Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2942
DünənDünən5773
Bu həftəBu həftə39658
Bu ayBu ay45446
Bu günə qədərBu günə qədər8407077

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Analarının meyiti ilə bir evdə yaşayan bacı-qardaş

Türkiyənin Kızılay məhəlləsində iki övladı ilə bərabər yaşayan 79 yaşlı Fatma Yüksəl ölümündən 15 gün sonra dəfn edilib.

Dalga tv Oxu.Az-a istinadən verdiyi məlumata görə, qadını uzun müddət görməyən qonşular ona baş çəkmək qərarına gəliblər.

Onların üzünə qapını Fatma Yüksəlin 42 yaşlı övladı Serpil Yüksel açıb və anasının xəstə olduğunu bildirərək içəri buraxmayıb. Evdən pis qoxu gəldiyini hiss edən qonşular vəziyyətdən şübhələnərək polisə xəbər veriblər.

Sərpil Yüksəl “Anam evdə xəstə yatır, sabah xəstəxanaya aparacağam. Siz niyə gəldiniz?” deyərək polisi də evə buraxmaq istəməyib. Onun etirazına baxmayaraq, evə daxil olan polis 79 yaşlı qadının ölmüş vəziyyətdə divana uzadıldığını görüb. 

Qadının cəsədi morqda müayinə edilib. Bir tərəfi çürümüş ananın ən az 15 gün əvvəl vəfat etdiyi məlum olub. Ölüm səbəbi isə hələlik məlum deyil.

Anası və bacısı ilə eyni evdə yaşayan Ercan Yüksel bacısının təzyiqi altında qaldığı üçün analarının öldüyünü heç kimə söyləmədiyini bildirib. Serpil qardaşını intihar edəcəyi ilə qorxudub.

79 yaşlı Fatma Yüksəlin çürümüş cəsədi morqdan gətirildikdən sonra məhəllə məzarlığında dəfn edilib.

Tbilisidə 151 turist cəzalandırıldı -Küçəyə zibil atdıqlarına görə

bilisidə küçəyə zibil atılması nəticəsində yazılan cərimələrin miqdarı 42 710 lari təşkil edib. 

"Tbilservice Group"un nəzarət xidmətinin inspektorları tərəfindən 411 cərimə protokolu tərtib olunub və bunlardan 378-i 2 kiloqramadək küçəyə atılmış zibilə görə tərtib edilib. 
Cərimələrin 151-i isə xarici ölkə vətəndaşlarına yazılıb.

Nəzərinizə çatdıraq ki:

- İki kiloqramadək atılmış zibilin cəriməsi - 80 lari

- İki kiloqramdan artıq atılmış zibilin cəriməsi - 150 lari

Zibil binadan atıldığı təqdirdə cərimənin miqdarı artır.

 Bu halda:

- İki kiloqramadək atılmış zibilin cəriməsi - 150 lari

- İki kiloqramdan artıq atılmış zibilin cəriməsi - 500 lari

Qeyd olunan cərimələmə sistemi 3 apreldən qüvvəyə minib. 20 aprelədək əhali məlumatlandırılıb. 

Bu tarixdən etibarən isə cərimələrin yazılması davam edir. 

Hal-hazırda Tbilisidə 10 inspektor çalışır.

ELAN!!!

ვეძებთ მსხვილფეხა პირუტყვის (ძროხების) მომვლელს ფერმაში სამუშაოდ. 
ხელფასი შეთანხმებით. დარეკეთ: 577 77 99 08; 599 97 79 36
 
 
Fermada inək baxıcısı tələb olunur. Əmək haqqı razılaşma yolu ilə. T: 577 77 99 08; 599 97 79 36

Lənkəranda ağır yol qəzası baş verib: 10-a yaxın yaralı var

Lənkəranda 7 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Lənkəranın Liman şəhərində qeydə alınıb.

Belə ki, “42-ZA-220” dövlət seriya nişanlı, “VAZ-2106” markalı avtomobil “99-DK-328” dövlət nömrə nişanlı “Opel” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ 2106”da olan üç azyaşlı, iki qadın və sürücü ağır xəsarət alıb. Qeyd edək ki, hadisə zamanı xəsarət almış qadınlardan biri hamilədir.

Hadisə zamanı həmçinin “Opel” markalı avtomobilin sürücüsü də yaralanıb.

Yaralılar yerli sakinlərin köməyi ilə deformasiyaya uğramış avtomobildən çıxarılıb. Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb edilib.

Ramazan ayında insanın qidalanma ilə bağlı 7 səhv addımı

Mübarək Ramazan ayının ilin ən isti günlərinə düşməsi ilə gün ərzində 17-18 saat oruc olaraq ac və susuz qalan insanların iftar vaxtı səhv qidalanma vərdişləri mədənin sağlamlığını təhlükə qarşısında qoya bilər.

Dalga tv Oxu.Az-a istinadən bildirir ki, məsələn: orucu buzlu su ilə açmaq, şorbanı qaynar halda içmək, loxmaları kifayət qədər çeynəməmiş udmaq, yemək zamanı həddindən çox su içmək kimi sadə davranışlar mədənin sağlamlığına mənfi təsir edir. Həmçinin iftardan sonrakı hərəkətsizlik və imsak etmədən oruc tutmaq da səhv davranışlar sırasındadır. 
Qidalanma və Pəhriz Mütəxəssisi Melis Torluoğlu, Ramazan ayında mədə sağlamlığını təsir edən yeddi səhv addımla bağlı xəbərdarlıqlar edib.

Orucu buz kimi su ilə açmaq

Havanın həddindən artıq isti keçməsi və orucun müddətinin də xeyli uzun olması doğrudur. Amma sərinləmə və susuzluğunuza baxmayaraq gün ərzində boş olan mədənizi iftarda orucunuzu açarkən buz kimi suyla doldurmaq mədəni təsir edir. Mədədə zədə, qaz, qabarıqlıq və turşuma kimi problemlərə səbəb ola bilir. Bütün gün istirahət etməkdə olan mədəni iftar vaxtı otaq hərarətində mayelərlə açmaq lazımdır.

Şorbanı və çayı qaynar içmək

İftar vaxtı şorba içmək mədənin rahat həzm etməsini təmin edir. Amma şorbanı qabağınıza orucunuzu açdığınız an qoymayın. Şorbanı ilıq olmasına fürsət verərək istehlak edin. Əks halda fayda əvəzinə zərər ilə üzləşə bilərsiniz. Həmçinin iftar vaxtı çayı da qaynar içməmək çox əhəmiyyətlidir. Çox isti içilən çay, qırtlaq xərçənginə yol aça bilər.

İftarda çoxlu su içmək

Ən böyük səhvlərdən biri də iftar vaxtı çoxlu su istehlak etməkdir. Yeməklə birlikdə istehlak olunan su, həzmə mane olur. Ona görə də yemək əsnasında orucu açacaq şəkildə suyu istehlak etmək kifayətdir. İftardan obaşdana qədər gündəlik 2,5 litr su ehtiyacınızı bir dəfəlik olmamaq şərtilə istehlak etməyiniz məsləhətdir. Bir dəfəyə həddən çox miqdarda içilən su böyrəklərə əziyyət verdiyi üçün zəhərlənməyə də səbəb ola bilər.

Bu üçlüyə diqqət edin

Çox ədviyyat və duz istifadəsi, tərkibində nəfis şəkər olan həddindən artıq şirin qidaların istehlakı və yağ faizi yüksək  olan qızartmalar həzm sistemində ziyan vura bilər. Susuzluğun qarşısını almaq, uzun müddət tox qalmaq və zəifləyən maddələr mübadiləsinin çatışmamazlığı ilə artıq çəki almamaq üçün bu üçlükdən mümkün qədər uzaq durmaqda fayda var.

Tikəni lazımı qədər çeynəməmək

Həzm əslində ağızda başlayır. Ağızdakı mexaniki həzm və fermentlərlə birlikdə yoğurulan qidalar yemək borusundan mədəyə ötürülür. Sürətli istehlak olunan qidalar ağızın həzm kanalını ötürdüyü üçün mədə bu tip qidaların həzmində çətinlik çəkir. Eyni zamanda sürətli şəkildə yeyilən yeməklə birlikdə udulan hava, qaz və köpmə probleminə yola açır. Mədənin sağlam həzm etməsi üçün yediyiniz tikələri yaxşı çeynəməyiniz şərtdir.

İmsakı ötürmək

Ramazan ayında xüsusən qarşımızda duran əsas məsələ imsakın qətiyyən ötürməmək lazımdır.

17-18 saat ac və susuz qalaraq orucun tutulmasını və yayın istilərini də nəzərə alsaq, obaşdana qalxılmadan tutulan oruc sağlamlığa zərər verə bilər. Həmçinin imsakda həzmi çətinləşdirən ağır qidalardan uzaq durmağı, gün boyu tox qalmağı təmin edən zülal mənbəli bir nahar edilməlidir.

İftardan sonra hərəkətsizlik

Hərəkətsizlik gündəlik həyatda da sağlamlığa təsir edən əhəmiyyətli səhvlərdən sayılır. İftardan sonra hərəkətsizlik xüsusən bədənə zərər verə bilir. Yüngül bir iftar yeməyindən 1-1,5 saat sonra yarım saatlıq bir hərəkət etmək lazımdır. Bu addımla həzm sisteminin daha məhsuldar işini təmin edə bilərsiniz. Bu müddətdə zəifləyən bağırsaq hərəkətlərinin də sürətlənməsinə dəstək olacaqsınız

Siqaret Şəmkir sakininin evini partladıb

Bu gün səhər saatlarında Şəmkirdə yaşayış evində partlayış olub.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb.

Kənd sakini 1977-ci il təvəllüdlü Araz Həsənov yaşadığı evdə qaz sızdığını hiss etməyərək siqaret çəkib və bu zaman partlayış baş verib. Hadisə zamanı A. Həsənov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Təbii sakitləşdirici – albalı… Heç bilinməyən faydaları

Görünüşü və dadı ilə iştah açan yayın ən dadlı meyvələrindən albalı min bir dərdə dərmandır.

Albalının A, B və C vitamini, maqnezium və kalsium baxımından zəngin olduğunu söyləyən prof. dr. Ziya Mocanın fikrincə, təbii sakitləşdirici olaraq bilinən albalı sinir sistemini də gücləndirir. Həmçinin bilinməyən olduqca çox faydası vardır…

- Tərkibindəki A vitamini ilə dərini gözəlləşdirir.

- Uşaqların inkişafında yardımçıdır.

- Qan damarlarının sağlamlığını qoruyur.

- Bədəni toksinlərdən təmizləyir.

- Yüksək pektin maddəsi və həll olunan liflər sayəsində xolesterolu azaltma təsirinə malikdir.

- Fosforla zəngin albalı sinir sistemini gücləndirir.

- Sakitləşdirici xüsusiyyətə malikdir.

- Müntəzəm albalı yeyilməsi Alzheimer xəstəliyinə qarşı da təsirlidir.

- Tərkibindəki antioksidantlar sayəsində xərçəngə qarşı qoruyucudur.

- Hər gün bir ovuc albalı yeyin.

- Albalının tərkibindəki flavonoidlər oynaq xəstəliklərinə faydalıdır.

- Podaqra və revmatoid artrit xəstəliyi olanların albalı yeməsi ağrılarını azalda bilər.

- Albalının sapları sidikqovucudur.

Lakin hər şeyin ifratı zərər olduğu kimi, albalının da yeyilməsində dozasına diqqət edilməli, xroniki xəstəlikləri olanlar yeməməlidir.

Ağcabədidə 4 metr uzunluğunda gürzə öldürüldü

Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində müvəqqəti məskunlaşmış Laçın rayonundan məcburi köçkün Komu Ağayev dörd metr uzunluğunda olan ilanı öldürüb.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, qəsəbənin Alxaslı obasında K.Ağayev xallı sarı gürzə kimi tanınan ilanı həyətində əl ağacı ilə öldürüb.

Sakinlərin məlumatına görə, son günlər havaların istiləşməsi ilə Laçın obalarında ilanların peyda olması adi hala çevrilib. Lakin dörd metrlik ilanın həyətlərə girməsi ilk dəfə müşahidə olunub.

Azərbaycanda insanlar ən çox bu xəstəlikdən ölürlər

Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da ürək-damar xəstəliklərindən ölənlərin sayı digər xəstəliklərdən ölənlərin sayından daha çoxdur.

Dalga tv Oxu.Az-a istinadən məlumatına görə, bunu Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru Kamran Musayev deyib.

O bildirib ki, Azərbaycanda da bu xəstəliklər ölümə səbəb olan xəstəlik arasında birinci yeri tutur:

“Dünyada olduğu kimi, Azərbaycanda da ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara kifayət qədər çox rast gəlinir. Ona görə də ürək-damar xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi hər zaman aktuallığını saxlayır”.

K.Musayev deyib ki, ürək-damar xəstəliklərinin geniş yayılmasının səbəbləri müxtəlifdir:

“Lakin bunun ən əsası iki səbəbi var. Bunlardan biri getdikcə daha çox passiv həyat tərzinə keçməyimiz, yemək-içmək vərdişlərimiz və siqaretdən istifadədir. Əgər anadangəlmə ürək qüsurlarının diaqnozunu vaxtında təyin etmək mümkün olarsa, bu xəstəliyin qarşısını da vaxtında almaq olar. Anadangəlmə ürək qüsuru kardiologiyanın xüsusi sahəsidir. Uşaqların anadangəlmə ürək qüsuru ilə doğulmasının səbəbləri bu gün tibb elminə tam məlum deyil. Lakin bəzi xəstələrdə müəyyən səbəbləri görə bilirik. Bunlardan biri kimi, ananın hamiləlik zamanı müxtəlif infeksion xəstəliklər keçirməsini göstərmək olar. Lakin bir çox hallarda səbəb tapıla bilmir”.

Gəncədə yeniyetmə faciəvi şəkildə ölüb

Gəncədə 13 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb.

Dalga tv Oxu.Az-a istinadən verdiyi məlumata görə, hadisə Ozan küçəsində qeydə alınıb.

2004-cü il təvəllüdlü Aslanlı Vüsal Vüqar oğlu həyətdəki tut ağacından yıxılaraq ağır xəsarət alıb. O, Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilsə də, yeniyetmənin həyatının qurtarmaq mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ötən il Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artıb

"Ötən ilin sonuna olan məlumata görə, Respublika Endokrinoloji Mərkəzində şəkərli diabet xəstəliyi ilə 226 952 nəfər qeydiyyatda olub. Halbuki 2015-ci ildə analoji göstərici 209 377 nəfər təşkil edib".

Dalga tv "Report"a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzin direktor müavini Babək Salek deyib.

Hazırda ölkə əhalisinə 60-dan çox endokrinoloji kabinetlərin xidmət göstərdiyini vurğulayan B.Salek bildirib ki, "2016-2020-ci illər üçün Şəkərli Diabet üzrə Dövlət Proqramı" çərçivəsində ölkədə qalxanabənzər vəzi xəstəliyindən əziyyət çəkən insanların müayinə və müalicə məqsədi ilə davamlı addımlar atılır: "Proqram çərçivəsində həm də digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub".

Onun sözlərinə görə, Bakı şəhərindəki poliklinikalarında və bölgələrdə "diabet pəncərəsi" xidmətinin yaradılması planlaşdırılır: "Həmçinin, şəkərli diabetlə xəstə pasiyentlərin müayinəsinin və müalicəsinin, dərman və özünənəzarət vasitələri ilə təmin edilməsi üçün Bakı şəhəri üzrə elektron registrin yaradılması istiqamətində işlər aparılır".

O əlavə edib ki, ölkədə şəkərli diabetin fəsadlarının profilaktikası məqsədilə diabet məktəbləri mövcuddur: "Bu məktəblər Bakı ilə yanaşı, regionlarda da fəaliyyət göstərir". 

Yeni və güclü antibiotik yaradıldı

Alimlər malyariyadan, yaxud stafilokok və ya streptokokların səbəb olduğu infeksiyalardan əziyyət çəkən pasiyentlərə kömək edə biləcək yeni antibiotik yaratmağa nail olublar.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, yeni yaradılan dərmana “Celin” adı verilib.

Qeyd edək ki, yeni maddə dərhal patentləşdirilib.

Hazırda həmin maddənin mikroorqanizmlərin daha geniş qrupuna təsirinin öyrənilməsi üçün ümumi sınaqlar başlanıb.

Saytda Axtarış

ახალი ამბები