Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1641
DünənDünən5773
Bu həftəBu həftə38357
Bu ayBu ay44145
Bu günə qədərBu günə qədər8405776

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Ürək və sinirlərin dostu MANDARİN. Faydaları

Mandarinin vətəni Çindir. Çində yüksək rütbəli məmurlara "mandarin" deyilirdi . Meyvə o zamanlar bahalı idi və onu yalnız məmurlar, yəni mandarinlər yeyə bilirdi.

O vaxtdan meyvəyə də "mandarin" adı verilib.

Mandarin ən sevilən və faydalı meyvələrdən biridir. Hətta mandarinin qoxusu insan sağlamlığına və əhvalına müsbət təsir edir - əhvalı yaxşılaşdırır, stressi və sinir gərginliyini azaldır, sakitləşdirir.

Mandarin xüsusilə C vitamini ilə zəngindir. Həmçinin onun tərkibində B1 və B2, P, K, D vitaminləri, A provitamini, efir yağları, pektinlər, orqanik turşular, fitonsidlər, qlikozidlər, kalsium, maqnezium, kalium və s. faydalı maddələr var.

C vitamini ilə zəngin olduğundan mandarin immun sistemini və damarları möhkəmləndirir, qocalma proseslərini ləngidir, orqanizmi cavanlaşdırır.

Mandarin ürək-damar sistemi üçün çox faydalıdır - aterosklerozun inkişafını ləngidir, damarların sağlamlığını və elastikliyini qoruyur, ürəyi möhkəmləndirir.

Mandarinin ağ qabığında spesifik "qlikozid" maddələri var ki, bu maddələr damar və kapilyarların sağlamlığı üçün çox faydalıdır. Məhz bu səbəbdən mütəxəssislər mandarini ağ qabıqları ilə birlikdə yeməyi tövsiyə edirlər.

Mandarinin tərkibində olan bəzi aminturşuları bronxları selikdən təmizləməyə kömək edir. Məhz bu xüsusiyyətə görə mandarin və xüsusilə də onun şirəsi bronxit və astma xəstələri üçün əsl təbii dərmandır.

Mandarin qurd, göbələk və mikrob əleyhinə xüsusiyyətlərə malikdir, orqanizmi toksinlər və şlaklardan təmizləyir, ümumi möhkəmləndirici təsir edir, orqanizmin tonusunu qaldırır.

Mandarin təbii antidepressantdır. Mütəxəssislər streslə mübarizə etmək üçün mandarin efir yağını qoxulamağı tövsiyə edirlər. Daha sadə üsul - mandarinin qabıqlarını əlinizdə əzin və qoxulayın.

Mandarinin tərkibində olan fitonsidlər soyuqdəymə və qripp xəstəlikləri ilə mübarizə etməyə kömək edir.

Lakin onu da nəzərinizə çatdıraq ki, mandarin müəyyən qrup insanlara üçün ziyanlı ola bilər. Bütün sitrus meyvələri kimi, mandarin da güclü allergik xüsusiyyətlərə malikdir. Bundan əlavə kolit, qastrit, mədə və 12-barmaq xorası xəstəliyi, xolesistit, bəzi böyrək xəstəllikləri olan insanlar bu meyvədən sui-istifadə etməməlidir.

Mandarin yağı kosmetologiyada geniş istifadə olunur. Bu yağ dərini daha yumşaq və elastik edir. Apteklərdə satılan mandarin yağını müxtəlif qidalandırıcı maskalara əlavə etmək olar.

Bakıda qız özünü 18-ci mərtəbədən atdı

Bakıda 20 yaşlı qız intihar edib.

Dalga tv Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, 20 yaşlı Diana Abbasova özünü yaşadığı 29 mərtəbəli binanın 18-ci mərtəbəsindən ataraq, intihar edib.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

Avstriyada 14 Gürcüstan vətəndaşı saxlanılıb

Avstriya polisinin keçirdiyi əməliyyat nəticəsində 14 Gürcüstan vətəndaşı saxlanılıb.

Dalga tv-nin APA-ya istinadən verdiyi xəbərə görə, Gürcüstan vətəndaşları Vyana və İnsbruk şəhərlərində ümumilikdə 25 mənzili qarət etməkdə şübhəli bilinirlər.

Məlumata əsasən, evlərdən oğurlanan malların ümumi dəyəri 125 min avrodan çoxdur. Saxlanılanlar həmçinin mütəşəkkil cinayətkar qrupun üzvləri olmaqda şübhəli bilinirlər.

Bildirilir ki, yaşları 20-dən 42-dək olan Gürcüstan vətəndaşları Avstriyaya Almaniya, Fransa və İtaliyadan gəliblər. 

Azərbaycanda sabah saat 09:00-da nə baş verəcək?

"Sabah "2012 TS4" asteroidi Yerə ən yaxın məsafədən keçəcək".

Bunu Trend-ə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib.

Onun sözlərinə görə, atsroid Yerə 43 min km məsafədən keçəcək ki, bu da Ayla Yerin arasındakı məsafədən təxminən 10 dəfə yaxın məsafədir:

"Yəni astroid Ayın orbitini kəsəcək. Astroidi yerli vaxtla səhər saat 9-a qalmış, 9-da Yerə ən yaxın nöqtədən keçəcək". 

X.Mikayılov deyib ki, astroidin sürəti saniyədə 7,6 km, başqa sözlə 1 saatda 28 min km-dir. Astroidin diametri təxminən 10, uzunluğu 40 metrə yaxındır: "İlkin hesablamalar göstərir ki, Yerə yaxın məsafədən keçməsinə baxmayaraq, onun Yerə yaxınlaşmasının Yer üçün heç bir təhlükəsi yoxdur".

X.Mikayılov asteroidin keçidinin səhər saatlarında teleskop vasitəsilə müşahidə etmək mümkün olacağını qeyd edib.

Qaraciyəri təmizləyən, əsəbləri sakitləşdirən möcüzəvi təsirə malik bitki çayları

Elə bitki çayları var ki, yatmazdan əvvəl onları içəndə yağların təmizlənməsi və yandırılmasını sürətləndirir.

Dalga tv  publika.az-a istinadən qaraciyər piyləməsinin müalicəsində müsbət nəticələr göstərən bitki çayları ilə tanış edir.

Həkimlər söyləyir ki, ən yaxşı detoktasiya biz yatanda baş verir. Yuxuda olan zaman bədən və toxumalar bərpa olunur.

Çin təbabətində deyilir ki, qaraciyər səhər saat 1-dən 3-dək işləyir. Odur ki, qaraciyərin səmərəli təmizlənməsi üçün yuxu ideal vaxtdır. Digər bioloji mayelərin təmizlənməsi və maddələr mübadiləsinin sürətlənməsi üçün bitki çaylarının rolu böyükdür.

1. Çobanyastığı çayı

Çobanyastığı çayı - yatmazdan qabaq məsləhət görülən ən populyar faydalı içkidir. Onun tərkibindəki acı maddələr qaraciyərin təmizlənməsinə kömək edir.
Çobanyastığından əsəbləri sakitləşdirmək, yuxu pozğunluğunu bərpa etmək və rahatlamaq üçün istifadə olunur. Bu otun iltihabları məhv edən effektləri var.

2. Limonlu su

İsti limonlu suyu adətən bizə səhər yuxudan oyandıqdan sonra içməyi məsləhət görürlər. Su qabına bir dilim limon, yaxud sıxılmış suyu əlavə etmək olar. Gecə isə limon suyu zəhərləri qanı təmizləməyə kömək edir. Amma yadda saxlayın ki, limonlu su isti halda güclü təsir göstərir.

3. Şanagüllə toxumu

Bu, həm də bütün orqanizm üçün faydalı olan bitkidir. Şanagüllə toxumunun çayını yatmazdan əvvəl hazırlamaq olar. O neqativ fikirlərdən, gərginlikdən və bütün narahatlıqlardan xilas olmaq üçün faydalıdır.

Sürətli ürək döyünməsi zamanı sakitləşməyə kömək edir, effektini artırmaq üçün çaya lavanda əlavə etmək olar.

4. Qızılgül çayı

Qızılgül ürək və emosiyalarla bağlı olan gözəl bitkidir. O, qaraciyərin enerji axınının düzgün təmin etmək üçün çox faydalıdır, çünki enerji pozulması depressiv hallara gətirib çıxarır.

Qızılgül çayı orqanların toksinlərdən effektiv təmizlənməsindən xilas olmağa və qan dövranını bərpa etməyə kömək edir.

5. Nanəli çay

Nanə həzmə kömək edən çox faydalı bitkidir. Nanə yuxunun pozulmasına gətirib çıxara bilən simptomuları aradan qaldırır.

Qaraciyər həzm prosesində də iştirak edir, odur ki, bu orqanın təmizlənməsində də rol oyanyır.

6. Yulaf çayı

Bu çay qaraciyərin təmizlənməsi üçün faydalı olan zülallar, yüksək səviyyədə vitamin və minerallarla xarakterikdir. Bundan başqa, yulaf emosiyaları balanslaşdırmağa və sakitləşməyə kömək edir.

7. Cır çin limonu

Bu giləmeyvə ciyəri zərərli maddələrdən qoruyur, həmçinin orqanların düzgün fəaliyyət göstərməsinə köməklik göstərir.

Qaraciyərdə piylərin yandırılması zamanı bir şeyi nəzərə almaq lazımdır ki, çoxlu maye qəbul etmək vacib şərtdir. Bundan əlavə, unutmayın ki, normal yuxu orqanlarının düzgün işləməsini həyata keçirir. Həmçinin həyat tərzi və qidalanma rasionunda dəyişikliklər də adaptasiya üçün vaxt tələb edir. Öz bədəninə qarşı diqqətli olmaq və onu stress həddinə gətirmək olmaz.

Qripdən qorunmaq üçün əla vasitə

Soyuq ayların gəlməsi ilə bəzi meyvələrin də mövsümü başlayır. Xüsusilə də uşaqların ən çox sevdiyi naringinin yetişmə zamanıdır. Hətta dükan, bazarlarda artıq naringiyə rast gəlmək mümkündür.

Dalga tv  lent.az-a istinadən xəbər verir ki, bir çox xroniki sağlamlıq problemlərinin müalicəsi üçün lazımlı olan naringinin faydaları saymaqla bitməz. Bol C və A vitamini ilə döş xərçənginin qarşısını alan naringi gözəllik məsələsində də qadınların ən böyük dostudur.

- Naringinin tərkibində ən çox C vitamini var, amma A, B, B1, B2, B3, B6 vitaminləri ilə də zəngindir. Həmçinin naringi karbohidrat, kalsium, yağ, lif, potasium, sodium, dəmir, maqnezium, fosfor, brom və xüsusilə şəkər baxımından da zəngindir.
 
- Soyuq aylarda qrip, öskürək kimi soyuqdəymə xəstəliklərinin sağalmasına faydası var.
 
- Qanı təmizləyir
 
- Ürək və damar xəstəliklərinə qarşı qoruyucudur
 
- Xolesterolu və yüksək təzyiqi aşağı salmağa köpmək edir
 
- Sinirləri sakitləşdirir
 
- İmmuniteti gücləndirir
 
- Tərkibindəki C vitamini sayəsində döş, ağciyər, sütun xərçənglərinin qarşısını alır
 
- Piylənmə riskini azaldır
 
- Sağlam dəri toxumalarının formalaşmasına yardım edir. Tərkibindəki təbii antioksidantlar sayəsində dərini canlandırır.
 
- Kollagen prosesini sürətləndirən naringi, dəridəki qırışları aparır və dərinin daha gec yaşlanmasını təmin edir.
 
- Sızanaq problemi yaşayanlar üçün A vitamini sayəsində dəri xəstəliklərində müalicəedici effekt verir.
 
- Saçlarda ağarmanın qarşısını alan naringi, eyni zamanda, cansız saçları gücləndirərək, tez bir zamanda uzanmasına yardım edir.
 
- Yeməkdən 1-2 saat sonra yeyilən naringi yuxusuzluq problemi yaşayanlar üçün də faydalıdır

Azərbaycanda polis intihar etdi

Şəkidə intihar edən polis əməkdaşı ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, dünən axşam saatlarında rayonun Turan qəsəbəsində özünü asaraq, həyatına son qoyan polis serjantı, 1978-ci il təvəllüdlü Əliyev Həsrət Fəxrəddin oğlunun 4 övladından biri ağır xəstədir.

Bildirilir ki, beyin iflicindən əziyyət çəkən uşağın vəziyyəti atasında böyük gərginlik yaradırmış.

Bundan başqa onun banka kredit borcunun olması da üzə çıxıb.

H.Əliyevin konkret hansı səbəbdən intihar etməsi isə hələlik tam aydınlaşmayıb və faktla bağlı Şəki rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Gürcüstanda Aİ ölkələrinə vizasız səfərlərin proseduru ilə bağlı məlumat kampaniyası başlayıb

Tbilisidə Gürcüstanla Avropa İttifaqı arasında vizasız rejimi təbliğ edəcək “Avropa-ev” məlumat kampaniyasının təqdimatı olub. 

APA-nın yerli bürosunun xəbərinə əsasən, təqdimat mərasimində çıxış edən Gürcüstanın Avropa və Avro-Atlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri Viktor Dolidze kampaniyanın çox əhəmiyyətli olduğunu deyib. 
 

“Biz Avropa İttifaqı ilə vizasız rejimin qaydaları ilə bağlı təbliğatı davam etdiririk. Vətəndaş cəmiyyətinin dəstəyi olmadan bu cür kampaniyaların həyata keçirilməsi çətin olardı”, - deyə o söyləyib. 
 

Gürcüstanın müxtəlif bölgələrində, o cümlədən milli azlıqların məskunlaşdığı rayon və kəndlərdə aparılacaq məlumat kampaniyası çərçivəsində təlimçilər sakinləri Aİ ilə vizasız rejim prosedurları və şərtləri barədə məlumatlandıracaqlar. Kampaniya çərçivəsində Azərbaycan və erməni dillərində hazırlanmış məlumat broşurlar paylanılacaq. 
 

Qeyd edək ki, ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstanda keçirdiyi son ictimai rəy sorğusunun nəticələrinə əsasən, milli azlıq nümayəndələrinin 66 faizi Aİ ölkələrinə vizasız səfərlə bağlı müvafiq prosedur barədə kifayət qədər məlumatlı deyil.

Gürcüstanla Aİ arasında vizasız rejim bu ilin martın 28-də qüvvəyə minib. 

Boğaz ağrısını azaldan təbii çay RESEPTLƏRİ

Havaların soyuması ilə birlikdə sağlamlığımızda bəzi problemlər yaranır. Bunlardan ən geniş yayılmışı isə boğaz ağrısıdır.

Ailem.az təbii yolla boğaz ağrısından qurtulacağınız bir neçə faydalı resepti təqdim edir.

1. Gülxətmi 

Gülxətmi bitkisi orta əsrlərdən bəri boğaz ağrısı və digər xəstəlikləri müalicə etmək üçün istifadə edilib. Udduğunuzda boğazı bürüyüb yağlandıran və jelatinə bənzər bir maddəyə malikdir.

Lazım olanlar:

- Soyuq su

- 30 qram qurudulmuş gülxətmi

Hazırlanması:

Soyuq su ilə 1 litrlik bankanı doldurun. Gülxətmini təmiz bir bezin içinə qoyaraq, ağzını büküb bağlayın. Həmin bezi suya salın və bankanın ağzını bağlayın. Gecə boyu və ya ən az 8 saat saxlayın. Daha sonra istəyə görə bal da əlavə edərək, bu sudan gün ərzində içə bilərsiniz.

2. Alma sirkəsi 

Boğaz ağrısını azaltmaq üçün 1 xörək qaşığı alma sirkəsi əlavə edilmiş və istəyə bağlı olaraq bal da qarışdırılmış 1 fincan ilıq su için.

3. Duzlu su qarqarası

Boğaz ağrısından qurtulmaq üçün duzlu su ilə qarqara etmək məsləhətdir. Boğazdaki lazımsız mikrobları öldürməyə kömək edir.

1 stəkan ilıq suyun içinə 1 çay qaşığı duz atın və əriməsi üçün qarışdırın. Hər saat başı 30 saniyə qarqara edin.

4. Bal  

Bal boğaz ağrısını azaltmaq üçün digər təbii maddələrlə birlikdə istifadə edilən ləzzətli bir dadlandırıcıdır. Bal xüsusilə isti su və alma sirkəsi ilə birlikdə daha təsirli olur. Amma 1 yaşdan kiçik uşaqlara verilməsi məsləhət deyil.

5. Limon suyu

Limon suyu soyuq və ya qrip zamanı yaranan boğaz ağrısını da azalda bilən rahatladıcı bir içkidir. Limonun tərkibində C vitamini və antioksidantlar var. Limon suyunu ilıq su, bir az da bal və ya duzlu su ilə birləşdirmək ən yaxşı vasitədir.

6. Zəncəfil çayı

Zəncəfil antibakterial və ilnihab əleyhinə təsirə malikdir. Boğaz ağrısını azaltmağa yardımçı olur.

Lazım olanlar:

- Zəncəfil kökü

- 1 litr su

- 1 xörək qaşığı (15 ml) bal

7. Sıxılmış limon suyu 

Hazırlanması: 

Zəncəfil kökünü soyun, rəndələyin və kiçik bir qaba qoyun.  Böyük bir qazanda su qaynadın, ardından ocağın altını söndürün. Qazana 1 xörək qaşığı rəndələnmiş zəncəfil qoyun və qapaqla örtün. 10 dəqiqəyə qədər gözləyin. Bal və limon suyu əlavə edib sonra qarışdırın. Bu çay lazım olduqda qızdırıla bilər, yaxud soyuq halda içilə bilər. Zəncəfil çayı infeksiya ilə mübarizəyə kömək ola bilər. Həmçinin iltihablanmanı və boğaz ağrısını azaldır.

8. Nanə çayı

Nanənin tərkibində anti-inflamatuar birləşmələr var və boğaz üçün son dərəcə rahatladıcıdır. Nanə həmçinin boğazı yüngülcə uyuşdurur və ağrını azaldır. Nanə yarpaqlarını qaynar suyun içində 3-5 dəqiqə dəmləyərək içə bilərsiniz.

Səhər yeməyi yemədən evdən çıxmayın - FAYDALARI

Çoxları səhər yeməyini vacib hesab etməyərək, ona bir qədər etinasızlıqla yanaşır.

Digərləri kökəlməkdən, çəki artırmaqdan qorxduqlarına görə ondan imtina edirlər. Bəziləri isə sadəcə vaxtın az olması, səhərlər iştahanın olmaması kimi xeyli “üzrlü səbəb” gətirirlər ki, özlərini günün başlanğıcında tam dəyərli qidadan məhrum etsinlər. Həkimlər və dietoloqlar ortaq bir fikirlə qənaətə gəliblər ki, səhər yeməyindən heç bir halda imtina etmək olmaz, çünki səhər yeməyi orqanizmə çox xeyirlidir.

Dalga tv Modern.az-a istinadən səhər yeməyinin faydalarını təqdim edir.

Qeyd etmək lazımdır ki, səhərlər yemək yeyən insanlar “ac qardaşlarından” daha az risklərə məruz qalır. Bundan əlavə, səhər yeməyi beyinə diqqəti toplamaq və məlumatı yadda saxlamağa görə beyin üçün çox vacibdir. Əbəs yerə deyil ki, özlərini səhər yeməyindən məhrum etməyən insanlar avtomobil qəzalarına daha az uğrayırlar. Tədqiqatlar göstərir ki, yaxşı səhər yeməyi iş qabiliyyətini təxminən 30 faiz artırır və bu səbəbdən də sizi ofisdə ağır gün gözləyirsə, səhər orqanizminizi enerji ehtiyatı ilə təmin etməyi unutmayın.

Kökəlməkdən qorxan insanlar isə bilməlidirlər ki, səhər yeməyindən imtina etmək nəinki bədən quruluşuna xeyirli deyil, həm də bədəndə artıq çəkinin yığılmasına kömək edir. İş ondadır ki, siz yatdığınız müddətdə maddələr mübadiləniz də yatır və səhər yeməyini yeməyənədək oyanmır. Bu səbəbdən də əgər siz səhər yeməyindən imtina edirsinizsə, orqanizminiz naharadək daha az kalori yandırır. Bundan əlavə səhər yeməyi porsiyasından məhrum olmuş orqanizm özünü qoruma instinktini işə salır və nahar zamanı kaloriləri ikiqat enerji ilə toplayır. Üstəlik, naharda yaxşıca acmısınızsa, lazım olan miqdardan iki dəfə artığını yemək təhlükəsinə məruz qalırsınız.

Lakin heç də hamı yuxudan oyanan kimi iştahası qaydasında olmur. Mütəxəssislər hesab edirlər ki, məsələ gec yeyilən və kalorili axşam yeməyindədir. Yatmazdan əvvəl siz soyuducunu “alt-üst” edirsinizsə, təbiidir ki, səhər heç nə yemək istəməyəcəksiniz.
Səhər yeməyinə özünüzü öyrəşdirməyin daha bir üsulu var. Bu, səhər idmanıdır. Əlbəttə, idmanla məşğul olmaq vaxt tələb edir, lakin bunun əvəzində iştahanı artırır, bədən quruluşu və sağlamlıq üçün çox xeyirlidir. Səhərlər heç cür idmana vaxt ayıra bilməyənlər üçün dietoloqlar səhər yeməyini özləri ilə işə götürməklərini məsləhət görürlər. İşə çatana qədər siz tam oyanacaqsınız və qida qəbuluna hazır olacaqsınız. Səhər yeməyini yedikdən sonra isə naharadək qəlyanaltı etmədən dözə biləcəksiniz.

Səhər yeməyində hansı qidalara daha çox üstünlük vermək məqsədəuyğundur?

Səhəri maye ilə açmaq, bir stəkan adi qazsız su içmək, daha yaxşısı isə bir stəkan ilıq suya yarım limonun şirəsini sıxıb içmək olduqca xeyirlidir. Bu, orqanizmə yuxudan oyanmağa və həzm prosesinə başlamağa kömək edəcək.

Dietoloqlar sıyığı ən yaxşı səhər yeməyi hesab edirlər. Dənli bitkilər faydalı karbohidratlardan və B qrupu vitaminlərdən (sinir sisteminin işini yaxşılaşdırır) və E vitaminindən (qocalma proseslərini ləngidir) ibarətdir. Bundan əlavə istənilən sıyıq sellülozun mənbəyidir və orqanizmdən şlakları çıxarır və gün ərzində yeyilən məhsulların piylərini həzm etməyə kömək edir.

Süd məhsullarına etinasızlıq göstərməyin. Günün əvvəlində orqanizminizin qəbul etdiyi bir stəkan süd və ya qatıq, 200 qram kəsmik onu A və B qrup vitaminlərilə təmin edəcək.

Səhərlər çox yemək tövsiyə olunmur. Çünki doyumlu yemək gümrahlıq əvəzinə yuxu və süstlüyə səbəb olacaq.

Və hər səhər məşhur “səhər yeməyini özün ye, günorta dostuna, axşam isə düşməninə ver” atalar sözünü xatırlayıb çalışın ki, səhər yeməyi yemədən evdən çıxmayasınız.

Gürcüstan parlamentinin vitse-spikeri: “Milli azlıqların cəmiyyətə inteqrasiyası ilə bağlı proqramların sayı artırılmalıdır”

“Gürcüstanda yaşayan milli azlıqların vətəndaş cəmiyyətinə inteqrasiyası istiqamətində həyata keçirilən proqramların sayını artırmaq lazımdır”.

Bu barədə APA-nın yerli bürosuna açıqlamasında Gürcüstan parlamentinin vitse-spikeri, Təhsil, elm və mədəniyyət komitəsinin üzvü Sergi Kapanadze deyib. 
 

“Son illər ərzində milli azlıqlar üçün nəzərdə tutulan gürcü dilinin tədrisi proqramları öz bəhrəsini verir. Bu proqramın köməyi ilə milli azlıqlardan olan gənclər təhsillərini Gürcüstanın ali məktəblərində davam etdirirlər. Bu cür proqramlar real olaraq milli azlıqların Gürcüstan cəmiyyətinə inteqrasiyasına kömək edir”, - deyə o söyləyib.  
 

Deputatın sözlərinə görə, inteqrasiya üzrə proqramları daha da inkişaf etdirib onlara əlavə resurs və diqqət ayırmaq lazımdır. 
Milli azlıqların kompakt yaşadığı bölgələrdə yerləşən məktəblərdə tədrisin səviyyəsinə toxunan S. Kapanadzenin fikrincə, bölgələrin inkişaf səviyyəsi məktəblərə də təsir edir: “Həmin məktəblərin problemlərini gürcü dilli məktəblərin problemlərindən ayrı nəzərdən keçirilməsinin tərəfdarı deyiləm. Bölgə məktəblərində tədrisin səviyyəsi oradakı iqtisadi inkişaf və həyat səviyyəsindən çox asılıdır. Ötən əsrin 90-cı illərində milli azlıqların yaşadığı bölgələrin iqtisadi inkişaf baxımından böyük problemləri olub və onlar Gürcüstanın digər hissəsindən kənarda qalıb. Hazırda bu problemlərin tam aradan qaldırılması üzrə işlər aparılır və bu, zaman tələb edir”.

Gürcüstanda daha 10 məscid müsəlman icmasına təhvil verilib

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi daha 10 məscidi Gürcüstan Müsəlmanları İdarəsinə (GMİ) təhvil verib.

GMİ şeyxi Hacı Ramin İgidov APA-nın yerli bürosuna açıqlamasında bildirib ki, həmin məscidlər Gürcüstanın qərbində yerləşir.

“Bununla idarənin səlahiyyətində olan məscidlərin sayı 160-a çatıb. Şərqi və qərbi Gürcüstanda 11 məscidin qeydiyyat məsələsi ilə bağlı problem qalmaqdadır. Onların qeydiyyat sənədləri olmadığına görə, kommunal xidmətlərlə təminat məsələsində çətinliklərlə üzləşir. Həmin məscidlərin qeydiyyat məsələsinin də həll olunacağı gözlənilir”, - deyə o söyləyib.

Qeyd edək ki, Gürcüstanda 320 məscid var.

Saytda Axtarış

Son xəbərlər