Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2942
DünənDünən5773
Bu həftəBu həftə39658
Bu ayBu ay45446
Bu günə qədərBu günə qədər8407077

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Bəyin toy günü ölməsi haqda xəbər yalan çıxdı

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda 11 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
 

Dalga tv “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar. Əməliyyat saat 19:24-də başa çatıb.

***

Bakıda bəy toy günü faciəvi şəkildə dünyasını dəyişib.

AzVision.az-a daxil olan məlumata görə, "20 Yanvar" metrostansiyasının yaxınlığında yerləşən hündürmərtəbəli yaşayış binalarından birində lift qırılıb.

Sakinlərin bildirdiyinə görə, hadisə nəticəsində nişanlısını şadlıq evinə aparmaq üçün gələn bəy dünyasını dəyişib. 

Hələlik ölən şəxsin kimliyini dəqiqləşdirmək mümkün olmayıb.

***

Sakinlər bəyin ölməsi haqda xəbər versələr də, sonradan məlum olub ki, o, FHN əməkdaşları tərəfindən xilas edilib. Xoşbəxtlikdən ölüm faktı qeydə alınmayıb. Hadisədən sonra toy məclisinin davam etdiyi bildirilir.

https://youtu.be/5nHWDhwG4Lw

Artıq çəki ürəyə ziyandır

Az hərəkətli həyat tərzi yaşayanlar, digərlərinə nisbətən çəkinin artmasına daha çox meyilli olurlar. Məsələ bundadır ki, onlar sadəcə olaraq, gün ərzində qida ilə qəbul etdikləri enerjini (kalori) sərf edib qurtara bilmirlər.

Nəticədə artıq qalan kalorilər piy şəklində yığılır. Alimlər tərəfindən müəyyən edilmişdir ki, normal çəkisi olanlara nisbətən çəkisi artıq olanlarda hipertoniyanın inkişaf etmə riski 6 dəfə (!) daha yüksəkdir. Çəkisi artıq olanlar tənəffüs pozğunluğundan da (təngnəfəslik) əziyyət çəkdikləri üçün, bu, son nəticədə ağ ciyər və ürək çatmazlığına səbəb olur. Bundan savayı, çəkisi artıq olan insanlarda aterosklerozun inkişaf etmə riski də xeyli dərəcədə yüksək olur.

Buna görə də bütün həyat boyu çəkini normada saxlamaq lazımdır – bu ürək-damar xəstəliklərinin profilaktikasında vacib olan şərtlərdən biridir. İnsan yaşa dolduqca, çəkinin hər artıq kiloqramı, onun sağlamlığı üçün daha təhlükəli olur!

Bəs, artıq çəkinin olduğunu necə müəyyən etmək olar? Bunun üçün bədən kütləsi indeksinin hesablanmasının xüsusi formulu vardırBədən kütləsi indeksini bu formul ilə müəyyən edirlər: bədənin kütləsini (kq), boyun metrlə hesablanan ölçüsünün kvadratına bölünməsi. Məsələn, əgər sizin boyunuz – 1m 60 sm, çəkiniz isə 65 kq olarsa, bədən kütləsi indeksini təyin etmək üçün siz belə hesabat aparmalısınız = 65 : (1,6x1,6) = 65 : 2,56 = təxminən 25,4. Normada bədən kütləsi indeksi 25-ə qədər olmalıdır. Demək sizin göstəriciniz normadan bir qədər artıqdır. Əgər sizin bədən kütləsi indeksi 30 və ya 30-dan çoxdursa, demək sizdə piylənmə baş verib.

Dietoloq-həkimilə məsləhətləşin ki, o sizə uyğun arıqlama üsulunu tövsiyə etsin.

Bakıda liftdə qalmış 11 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda 11 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar. Əməliyyat saat 19:24-də başa çatıb.

ADNSU-da 30 aprel terror qurbanlarının xatirəsi anılıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 30 aprel terror qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Dalga tv "Report"a istinadən xəbər verir ki, universitetin professor-müəllim heyəti, tələbələr, terror qurbanlarının yaxınlarının iştirak etdiyi anım mərasimi faciə qurbanlarının xatirəsinə qoyulmuş barelyefin önündə başlayıb.

Terror qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edən tədbir iştirakçıları barelyefin önünə gül dəstələri düzüblər.

ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə keçirilən rəsm sərgisində tələbələrin faciə haqqında çəkdiyi rəsmlər nümayiş olunub. Sonra universitetin Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə ADNSU tələbələrinin 30 aprel haqqında hazırladığı qısa film təqdim olunub.

30 aprel hadisələrinin hər kəsin qəlbində dərin iz buraxdığını deyən ADNSU-nun rektoru, professor Mustafa Babanlı hadisə qurbanlarının xatirəsinin daim əziz tutulacağını bildirib. Terrordan heç bir dövlətin sığortalanmadığını söyləyən rektor M.Babanlı belə bir hadisənin bir daha baş verməyəcəyinə inandığını qeyd edib:

"Həmin gün həlak olan insanlar həmişə Azərbaycanı güclü görməyi arzulayıblar. Biz də universitet olaraq əlimizdən gələni edib ölkəmizin inkişafına töhfəmizi verərək onların ruhu qarşısında öz borcumuzu yerinə yetirməliyik”.

Sonra tədbir iştirakçıları faciə qurbanları haqqında xatirələrini bölüşüblər.

Alimlər gəncliyi qoruyub saxlamağın yolunu tapıblar

Harvard Universitetinin mütəxəssisləri irsi faktora baxmayaraq, gəncliyi qoruyub saxlamaq vasitələrindən danışıblar.

Dalga tv AZƏRTAC-a stinadla xəbər verir ki, alimlərin fikrincə, xarici görünüşün yaşla əlaqədar dəyişməsində aparıcı rol heç də həmişə genlər oynamır. Eksperimentdə genetik məlumatlarının əlverişsiz olmasına baxmayaraq, xarici görünüşünü gənc saxlamağa müvəffəq olan xanımlar iştirak edib. Onlar bir qayda olaraq sağlam həyat tərzi keçirib, yaxşı qidalanıb və doyunca yatıblar.

Eksperimentin nəticəsində alimlər gəncliyi qoruyub saxlamağın formulunu müəyyən ediblər: gündə azı 7 saat dincəlmək, idmanla məşğul olmaq, müntəzəm olaraq dərini nəmləndirmək və günəşli havada eynək taxmaq. Belə ki, sabit fiziki fəallıq uzun müddət gənc qalmaq şansını 14 faiz, vitaminlər 18 faiz, yaxşı yuxu isə 10 faiz artırır.

Marneulidə 17 yaşlı qız qaçırılıb: Polis axtarış aparır

Gürcüstanın Marneuli rayonunun kəndlərindən birində 17 yaşlı qız onunla zorla evlənmək istəyən kişi tərəfindən qaçırılıb.

Dalga tv Xeber.ge-yə  istinadla xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Baya Pataraya məlumat verib.

Patarayanın sözlərinə görə, qız kənd məktəbi yaxınlığında özündən 10 yaş böyük olan kişi tərəfindən qaçırılıb. Bu barədə polisə qaçırılmanın şahidi olan müəllim məlumat verib.

Gürcüstanın Daxili İşlər Nazirliyində qanunsuz azadlıqdan məhrumetmə maddəsi ilə iş qaldırılıb. Bu maddəyə əsasən, iki ildən dörd ilədək həbs nəzərdə tutulur.  

İnsident dünən baş verib. Qız qaçıranın şəxsiyyəti müəyyən olunub. Polis kişi və qızın axtarışına başlayıb, lakin bu vaxta qədər başqa məlumat yoxdur.

Pataraya bununla bağlı polisi fəaliyyətsizlikdə günahlandırıb.

“Qızın ailəsi oturub qəzəblə gözləyir, patrul tələsmir. Kim bilir, bəlkə həmin kişi qızı zorlayıb və döyüb. Heç kəs heç nə etmir, bu heç kəsi narahat etmir”, - Pataraya Facebook səhifəsində yazıb.

Gürcüstanda məktəbli mikroavtobusu “Kamaz”la toqquşub

Kutaisi yaxınlığında yük avtomobili və məktəbli mikroavtobusunun toqquşması nəticəsində üç uşaq xəsarət alıb. Bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.  

Dalga tv Xeber.ge-yə  istinadla xəbər verir ki, mikroavtobusda Zestafoni şəhərindən olan məktəblilər olub. Onlar Gelat monastrına ekskursiyaya gedirdilər. Onların olduğu mikroavtobus “Kamaz”la toqquşub.

Xəsarət alan məktəblilər Kutaisidəki xəstəxanaya çatdırılıb. Onların həyatına təhlükə yoxdur.

Faktla bağlı cinayət işi açılıb.

Kaxetidə maşın məktəbli qızı vuraraq öldürdü

10 yaşlı qız Qurcaani rayonunun Cimiti kəndində yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.

Dalga tv Xeber.ge-yə  istinadla xəbər verir ki, bədbəxt hadisə bu gün səhər qızın məktəbə getdiyi vaxt baş verib. O, məktəb yaxınlığındakı yolu keçirmiş.

Hadisə yerinə dərhal təcili tibbi yardım maşını gəlib. Uşaq hələ sağ olub. Onu üz sümüklərinin çoxsaylı sınıqları ilə yerli xəstəxanaya çatdırıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb.

Arıqlamağa kömək edən və qaraciyəri təmizləyən QANQAL ÇAYI

Qanqal bitkisi həm xalq, həm də ənənəvi tibdə qaraciyərin fəaliyyətini yaxşılaşdıran, qaraciyəri təmizləyən bitki kimi tanınır və istifadə olunur.

Bundan əlavə qanqal orqanizmi ziyanlı maddələrdən, toksinlərdən təmizləyir, artıq mayeni xaric edir, piylərin parçalanmasını sürətləndirir, iştahanı azaldır. Qanqalın bu xüsusiyyətləri arıqlamağa kömək edir.

Arıqlamaq üçün qanqal çayı istifadə olunur. Çayın dadını və faydasını yaxşılaşdırmaq üçün ona nanə yarpaqları da əlavə olunur.

Arıqladan qanqal çayının hazırlanması:

1 ç.q. qanqal toxumları və 3-4 nanə yarpağının üzərinə 1 stəkan qaynar su tökülür, 30 dəqiqə dəmlənilir, yaxşı süzülür. Çayı yarım stəkan olmaqla gündə 2 dəfə (səhər və axşam) yeməkdən əvvəl ilıq halda için. Kurs - 10 gün.

Nəzərə almaq lazımdır ki, bəzi insanlara belə çay ziyan vura bilə. Belə ki, xrokini mədə-bağırsaq sistemi, ciddi qaraciyər xəstəlikləri olan insanlar bu çaydan istifadə etməməlidir.

Gürcüstanın aztəminatlı vətəndaşları dərmanları pulsuz alacaq

Ümumi səhiyyə proqramı çərçivəsində 500-600 min Gürcüstan vətəndaşı – sosial təminatsız və ya tənha təqaüdçülər  bu ilin yayından başlayaraq hər ay xroniki xəstəliklərin müalicəsi üçün lazımı medikamentləri 1 lariyə ala biləcəklər.

Dalga tv Xeber. ge-yə istinadla xəbər verir ki, bunun üçün hökumət təxminən 4 milyon lari ayırıb.

“Hökumət ümumilikdə 24 medikament almağı planlaşdırır və onlar bizim əhali üçün simvolik qiymətə satılacaq. Maksimum, insanlar bir lari ödəməli olacaqlar. Bundan başqa, onlar lazımı dərmanların üç aylıq ehtiyatını müvafiq aptek şəbəkəsindən ala bilərlər”, Gürcüstanın səhiyyə nazirinin müavini, Sosial xidmət agentliyinin direktoru Zaza Sofromadze deyib.  

Rusiyada OMON azərbaycanlıların toyuna basqın edib

Rusiyada OMON azərbaycanlıların toyuna basqın edib.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, hadisə aprelin 24-də Tver Vilayətinin Kimrı şəhərində baş verib. Restorana daxil olan OMON-çular təxminən 200-ə yaxın qonağın sənədlərini yoxlayıblar. Daha sonra qonaqların avtomobilləri yoxlanılıb. Əməliyyat iki saat davam edib.

OMON-nun Tver vilayəti üzrə idarəsinin mətbuat katibi Natalya Baal bildirib ki, yoxlama “Miqrant” əməliyyatı çərçivəsində keçirilib: “Buna anlayışla yanaşılmasını istəyirik”.

Bakı hotelində darıxan turist “zarafat” etmək qərarına gəlib – FOTO

İnternetdə belə hadisələrə tez-tez rast gəlmək olar, amma bizdə belə hadisə ilk dəfədir baş verir.

İş ilə əlaqədar səfərə çıxanlardan bu səfərlərin nə dərəcədə əyləncəli olduğunu soruşsanız, cavab “darıxdırıcıdır” olacaq. Siz yad ölkəyə gəlirsiniz, hotelə yerləşirsiniz, hər gün eyni yerdə yalnız yeyir, yalnız yatırsınız. 

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, belə səyyahlardan biri darıxmamaq üçün kreativ yol tapıb.  

O, hər səhər yatağında şən, qəribə fiqurlar hazırlayırdı.

Hotelin əməkdaşı olan xanım da hər əsərə cavab yazırdı. Bu “macəra” bir neçə gün davam edib və sonunda turist hoteldə çalışan xanıma xoş sürpriz edib.

Saytda Axtarış

ახალი ამბები