Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2942
DünənDünən5773
Bu həftəBu həftə39658
Bu ayBu ay45446
Bu günə qədərBu günə qədər8407077

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Gürcüstanda 26 yaşlı azərbaycanlı həyat yoldaşını qətlə yetirib

Gürcüstanda qətl hadisəsi baş verib. 

 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonundakı Tamarisi qəsəbəsində yaşayan 26 yaşlı Xviça Nəbiyev həyat yoldaşı 1995-ci il təvəllüdlü Yeganə Quliyevanı qətlə yetirib.

X. Nəbiyev Y. Quliyevanı boğaz nahiyəsindən bıçaqla vurub.

Hadisənin qısqanclıq zəmində baş verdiyi bildirilir.


Qeyd edək ki, X. Nəbiyevin 1,5 və 3 yaşlı körpə uşaqları var. Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (bilərəkdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Ağdamda ilanlar evlərə hücum edib

Ağdam rayonunda ilanlar evlərə hücum edib.

Dalga tv Oxu.Az-a istinadən verdiyi məlumata görə, Əfətli kəndində daha çox müşahidə edilən sürünənlər insanlara hücum etməkdən də çəkinmir. 

Kənd sakini Razi Hüseynov uşaqların yatdığı otaqda gördüyü ilanlardan ikisini öldürüb, bir neçəsi qaçıb. 

Sakinlər sürünənlərin ötən illərə nisbətən daha böyük olduqlarını və həyətlərdə oynayan azyaşlılar üçün tamamilə təhlükə mənbəyinə çevrildiyini bildiriblər. Onlar hesab edirlər ki, ilanların bu vaxt üzə çıxmasına əsas səbəb ermənilərin təmas xəttində törətdikləri yanğınlar və tez-tez atəşkəsi pozmalarıdır. Sakinlər vəziyyətdən çıxış yolu kimi aidiyyəti qurumlardan kömək istəyirlər. 

Qeyd edək ki, son illər işğal altındakı ərazilərdən vəhşi heyvanların və sürünənlərin təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrinə miqrasiyası xeyli artıb.

Azərbaycanlı qadın Türkiyədə avtobus sürücüsünü bıçaqladı

Türkiyənin Tekirdağ şəhərində azərbaycanlı qadın avtobus sürücüsünü bıçaqlayıb.

Dalga tv Oxu.Az-a istinadən verdiyi məlumata görə, Ferhan Yakın adlı sürücünün idarə etdiyi avtobusda yolçuluq edən sərnişin Mənsurə Əlizadə hələlik məlum olmayan səbəblərdən onunla mübahisə edib.

Mübahisə davaya dönüncə Mənsurə Əlizadə çantasında gəzdirdiyi bıçağı çıxararaq sürücünü sinəsindən vürüb.

Hadisə bələdiyyə dayanacağında şahidlərin gözü qarşısında baş verib. Sürücünün yaralandığını görən digər sərnişinlər hadisə yerinə polis və təcili tibbi yardım çağıırıblar.

Yаrаlı sürücü xəstəxanaya, azərbaycanlı qadın isə polis bölməsinə aparılıb.

Ağcabədidə müəllim qonşusunun iki avtomobilini yandırıb

Ağcabədi rayonunda qonşusunun avtomobilini yandıran müəllim tutulub.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Taxtakörpü qəsəbəsinin Qarakeş obasında qeydə alınıb.

Belə ki, Laçın rayonundan məcburi köçkün Xanalı Muradalı oğlu Verdiyevin bir müddət bundan öncə müxtəlif vaxtlarda iki avtomobili yandırılıb.

X.Verdiyev Laçın Rayon Polis Şöbəsinə məlumat verərək bildirib ki, naməlum şəxs və ya şəxslər tərəfindən ona məxsus “VAZ-21015” və “Mercedes-190” markalı iki avtomobili yandırılıb.

Laçın RPŞ-nın əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı avtomobilləri yandırmaqda şübhəli bilinən Qarakeş obasının orta məktəbinin tarix müəllimi İkram Sərdar oğlu Şükürov tutulub.

Şübhəli şəxs qismində saxlanılan İ.Şükürov ilkin dindirmə zamanı törətdiyi əməli etiraf edib.

O, istintaqa verdiyi ifadəsində bildirib ki, qonşusunun iki avtomobili olduğu halda, onun avtomobili yoxdur və hadisəni gecə vaxtı qonşusunun həyətinə girərək bu səbəbdən törədib.

Faktla bağlı Laçın RPŞ-da cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

İlanlarla bir yerdə yaşayan ailə: "Həyəcan içindəyik"

Oğuz rayonunun Padar kəndində bir ailə ilanlarla birlikdə yaşayır.
 
APA TV-nin yerli bürosunun məlumatına görə, Padar kənd sakini Çəmşir Ələsgərovun ailəsi artıq bir neçə ildir ilanlarla birlikdə yaşayır.
 
Ələsgərovlar bir neçə il öncə evlərində ilana rast gəlib, daha sonra onların sayının getdikcə artdığını görüblər. İlandan canlarını qurtarmağa çalışsalar da, heç bir faydası olmayıb. Nə qədər qorxulu olsa da, illərdir evlərini ilanlarla paylaşan Çəmşir Ələsgərov çıxış yolu tapa bilmir: "İlan orada yatıb. Dünən birini burada, birini də qapının ağzında öldürmüşəm, biri də orada yatıb".
 
Çağırılmamış qonaqlarla bağlı kənd bələdiyyəsinə də dəfələrlə müraciət edən kənd sakini hələlik heç bir nəticə əldə edə bilməyib: "Nəvələrim, gəlinim, oğlum həyəcan içindədir. Yata bilmirik. Qapı-baca doludur ilanla".
 
2 metrə qədər uzunluğu olan ilanların zəhərli olduğu ehtimal olunur. İndi Ələsgərovlar ailəsinin yeganə ümidi məsələnin ciddiliyini nəzərə alaraq mütəxəssislərin əraziyə baş çəkməsinə qalıb.
 

Bakıda biznesmenin qızının toyu zamanı FİLM KİMİ CİNAYƏT

Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb. Dalga tv Lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu Telnov küçəsi 10, mənzil 5 ünvanında baş verib. 1967-ci il təvəllüdlü İlqar Niyazova məxsus mənzildən 7 min manat dəyərində qızıl-zinət əşyaları, 10 min dollar və 30 min manat oğurlanıb.

Ev sahibi 34-cü Polis Bölməsinə müraciətində bildirib ki, hadisə aprelin 30-da saat 17:30-dan 23:00-dək olan müddətdə mənzildə heç kimin olmadığı vaxt baş verib. Ailənin toy məclisində olmasından istifadə edən naməlum şəxs və ya şəxslər qapını açaraq evə soxulub.

Qeyd edək ki, şikayətçi İ.Niyazov biznesmendir.

"Qafqazinfo" saytı zərərçəkən ailənin qız evi olduğunu və onların cinayətdə oğlan evini günahlandırdığını yazıb.

Lənkəranda 15 yaşlı oğlan dayısının yük maşınının altında qalaraq ölüb

Lənkəranda 15 yaşlı oğlan yük maşınının altında qalaraq ölüb.


APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Liman şəhəri ərazisində baş verib.

Rayonun Ürgə kənd sakini, 1974-cü il təvəllüdlü Əsgərov Söhbət Mirkərim oğlunun idarə etdiyi ZİL markalı yük maşının geriyə hərəkət edərkən 2002-ci il təvəllüdlü Əsgərov Ramal Zaman oğlunu vurub. 15 yaşlı oğlan hadisə yerində keçinib.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

Qeyd edək ki, R. Əsgərov S. Əsgərovun bacısının oğludur.

Faktla bağlı prokurorluqda araşdırma aparılır.

Azərbaycan sərhədini pozan silahlı şəxs zərərsizləşdirilib

Mayın 1-də saat 21:30 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisində meşə massivində 1 nəfər silahlı şəxsin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən edilib.

Qusar rayon prokurorluğundan APA-ya verilən məlumata görə, saxlanılması ilə bağlı qanuni tələblərə tabe olmayan sərhəd pozucusu 1991-ci il təvəllüdlü Elvin Məmmədyarov hüquq-mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərib, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilib.

Faktla bağlı Qusar rayon prokurorluğunda müvafiq araşdırmalar aparılır.

Bakıda həkimi döyən ailə: Xəstəmizə iynə vurub öldürdü

Bir neçə gün bundan əvvəl Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşlarını döyməkdə ittiham edilən ailə şikayətçidir.

Dalga tv Oxu.Az-a istinadən məlumatına görə ailə iddia edir ki, təcili tibbi yardım həkimi xəstəyə yüksək dozada iynə vurub və bu səbəbdən xəstə dünyasını dəyişib.

Xəstənin ölümündə ittiham edilən həkim Rizvan Hacıyev ittihamları qəbul etmir. O bildirib ki, meyitin tibbi ekspertizasından sonra hər şey bəlli olacaq:

“Ailə iddia edirsə ki, xəstənin ölümündə biz günahkarıq, qoy meyit yarılsın. Hər şey ortaya çıxacaq. Mən protokol qaydasında orada heç bir səhv etməmişəm. Artıq dozada heç bir iynə vurmamışam”. 

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən verilən məlumata görə, meyitin ilkin müayinələri zamanı bəlli olub ki, xəstənin ağciyəri tamamilə məhv olubmuş:

“Xəstədə çox ağır metastaz vermiş ağciyər xərçəngi olub. Ölümünə qədər onun necə nəfəs aldığı özü möcüzədir. Dalaq və digər daxili orqanlar metastaza uğramış vəziyyətdə idi. Yəni ailənin iddia etdiyi kimi, xəstənin ölümündə hansısa iynənin təsiri olmayıb. İynə sakitləşdirici iynə olub. Xəstə ölümcül vəziyyətdə imiş”.

Xatırladaq ki, aprelin 24-də “103” çağrı mərkəzinə edilən zəng əsasında Binəqədi rayon 17 saylı köməkçi yardım stansiyasına məxsus “təcili yardım” avtomobili Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindən Sulutəpəyə yollanıb. Xəstənin yaxınları stansiya əməkdaşlarının vurduğu iynədən sonra xəstənin öldüyünü iddia edərək həm həkimi, həm də sürücünü döyüblər.

Gürcüstanda Ermənistan vətəndaşına məxsus yük maşını yanıb

Hərbi Gürcüstan yolunda Ermənistan vətəndaşına məxsus yük maşını yanıb.APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi  məlumat yayıb.  Məlumata görə, yük maşını Rusiyadan Ermənistana gedirmiş.

Msxeta-Mtianeti bölgəsinin Kveşeti kəndində baş verən hadisə yerinə iki yanın söndürmə maşını cəlb edilib və yanğın tezliklə söndürülüb. Xəsarət alan yoxdur. Yanğına səbəb  maşının elektrik naqillərinin nasazlığı olub.

Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır. 

8 masin toqqusdu: iki soydasimiz oldu, 6 yarali

Qəzvin-Kərəc yolunun 46 kilometrliyində zəncirvari yol qəzası baş verib.
Dalga tv  axar.az-a istinadən xəbər verir ki, Qəzvin Yol Polisinin açıqlamasında qəza nəticəsində 2 nəfərin öldüyü, 6 nəfərin isə ağır yaralandığı bildirilib.
Qəzvin Yol Polisi İdrəsinin rəisi polkovnik Nəsrulla Beygləri bildirib ki, “Volvu” yük maşını sürət həddini aşaraq idarəetməni itirib və nəticədə 7 avtomobillə toqquşub. Hadisə yerinə dərhal polis, təcili yrdım və səlahiyyətli qurumlar gəlib və yaralıları maşınlardan çıxardaraq xəstəxanaya aparıblar.

Bakı metrosunda intihara cəhd

Bu gün Bakı Metropoliteninin “Əhmədli” stansiyasında intihara cəhd hadisəsi olub.

 
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə,  hadisə səhər 10:40 radələrində baş verib. Metro əməkdaşı İsa Musayev sərnişinin əsəbi vəziyyətdə olduğunu və özünü relslərin üstünə atdığını bildirib. 
 
Metropoliten əməkdaşlarının dərhal müdaxiləsi nəticəsində 70 yaşlı qoca oradan çıxarılıb. Sərnişin övladlarına təhvil verilib və hazırda vəziyyəti yaxşıdır.

Saytda Axtarış

ახალი ამბები