Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1278
DünənDünən5773
Bu həftəBu həftə37994
Bu ayBu ay43782
Bu günə qədərBu günə qədər8405413

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Bədəni xəstəliklərdən müdafiə edən 8 möcüzəvi payız məhsulu

Havaların soyuduğunu nəzərə alaraq orqanizmamımızı belə havalardan müdafiə edən 8 möcüzəvi payız nemətini istidafə etməyi unutmamalıyıq

Dalga tv  milli.az-a istinadən bu yazıda oxucuları  meyvə və tərəvəzlərinin faydalı xassələrilə tanış edir.

Alma

Alma antioksidant və bir çox faydalı maddələrin əsas mənbəyidir. İstər darçınlı alma piroqu, istərsə də, alma salatı payız üçün ən faydalı yeməklərdən biridir. Onu da yadda saxlayın ki, piroqun üzərinə və salata darçın səpmək şirniyyat istəyini azaltmağa kömək edir.

Alma mövsüm yorğunluğu, zəiflik, qanazlığı, ürək-damar xəstəlikləri ilə mübarizə aparmağa kömək edir. Alma qabığı dərini nəmləndirir və həzmə kömək edir, həmçinin görmə qabiliyyətini yaxşılaşdırır.

Brüssel kələmi

Brüssel kələmi çoxlarının sevmədiyi tərəvəz olsa da, faydalarını saymaqla bitmir. İlk növbədə qeyd etmək lazımdır ki, brüssel kələmi dəmir baxımından çox zəngindir. Zövqə görə kələm salatı və ya başqa bir xörək hazırlaya bilərsiniz.

Armud

C vitamini ilə bol olan armudu salatlara çir halda əlavə edə, yaxud tart hazırlaya bilərsiniz. Armud - əsl təmiz enerji mənbəyidir. Onda olan vitaminlər yorğunluq və depressiya ilə mübarizə aparmağa kömək edir. Armudun tərkibinə böyük miqdarda bioaktiv maddələr daxildir.

Gül kələmi

Bütün payızı sağlam və gümrah olmaq istəyirsinizsə, gül kələmini qida rasionunuza əlavə etməyə dəyər. Çünki gül kələmi dəyişkən havalarda qripdən qorunmaq üçün ən çox ehtiyacımız olan C vitamini ilə zəngindir.

Balqabaq

Balqabaq da payızın əvəzolunmaz bitkisidir. Balqabağın təkcə plovu deyil, şorbası və piroqu da çox dadlı olur. Balqabaq mürəbbəsi isə beyin fəaliyyətini qüvvətləndirir. Bişmiş balqabaq qızdırma və öskürəkdə effektli təsirə malikdir.
Balqabaqda B qrupu, C, E, D, РР vitaminləri, həmçinin orqanizmdə mübadilə proseslərinə təsir edən nadir T vitamini saxlanılır. Balqabaq orqanizmi pis xolesterin, toksin və şlaklardan təmizləyir.

Nar

Nar bir neçə müalicəvi xassələr malik olan möcüzəvi meyvədir. Nar şirəsi iştahanı qaldırır, mədənin fəaliyyətini tənzimləyir və ağrını azaldır. Çiçəklərindən soyuqdəyməyə qarşı, toxumlarından isə sarılıq xəstəliyində, ürək döyünməsində, sinə ağrılarında və iştahanı qaldırmaq üçün istifadə edilir.

Fırnıx

Şirniyyatı əvəz edən faydalı və nadir meyvələrdən biri fırnıxdır. Xurmanın insan orqanizminə böyük xeyri var. Xurmada olan fosfor, beynin ehtiyaclarını qarşılayır. Yorğunluğu aradan qaldırır. Onda eyni zamanda B1 və B2 vitaminləri var. Bu vitaminlər zehini və sinir sistemini sakitləşdirir.

Göbələk

Göbələk zülal tərkibinə görə liderdir. Aterosklerozun qarşısını almağa kömək edir və pis xolesterin yaranmasına mane olur. Göbələk piyləri də parçalamağa kömək edir.

Pis hava şəraiti yenə kədərlənmək üçün bəhanə deyil. Payız meyvə və tərəvəzləri mövsüm yorğunluğundan və pis əhval-ruhiyyə ilə mübarizədə ən yaxşı vasitədir. Odur ki, qida rasionunuza mövsümi məhsulları daxil edin və öz orqanizminizi gələn mövsümədək lazımi miqdarda vitamin, mikro və makrolementlərlə təmin edin.

Tbilisidə azərbaycanlı şagirdi təhqir etmiş müəllim işdən çıxarılıb

Gürcüstan paytaxtında şagirdləri təhqir etməkdə suçlanan 67 saylı ictimai məktəbin kimya müəllimi Dodo Kezua işdən azad olunub.
 

APA-nın yerli bürosunun xəbərinə görə, azərbaycanlı qız şagirdi də təhqir etdiyi bildirilən D. Kezuanın vəkili qərarın qanunsuz olduğunu deyib. O bildirib ki, qərarla bağlı məhkəməyə müraciət olunacaq.
 

Məktəb direktorunun qərarını qanunsuz hesab edən bəzi müəllimlər də D. Kezuanın müdafiəsinə qalxıblar. Onlar D. Kezuanın işə bərpa olunmasını tələb ediblər.


Gürcüstanın Təhsil və Elm Nazirliyinin bu gün dərs prosesinin sonunda məktəb direktoru Mariam Tavartkiladze ilə bağlı qərarı açıqlayacağı gözlənilir. Nazirliyin Audit idarəsi M. Tavartkiladzenin fəaliyyətini araşdırıb. Yayılmış məlumata əsasən məktəb direktoru vəzifədən getmək barədə qərar qəbul edib.

Tbilisidə xüsusi əməliyyat zamanı azərbaycanlı saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyi paytaxt Tbilisinin Didube rayonunda xüsusi əməliyyat keçirib. 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, əməliyyat nəticəsində bir azərbaycanlı saxlanılıb.

O, narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunur. 
 

Saxlanılan şəxsin Didube rayonunda yerləşən şirkətlərdən birində çalışdığı bildirilir. O, müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib.

Bakıda- "Müəllim 4-cü sinif şagirdi olan övladımı qulağından qan açılana qədər döyüb"

Nizami rayonundakı Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəbdə tükürpədici hadisə yaşanıb. Məktəbin müəllimi Nəzakət Qurbanovanın 4-cü sinif şagirdi Kamran Soltanovun qulağına ağır xəsarət yetirdiyi bildirilir. Nəticədə uşağın qulaq divarı zədələnib.

Kamranın anası Vəfa Soltanova iddia edib ki, artıq 4 ildir övladı həmin məktəbdə işgəncələrə məruz qalır. Amma bu illər ərzində məktəbin adı çıxmasın deyə şikayətçi olmayıblar.

"4 ildir ki, dözürəm. Amma artıq dözə bilmirəm. Ürəyim parçalanır. İki il əvvəl oğlumun sinif rəhbəri Məryəm müəllim idi. O da şagirdləri döyürdü. Sonra eşitdim ki, uşaqları döydüyünə görə valideynlər tərəfindən məktəbdən kənarlaşdırılıb. Ondan sonra uşağın sinif rəhbəri Nəzakət Qurbanova oldu. Həmin vaxtdan da indiyədək bu müəllim övladıma işgəncələr verir. Səbəb də odur ki, oğlumu Nəzakət müəllimin əlavə hazırlığına yollamıram. O, hər bir uşaqdan yarım saata görə aylıq 50 manat hazırlıq pulu alır. Mən müəllimə dedim ki, həyat yoldaşım rəhmətə gedib, aylıq 161 manat müavinət alıram. Gücüm çatmır ki, 50 manatı verim. Öz problemlərim var. Ondan sonra bizimlə prinsipə düşdü. Yoldaşım iki il əvvəl dünyasını dəyişib. Kamran tək övladımdır. Yeganə övladımı əzab-əziyyətlə böyüdürəm. Keçən il də uşağın cinsiyyət orqanını vurub yaralamışdılar. Ekspertizaya və polisə şikayət edəcəyimi deyəndə Nəzakət müəllim qarşımda diz çökdü, yalvardı ki, məni işdən çıxaracaqlar, getmə...Yenə keçdim".

Valideyn bildirib ki, bununla bağlı məktəbin direktoru İlqar Talıbova da müraciət edib: "Mənə dedi ki, bir gün sən mənim başımı ağrıdacaqsan, ömrünün axırına kimi isə mən sənin başını ağrıdaram. Dedi ki, məktəbin adı çıxmasın. Amma indi dözə bilmirəm. Uşağın başına o qədər vurub ki, artıq gözləri də çəpləşib. Üç gün əvvəl də qulağına necə vurubsa, divarı zədələnib, qan açılıb. Əlimdə uşağın döyülməsi ilə bağlı sübutum var. Müəllimin dırnaq izləri uşağımın boynunda, boğazında, sinəsində, qolunda qalıb. Hətta barmağında dəmir xətkeş izləri var. Qaydalarımız, qanunlarımız var ki, valideyn öz övladına əl qaldıranda məsuliyyətə cəlb olunur. Nəinki müəllim ola..."

Valideynin sözlərinə görə, müəllim tək onun övladına deyil, digər şagirdlərə də fiziki zorakılıq göstərir: "Qulaq çəkmək, başa sillə vurmaq, dəmir xətkeşdən istifadə etmək onun adətidir. Bu insan müəllim adına layiq xanım deyil. İşgəncə ilə bağlı Nizami rayon Polis İdarəsinin 25-ci bölməsinə şikayət etmişəm. Bu məsələnin arxasınca gedəcəyəm. Şikayətimə baxılmasını istəyirəm. Mən həyatımı tək övladım üçün yaşayıram. Ya o müəllimə işindən azad olunmalıdır, ya da məktəbin həyətində özümə xəsarət yetirəcəyəm".

Məsələ ilə bağlı məktəblə əlaqə saxlamaq istəsək də, nəticəsiz qalıb. Cebhe.info əməkdaşı məsələ ilə bağlı məktəb rəhbəliyilə əlaqə yaratmağa cəhd göstərsə də, bu mümkün olmayıb. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nənələrimizin müalicə vasitəsi - KƏLƏM YARPAĞI

Keçmişdə nənələrimiz təbii vasitələrin köməyi ilə çox uğurla müxtəlif xəstəlikləri müalicə edirdilər.

Kələm yarpağı belə müalicəvi vasitələrdən biridir.

Təzə kələm yarpağının köməyi ilə əsasən müxtəlif ağrı və iltihabları müalicə edirdilər.

Belə ki, baş ağrısı zamanı nənələrimiz kələm yarpağını əzib alın nahiyəsinə qoyurdular və bu "kompres"lə uzanırdılar. Bir müddətdən sonra ağrı azalırdı.

Oynaq ağrıları zamanı da kələm kompresindən istifadə olunurdu. Kələm yarpağı bir qədər əzilirdi, üzərinə bal çəkilirdi və ağrıyan yerə qoyulurdu. Belə kompres həm iltihabı, həm də ağrını azaldır. Kompresi yatmazdan əvvəl qoymaq yaxşıdır.

Bal çəkilmiş kələm yarpağı öskürək və bronxit zamanı yatmazdan əvvəl döş qəfəsinə qoyulur.

Qadınlarda menstruasiyadan əvvəl süd vəzilərində ağrı və bərkimə zamanı da kələm kompresi istifadə olunurdu. Həmçinin belə kompres mastit zamanı süd verən anaların döşlərinə qoyulurdu.

Çiban, podaqra zamanı da kələm yarpağı istifadə olunurdu.

Kələm yarpağı gözəllik üçün də geniş istifadə olunurdu. Müxtəlif vitamin və minerallarla zəngin olan kələm yarpağı üz dərisinə maska şəklində qoyulurdu. (İstifadə etdikdən əvvəl yarpaq əzilir ki, şirəsi çıxsın.)  Belə təbii kosmetik vasitə dərini çox yaxşı nəmləndirir, ağardır, cavanlaşdırır, daha dartılmış və elastik edir.

Bakıda qaçan məhbuslara görə 3 nəfər cəzalandırıldı

Bakıda məhbusların qaçması faktı ilə bağlı Penitensiar Xidmətin azı üç əməkdaşı istintaqa cəlb edilib.

Report-un əldə etdiyi məlumata görə, hadisədən sonra həmin şəxslərdən izahatlar alınıb. Hazırda istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda paytaxtda gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar.

Təqsirləndirilən şəxslər Bakı İstintaq Təcridxanasına aparılırmış.

Kriminal aləmdə tanınan E.Ağaminin hazırda həbsdə olan “Lotu Quli”yə yaxın şəxslərdən olduğu bildirilir. “Qoca” ləqəbli E.Məmmədov isə daha çox Etibar Hacıqabulski kimi tanınır.

Faktla bağlı Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda başlanmış cinayət işi üzrə və qaçan məhbusların tutulması istiqamətində istintaq əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Növbəti günlərdə güclü geomaqnit həyəcanlanması gözlənilir

Sabah və qarşıdan gələn iki gündə güclü geomaqnit həyəcanlanması gözlənilir. 

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Report-a AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev məlumat verib. 

Onun sözlərinə görə, hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 2 ilə 3 arasında dəyişir (maksimum 9 olur), lakin, o, getdikcə artacaq: "Sabah axşama doğru G1 kateqoriyalı, oktybarın 25-də isə G2 kateqoriyalı qasırğa gözlənilir. Maksimal şkala G5-dir və bu cür şkalaya uyğun qasırğalar nadir hallarda, 11 ildə 1-2 dəfə baş verir. Budəfəki geomaqnit həyəcanlaşmasının da əsas səbəbi Günəş səthində hazırda mövcud olan orta ölçülü “tac dəliyi”ndən başlanğıcını götürən yüksək sürətli Günəş plazma küləyinin təsiridir". 

E.Babayev qeyd edib ki, “Tac dəlikləri”ndən yüklü plazma zərrəciklərı Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya, o cümlədən də, Yer planetinə doğru yönəlir: "Hazırda “günahkar” plazma küləyinin sürəti 440 km/saniyədir. Hazırda planetlərarası maqnit sahəsinin Z komponentinin cənub istiqamətinə yönəlməsi, kosmik hava şəraitini daha əlverişsiz edir və “katalizator” rolunu oynayır. Atmosfer təzyiqinin nisbətən qalxması da müşahidə olunur və bu, neqativ diskomfort effektlərini artırır. Qasırğa yuxarı en dairələrində daha effektiv olur, əsrarəngiz qütb parıltlarının (“Aurora borealis”) şəkilləri də tezliklə mediada yayılacaq. Bizim orta coğrafi en dairələri üçün təsir, adətən, zəif olur".

Rəsədxana rəsmisi əlavə edib ki, sağlam insanlardan fərqli olaraq, risk qrupuna daxil olan – xroniki ürək-qan-damar xəstəliklərinə düçar olanlar, ahıllar, uşaqlar isə gərginlikdən qaçmalı, yüngül qabaqlayıcı tədbirlər (həkim məsləhəti əsasında) görməlidirlər.

Qripdən sonra bunu etmək vacibdir

"Qrip virusuna yoluxub, sağaldıqdan sonra diş fırçaları mütləq dəyişdirilməlidir". Xəbərçiaz bildirirr ki, bu barədə türkiyəli stomatoloqlar əhaliyə xəbərdarlıq edib. Məlumata görə, qrip zamanı bakteriyalar diş fırçasına yığılır və orada yaşamağa davam edir: "Diş fırçası üzərində çoxlu bakteriyalar toplaşır. Bakteriyalardan fərqli olaraq viruslar vücudda daha uzun müddət canlı qala bilirlər. Buna görə də insanın xəstəliyə yenidən yoluxması mümkündür. Bu səbəbdən xəstəlik zamanı istifadə edilən diş fırçası xəstəlik bitdikdən sonra dəyişdirilməlidir. Bu üsul vasitəsilə virusların qarşısını almaq mümkündür".

Gürcüstanda azərbaycanlı bələdiyyə üzvlüyünə namizəd güllələnib

Oktyabrın 19-da Marneuli rayonunun Qızılhacılı kəndindəki seçki qərargahının önündə naməlum şəxslərin açdıqları atəş nəticəsində daha bir nəfərin yaralandığı məlum olub.

Dalga tv “Report”a istinadən xəbər verir ki, hadisə zamanı kənd sakini Elmar Hüseynov da sol ayaq nahiyəsindən güllə yarası alıb.

Hazırda Ceyhun Çovdarov, qayınatası Azad Çobanov, digər kənd sakinləri - Vüqar Bayramov, Anar Məmişov və Elmar Hüseynov Marneulidəki xəstəxanadadırlar. Vəziyyəti nisbətən yaxşı olan Anar Məmişov xəstəxanadan evə buraxılıb. Digər yaralıların da vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Gecə saatlarında Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili hadisə yerində olub və cinayətkarların təcili tapılaraq istintaqa cəlb olunması barədə tapşırıqlar verib. 

Qeyd edək ki, Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Qızılhacılı kəndində bələdiyyə üzvlüyünə namizəd güllələnib. Yaralanan şəxs “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından rayon bələdiyyə üzvlüyünə majoritar namizəd irəli sürülən Ceyhun Çovdarovdur. Namizədin dostları - Anar Məmişov, Vüqar Bayramov və C. Çovdarovun qaynatası Azad Çobanov da güllə yarası alıblar.

Marneulidə silahlı hücum nəticəsində yaralanan 5 azərbaycanlıdan ikisinin vəziyyəti ağırdır

Gürcüstanın Marneuli rayonunda partiyanın seçki qərargahına silahlı hücum nəticəsində yaralanan 5 nəfərdən ikisinin vəziyyəti ağırdır.

Dalga tv "Report"a istinadən xəbər verir ki, bu barədə təcili-tibbi yardım bölməsinin həkimi Teya Zaridze bildirib.

"Yeli vaxtla təqribən saat 23:30-da güllə yarası almış dörd pasient qəbul edilib. Onların ikisi əməliyyat olunub. Hazırda onlar reanimasiya şöbəsindədirlər və vəziyyətləri sabit ağır olaraq qalır. Söhbət qarın boşluğu nahiyəsindən güllə yarası alanlardan gedir", - həkim vurğulayıb.

Onun sözlərinə görə, digər iki pasient klinikaya ayaqlarından güllə yarası almış vəziyyətdə gətirilib və hazırda onlar da həkim nəzarəti altındadırlar: "Beşinci yaralı yüngül xəsarətlər aldığından artıq klinikanı tərk edib".

Xatırladaq ki, "Gürcü arzusu" Partiyasının qərargahına hücum oktyabrın 19-da axşam saatlarında Marneuli rayonunun Qızılhacılı kəndində baş verib. Yaralılar Marneulidəki xəstəxanaya yerləşdiriliblər. Yaralılar partiyadan rayon bələdiyyə üzvlüyünə majoritar namizəd irəli sürülən, azərbaycanlı Ceyhun Çovdarov, onun atası Azad Çobanov, kəndin digər sakinləri - Vüqar Bayramov, Anar Məmişov və Elmar Hüseynovdur.

Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili hadisə yerinə baş çəkərək, baş verənlərə siyasi don geyindirməməyə çağırıb.

Tbilisidə azərbaycanlı alimin gürcü dilində çapdan çıxan kitabının təqdimatı keçirilib

 İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Rza Talıbovun gürcü dilində çapdan çıxan “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” adlı kitabının təqdimatı keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycanla Gürcüstan arasında diplomatik münasibətlərin 25 illiyinə həsr olunub. 
Universitetin prorektoru Mixeil Çxenkeli deyib ki, bu gün iki ölkə arasında elm sahəsində də əlaqələr sürətlə inkişaf edir və bu cür kitablar elm və təhsil sahəsində münasibətlərimizin inkişafında mühüm rol oynayır. O, R. Talıbovun kitabını olduqca sanballı tədqiqat əsəri adlandırıb.

Prorektor kitabın gürcü dilində nəşr olunmasında göstərdiyi dəstəyə görə Azərbaycan səfirliyinə təşəkkür edib.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxşında iki ölkə arasındakı qədim dostluq əlaqələrindən danışıb, ümummilli lider Heydər Əliyevin səyi nəticəsində münasibətlərin yeni müstəvidə daha da inkişaf etdiyini vurğulayıb. O bildirib ki, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Səfir iki ölkə arasında diplomatik münasibətlərin 25-ci ildönümü ərəfəsində bu cür tədbirlərin keçirilməsinin, Azərbaycan və Gürcüstan alimlərinin əsərlərinin hər iki dildə tərcümə olunmasının vacibliyini qeyd edib.

Bildirib ki, bu gün oxuculara təqdim olunan kitabda Çin Xalq Respublikasının dünya siyasətində mövqeyi, həmçinin Asiya ölkələri ilə əlaqələri, Azərbaycan-Çin əməkdaşlığı geniş və hərtərəfli tədqiq olunub. Bu da tələbələr və bu sahədə araşdırma aparmaq niyyətində olan tədqiqatçılar üçün fundamental mənbə rolunu oynaya bilər.

Kitabın tərcüməçisi, professor Cabuki Kiriam, tarixçi alim, professor Quram Marxuliya və başqaları çıxış edərək bu elmi əsərin mahiyyətindən danışıblar.

Bildirilib ki, R.Talıbovun “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” kitabı qitə ölkələrinin dünya siyasətində və beynəlxalq xarici əlaqələrdəki yerinin və əhəmiyyətinin, həm də Azərbaycanla əlaqələrinin dərindən tədqiq və təhlil edildiyi yüksək elmi-təcrübi əhəmiyyətə malik olan əsər kimi müasir siyasi elmin uğurlarından biri olmaqla, həm də beynəlxalq münasibətlər ixtisasında təhsil alan tələbələr, tədqiqatçılar, siyasətçilər, gənc müəllimlər üçün faydalı mənbədir.

Qeyd edək ki, Azərbaycanın Təhsil Nazirliyinin dərslik kimi təsdiq etdiyi “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” adlı kitab ali məktəblərdə dərslik kimi istifadə olunur. Kitab MDB ölkələrinin bir çoxunun ali məktəblərində də tədris olunur.

 

Hər gün SARIKÖK SUYU içəndə orqanizmdə nə baş verir? İNANILMAZ FAYDALAR

Ən faydalı ədviyyatlardan olan sarıkök orqanizmə müalicəvi, profilaktik və cavanlaşdırıcı təsir edir.

Sarıkökün orqanizmə olan müsbət təsiri bir çox elmi araşdırmalarda öz təsdiqini tapıb.

Saglamolun.az xəbər verir ki, sarıkökün əsas təsiredici komponenti olan "kurkumin" güclü antioksidant, iltihab, mikrob, virus və xərçəng əleyhinə təsirə malikdir.

Hər gün sarıkök əlavə olunmuş 1 stəkan su içmək orqanizmə çox böyük fayda verə bilər. Bunun üçün 1 stəkan (200 ml) ilıq suda 1 qəhvə qaşığı sarıkök və 1 çay qaşığı bal həll edin və acqarına için. Bu möcüzəli içkinin orqanimə olan mühüm faydaları bunlardır:

- Güclü iltihabəleyhinə təsirə malik olduğuna görə artritin simptomlarını (ağrı, şişkinlik) azaldır.

- Şəkərli diabetin inkişafının qarşısını alır.

- Qaraciyərin sağlamlığını qoruyur.

- Metabolik prosesləri yaxşılaşdırır və bununla da arıqlamağa kömək edir.

- Beyinin fəaliyyətini yaxşılaşdırır, beyini cavanlaşdırır.

- Xərçəngin riskini azaldır.

- Ürək-damar sistemi üçün faydalıdır, damarların sağlamlığını qoruyur, damarlarda trombların əmələ gəlməsinin riskini azaldır.

- Antioksidant xüsusiyyətlərə görə orqanizmə olan sərbəst radikalların təsirini azaldır və bununla da orqanizmin qocalmasını ləngidir.

- Dərinin vəziyyətini yaxşılaşdırır.

Saytda Axtarış

Son xəbərlər