Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2942
DünənDünən5773
Bu həftəBu həftə39658
Bu ayBu ay45446
Bu günə qədərBu günə qədər8407077

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Azərbaycanın tanınmış idmançısı restoranda öldü

Bakıda restoranda ölüm hadisəsi baş verib.

Dalga tv  APA-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu ərazisində yerləşən “Dalida” restoranında qeydə alınıb.

Bir qrup idmançı, məşqçi və hakim Bakıda keçirilən IV İslam Oyunlarında qazanılan qələbəni qeyd etmək üçün adıçəkilən restoranda toplaşıblar.

Məclis əsnasında Azərbaycan Milli Karate Federasiyasının vitse-prezidenti, 7-ci dan qara kəmər sahibi, beynəlxalq hakim Yusif Hüseyn oğlu Məmmədov qəfildən dünyasını dəyişib.

İlkin məlumata görə, Məmmədov ürək tutmasından ölüb.

Az bal yığan abituriyentin ölüm qərarı

Şəmkir sakini intihara cəhd edib.

Dalga tv Oxu.Az-a istinadən verdiyi məlumata görə, rayonun Tatarlı kənd sakini 18 yaşlı Namiq Cahan oğlu Qasımov dərman içərək həyatına son qoymaq istəyib.

Anası tez xəbər tutduğuna görə o, Tovuz rayon Qovlar Şəhərinin Təcili Tibbi Yardım Stansiyasına çatdırılıb. 

İlkin müayinədən sonra Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilən Namiq Qasımov reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. 

İlkin ehtimala görə, Namiqin intihar etməsinə onun qəbul imtahanında istədiyi nəticəni göstərə bilməməsi səbəb olub.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır

Salatlara bitki yağı əlavə edin ki...

Yaz və yay mövsümlərində masalarımızı tez-tez dadlı və faydalı tərəvəz salatları bəzəyir.

Mütəxəssislər belə salatları əsas yeməkdən əvvəl yeməyi tövsiyə edirlər. Bu halda insan daha tez doyur və kalorilərlə zəngin olan əsas yeməyi daha az yeyir. Bu isə bədən çəkisini normada saxlamağa kömək edir.

Salatların əsas faydası onların müxtəlif vitamin və minerallarla zəngin olmasıdır. Xüsusilə belə salatlar pomidorda, bibərdə, turpda, bəzi göyərtilərdə olan A vitamini ilə zəngindir. A vitamini ən güclü antioksidant sayılır ki, bu vitamin orqanizmdə gedən qocalma proseslərini ləngidir, orqanizmi cavan saxlayır, bir çox xroniki xəstəliklərinin inkişafının qarşısını alır. Lakin nəzərə almaq lazımdır ki, A vitamini orqanizm tərəfindən yalnız yağlarla birlikdə mənimsənilir. Bu səbəbdən salatlardan maksimal fayda almaq üçün onlara mütləq bitki yağı və ya xama əlavə edin.

Salatlar digər üstünlüyü qidalı liflərlə zəngin olmasıdır ki, bu liflərin faydaları saymaqla bitməz: tez toxluq hissi yaradır və arıqlamağa kömək edir, bağırsaqları təmizləyir, qəbizliyin qarşısını alır, qanda xolesterolun və şəkərin səviyyəsini aşağı salır, bağırsaq xərçənginin inkişafının qarşısını alır.

Gürcüstan vətəndaşları Azərbaycan vətəndaşlığı ala bilər, amma....

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda müvəqqəti olma,  müvəqqəti yaşama və daimi yaşama  hüquqquna malikdirlər.
 
 “Orta və ali təhsilimi Azərbaycanda almışam. Hətta nigah evinə də orada daxil olmuşam. Lakin Azərbaycan vətəndaşlığını əldə etməyə çalışsam da neçə illərdir ki, buna nail ola bilmirəm”. Bunu Modern.az-a açıqlamasında Amil Hacıyev bildirib.
 
Amil Hacıyev deyir ki, vətəndaşlıq əldə edilməsi ilə bağlı müraciətlərinin mümkün ola biləcəyi söylənilsə də, məsələ nəticəsiz qalıb. Üstəlik, burada işləmək üçün icazə alıb və 1000 manat ödəyib. “Vətəndaşlıq almaqla bağlı Miqrasiya xidmətinə müraciət etmişəm. Bildiriblər ki, 2 dəfə 1 il 1 il qeydiyyata düş. 5 il sonra yenə qeydiyyata düş. Bundan sonra vətəndaşlıq veriləcək. 5 ilim bitəndən sonra  dedilər ki, yox yenidən 5 il üçün müraciət elə, sonra vətəndaşlıq üçün müraciət etməlisən. Məsələ uzandığından hələ də vətəndaşlıq ala bilməmişəm”
Amil Hacıyevin sözlərinə görə, vətəndaşlıq ala bilmədiyi üçün problemlər yaşamalı olur. “Xarici ölkələrə gedəndə viza problemi yaranır. Hətta, sürücülük vəsiqəm yaşayış icazəsinə görə verilib. Təəssüf ki, bitəndə hər ikisi bitir”.
 
Vətəndaşlıq əldə etməklə bağlı yaranan problemlər
 
Qeyd edək ki, Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqları  “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” qanunla tənzimlənir. Yəni əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəmizə müvəqqəti və daimi yaşamaq üçün gələ bilər. Təbii ki, bu zaman müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanından icazə alınması mütləqdir. Üstəlik, ən azı iki il qanuni əsaslarla Azərbaycanda müvəqqəti yaşamalısan ki, daimi yaşamaq  hüququ (immiqrant statusu) əldə edə biləsən. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada yaşayış yeri üzrə qeydiyyata alınırlar və müvəqqəti olan hesab edilirlər. Azərbaycan  ərazisində müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada yaşayış və ya olduğu yer üzrə qeydiyyata alınmalıdır və onlar üçün müəyyən edilmiş müddətlər qurtardıqdan sonra Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.
 
Gürcüstan vətəndaşı Azərbaycan vətəndaşlığını ala bilmirsə...
 

Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Modern.az-a açıqlamasında deyib ki, son illərdə Azərbaycanda vətəndaşlıq əldə edənlərin 90%-i  Gürcüstan vətəndaşlığı olan şəxslərdir. Təbii ki, onlar Gürcüstan vətəndaşlığından imtina edirlər. Ona görə heç də onların əksəriyyətinin Azərbaycan vətəndaşlığı ala bilməməsini söyləmək olmaz. Sadəcə, ölkə ərazisində qeydiyyatda olarkən qeydiyyat prosesini daha artıq uzatmağa çalşırlar. Bu da müəyyən narazılıqların yaranmasına hətta, məhkəməyə qədər gedib çıxa bilir “Vətəndaşlıq ala bilməyənlərin problemi  əsasən prosedur qaydalarla bağlıdır. Vətəndaşlıq almaq istəyənlərdə həmin prosedur qaydalar bir növ pozulub. Elə Gürcüstan vətəndaşları var ki, Azərbaycana gəlib  bir ildən, iki ildən bir   müvəqqəti yaşamaq hüququ əldə edirlər. Sonra yenidən Gürcüstana qayıdırlar. Növbəti dəfə gələndə 5 illik üçün müraciət edirlər. Təbii ki, həmin vətəndaşlara 5 illik yox bir, ya da, iki illik müvəqqəti yaşamaq hüququ verilir. Bu zaman problemlər ortaya çıxır. Şərtlərdən biri də odur ki, fasiləsiz olaraq ölkə ərazisində qalmalısan. Əgər vətəndaşlıq almaq istəyən şəxs ölkə ərazisini tərk edirsə, bir il ərzində 3 aydan artıq olmamaq şərtilə  yenidən ölkəyə qayıtmalıdır. Bu, Azərbaycan Respublikasının qanunun 14-cü maddəsində öz əksini tapıb. Ona görə də bu cür məsələlərdə prosedur qaydalarına riayət etmək lazımdır”.

 
Vətəndaşlığı olmayanların  toxunulmazlığı. Qanun bu barədə nə deyir?
 
“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq, azadlıq və vəzifələrindən danışan Azər Allahverənov, onların toxunulmazlıq hüququnu da izah edib. "Bu qanunun 9-cu maddəsi ilə tənzimlənir. "Ölkəmizin ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına müvafiq olaraq şəxsi toxunulmazlıq və mənzil toxunulmazlığı hüquqları vardır. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada tutulmuş, yaxud həbs olunmuş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu hərəkətlərə səbəb olan hallar və onların hüquqları haqqında dərhal məlumat verilməlidir. Əcnəbini və Azərbaycan Respublikasında müvəqqəti olan vətəndaşlığı olmayan şəxsi tutmuş, yaxud həbs etmiş orqan və vəzifəli şəxs bu haqda dərhal Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə məlumat verməlidir".
 
“Övladların vətəndaşlıq əldə edə bilməsi qeyri-mümkün məsələ deyil”

 
Müsahibimiz Amil Hacıyev illərdir ki, Azərbaycan vətəndaşlığı almağa çalışır. Hələ də buna nail ola bilməyib. Amma 2 övladına Azərbaycan vətəndaşlığını rahatlıqla ala bilib. Necə olur ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslər illərlə vətəndaşlıq ala bilmir, amma övladları bu məsələdə daha şanslı olur?! Əmək hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə övladların vətəndaşlıq əldə edə bilməsi qeyri-mümkün məsələ deyil. “Azərbaycan vətəndaşlığı ala bilməyən Amil Hacıyev  Gürcüstan vətəndaşıdır. Amma onun   övladları Azərbaycanda doğulub. Buna görə də övladları  üçün vətəndaşlıq əldə edə bilib. Özü isə vətəndaşlıq ala bilməyib. Bu da normal olduğu kimi, həm də  mümkündür”. Beynəlxalq aləmdə vətəndaşlığın əldə edilməsinə gəlincə, Sahib Məmmədov bildirdi ki, bu məsələdə  iki əsas hüquq götürülür. “Söhbət torpaq və qan hüququndan gedir. Torpaq hüququ o deməkdir ki bu torpaqda doğulubsa, Azərbaycan vətəndaşlığını əldə edə bilər. Qan hüququ da o deməkdir ki, onun valideynlərindən ən azı biri Azərbaycan vətəndaşı olmalıdır”.

 
Azərbaycanda vətəndaşlığı olmayanlar necə  qeydiyyata alınır?
 
Qısa olaraq məlumat üçün bildirək ki, qəbul olunmuş və hazırda da qüvvədə olan Miqrasiya Məcəlləmizin tələblərinə görə Azərbaycanda 10 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Hüquqşünas Xəyal Bəşirov Modern.az-a açıqlamasında əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyat məsələsinə  bu cür aydınlıq gətirib.

 
“Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı müddətə qeydiyyata alınırlar: Viza əsasında gələnlər - vizada göstərilən qalma müddətinə görə qeydiyyata alınır. Viza tələb olunmayan qaydada gələnlər isə - 90 gün müddətinə qeydiyyata alınır.  Həmin məcəllənin 15-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət sərhədinin buraxılış məntəqələrindən keçmək şərti ilə, pasportları və ya digər sərhədkeçmə sənədləri əsasında Azərbaycana gələ və Azərbaycandan  gedə bilərlər. Azərbaycan Respublikasına gəlmək üçün viza tələb olunduğu hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu Məcəllə ilə müəyyən olunmuş qaydada viza almalıdırlar. Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilələr bağlanmış olduğu hallarda, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasına vizasız qaydada gələ bilərlər.Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər pasportları və ya digər sərhədkeçmə sənədləri və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələri əsasında Azərbaycan Respublikasından gedə və viza almadan Azərbaycan Respublikasına qayıda bilərlər”.
 
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hansı halda işləməsinə icazə verilir? Hüquqşünas Xəyal Bəşirov deyir ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda işləmək izni var.
“Əgər müvəqqəti yaşayış izni ilə yaşayırlarsa, təbii olaraq, iş icazəsi əldə etmədən işləyə bilərlər. Elə Gürcüstan vətəndaşları var ki, Azərbaycanda daimi yaşamaq hüququ əldə ediblər. Bu zaman iş icazəsinə ehtiyac yoxdu. Əgər daimi yaşayış hüququ yoxdursa yalnız ona ildə bir dəfə, ya da, 6 aydan bir müvəqqəti yaşamaq icazəsi verilirsə, onun burada işləməsi mümkün deyil. Yalnız o halda işləyə bilər ki, işə götürən şəxs onun üçün iş icazəsi alsın. İş icazəsinin də maksimal müddəti bir ildir. Bir ildən sonra yenilənməlidir. Yəni hər il bunun üçün icazə alınmalıdır. Həmçinin, bunun üçün 1000 manat rüsum ödənməlidir. Bu rüsumu da şəxs yox, işəgötürən ödəməlidir”.
Digər bir məsələ Gürcüstan vətəndaşlarının qeyri-leqal əməklə məşğul olmasıdır. Xəyal Bəşirovun sözlərinə görə, bu cür vətəndaşlığı olmayanların deport olunmaq riski var. “İş icazəsi əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə o zaman verilir ki, həmin vəzifəyə yerli vətəndaş iddia etməmiş olsun. Ona görə də Gürcüstandan və başqa ölkələrdən olan şəxslər var ki, Azərbaycanda qeyri-leqal vəziyyətdə yaşayırlar. Qeyri-leqal əmək fəaliyyəti həyata keçirirlər. Buna da “tənzimlənməyən əmək” deyirlər. Gürcüstandan olan elə əcnəbi vətəndaşlar var ki, Azərbaycanda qeyri-rəsmi çalışırlar. Sabah onları yaxalasalar ölkədən deport olunmaq riski var. Eyni zamanda, onları işlədən şəxsi də çox böyük cərimələr gözləyir”.
 
Dünya ölkələrində vətəndaşlıq məsələsi...

 
Əksəriyyət ölkələrdə vətəndaşlığın əldə edilməsi ilə bağlı prosedur çox çətindir. Bəzən 10, 15, 20 il çəkir. Qonşu Rusiyada isə uzun müddət Azərbaycan vətəndaşları asanlıqla Rusiya vətəndaşlığını əldə edə biliblər. Daha sonra həm bizim, həm də Rusiyanın qanunvericiliyi dəyişdi. İndi onlardan birini seçməlidirlər.  Elə ölkələr var ki, əhalisinin sayı azdır. Bu cür ölkələrdə vətəndaşlıq əldə etmək asan olur. Digər tərəfdən, hansı yerdə ki, həyat səviyyəsi yüksəkdir, orada vətəndaşlığın qəbulu çətindir. Məsələn Birləşmiş Ərəb Əmirlikləri demək olar ki, vətəndaşlığı qəbul etmirlər.
 

7 xəstəliyə çarə olan QIZILI YAĞ

Keçmişdə çaytıkanı "padşah giləmeyvəsi", ondan hazırlanmış yağı isə "qızılı yağ" adlandırırdılar.

Çaytikanı yağı qədim zamanlardan bəri yüksək qiymətləndirilir və müalicəvi vasitə kimi geniş istifadə olunur.

Müasir dövrdə də çaytikanı yağı həm xalq, həm də ənənəvi tibdə müxtəlif xəstəliklər və pozulmalar zamanı çox geniş istifadə olunur.

1. Çaytikanı yağı ürək-damar sistemi xəstəliklərinin müalicəsi və profilaktikası üçün olduqca faydalıdır. Bu yağının tərkbində olan doymamış yağlı turşular, flavonoidlər, kumarin kimi qiymətli maddələr damarların divarlarını möhkəmləndirir, onları daha elastik edir, damarlarda trombların əmələ gəlməsinin və aterosklerozun qarşısını alır.

2. Çaytikanı yağı mədə və 12 barmaq bağırsağı xorası xəstəliyi müalicəsində çox effektli köməkçi vasitə kimi istifadə olunur. Çaytikanı yağı mədənin turşuluğunu azaldır, mədə-bağırsaq sisteminin selikli qişalarını qoruyur və onların bərpa olunmasına kömək edir.

3. Çaytikanı yağı proktit (düz bağırsağın iltihabı), babasil, anal çatları zamanı da yaxşı müalicəvi effekt verir. Bu məqsədlə tərkibində çaytikanı yağı olan şamlar istifadə olunur.

4. Çaytikanı yağı gözlər üçün xüssilə faydalıdır. Belə hesab olunur ki, bu yağ müxtəlif göz xəstəliklərinin (katarakta, qlaukoma və s.) inkişafının qarşısını alır. Bundan əlavə çaytikanı yağı gözün buynuz qişası travmaları və yanıqları, keratitin kompleks müalicəsində köməkçi vasitə kimi istifadə olunur.

5. Stomatoloqlar çaytikanı yağını damaqların iltihablarının müalicəsində istifadə edirlər. Bunun üçün steril pambıq çaytikanı yağında isladılır və damaqlara qoyulur.

6. Çaytikanı yağı ginekologiyada da geniş istifadə olunur. Bu yağ kolpit, endometrit, vaqinit, servisit kimi xəstəliklərin kompleks müalicəsində istifadə olunur. Xüsusilə çaytikanı yağı uşaqlıq boynu eroziyası və uşaqlıq yolu selikli qişaların travmaları zamanı tez-tez istifadə olunur. Müalicə zamanı çaytikanı yağında isladılmış steril tampon uşaqlıq yoluna qoyulur. Adətən 10-15 belə prosedur təyin olunur. Selikli qişalar tez bir zamanda bərpa olunur və müalicənin nəticəsi davamlı olur.

7. Çaytikanı yağı müxtəlif dəri xəstəliklərinin (psoriaz, neyrodermit, dəmrov, ekzema, piodermiya və s.)  müalicəsində də geniş istifadə olunur.

Ənənəvi tibb bu yağı müxtəlif yanıqların (gün, termik, kimyəvi), çətin sağalan yaraların, yataq xəstələrində əmələ gələn yaraların müalicəsində istifadə edir.

Azərbaycanlı cərrah Fərman Ceyranlı Gürcüstanda saxlanılıb

Tanınmış azərbaycanlı cərrah, professor Fərman Ceyranlı Gürcüstanda saxlanılıb.

APA-nın xəbərinə görə, bu barədə Gürcüstan İctimai Televiziyası məlumat yayıb.

Gürcüstan mətbuatında gedən məlumatlardan aydın olur ki, F. Ceyranlının rəhbərlərindən biri olduğu “Lanset” klinikası ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Müraciətdə klinikada qanunsuz transplantasiya əməliyyatının icra edildiyi və bu əməliyyatlar zamanı iki nəfərin öldüyü bildirilib.

Klinikanın sahiblərindən olan F. Ceyranlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.

Bu gün F. Ceyranlının məhkəməsi keçiriləcək. Onun barəsində həbs-qətimkan tədbiri seçiləcəyi gözlənilir.

F. Ceyranlının rəhbərlik etdiyi “Lanset” klinikasından APA-ya məsələ ilə bağlı hər hansı məlumat verilməyib, günün sonunda açıqlama olacağı bildirilib.

Azərbaycanda müvəqqəti yaşayan Gürcüstan vətəndaşları ilə bağlı məsələyə aydınlıq gəldi - TƏFƏRRÜAT

16 yaşına çatmayan xarici ölkə vətəndaşlarının Azərbaycanı tərk edərkən çıxış icazəsi alması ilə bağlı bəzi məsələlərə aydınlıq gətirilib.

Dalga tv Xəbər.ge-yə istinadən  məlumatına görə, Azərbaycan Respublikasında vətəndaşlığı olmadan 10 gündən artıq qaldıqda “Olduğu yer üzrə qeydiyyat”a düşərkən 16 yaşına çatmamış uşaqlarınızı da qeydiyyata salmalısınız.

Əgər 16 yaşına çatmamış şəxs ölkəyə daxil olduğu 10 gün ərzində qeydiyyata alınarsa, sərhəddə çıxış haqqında heç bir sənəd tələb olunmur.

Yox, əgər 10 gün ərzində qeydiyyata salmamısınızsa, Dövlət Miqrasiya Xidmətinə ölkədən çıxış haqqında icazə alınması üçün müraciət etməli və icazə alındıqdan sonra 48 saat ərzində ölkəni tərk etməlisiniz. Əks halda sərhəd keçid məntəqəsində problemlə üzləşəcəksiniz.

Xatırladaq ki,ötən gün 16 yaşına çatmayan uşaqların Azərbaycanı tərk edərkən Dövlət Miqrasiya Xidmətinin müvafiq idarəsindən çıxış icazəsi almaları ilə bağlı məlumat yayılmışdı.

Məlum olub ki, bu qadağa xeyli vaxtdır tətbiq olunur və artıq bir neçə gündür ki, icrasına ciddi nəzarət olunur.

Bunu bilməyən minlərlə insan problemlə üzləşib. Dövlət Miqrasiya Xidmətinin qaynar xəttindən xəbər.ge-yə bildirilib ki, çıxış icazəsi xeyli vaxtdır tətbiq olunur. Sadəcə Gürcüstanla sərhəddə güzəşt kimi bu icazəni alanlar öz ölkələrinə buraxılıb. Amma bundan sonra heç bir güzəşt tətbiq olunmayacaq.

Gürcüstanda 100 ildi yaşayırlar, haqlarında heç kim heç nə bilmir

Bu insanlar artıq yüz ildən çoxdur ki, Gürcüstanda yaşayırlar. 150 nəfərdən ibarətdirlər. Özlərinə məxsus dildə danışır və özlərini "lahıc" adlandırırlar. Əvvəllər tatar xalqı kimi tanınan bu xalq heç yerdə qeydə alınmayıb. Lakin, 1939-cu ildə əhalinin ümumi siyahıya alınmasından sonra hər kəs onları azərbaycanlı hesab etməyə başlayıb. Bu insanlar isə israrla iddia edirlər ki, azərbaycanlı deyillər.

XəzərXəbər xəbər verir ki, bu xalqın kəndi Tbilisini Kaxeti ilə birləşdirən Qombori aşırımında yerləşir. Kənd ilə paytaxt arasındakı yol təxminən 55 kilometrdir. Qalın meşəliklərlə əhatə olunmuş kənd dəniz səviyyəsindən 1,130 metr yüksəklikdə yerləşir. Gürcüstanda yerləşən məhz bu meşəlik ərazilər o vaxt Bakı quberniyasından gələn insanların sığınacaq üçün seçdiyi yerlərdən olub. Özlərini lahıc xalqı adlandıran bu insanlar hazırda Azərbaycanın İsmayıllı rayonunda yerləşən Lahıc kəndinin sakinləridir.

Köçkünlərin sözlərinə görə, əvvəlcə kişilərdən ibarət qrup buraya gəlib. Regionun demək olar ki, hər yerində, iş və ev tapdıqları yerlərdə məskunlaşıblar. Yerlərini rahatlayıb şərait qurduqdan sonra isə yavaş-yavaş ailələrini də gətirməyə başlayıblar. Nəticədə İkinci Dünya Müharibəsinə qədər lahıclar birdəfəlik Qombori kəndində məskunlaşıblar.
Kənd sakinlərindən biri, həm də ehtiyatda olan gizir Ayvaz Cəfərov deyir ki, özlərini azərbaycanlı hesab etmirlər:

Azərbaycanda müvəqqəti yaşayan Gürcüstan vətəndaşlarının diqqətinə - BUNU MÜTLƏQ BİLİN

Azərbaycanda müvəqqəti yaşayan Gürcüstan vətəndaşları yeni problemlə üzləşiblər. 

Dalga tv Xəbər.ge-yə istinadən məlumatına görə,16 yaşına çatmayan uşaqlar Azərbaycanı tərk edərkən Dövlət Miqrasiya Xidmətinin müvafiq idarəsindən çıxış icazəsi almalıdırlar.

Bu icazə kağızına malik olmayan 16 yaşına çatmamış şəxslər sərhəd keçid məntəqəsindən geri qaytarılır.

Adıçəkilən məsələ ilə bağlı “Qeyrət” hərəkatının üzvü Əlibala Əsgər Dövlət Miqrasiya Xidmətinin qaynar xəttinə müraciət edib. Qaynar xəttdən bildirilib ki, 16 yaşına çatmayan xarici ölkə vətəndaşlarının Azərbaycanı tərk etməzdən öncə Dövlət Miqrasiya Xidmətinin əsas binasına yaxınlaşaraq ölkədən çıxmaq barədə icazə vərəqəsi alması mütləqdir.

Dövlət Miqrasiya Xidmətinin qaynar xəttindən bildirilib ki, çıxış icazəsi xeyli vaxtdır tətbiq olunur. Sadəcə Gürcüstanla sərhəddə güzəşt kimi bu icazəni alınanlar öz ölkələrinə buraxılıb.

AMma bundan sonra heç bir güzəşt tətbiq olunmayacaq.

16  yaşadək olan uşaqlar üçün Dövlət Miqrasiya Xidmətindən  ölkədən çıxış haqqında icazə alınması üçün 3 gün əvvəl müraciət olunmalı və icazə alındıqdan sonra 48 saat ərzində ölkəni tərk etmək lazımdır.

Yumurtanın BİLMƏDİYİNİZ FAYDALARI

Yumurta çox faydalı diyetik məhsuldur. Lakin onu da nəzərə almaq lazımdır ki, yumurtanın əsas faydalı xüsusiyyətləri onun sarısında cəmləşib.

Yumurtanın ağında, demək olar, yalnız zülal var. Yumurtanın sarısı isə əsl vitamin və mineral anbarıdır.

Ozünüz baxın:

- cavanlaşdırıcı və bərpaedici A vitamini,

- sinir və qan sisteminin normal fəaliyyəti üçün olduqca vacib olan B qrupu vitaminləri (B1, B2, B5, B9 - fol turşusu, B12),

- sümüklərin sağlamlığını təmin edən D vitamini

- və həmçinin kalsium, dəmir, fosfor, maqnezium, kalium, sink kimi minerallar,

- beyin üçün olduqca faydalı olan xolin və lesitin maddələri,

- insultdan və infarktdan qoruyan Omeqa-3 yağlı turşusu.

Beləliklə, yumurtanın sarıs, təbii ki, ağından qat-qat faydalıdır.

Əvvəllər belə hesab olunurdu ki, yumurta sarısının istehlakı qanda xolesterolun səviyyəsini qaldırır. Lakin sonrakı araşdırmalar göstərib ki, bu belə deyil. Amerikanın Konnektukut Universitetinin alimləri xüsusi eksperiment aparıblar: eksperimentin bir qrup iştiraçıları hər gün yumurta yeyirdi, digər qrup isə yumurta yemirdi. Araşdırmadan əvvəl və araşdırmanın sonunda iştiraçıların qanında olan xolesterolun səviyyəsi ölçülüb. Nəticədə məlum olub ki, yumurtanın istehlakı xolesterolun səviyyəsini qaldırmır.

Digər araşdırma göstərib ki, yumurtanın istehlakı əzələ kütləsinin artmasını sürətləndirir. Bu xüsusilə idmanla məşğul olan kişilər üçün vacibdir.

Yumurtanın sarısı uzunmüddətli bişirilməni "xoşlamır", bu zaman onun tərkibində olan bəzi faydalı maddələr parçalanır. Bu səbəbdən yumurtanı qaynadıqdan sonra 3-4 dəqiqə bişirmək kifayətdir.

Kürün Gürcüstan hissəsində ciddi çirklənmə müşahidə olunur

Kür çayının Gürcüstan ərazisindən keçən hissəsi üç gündür ki, həddən artıq çirklənib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, dövlət orqanları bunun çaylarda suyun səviyyəsinin qalxması və intensiv leysan yağışları nəticəsində baş verdiyini bildirirlər.

Hazırda çayın üzərində böyük miqdarda müxtəlif məişət tullantıları müşahidə edilir.

Bakıda vəhşilik: Gənc qıza 16 bıçaq zərbəsi vuruldu

Bakıda 24 yaşlı qıza 16 bıçaq zərbəsi yetirilib.

Dalga tv Oxu.Az-a istinadən verdiyi məlumata görə, hadisə Binəqədi rayonunda baş verib.

Biləcəri qəsəbəsində Saatlı rayon sakini, 1993-cü il təvəllüdlü Əliyeva Aysel Ağakərim qızı naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Onun bədəninə 16 bıçaq zərbəsi vurulub.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Saytda Axtarış

ახალი ამბები