamaq qərarı vermisinizsə, buna savadlı şəkildə başlayın. Bəzi pəhrizlərin əsasında zülallarla zəngin olan qidalar durur. Belə pəhrizlər həqiqətən çəkinin azalmasına kömək etsə də, böyrəklər ciddi şəkildə yüklənir və böyrəklərdə daşların əmələ gəlməsinin riksi də artır.

5. Qəhvə, çay və şirin qazlı içkilərin istehlakını azaldın!

Bu içkilərin tərkibində olan kofein susuzlaşmaya səbəb olur ki, nəticədə böyrək daşı xəstəliyi inkişaf edə bilər.

6. Tərkibində sitratlar olan məhsulların istehlakını artırın!

Sitratlar (limon turşusunun duzları) böyrəklərdə daşların əmələ gəlməsinin riskini azaldır. Bu məhsullar arasında: limon, laym, portağal, ananas, giləmeyvələr.

7. Sidiyin turşuluğunu artıran məhsulların istehlakını azaldın!

Sidiyin turşuluğunun artması böyrək daşlarının əmələ gəlməsinin əsas səbəblərindən biridir. Sidiyin turşuluğunu azaltmaq üçün ilk növbədə zülallarla zəngin olan məhsulların istehlakını azaldın.

Sidiyin turşuluğunu artıran məhsullar arasında: qırmızı ət, bir çox pendir növləri, yumurta.

Qırmızı soğanın 10 FAYDASI

Qırmızı soğan ən faydalı soğan sortu sayılır. Sizə qırmızı soğanın 10 faydasını təqdim edirik.

1. Antosian maddələri ilə zəngin olan qırmızı soğan damarların divarlarını möhkəmləndirir və bununla da ürək-damar sistemi xəstəliklərinin riskini azaldır.

2. Xolesterolu aşağı salır.

3. Həzmi yaxşılaşdırır, arıqlamağa kömək edir.

4. Qanın tərkibini yaxşılaşdırır, qanazlığı zamanı faydalıdır.

5. Qanı duruldur, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.

6. Qan təzyiqini və qanda şəkəri aşağı salmaq təsirinə malikdir.

7. Qurdları öldürür.

8. İmmuniteti gücləndirir, mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabı azaldır.

9. Xərçəng əleyhinə təsir edir.

10. Boğaz iltihabı, öskürək, bronxit zamanı ən yaxşı dərmanı soğan suyunun bala qarışdırılaraq yeyilməsidir. Gündə 3 xörək qaşığı yeyilməlidir.

Gürcüstanda ermənilərlə polis əlbəyaxa olub, hadisə yerinə xüsusi təyinatlılar cəlb olunub

Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsinin Kumudro kəndinin sakinləri hüquq-mühafizə orqanları ilə əlbyaxa olublar.

APA-nın Gürcüstan bürosunun verdiyi xəbərə görə, sakinlər kənd kilsəsinin həyətində və qəbirlərin üzərində daşdan xaç quraşdırmaq istəyiblər, lakin müvafiq əmrə istinadən edən polis onların əraziyə keçməsinə icazə verməyib. Bu isə sakinlərin qəzəblənməsinə səbəb olub. Nəticədə mübahisə əlbəyaxa davaya keçib. Bu səbəbdən əraziyə xüsusi təyinatlılar cəlb olunub.

Hadisə yerinə dərhal daxili işlər naziri Georgi Mqebrişvili yollanıb. Nazir artıq sakinlərlə görüşüb, ardınca yaralılara baş çəkib. Yaralananlar arasında polis nəfərləri də var.

Qeyd edək ki, adıçəkilən kənddə ermənilər sıx məskunlaşıb.

Kilsə isə Gürcüstanın mədəni irsi hesab olunur.

Hazırda xaçın quraşdırılmasına icazənin verilməsi üçün danışıqlar aparılır.

Öskürəyi yox edən ucuz və faydalı bitki çayı

Artıq havaların soyuması ilə bir çoxlarımızda müəyyən narahatlıqlar yaranır, xəstələnmə halları baş verir. Xüsusilə də öskürəyə uşaqlar və böyüklər arasında çox rast gəlinir. Bundan qurtulmaq üçünsə dərmandan daha çox təbii müalicə üsullarından yararlanmağa çalışırıq. Təbii müalicə üsulları arasında ən çox yayılanı bitki çaylarıdır. Oxu.az ailen.az-a istinadən sizə belə çaylardan birinin – gülxətmi çayının faydaları və hazırlanması ilə bağlı məlumat verir. 

Gülxətmi çayı xüsusilə həzm sistemi üçün çox faydalıdır. Eyni zamanda şiddətli  öskürəyin qarşısını almaqda əvəzedilməzdir. O, ağciyərlərə yığılan bəlğəmin təmizlənməsini çox asanlaşdırır.

Gülxətmi bitkisinin faydalı xüsusiyyətləri antik çağlardan bəri bir çox xalqlar tərəfindən bilinir. Bu bitki ciddi boğaz xəstəliklərinin müalicəsində sıx-sıx istifadə edilir. Məsələn, asiyalılar gülxətmi bitkisini tərəvəz bağçalarında əkir və ondan müxtəlif yeməklər hazırlayırlar. Gülxətminin istehlakı immunitet sistemini gücləndirir və gözlərin sağlamlığına müsbət təsir edir. Gülxətmi bitkisindən hazırlanan dərmanlar sakitləşdirici, nəmləndirici, iltihab önləyici, qoruyucu təsirə malikdir.

Alternativ tibdə gülxətmi əsrlərdir nəfəs yolları xəstəlikləri, yanıq, şişkinlik, dəri iltihabı, qəbizlik kimi xəstəliklərin müalicəsində istifadə edilib. Həmçinin yüngül zəhərlənmə hallarında və toksinlərin orqanizmdən atılmasında bitkinin yaşıl hissələrini qaynadaraq  alınan su içilir.

Gülxətmi çayının faydaları:

- Öskürəyi yumşaldır

- Arıqladır

- Dərini rahatladır

- Hüceyrələri təzələyir

- Köpün qarşısını alır

- Mədə qıcqırması və gəyirməni aradan götürür

- Mədə ağrısını azaldır

- Qaraciyərin funksiyasını yaxşılaşdırır

Gülxətmi çayı necə hazırlanır?

Bu çay bitkinin qurudulmuş çiçəklərindən hazırlanır. 1 litr qaynar suyun içinə 2 yemək qaşığı çiçəyi töküb dəmləyin. Dəmlənməsi üçün bir dəsmala büküb 20 dəqiqə gözləyin. Sonra stəkanın yarısına qədər bu dəmləmədən süzün, digər hissəsini su ilə doldurun. Çayı istəyə görə bal və şəkərlə dadlandıra bilərsiniz. Normal çay kimi gündə 2-3 dəfə, istədiyiniz vaxt içə bilərsiniz.

Zərərləri və əlavə təsirləri varmı?

Bu çayın heç bir əlavə təsiri və zərəri yoxdur. Sadəcə bu bitkiyə xüsusi allergiyası olanlar və hamilələr çaydan diqqətli istifadə etsələr, daha məsləhətli olar.

 

İmmuniteti möhkəmləndirən 5 ən sınanmış vasitə

Havalar soyuduqca immun sisteminin möhkəmləndirilməsi olduqca aktual məsələyə çevrilir.

Bəzi çox sadə vasitələr bizə immuniteti yüksək səviyyədə saxlamağa, soyuqdəymə və qripp xəstəliklərinə tutulmamağa və ya bu xəstəlikləri daha asan keçirməyə kömək edə bilər.

Dalga tv Sağlamolun.az-a istinadən ən sınanmış vasitələri təqdim edir:

1. Arıçılıq məhsulları (bal, bərəmum, arı südü və s.). Bütün bu məhsullar immun sitemini çox yaxşı möhkəmləndirir və stimullaşdırır.

2. Süd məhsulları. Bağırsaqların mikroflorasının vəziyyəti immun siteminin səviyyəsi ilə sıx bağlıdır. Bağırsaq problemləri (ishal, qəbizlik, disbakterioz və s.) olan insanda immunitet aşağı səviyyədə olur. Bu səbəbdən bağırsaqların normal fəaliyyətini təmin etmək olduqca vacibdir. Bu işdə ən yaxşı köməkçimiz süd məhsullarıdır.

3. Exinaseya bitkisi. Bu bitkinin immun sistemini möhkəmləndirmək xüsusiyyətləri tibdə öz təsdiqini tapıb. Bu səbəbdən exinaseya immuniteti möhkəmləndirmək üçün olan çoxsaylı vasitələrin (damcılar, həblər və s.) tərkibinə daxil edilir.

4. Zəncəfil. Bu möcüzəli bitki də immun sistemini effektli şəkildə stimullaşdırır.

5. Aloe vera. Bu biki və onun şirəsi tibdə güclü immunostimulyator kimi tanınır və həm ənənəvi, həm də xalq təbabətində geniş istifadə olunur.

Dünyanın ən bahalı brendinin adı açıqlandı

“Apple” şirkəti ardıcıl beşinci dəfə dünyanın ən bahalı brendi seçilib.

Oxu.Az xəbər verir ki,  “Apple” brendinin dəyəri ötən il ərzində 3 faiz artaraq, 184,1 milyard dollar təşkil edib.

Reytinqdə ikinci yeri brendi 141,7 milyard dollar (il ərzində 6 faiz artım) qiymətləndirilən “Google” şirkəti, üçüncünü isə “Microsoft” korporasiyası (79,99 milyard dollar, 10 faiz artım) tutub.

“Coca-Cola” brendinin dəyərinin 5 faiz azalaraq, 69,73 milyard dollar təşkil etməsi nəticəsində şirkət üçüncü yerdən dördüncü pilləyə düşüb. 

Gürcüstanda neft çənlərinin yerləşdiyi ərazidə güclü yanğın baş verib

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda güclü yanğın olub.

APA-nın yerli bürosunun məlumatına əsasən, hadisə rayonun Candar massivi ərazisində yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğına neft çənlərində baş vermiş partlayış səbəb olub.

Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Sarımsağı balla qarışdırıb yesəniz... - MÖCÜZƏVİ QARIŞIM

Sarımsaq bal ilə qarışdırıldıqda sağlamlıq üçün faydalı bir hala gəlir. Ancaq ballı sarımsağın təsirinin görülməsi üçün bir həftə boyunca hər gün istifadə edilməsi məsləhət görülür.

Ailem.az sarımsaqlı balın faydalarını təqdim edir.

Sarımsaq təkbaşına təbii antibiotik təsir göstərdiyindən sağlamlıq üçün olduqca faydalı bir qidadır. Ancaq mütəxəssislər sarımsağın əzildikdə daha faydalı olduğunu irəli sürürlər. Çünki tərkibindəki alicin maddəsi sarımsaq əzildiyi zaman və balla qarışdırıldığında təsirini çoxaldır.

Xərçəngin qarşısını alır

Balla sarımsaq qarışımı xərçəngin qarşısını alır. Eyni zamanda xərçəngə yol aça biləcək xəstəliklərə qarşı faydalı olduğu bildirilir. Siqaretin yaratdığı mənfi təsirləri azaldır.
Sarımsaqlı bal sağlam bir qaraciyərə və qan dövranına səbəb olur. Həmçinin zamanla bədəndə yığılan toksinləri də yox edir.

Xolesterolu salır

Xolesterol səviyyəsini azaltmağa və həzm sistemini gücləndirməyə kömək edir.

Böyrək daşı müalicəsi

Böyrək, öd daşlarını salır və əridir. Sidikqovucu xüsusiyyəti var. Bədəndə yaranan şişi aradan götürür.

Revmatizmə faydalıdır

Bütün revmatizm ağrılarının və iltihabın qarşısını alır.

Necə hazırlanır?

2-3 diş sarımsağı kiçik-kiçik doğrayın. Bir qaşıq bal ilə qarışdırın. 15 dəqiqə gözləyin, sonra yeyin. Bu qarışımı bir həftə ərzində hər gün ac qarına qəbul edin. Həftə içərisində enerjinizin artdığını, sağlamlığınızın yaxşıya doğru irəlilədiyini hiss edəcəksiniz.

SON DƏQİQƏ!Bakının məşhur prospektində YANĞIN! Bütün işçilər təxliyyə olundu

Bakıda BP şirkətinin ofisində tüstülənmə olub.

Məlumatına görə, hadisə şirkətin paytaxtın Neftçilər prospekti 153 ünvanında yerləşən ofisində baş verib.

Şirkətin binasının birinci mərtəbəsindəki idman zalında naqillərdə qısaqapanma olub. Qısaqapanma ilə əlaqədar şirkətin binada olan bütün işçiləri təxliyə edilib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən briqadası cəlb edilib və qısaqapanmanın yanğına keçməsinin qarşısı alınıb.

BP şirkətindən Trend-ə bildiriblər ki, hadisənin qarşısı tam alınıb və naqillərdəki problem aradan qaldırılıb. Hazırda binada iş davam edir.(trend)

Azərbaycan Gürcüstandakı meşə yanğınının söndürülməsi üçün helikopter göndərib

Gürcüstan hökumətinin müraciətinə əsasən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsində baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.

Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, sentyabrın 23-də Fövqəladə Hallar Nazirliyinin Aviasiya  dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş "Ka-32A" helikopteri havaya qalxaraq Gürcüstan istiqamətində yola düşüb.

Saytda Axtarış

Son xəbərlər