Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün516
DünənDünən5773
Bu həftəBu həftə37232
Bu ayBu ay43020
Bu günə qədərBu günə qədər8404651

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Sumax. 10 xəstəliyə ÇARƏ

Əsasən Şərq ölkələrində ədviyyat kimi istifadə olunan sumax xörəklərə qeyri-adi xoş dad verir.

Turş dada görə sumaxı "sirkə ağacı" da adlandırırlar. Sumax hətta eramızdan əvvəl Qədim Romada istifadə olunurdu.

Sumax tək ədviyyat deyil, bu əsl təbii dərmandır. Bitki olduqca güclü mikrob, iltihab və göbələk əleyhinə təsirə malikdir.

Sizə sumaxın 10 faydasını təqdim edirik.

1. Bu ədviyyat artritdən əziyyət çəkən insanlar üçün çox faydalıdır - iltihabı və ağrıları azaldır, oynaqların hərəkətliliyinin yaxşılaşmasına kömək edir. Həmçinin ədviyyat xalq təbabətində revmatizm və podaqra zamanı da müalicəvi vasitə kimi istifadə olunur.

2. Soyuqdəymə zamanı 1 çimdik sumaxı 1 fincan isti suda dəmləyin, bir qədər soyuyanda bal əlavə edin və için. Bu çox effektli iltihabəleyhinə və hərarət salan vasitədir.

3. Sumax ürək-damar sistemi xəstəliklərinin və insultun profilaktikasında çox effektlidir.

4. Sumaxın xərçəng əleyhinə təsiri var.

5. Sumaxın sidikqovucu  və iltihabəleyhinə xüsusiyyətləri onu sidik ifrazı sistemi iltihabları zamanı çox faydalı edir.

6. Arıqlamaq istəyənlər mütləq bu ədviyyatı qidalarına əlavə etməlidir. Sumax piylərin parçalanmasını sürətləndirir, onların orqanizmdə yığılmasının qarşısını alır.

7. Sumax şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərə kömək edir.

8. Ağız boşluğu, damaq iltihabları, damaqların qanaması zamanı sumaxı isti suda dəmləyin və bu su ilə ağzınızı qarqara edir.

9. Sumax orqanizmi toksinlərdən, şlaklardan, ağır metallarını duzlarından  təmizləyir.

10. İshal zamanı sumax dəmləməsi bağırsaqlara antiseptik təsir edir (mikrobları öldürür) və bağırsaqları yığır.

Gürcüstanın müxalif partiyası Marneuli icra başçısı vəzifəsinə azərbaycanlı qadının namizədliyini verib

Gürcüstanın müxalif “Quruculuq Hərəkatı” Partiyası azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun icra başçısı vəzifəsinə namizəd irəli sürüb.
 

APA-nın yerli bürosunun məlumatına görə, partiyanın namizədi uzun illər QHT sektorunda çalışmış Leyla Məmmədovadır.
 

Namizədin rəsmi təqdimatında çıxış edən partiyanın lideri, Gürcüstan parlamentinin keçmiş spikeri David Usupaşvili deyib ki, Leyla Məmmədova uzun illər vətəndaşların hüquqlarının müdafiəsi sahəsində aktiv fəaliyyət göstərib:“Fəxr edirik ki, Leyla Məmmədova bizim sıralarımızdadır. Əminəm ki, o, seçkilərdə qalib gələcək”.   


Qeyd edək ki, Marneuli rayonunda ilk dəfə olaraq icra başçısı vəzifəsinə qadın namizəd irəli sürülüb. Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər oktyabrın 21-də keçiriləcək. 

Tbilisidə azərbaycanlıların yaşadığı qəsəbədə növbəti xüsusi əməliyyat keçirilib

Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə azərbaycanlıların yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində xüsusi əməliyyatları davam etdirir.
 

APA-nın yerli bürosunun məlumatına görə, bu gün keçirilmiş əməliyyat nəticəsində narkotik cinayətkarlığında şübhəli bilinən bir nəfər saxlanılıb. Saxlanılan şəxsin günahı sübut olunarsa, onu 7 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.


Qeyd edək ki, Poniçalada son günlər keçirilmiş xüsusi əməliyyatlar nəticəsində narkotik cinayətkarlığına görə 3 nəfər, ötən ay isə 6 nəfər saxlanılıb.

Azərbaycandilli məktəblər üçün dərs vəsaitləri Gürcüstanın Təhsil Nazirliyinə təqdim olunub

Azərbaycanın Gürcüstandakı səfirliyi Təhsil Nazirliyinin Gürcüstanın azərbaycandilli məktəbləri üçün göndərdiyi dərs vəsaitlərini Gürcüstanın Təhsil və Elm Nazirliyinə təqdim edib.

 
APA-nın yerli bürosunun məlumatına əsasən, 2017-2018-ci tədris ili üzrə Gürcüstanın azərbaycandilli məktəbləri üçün 11 adda 11 500 ədəd “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliyi, habelə müəllimlər üçün metodik vəsait göndərilib. 
  

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov dərsliklərin mümkün qədər tez Azərbaycan məktəblərinə çatdırılacağına ümidvar olduğunu bildirib.
 

Gürcüstanım Təhsil və Elm Nazirliyinin dərsliklər üzrə şöbəsinin müdiri Nana Kilasoniya isə deyib ki, gələn həftədən etibarən dərsliklər azərbaycandilli məktəblərə paylanılacaq.
 
  
Qeyd edək  ki, son 4 ildə Azərbaycanın Təhsil Nazirliyi Gürcüstanın azərbaycandilli məktəbləri üçün ümumi sayı 73 805 ədəd olan “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliyi və müəllimlər üçün metodik vəsaitlər təqdim edib.
 
 
Hazırda Gürcüstanda tədrisi Azərbaycan dilində olan 124 məktəb var. 

Gürcüstanda Qardabani sakinləri hakim partiyanın namizədinə etiraz edir

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda bir qrup sakin etiraz aksiyası keçirib.


APA-nın yerli bürosunun məlumatına görə, aksiya iştirakçıları hakim “Gürcü Arzusu” Partiyasının Qardabani rayon icra başçısı vəzifəsinə namizədi Ramaz Budaqaşvilinin namizədliyinə etiraz ediblər.


Sakinlər qarşıdan gələn yerli idarəetmə orqanları seçkilərində R. Budaqaşvilinin namizədliyini dəstəkləməyəcəklərini bildiriblər. Onlar hakim partiyadan rayonun hazırkı icra başçısı Qoça Camaraulinin namizədliyinin irəli sürülməsini tələb ediblər. Etirazçıların  sözlərinə görə, Q. Camaraulinin rəhbərliyi altında Qardabani rayonunda ciddi işlər görülüb. Tələb yerinə yetirilməyəcəyi təqdirdə, aksiyalar davam etdiriləcək.
 

Qeyd edək ki, Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər oktyabrın 21-də keçiriləcək.  

İnfeksiyalardan qoruyan 3 təbii məhsul

Bu 3 qida maddəsi soyuqlama, qrip və uçuq kimi infeksiyaların səbəb olduğu sağlamlıq problemlərinə qarşı immunitet sistemini gecləndirir.

Yumurta sarısı

Xolesterol nisbəti yüksək olduğu üçün istifadəsindən qaçılan yumurta sarısının tərkibində yüksək səviyyədə protein mövcuddur və immunitet sistemini gücləndirir. Tərkibindəki selenium və sink də immuniteti qüvvətləndirən maddələrdir.

Hindistan qozu yağı

Hindistan qozu yağı tərkibində olan laurik turşusu, antimikrob, antifungal (göbələk əleyhinə) və antioksidant xüsusiyyətləri ilə tanınır. Bədənimiz laurik turşusunu qəbul edərək ondan uçuq, qrip, soyuqlama və hətta HİV kimi sağlamlıq problemlərinə səbəb olan virus və bakteriyalara qarşı da effektiv şəkildə istifadə edir. Tərəvəzlərinizi bişirən zaman yeməklərə biraz bu məhsuldan əlavə etsəniz, faydasını mütləq görərsiniz.

Sarımsaq

Sarımsaq immunitet sistemini gücləndirən ən faydalı qidalardan biridir. Tərkibindəki allisin maddəsi sarımsağa kəskin qoxu verir. Bu maddənin antibakterial və antiviral (antivirus) xüsusiyyətləri mövcuddur. C vitamini ilə qəbul olunduqda daha çox təsirli olur. Sarımsaqdakı allisin dərmanlara müqavimətli olan bəzi bakteriya və viruslara qarşı olduqca təsirlidir. Həftədə 2-3 dəfə yeyildikdə qalın bağırsaq xərçənginə qarşı qoruduğu müəyyən olunub.

 

Ermənilər sabah Bakıya gəlir

Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan sabah Bakıya gəlmək niyyətindədir.

Ru barədə Armen Aşotyan "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, onlar sentyabrın 22-də Bakıda keçiriləcək Euronest Parlament Assambleyasının (PA) təşkil etdiyi forum çərçivəsində "Şərq tərəfdaşlığı" Proqramı ölkələrində gender bərabərliyi məsələlərinin müzakirəsində iştirak edəcəklər.

Məlumata görə, Ermənistan nümayəndə heyəti Bakıda keçirilən bu tədbirdə iştirak etmək üçün dəvət alıb.

 

Milli Məclisin Mətbuat xidmətindən bildiriblər ki, erməni deputatların adları iclas iştirakçılarının siyahısında var, lakin onların tədbirə qatılıb-qatılmayacaqları barədə dəqiq məlumat yoxdur.

Mənbə: Report.az

Azərbaycan Təhsil Nazirliyi Gürcüstana 11 500 ədəd dərslik və metodiki vəsait göndərib

Azərbaycanın Təhsil Nazirliyi2017-2018-ci tədris ili üzrə Gürcüstanın azərbaycandilli məktəbləri üçün 11 adda 11 500 ədəd “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliyi və müəllimlər üçün metodik vəsait göndərib.

Azərbaycanın Gürcüstandakı səfirliyindən APA-nın yerli bürosuna veilən məlumata görə, dərs vəsaitləri sabah Gürcüstanın Elm və Təhsil Nazirliyinə təqdim ediləcək.

Qeyd edək  ki, son 4 ildə Azərbaycanın Təhsil Nazirliyi Gürcüstanın azərbaycandilli məktəbləri üçün ümumi sayı 73 805 ədəd “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliyi və müəllim üçün metodik vəsaitlər təqdim edib.

Hazırda Gürcüstanda tədrisi Azərbaycan dilində olan 124 məktəb var.

Gürcüstan DİN azərbaycanlıların kompakt yaşadığı qəsəbədə xüsusi əməliyyat keçirib

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlıların yaşadığı qəsəbədə keçirilmiş xüsusi əməliyyatla bağlı məlumat yayıb.
 
APA-nın yerli bürosunun Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, 
sentyabrın 19-da axşam Tbilisidə azərbaycanlıların yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində keçirilmiş xüsusi əməliyyat nəticəsində bir nəfər saxlanılıb. 1974-cü il təvəllüdlü N.N. adlı şəxsin evində aparılmış axtarış nəticəsində 43 bağlama narkotik vasitə tapılaraq müsadirə olunub.
 
İstintaq müəyyənləşdirib ki, saxlanılan şəxs mütəmadi olaraq narkotik vasitələrin satışı ilə məşğul olub. Faktla bağlı cinayət işi açılıb.
 
Qeyd edək ki, ötən ay qəsəbədə keçirlmiş xüsusi əməliyyatlar nəticəsində narkotik cinayətkarlığına görə 6 nəfər saxlanılıb.

Şəhadət barmaqlarınızı birləşdirin və... SAĞLAMLIQ TESTİ

Bəzi çox sadə testlər ciddi xəstəlikləri aşkar etməyə kömək edir.

Belə testlərdən biri Şamrot testidir. Bu testi özünüz ev şəraitində edə bilərsiniz.

Testi etmək üçün şəhadət barmaqlarınızı şəkildə göstərildiyi kimi birləşdirin. Dırnaqlar arasında rombşəkilli açıq yer qalmalıdır. Onu "Şamrot pencərəsi" də adlandırırlar. Əgər "pencərə" varsa, bu normaldır.

Pencərə yoxdursa, bu bəzi ürək-damar sistemi (xüsusən endokardit) və ağciyər xəstəliklərinin əlaməti sayılır.

Məsələ burasındadır ki, ürək-damar xəstəlikləri zamanı dırnaqlar qabarıq olur (saat şüşəsinə bənzəyir), barmaqların ucları yoğunlaşır. Tibdə buna "baraban çubuqları simptomu" deyilir. Bu çox dəqiq simptom sayılır.

Britaniyalı deputat: “Postsovet ölkələrində vərəm xəstəliyi ilə bağlı vəziyyətin ümumi cəhətləri var”

“Bütün postsovet ölkələrində vərəm xəstəliyi ilə bağlı vəziyyətin ümumi cəhətləri var”. 

Bu barədə APA-nın Gürcüstan bürosuna Tbilisidə vərəm xəstəliyi ilə mübarizəyə həsr olunmuş beynəlxalq konfransda iştirak edən Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü baronessa Elison Satti deyib. 
 

Onun sözlərinə görə, ümumi cəhətlərin əsas səbəblərindən biri sovet dövrünün sonunda ölkələrin səhiyyə sistemində yaşanmış tənəzzüldür: “Həmin dövrdə vərəm xəstələri üçün dərmanların əlçatan olmaması və müalicə kursunun başa çatdırılmaması müşahidə olunub. Vərəm xəstəliyinin yayılmasına hər ölkədə mövcud spesifik sosial problemlər də təsir edib”.
 

Deputat region ölkələrində vərəmin həbsxanalarda yayılmasını da ümumi cəhət adlandırıb: “Region ölkələri həbsxanalarda vərəmin yayılmasının qarşısını almaq üçün xüsusi strategiya həyata keçirir.  Bu, təqdirəlayiqdir”.  
 

E. Satti konfrans çərçivəsində Azərbaycanın vərəmlə mübarizə sahəsində təcrübəsi ilə tanış olacağını vurğulayıb. “Müxtəlif ölkələri təmsil edən deputatlar sammitin yekununda qətnamə qəbul edəcəklər. Ümid edirik ki, hər bir millət vəkilinin sənəddəki mövqeyi noyabr ayında Moskvada keçiriləcək Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin səhiyyə nazirlərinin görüşündə adekvat olaraq nəzərə alınacaq”, - deyə o söyləyib.  
 

Qeyd edək ki, bu gün Tbilisidə vərəm xəstəliyi ilə mübarizəyə həsr olunmuş beynəlxalq konfrans başlayıb. Konfransda Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Moldova, Tacikistan, Ukrayna və Özbəkistandan olan millət vəkilləri iştirak edir. Azərbaycanı tədbirdə millət vəkili Sədaqət Vəliyeva təmsil edir. 

Tbilisidə keçirilən sammitdə Azərbaycanın vərəmlə mübarizə sahəsində təcrübəsindən danışılıb

Tbilisidə vərəm xəstəliyi ilə mübarizəyə həsr olunmuş beynəlxalq konfrans başlayıb.
 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, iki gün davam edəcək tədbirdə Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Moldova, Tacikistan, Ukrayna və Özbəkistandan olan millət vəkilləri iştirak edir. 
 

Gürcüstan parlamentinin Səhiyyə və sosial məsələlər üzrə komitəsinin sədri Akaki Zoidze tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb. O bildirib ki, sammitdə iştirak edən ölkələrin nümayəndələri vərəmlə mübarizə sahəsində təcrübəni bölüşəcəklər: “Tədbir bu ilin noyabrında Moskvada keçirilməsi planlaşdırılan Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin səhiyyə nazirlərinin görüşündə müzakirə olunacaq məsələləri müəyyən edəcək”.
 
Gürcüstanın əmək, səhiyyə və sosial məsələlər üzrə nazirinin müavini Nino Berdzuli Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində vərəmin geniş yayıldığını qeyd edib: “Bu xəstəliklə kollektiv şəkildə mübarizə aparılmalıdır. Siyasi iradə olmadan vərəm xəstəliyi ilə mübarizə effektiv ola bilməz. Cəmiyyətin bütün üzvləri və hökumət bu sahədə sıx əməkdaşlıq etməlidir”.

Nazir müavini Gürcüstanın vərəmlə mübarizə sahəsində əldə etdiyi uğurlar və çağırışlar barədə danışıb. 
 

Qeyd edək ki, Azərbaycanı sammitdə millət vəkili Sədaqət Vəliyeva təmsil edir. O, müzakirələrdə iştirak edib və vərəmlə mübarizə sahəsində Azərbaycanın müsbət təcrübəsi və əldə etdiyi uğurlardan söz açıb.

 

Saytda Axtarış

ახალი ამბები