Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2941
DünənDünən5773
Bu həftəBu həftə39657
Bu ayBu ay45445
Bu günə qədərBu günə qədər8407076

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Tbilisidə iki velomarşrut olacaq

Tbilisidə iki marşrut ürzə velosiped xətləri çəkilir. Bu barədə şəhər meriyasının Şəhər nəqliyyatı xidməti məlumat yayıb.

Dalga tv Xeber.ge-yə istinadən xəbər verir ki, birinci 8 kilometrlik velosiped xətti Deda Ena parkından başlayacaq, Kürün hər iki sahili üzrə keçəcək və dairəvi olacaq. Velosiped xəttində iki işıqfor və bir neçə velodayanacağın quraşdırılması planlaşdırılır.

İkinci nisbətən qısa – 1,2 kilometrlik velosiped xətti Çar Miriana küçəsində çəkiləcək.

Məlumata əsasən, velosiped xətlərinin çəkilməsi üzrə işlər artıq başlayıb və yarım aydan sonra başa çatacaq. Velosiped xətlərinin çəkilməsi bir neçə layihə üzrə maliyyələşdirilir.

Azərbaycan almalarına görə Ermənistanda məmurlar həbs edildi

Ermənistan Dövlət Gəlirləri Komitəsinin (DGK) məmurları əvvəlcədən razılaşdırılmış şəkildə rüşvət aldıqları üçün həbs ediliblər. Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Xüsusi İstintaq Xidmətinin mətbuat xidməti bildirib.

Belə ki, DGK-nin buraxılışdan öncəki nəzarət idarəsinin Baqrataşen şöbəsinin gömrük müfəttişi və həmin şöbənin növbə rəisi rüşvət almaqda ittiham olunurlar. Cinayət işi ölkəyə kənd təsərrüfatı məhsullarının qeyri-qanuni idxalı və bununla da dövlətə dəymiş külli miqdarda ziyana görə başlanıb. Məlumatda belə deyilir.

Qeyd olunur ki. sözügedən məmurlar bir sıra fərdi sahibkarlardan rüşvət alaraq, onların ölkə ərazisinə qeyri-qanuni şəkildə meyvə və tərəvəz idxalına şərait yaradıblar. Bunların arasında yol verilən normadan (50 kq) artıq gətirilmiş Azərbaycan almaları da var. Sonradan bu məhsullar heç bir bəyannamə olmadan yerli bazarda satılıb.

İttiham irəli sürülmüş şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Azərbaycanda güclü zəlzələ baş verib

Saatlı rayonu ərazisində daha bir zəlzələ baş verib.

Dalga tv Oxu.Az-a istinadən verdiyi məlumata görə, yeraltı təkan saat 10.50-də qeydə alınıb.  

Zəlzələnin maqnitudası 3,3 olub.

46 km dərinlikdə baş verən yeraltı təkan hiss olunmayıb.

Sumqayıtda doğuş zamanı ana və körpəsi ölüb

Sumqayıt şəhərində doğuş zamanı ana və körpəsi ölüb. 

Dalga tv "Report"-a məlumatına görə, hadisə Sumqayıt şəhər 1 saylı Doğum evində qeydə alınıb. 

Belə ki, 1979-cu il təvəllüdlü Gülnarə Təyyar qızı Əkbərova doğum zamanı dünyaya gətirdiyi körpə ilə yanaşı, özü də ölüb.

Əkbərovlar ailəsi həkim səhlənkarlığı iddiası ilə aidiyyəti qurumlara şikayət ediblər. Şikayət əsasında ana və körpənin meyiti Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizia və Patoloji Anatomiya Birliyinin Mərkəzi şöbəsinə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.

Çörçilin və Qaqarinin içdiyi əfsanəvi su - Borjomi haqqında bilmədikləriniz

“Borjomi” – təbii xüsusiyyətlərinə görə yaşı 1500 ildən yuxarı olan vulkanik mənşəli mineral sudur.

Onu 8-10 km dərinlikdən yer səthinə təbii karbon qazı sıxışdırıb çıxarır. Bir çox digər hidrokarbonatlı natriumlu mineral sulardan fərqli olaraq, “Borjomi” yerin altında soyumağa imkan tapmadan “yol boyu” Qafqaz dağlarının süxurlarında olan 60 müxtəlif mineral növü ilə zənginləşərək yer səthinə ilıq halda çatır (38-41°С).  

•Qədim gürcü əfsanəsinə görə, Borjomi qəsəbəsinin adı iki sözdən - “borj” (qala divarı) və “omi” (müharibə) sözlərindən yaranmışdır. Əvvəllər tez-tez müharibələr olardı, Borjomi kəndi isə dərədə çox əlverişli mövqedə yerləşmişdi. Onu əhatə edən dağlar qala divarına çevrilmiş, dağın dərəyə enən döşündə isə gözətçi qüllələri tikilmişdi.

•“Borjomi” mineral suyu öz xüsusi tərkibinə və şəfaverici xüsusiyyətlərinə görə Fransadakı Vichy-Grande-Grille bulağının və Almaniyadakı Sileziya bulağının məşhur müalicə suyundan heç də geri qalmır. Təsadüfi deyil ki, hələ yüz il bundan öncə Borjomi dərəsindəki kurortu Avropada “rus Vişisi” adlandırırdılar.

•“Borjomi” suyunun sənaye üsulu ilə doldurulub qablaşdırılmasına ilk cəhd çoxdan - 1850-ci ildə göstərilmişdi. O zaman Borjomi hərbi xəstəxanasının əczaçısı Zaxarov mineral suyu 1300 butulkaya doldurmuş və satışa çıxarmışdı

•1900-cü ildə “Borjomi” mineral suyunun istehsalı ilk dəfə ildə bir milyon butulkanı ötmüşdü.

•“Borjomi” ilk dəfə 1980-ci ildə brendə çevrilmişdir və o zaman onun ağ-qırmızı rəngli etiketi SSRİ ərazisindəki istehlakçıların hamısı arasında tanınmışdı. Hər gün bir milyona qədər yarımlitrlik butulkalarda “Borjomi” satılırdı, suyun illik istehsal həcmi isə rekord həddə - 400 milyon butulkaya çatmışdı. “Borjomi” ən məşhur su kimi tanınmaqla yanaşı, həm də bütün ölkə tarixinin bir parçasına çevrilmişdi.

•Bu gün “Borjomi” suyu 1890-cı ildəki eyni mənbədən doldurulur və Gürcüstanın Poti limanından İlyiçevsk dənizi ilə Ukrayna istehlakçısına çatdırılana kimi 2000km məsafə qət edir.

•“Borjomi” butulkasının xarakterik açıq göyə çalan yaşıl rəngi patentləşdirilmişdir və hətta onun xüsusi adı da vardır – Georgian Green (Gürcüstan yaşılı).

•“Borjomi” suyu dişlər üçün faydalıdır: bu suyun tərkibindəki ftorid və yodid ionları kariyesin yaranma ehtimalını azaldır.

•Uinston Çörçilin Sovet İttifaqına səfərləri zamanı rəsmi protokolun ayrılmaz hissəsi kimi onun qarşısında masanın üzərində hər zaman “Borjomi” butulkaları da qoyulurdu.

•Kosmosa uçuşundan sonra yerə enərkən Yuri Qaqarinin ilk istəyi “Borjomi” içmək olmuşdu. Bu barədə axtarış-xilasetmə əməliyyatlarının tibbi təminatı ilə məşğul olan professor Voloviç məlumat vermişdir.

•Məşhur sovet teatr rejissoru Georgi Tovstonoqov tamaşaların məşqlərində hər zaman onun üçün qabaqcadan “Borjomi” butulkası qoyulmuş on ikinci sırada əyləşirdi.

•“Solyaris” filminin çəkilişi zamanı solyaristikaya həsr olunmuş konfrans səhnəsində masaların üzərində “Borjomi” olurdu. Çəkiliş qrupunun üzvləri söyləyirdilər ki, hadisə uzaq gələcəkdə baş verdiyindən etiketləri kameradan gizləmək və ya düşünülmüş şəkildə hər hansı başqa etiket yapışdırmaq lazım gəlirdi. Lakin filmin rejissoru Andrey Tarkovski fikrində qəti idi – o, butulkaların üzərindəki etiketlərin oxunmasını israr edirdi. Rejissor “Borjomi”nin uzaq gələcəkdə də mövcud olacağına əmin idi.

•Təbii xüsusiyyətlərinə görə “Borjomi” suyunun artıq 1500 yaşı var, lakin onun mineral tərkibi dəyişməz qalır. Bunu 1890-cı ildən bəri həyata keçirilən daimi laboratoriya müşahidələri təsdiqləyir

Bu gün 9 may – Qələbə Günüdür

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 72 il keçir.

 Qeyd edək ki, 1939-cu il sentyabrın 1-də Faşist Almaniyası ildırımsürətli “Barbarossa” planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb.

1941-ci il iyunun 22-də isə Hitler Almaniyası SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.

Gürcüstandan  müharibəyə 750 min insan gedib. Onlardan hər ikisindən biri döyüşlərdə həlak olub. Bu müharibədə SSRİ-nin digər respublikalarına nisbətən Gürcüstan adambaşına faiz hesabı ilə daha çox öz həmyerlilərini itirib.

Ölkənin on minlərlə sakini hökumət tərəfindən mükafatlandırılıb, onlardan 167 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Gürcüstanda azərbaycanlı bələdiyyə nümayəndəsi rüşvətə görə tutulub

Gürcüstanıın Marneuli bələdiyyəsi sədrinin Qullar kəndi üzrə nümayəndəsi olan azərbaycanlı rüşvətə görə saxlanılıb.

APA-nın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, Dövlət Təhlükəsizlik Xidmətinin Antikorrupsiya Agentliyinin apardığı operativ axtarış və istintaq tədbirləri nəticəsində bələdiyyə nümayəndəsi Qəşəm Qarayev həbs olunub.

İstintaq müəyyən edib ki, Q. Qarayev Gürcüstan vətəndaşı Georgi K. və Nepal vətəndaşı Aşoku K. adlı şəxslərə saxta arayış düzəltməyi vəd edib. Buna görə o, 5,5 min lari pul istəyib. O, 500 larini əvvəl, qalan qismini isə arayışı verərkən alıb. Pulu alarkən o, Antikorrupsiya Agentliyinin əməkdaşları tərəfindən saxlanılıb və pul dəlil kimi götürülüb. Faktla bağlı cinayət işi qaldırılıb.

Tbilisidə Qələbə Günü qeyd olunacaq

Gürcüstanda faşizm üzərində qələbənin 72-ci ildönümü qeyd olunacaq. Mayın 9-u Gürcüstanda qeyri-iş günüdür.

Dalga tv  Xeber.ge saytına istinadla xəbər verir ki, tədbirlər mayın 9-da saat 10-dan 12-yə qədər Tbilisinin Qələbə memorialının olduğu Vake parkında İkinci Dünya Müharibəsi veteranlarının toplaşması ilə başlayacaq.

Gürcüstan hökumətinin, siyasi partiya, QHT nümayəndələri və sıravi vətəndaşlar da memoriala əklil qoyub veteranları təbrik edəcəklər.

Hökumət ənənəvi olaraq veteranlara Qələbə Günü münasibətilə təxminən 300 dollar məbləğində maddi yardım ayırır.

2016-cı ildə Gürcüstanda 1296 İkinci Dünya Müharibəsi veteranı olub. Bu il onların sayı 948 nəfərdir.

Gürcüstanda üç məktəb direktoru işdən azad olundu

Gürcüstanın üç ictimai məktəb direktoru işdən azad olunublar.

Dalga tv Xeber.ge-yə  istinadla xəbər verir ki, buna səbəb həmin məktəblərdə ayaqyollarında gigiyena normalarına riayət olunmamasıdır.

Daha üç məktəb direktoru xəbərdarlıq alıb, bir direktora isə çatışmazlıqları aradan qaldırmaq tapşırılıb.

Gürcüstanın Təhsil Nazirliyinin məlumatına əsasən, ayaqyollarında gigiyena ilə bağlı problemlər monitorinq nəticəsində müəyyən olunub.

Bununla bağlı Tbilisinin 151 və 23 saylı və Samteridinin 4 saylı məktəbin direktorları tutduqları vəzifədən azad olunublar.

Marneuli şəhərinin 3 saylı orta məktəbi, Marenuli rayonunun Candar kənd məktəbi və Kazbeqi rayonunun Artsi kəndinin məktəbləri ayaqyollarında gigiyena ilə bağlı xəbərdarlıq alıblar. Marneuli rayonun Tsereteli kəndinin məktəbinə də xəbərdarlıq edilib.

Azərbaycanda döyülən şagird şikəst oldu

2015-ci il oktyabrın 14-də Biləsuvarın Əlimərdan Hüseynov adına Çaylı kənd orta məktəbində müəllimin şagirdi döyməsi bir gəncin indiyə qədər həyatla ölüm-qalım çarpışmasına səbəb olub.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, sözügedən məktəbin bədən tərbiyəsi müəllimi Əzizov Elməddin Nurəddin oğlunun o zaman 10-cu sinif şagirdi olan Rəcəbli Əfsun İman oğlunu sinifdə vəhşicəsinə döyməsi uşağı bu günə kimi xəstəxana qapılarında qoyub.

1999-cu il təvəllüdlü Ə.Rəcəbli hələ də müalicə alır, ona şüa verilir və prosesin 25 yaşına qədər davam edəcəyi bildirilir.

Müəllim isə şagirdini döyməklə təkcə ona travma vurmayıb, həm də səhlənkar həkimlərin əlinə düşməsinə səbəbkar olub.

Döyülən gəncin atası İman Rəcəbov oğluna dəyən zərərə görə haqqını tələb edir və günahkarın cəzalandırılmasını istəyir. 

Şikayətçi hadisənin detallarını danışıb. Onun sözlərinə görə, hadisə dama oyunu üstündə baş verib:

“Evə gəlib gördüm ki, uşaq ağlayır, vəziyyəti yaxşı deyil. Soruşdum ki, ay bala, nə olub, dedi, Elməddin müəllim vurub”.

Onun dediyinə görə, evdə oğlunun vəziyyətinin yaxşı olmadığını görüb dərhal həkimə aparıb. Lənkərandakı xəstəxanada uşağın burnunun sındığını deyiblər. Uşağını Bakıda əməliyyat etdirməyə maddi gücü çatmayan ata İrana üz tutub. Təbrizdəki əməliyyat uğursuz alınıb. 

Ə.Rəcəblinin atası bildirir ki, bu günə kimi azı 35 min manata qədər xərci çıxıb.

Şikayətçinin sözlərinə görə, döyülmə faktı ilə bağlı cinayət işi açılıb və iş Biləsuvar rayon məhkəməsindədir. Ekspertizanın rəyi var, müstəntiq şagirdlərdən izahat alıb. Döyülmə faktı təsdiqlənib.

Gürcüstanda Avropa Məktəbi açılacaq

Gürcüstanda Avropa Məktəbi açılacaq.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstan baş naziri Giorgi Kvirikaşvili Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı Yohannes Hanla görüşdən sonra  keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, Avropa Məktəbi gələn il sentyabr ayından fəaliyyətə başlayacaq və məktəbdə gənclərin yüksək keyfiyyətli təhsili üçün hər cür şərait yaradılacaq.

“Bu məktəb gələcəkdə ölkəmiz üçün ixtisaslı mütəxəssislər hazırlayacaq”, - deyə baş nazir bildirib.

G. Kvirikaşvili "Şərq tərəfdaşlığı" sammitinin Aİ ilə əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcəyinə ümidvar olduğunu vurğulayıb. O, islahatlar prosesində Avropa İttifaqının dəstəyinin və maliyyə yardımının böyük əhəmiyyət kəsb etdiyini söyləyib.

Y. Han isə Brüsselin yeni təşəbbüslərin həyata keçirilməsi üçün Gürcüstana yardım etməyə hazır olduğunu bildirib.

Görüşdən sonra Gürcüstanın Avropa və Avro-atlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri Viktor Dolidze ilə Y. Han "Texniki əməkdaşlıq mexanizmi" haqqında müqavilə imzalayıblar.

Assosiasiya sazişinin həyata keçirilməsinə dəstək məqsədi ilə Brüssel Gürcüstana 32 milyon avro yardım ayıracaq.

Saytda Axtarış

ახალი ამბები