Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün505
DünənDünən5773
Bu həftəBu həftə37221
Bu ayBu ay43009
Bu günə qədərBu günə qədər8404640

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Ələtdə ailənin 4 üzvü qəzaya düşdü: Ölən var

Bu gün Göygöl rayonunda baş verən qəzada xəsarət alan şəxslərdən biri həyatını itirib.

Dalga tv  APA-ya istinadən xəbər verir ki, Göygöl-Toğanalı avtomobil yolunda, Göygöl Olimpiya İdman Kompleksinin yaxınlığında “VAZ 21-07” və “Zaporojets” markalı minik avtomobillərinin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Yunis Xıdırov, 1988-ci il təvəllüdlü Vəfa Xıdırova, 1995-ci il təvəllüdlü İsmayıl Əmirov və Göygöl rayon Şəhriyar kənd sakini 1993-cü il təvəllüdlü Elxan Nəbiyev xəsarət alıb.

Həkimlərin səyinə baxmayaraq Elxan Nəbiyev həyatını itirib.

Təzyiqi stabil saxlayır, arıqlamağı, həzm prosesini asanlaşdırır – HƏR GÜN 2 STƏKAN YEYİN

Aparılan araşdırmalara görə, süzmə qatığın faydaları adi qatığın faydalarından ikiqat çoxdur. Gündə 1-2 stəkan yağsız süzmə qatıq yeyərək, sağlamlığınızı necə qoruyacağınıza inanmayacaqsınız.

Ailem.az süzmə qatığın faydalarını sadalayır.

Həzm prosesini asanlaşdırır

Süzmə qatığın başlıca faydalarından biri tərkibindəki probiotiklərdir. Süzmə qatıqda olan probiotiklərlə aldığınız faydalı bakteriyalar, sağlıqlı bir həzm təmin edir. Həzm sisteminizdəki faydalı bakteriyalar, ishal, bağırsaq sindromu, Kron xəstəliyi və kolit kimi həzm problemləri ilə mübarizə aparmağa kömək edir.

Bağırsaq hərəkətlərini tənzimləyir

Süzmə qatıq asanlıqla həzm olması ilə yanaşı, digər qidaların həzmini də asanlaşdırır. Süzmə qatıqda olan faydalı bakteriyalar bağırsaq hərəkətlərini tənzimləyir. Beləcə, qəbizlik probleminin önünə keçir.

Arıqlamağa kömək edir

Arıqlamağa çalışırsınızsa, süzmə qatığı mütləq pəhrizinizə əlavə edin. Süzmə qatığın tərkibində protein adi qatıqdan iki dəfə çoxdur. Bu da özünüzü uzun müddət tox hiss etməyinizi təmin edir. 2013-cü ilə aparılan bir araşdırmaya görə, günortadan sonra ara yeməyi olaraq süzmə qatıq yeyən şəxslər daha uzun müddət toxluq hiss edirlər. Həmçinin, süzmə qatıqda bol miqdarda olan kalsium bədəndə yağ istehsalını azaldır.

Genital sağlamlığı qoruyur

Həzm sisteminiz kimi, genital yollarınız da faydalı bakteriyalara ehtiyac duyur. Süzmə qatıqda olan probiotiklər genital yollardakı faydalı bakteriyaların çoxalmasını təmin edərək bakteriyal vaginoz, göbələk infeksiyası və sidik yolu infeksiyaları kimi xəstəliklərin qarşısına keçir.

Təzyiqi stabil saxlayır

Təzyiqinizi stabil saxlamaq üçün gündə bir neçə stəkan süzmə qatıq yeyə bilərsiniz. 1 stəkan yağsız süzmə qatıqda 240 mq potasium var. Potasium damarları rahatladaraq daralmasının qarşısını alır. Əks təqdirdə təzyiq yüksəlir. Süzmə qatıqda olan B12 isə qırmızı qan hüceyrələrinin artmasına yardımçı olaraq oksigenin ürəyə və bütün orqanizmə yayılmasını təmin edir.

Sümük əriməsinin qarşısını alır

Süzmə qatığın tərkibində olan kalsium sümüklərin, əzələlərin güclü qalması üçün əhəmiyyətlidir. Yetərincə kalsium olmadığında sümüklər zəifləyir və sümük əriməsi riski artır. Sadəcə bir kasa süzmə qatıqda gündəlik kalsium ehtiyacının 18.7 faizi var. Tərkibində kalsiumdan əlavə, maqnezium, fosfor, potasium və protein kimi mineralların olması da güclü sümüklər üçün əhəmiyyətlidir.

İmmuniteti gücləndirir

Xəstəliklərdən qorunmaq istəyirsinizsə, immunitet sisteminizin yetərincə güclü olmalıdır. İmmuniteti gücləndirməyin bir yolu da süzmə qatıq yeməkdir. Tərkibindəki faydalı birləşmələr sayəsində orqanizmi gücləndirərək, zərərli mikroorqanizmlərlə mübarizə aparmağa kömək edir.

Azərbaycanda BİABIRÇILIQ - Qəbiristanlıqda MƏKTƏB TİKDİLƏR

"Ağstafa rayon Köhnəqışlaq kənd məktəbi rayonun başbilənləri Məhərrəm Quliyevin, RİH-in memarı, əslən Köhnəqışlaqdan olan Sənan Mustafayevin israrlı təkidlərindən sonra kənd qəbiristanlığına bitişik tikilib. Qəbiristanlıqda dəfn mərasimləri məktəb şagirdlərinin gözü qarşısında baş verir".

Dalga tv Sonxeber.az-a istinadən xəbər verir ki, bu haqda xural.com-u Ağstafa sakinləri məlumatlandırıblar. Onların dediyinə görə, mərhumlarını yad etməyə gələnlərin ağlaşma səsləri şagirdlərdə pisixoloji zədə yaradır və bu səbəbdən valideynlərin çoxu övladlarını qonşu Tatlı kənd məktəbində oxutdururlar. Sakinlərin verdiyi məlumatlara görə, nə yazıqlar ki, kənd camaatının prezidentə, Təhsil Nazirliyinə yazdıqları etiraz məktubları nəticəsiz qalır və yaramazlar bilərəkdən, məqsədli şəkildə ölkədə yeni nəslin savadsız, qüsurlu yetişməsinə çalışırlar. "Bu da genefondumuza vurulan ən ağır zərbədir" deyə xural.com-a müraciət edən yerli sakinlər, məsələni ictimailəşdirmək üçün bizdən dəstək istəyirlər…

 

Azərbaycanlı tələbə Türkiyədə partlayış zamanı öldü

Türkiyədə azərbaycanlı tələbə partlayış zamanı ölüb.

Bu barədə report-a dünyasını dəyişən tələbənin qohumları məlumat veriblər.
Məlumata görə, Samux rayonunun Qarabağlılar kənd sakini, 1968-ci il təvəllüdlü İsrafil Etibar oğlu Allahverdiyev və onun həyat yoldaşı 1972-ci il təvəllüdlü Aynurə Əşrəf qızı Allahverdiyeva Türkiyədə təhsil alan övladlarına baş çəkmək üçün ora gediblər.

Onların qaldığı evdə qaz partlayıb. Hər iki valideyn yanıq xəsarətləri alıb, onların övladı isə aldığı xəsarətlərdən Türkiyədə dünyasını dəyişib. Valideynlər Azərbaycana gətirilib. Ağır yanıq xəsarətləri alan İ.Allahverdiyevin vəziyyəti pisləşib.

Azərbaycanda yenidən zəlzələ

Azərbaycanda növbəti yeraltı təkan baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 17:27-də Ağdam ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Tbilisidə dəmir yolu vağzalında atışma olub

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin mərkəzi dəmir yolu vağzalında silahlı insident baş verib.

APA-nın yerli bürosunun məlumatına əsasən, bir şəxs bir neçə dəfə odlu silahla havaya atəş açıb.

Polisin keçirdiyi xüsusi əməliyyat zamanı həmin şəxs saxlanılıb. İnsident barədə hələ rəsmi məlumat verilmir.

Zəlzələ nəticəsində Bərdə, Ağdam və Tərtər rayonlarına dəyən ziyan açıqlandı

Zəlzələ nəticəsində Bərdə, Ağdam və Tərtər rayonlarına dəyən ziyan açıqlanıb.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, Bərdə Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vidadi İsayev Report-un Qarabağ bürosuna bildirib ki, zəlzələ nəticəsində Bərdə rayonu ərazisində 150-ə yaxın evə ziyan dəyib: "Daha çox məcburi köçkünlərin məskunlaşdığı rayonun Meşəçilik massivində yaşayış evlərinə ziyan dəyib. Həmin massivin ərazisində bir ev tamamilə dağılıb".

Ağdam RİH-in başçısı Raqub Məmmədov Report-un yerli bürosuna bildirib ki, rayon ərazisində 5.7 bal gücündə zəlzələ qeydə alınıb: "Baş verən zəlzələ nəticəsində rayon ərazisində 127 evə, 1 məktəb binasına ziyan dəyib. Bundan başqa, rayonun Üçoğlan kəndi ərazisində bir ev tamamilə dağlıb". 

Tərtər RİH-in başçısı Müstəqim Məmmədov Report-un yerli bürosuna bildirib ki, baş verən zəlzələ daha çox rayonun İsmayılbəyli və Evoğlu kəndlərinə ziyan vurub: "Belə ki, rayon ərazisində 9 evə ziyan dəyib, 3 ev isə tamamilə dağılıb. Bundan başqa, bir tövlə tamamilə dağılıb və həmin zaman tövlədə heyvanları yemləyən kənd sakini dağıntıların altında qalaraq xəsarət  alıb". 

Qeyd edək ki, baş verən təbii fəlakətlə bağlı hər üç rayonda ziyanların hesablanması üçün araşdırmalara başlanılıb.

Azərbaycanda güclü zəlzələ olub

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ölkədə baş verən zəlzələ barəsində rəsmi məlumat yayıb.

Dalga tv Oxu.Az-a  istinadən bildirilib ki, zəlzələ yerli vaxtla saat 23:48-də Ağdam ərazisində qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 5-3 bala qədər hiss olunub.

Yeraltı təkanlar yerin 25 km dərinliyində 5.7 maqnituda olub.

Uzun ömürlülüyün sirri bu iki yağdadır...

Azərbaycan mətbəxində müxtəlif növ yağlardan istifadə edilir. Bu yağların bəzilərinin faydası olsa da, bəziləri səhhətimiz üçün ziyanlı sayılır. Məsələn, kərə yağları barədə diyetoloqlar, həkimlər qeyd edirlər ki, onu az miqdarda çiy halda yemək lazımdır. Ancaq çoxlarımız hətta kərə yağını əridib yeməklərin bişirilməsindən ondan istifadə edirik.

Dalga tv saglamolun.az-a istinadən xəbər verir ki, əslində isə bununla yeməklərimizə müəyyən qədər dad qatsaq da, səhhətimizə ziyan vurmuş oluruq. Ümumiyyətlə, son vaxtlar kərə yağlarının qiymətinin bahalaşması və satışda saxta kərə yağlarının olması insanları bu yağlardan müəyyən qədər uzaqlaşdırıb. Bu cür yağlarla yanaşı, əksəriyyətimizin uzaq durduğu, adı gələndə hətta ağız büzdüyü bir yağ var ki, o keçmişdə nənə-babalarımızın uzun ömürlük resepti olub. Söhbət quyruq yağlarından gedir. Quyruq yağı heyvan mənşəli yağların içində ən təbii və ziyansızıdır. Bərkdir, şəffafdır, tutumludur. Yağ turşuları ilə zəngindir. Qoyun piyi və quyruq yağı asan həzm olunur. Həzm sisteminə, qana və qaraciyərə ağırlıq vermir. Əridilmiş quyruq yağı həm də dərini cavanlaşdırır. Yüksək kalorili qidadır, hətta az miqdar qəbulu belə orqanizmin enerji təminatını ödəyir və toxluq hissi yaradır. Quyruq yağının tərkibindəki A və B1 vitamini beyin hüceyrələrini aktivləşdirir, yaddaşı, görməni gücləndirir, immuniteti möhkəmlədir.

Buradan anlamaq mümkündür ki, keçmişdə nənə-babalarımız nəyə görə bu qədər uzunömürlü və sağlam olublar. Müasir dövrümüzdə nəinki 60-70, hətta 35-40 yaşlarından artıq insanlarda qocalma prosesi gedir, müəyyən bir yaşa çatdıqda isə müxtəlif xəstəliklərdən əziyyət çəkirlər. Bu cür vaxtsız qocalmanın və xəstəliklərə düçar olmanın səbəbi isə yaşam tərzi ilə yanaşı, həm də qidalardır.

Qeyd edək ki, 100 qram quyruq yağında 50 faiz yağ turşusu, omeqa-9 var. Bu da hüceyrə membranı üçün həyat enerjisi deməkdir. Bundan başqa, quyruq yağı soyuqdəyməyə, yanıqlara, bronxitə, kürək bel ağrılarına da faydalıdır. Keçmişdə nənələrimiz soyuqdəyməsi olan insanların kürəyinə quyruq yağı çəkib masaj etməyi tövsiyə edirdilər. Hazırda bu yağdan kəndlərdə çox istifadə edilir. Quyruq yağı ilə qızartmaların daha dadlı alındığı qeyd edilir.

Digər faydalı yağ isə ta qədimlərdən bu günümüzə qədər gəlib çıxan nehrə yağıdır. Nehrə yağının hazırlanması xüsusi bacarıq tələb edir ki, indinin özündə də kəndlərdə nənələr bu sənəti miras kimi öz nəvələrinə, gəlinlərinə öyrədirlər. Düzdür, nehrə yağının qiyməti də heç də hər kəsin cibinə uyğun olmaya bilər. Ancaq faydasını düşündükdə bu pulu verməyə dəyər. Nehrə yağının hazırlanma mərhələsinə gəlincə isə, bu yağı əldə etmək üçün əvvəlcə təzə süddən qatıq mayalanır. Daha sonra qatıq eyni miqdarda ilıq su ilə bərabər nehrəyə boşaldılır. Nehrə təxminən bir saat çalxalandıqdan sonra yağ ayrılır. Bir nehrəyə 10-15 kiloqram qatıq tökülür ki, bundan da təxminən 600-700 qram yağ əldə olunur. Yağın miqdarı qatıq hazırlanan südün yağlılığından asılıdır. Yağ alındıqdan sonra nehrədə qalan ayran isə yemək zamanı süfrəyə verilir.

Nehrə yağından gündəlik yeməklərin bişirilməsində istifadə olunur. Bu yağ xüsusilə səhər yeməyi zamanı əvəzolunmaz nemət sayılır. Nehrə yağı min bir dərdin dərmanı hesab edilir. Düzdür, hazırda satışda saxta nehrə yağları da var. Ona görə də bu yağları alarkən diqqətli olmaq lazımdır. Saxta nehrə yağı əldə etmək üçün onun içinə marqarin qatırlar ki, bunu da iyindən və dadından asanlıqla duymaq mümkündür.

Doktor Seyfəddin Əsəd bütün dünyanın nehrə və quyruq yağlarının faydalı olmasını qəbul etdiyini bildirdi: “Kərə yağı adı ilə satılan yağlar heç vaxt nehrə və quyruq yağı ola bilməz. Satışdakı kərə yağlarının tam saflığından danışmaq mümkün deyil. O cümlədən bitki yağları da bura daxildir. Zeytun yağı ilə günəbaxan və ya qarğıdalı yağını müqayisə etmək olmaz. Bitki yağlarının şahı təmiz zeytun yağıdır. Nehrə yağının tərkibi xolesterini qaldırmır. Yağ tam sovrulur və insan orqanizmi üçün olduqca vacibdir. Quyruq yağı nehrə yağından bir az aşağı səviyyədədir. Ancaq o da insan səhhəti üçün faydalıdır. Bunu min illərlə 100 yaşa qədər yaşayan nənə babalarımız yeyiblər və salam bir ömür sürüblər. Bu gün quyruq və nehrə yağının faydalı olduğu artıq bütün dünyada qəbul olunub. Əvvəllər bütün dünya ən faydalı yağın bitki yağı olduğunu deyirdi”.

Bakı metrosunda gərgin anlar: Qadın relslərin üstünə yıxıldı

Bu gün səhər saatlarında metronun “Xalqlar Dostluğu” - “Dərnəgül” istiqamətində hərəkət edən qatarların hərəkətində 5-6 dəqiqəyədək interval yaranıb. Sərnişin sıxlığı metro vaqonlara minməyə çətinlik törədib.

Oxu.Az-ın məlumatına görə, “Bakı metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev modern.az-a faktı təsdiqləyib.

O bildirib ki, səhər 08:18 radələrində vətəndaşın qəfildən relslərin üzərinə yıxılması buna səbəb olub: “Bu, 1963-cü il təvəllüdlü Sevda Osmanovaolub. “Xalqlar Dostluğu” stansiyasında qatar olmayan vaxtda relslərin üstünə yıxılıb. Metro əməkdaşlarının və sərnişinlərin işarəsi ilə qatar stansiyaya daxil olanda maşinist saxlayıb, qadını oradan çıxarıblar”.

N.Paşayev bildirib ki, başından xəsarət alan qadın dərhal təcili tibbi yardımın köməyilə xəstəxanaya çatdırılıb, vəziyyəti kafidir.

Qurum rəsmisi sərnişinlərə müraciət edib: “Bir daha xəbərdarlıq edirik ki, sərnişinlər təhlükəsizlik xəttini keçməsinlər. Ən əsası da bugünkü hadisə zamanı 3 sərnişin relslərin üstünə atlayaraq yıxılan sərnişinə yardım etməyə çalışıblar. Bu, qətiyyən yolverilməzdir. Çünki bu, onların həyatı üçün də təhlükə yaradır. Sərnişinin xilas edilməsi zamanı xətdə interval yaranıb. Hazırda qatarlar müəyyən olunmuş interval üzrə hərəkətdədirlər”.

Gürcüstanda Azərbaycandilli kənd məktəbinin əsaslı təmirdən sonra rəsmi açılışı olub

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Təkəli kənd orta məktəbinin əsaslı təmirdən sonra rəsmi açılış mərasimi keçirilib.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, məktəb 2 il öncə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən əsaslı təmir olunub və müasir tədris avadanlıqları ilə təmin edilib.
 
Tədbirə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Marneuli rayonunun icra başçısı Temur Abazov, Kvemo Kartli bölgəsinin qubernator müavini Zaur Darğallı, TİKA-nın nümayəndələri və digər rəsmi şəxslər və ictimaiyyət nümayəndələri qatılıb.
 

Məktəbin direktoru Hüseyn Hüseynov bildirib ki, məktəb 1971-ci ildə tikilib: "Hazırda burada 255 şagird təhsil alır, 32 müəllim, 14 inzibati və texniki işçi çalışır". Direktor Türkiyə dövləti və TİKA-ya məktəbin əsaslı təmirində göstərilən köməyə görə təşəkkür edib.
 
Marneuli rayonunun icra başçısı T. Abazov da çıxışında məktəbin müasirləşməsinə göstərdiyi böyük dəstəyə görə TİKA-ya təşəkkürünü bildirib. Onun sözlərinə görə, qardaş ölkələr olan Azərbaycan və Türkiyə hər zaman bir-birinə dəstək verir: "Məktəbin əsaslı təmiri gələcəyimiz olaq uşaqlar üçün çox önəmli addımdır".

 

Tbilisidə partlayış təhlükəsi ilə əlaqədar hava limanı təxliyə edilib

Tbilisi beynəlxalq hava limanında partlayıcı qurğunun olması ilə bağlı zəngin yalan olduğu müəyyən olunub.

APA-nın yerli bürosunun məlumatına əsasən, axtarışlar zamanı hava limanında heç bir partlayıcı qurğu tapılmayıb.

Təxliyə olunmuş hava limanının əməkdaşları və sərnişinlər havalimanına buraxılıb.  

Gürcüstan DİN insidentlə əlaqədar məlumat yayıb. Məlumatda hava limanında partlayıcı qurğunun olması ilə bağlı xəbərin yalan olduğu bildirilir.

Tbilisi hava limanı artıq fəaliyyətini bərpa edib. 

Saytda Axtarış

ახალი ამბები