Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün502
DünənDünən5773
Bu həftəBu həftə37218
Bu ayBu ay43006
Bu günə qədərBu günə qədər8404637

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

İlin əvvəlindən Gürcüstana bu qədər azərbaycanlı turist gedib

2017-ci ilin yanvar-oktyabr ayları ərzində Gürcüstana Azərbaycandan 1 mln. 430 min 703 nəfər ziyarətçi səfər edib.

Dalga tv  xəbər verir ki, bu barədə APA Gürcüstan bürosuna istinadən məlumat yayıb. Qeyd edilir li, bu, ötən ilin analoji göstəricisindən 10,8% çoxdur.

Oktyabr ayında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 130 914 nəfər təşkil edib.

Cari ilin ilk 10 ayı ərzində Gürcüstana səfər edən əcnəbilərin ümumi sayı 6 mln. 430,824 min nəfər təşkil edib ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 18,8% çoxdur.

Qonşu ölkəyə ən çox səfər edən xarici ziyarətçilər arasında Azərbaycanla yanaşı, Ermənistan (15,8% artım), Rusiya (33,3%),) və İran vətəndaşları (122,8%) da yer alıb.

Qripdən necə qorunmaq olar - 6 MƏSLƏHƏT

Dalga tv saglamolun.az-a istinadən bildirir ki, mütəxəssislər qripdən qorunmaq üçün bu kimi sübut olunmuş vasitələri təqdim edir:

1. Qripə qarşı peyvənd (əks-göstərişlər olmadığı halda).
2. Sağlam və tamdəyərli qidalanma (meyvə-tərəvəzlər, süd məhsulları, yarmalar, ət, yumurta). Şirniyyatların qəbulunu məhdudlaşdırın. Sübut olunub ki, şirniyyatların çoxlu miqdarda qəbulu  immun sistemini zəiflədir və orqanizmin viris və mikroblara qarşı davamlılığını azaldır.
3. Normal yuxu. Gecə yuxusu 7-8 saatdan az olmamalıdır. Yuxunun az olması orqanizmdə bərpa proseslərini pozur və bizi viruslara qarşı daha zəif edir.
4. Fiziki aktivlik. Araşdırmalar göstərir ki, hətta minimal fiziki aktivlik orqanizmin viruslara qarşı davamlılığını artırır.
5. Evlərin və iş yerlərinin havasının daim nəmləndirilməsi. Qripp virusu quru havada daha uzun müddət ərzində yaşayır və daha sürətlə  yayılır.
6. Əllərin tez-tez yuyulması, səthlərin (masalar, qapıların dəstələri, kompüter klaviaturaları və s.) dezinfeksiya vasitələrlə (xüsusi salfetlər və s.) tez-tez silinməsi.

Feyxoa hansı orqanlar üçün faydalıdır?

Subtropik meyvə olan feyxoanın vətəni Braziliyadır. Məhz Braziliyada yerli alim və seleksioner Silva Feyxo ilk dəfə bu görkəmsiz bitkiyə fikir verib, onun faydalarını araşdırıb və qidalanmamıza daxil edib.

Daha sonra meyvəyə onu ilk kəşf edənin adı verilib - feyxoa.

Feyxoa az bir ölkələrdə yetişdirilir. Bu mənada bizim bəxtimiz gətirib. Mütəxəssislər Azərbaycanda yetişdirilən feyxoanı çox faydalı hesab edirlər.

Feyxoa insan sağlamlığı üçün olduqca faydalı meyvədir.

- Feyxoanın tərkibində olan yodun miqdarı demək olar ki, dəniz məhsullarında olan yoda çatır. Yod orqanizmin normal fəaliyyəti üçün ən vacib maddələrdən biridir. Yodun atomları qalxanvari vəzi hormonlarının tərkibinə daxildir. Bu səbəbdən yod çatışmazlığı zamanı qalxanvari vəzidə pozulmalar yaranır.

- Feyxoa kaliumla zəngindir. Kalium ürəyin fəaliyyəti üçün ən vacib olan mineraldır. Kalium ürək əzələsini qoruyur, ürəyin fəaliyyətini yaxşılaşdırır, ödemləri azaldır.

- Tərkibində C və PP vitaminləri olan feyxoa damarların sağlamlığını qoruyur, onları daha elastik və möhkəm edir.

- Katexin və leykoantosian maddələri ilə zəngin olan feyxoa (xüsusilə meyvənin qabığı) orqanizmə güclü antioksidant təsir edir, xərçəngin inkişafı riskini azaldır.

- Pektin və qidalı liflərlə zəngin olduğundan feyxoa mədə-bağırsaq sistemi üçün faydalıdır.

- Feyxoa yüksək təzyiqi salmağa kömək edir.

- Feyxoanın güclü iltihab, virus və mikrobəleyhinə xüsusiyyətləri var. Bu səbəbdən feyxoa immun sistemimizə çox müsbət təsir edir, soyuq fəsillərdə soyuqdəymə xəstəliklərindən qoruyur.

Hər gün 1 qaşıq alma sirkəsi içmənin 5 FAYDASI

1. Alma sirkəsi qələvi bir məhluldur

Başqa bir sözlə desək, bədənin turşusunu azaltmaq üçün idealdır və sağlamlıq üçün çox faydalıdır.

İlk növbədə qeyd etmək lazımdır ki, orqanizmdə qələvi mühitin yaradılması xərçəngdən qorunmaq üçün ən yaxşı vasitədir.

2. Diabetə qarşı kömək olur

Deyerler.org bildirir ki, sirkədəki asetik turşu, kompleks karbonhidratların həzmini önləyərək qandakı şəkər miqdarını azaltmağa köməkçi olur.

1 yemək qaşığı alma sirkəsi içmək, karbonhidratların bölünməsindən məsul fermentləri təsirsiz hala gətirir.

Beləcə, qanda qlükoza artımına və şəkər meydana gəlməsinə maneə törədilir.

3. Ürək damar xəstəliklərindən qoruyar

Alma sirkəsi yüksək miqdarda xlorogen turşu ehtiva edər. Bu komponent, pis xolestrolun meydana gəlməsinə maneə törədərək ürək və damar sağlamlığını qoruyur.

Əgər həkiminiz, xolestrol səviyyənizin yüksək olduğunu söyləyirsə, yağlı yeməkləri qida rasionunuzdan çıxarın və hər gün bir yemək qaşığı alma sirkəsi içməyi sınayın.

4. Bağırsaq florasını yeniləyir

Bəzən ya da xroniki bir problem olaraq qəbizlikdən şikayətiniz var? Bu halda, 1 yemək qaşığı alma sirkəsi içmək, qəbizliyi önlədiyini bilməlisiniz.

5. Böyrəkləri təmizləyər

Böyrək iltihabı ya da böyrək daşı probleminiz varmı? Elə isə, səhərlər 1 yemək qaşığı alma sirkəsi içməyi sınayın.

Eyni zamanda həkiminizin tövsiyəsinə əməl etməyi unutmayın və bol miqdarda su için. Meyvə şirəsi içmək istəyirsinizsə, şəkərsiz olduğundan əmin olun.

Alma sirkəsinin qəbul qaydası: 1 x.q. alma sirkəsini 1 stəkan suya əlavə edin və səhər acqarına için. Alma sirkəsi təbii olmalıdır.

Öd kisəsində daşlar BU SƏBƏBLƏRƏ GÖRƏ əmələ gəlir

Qaraciyər daim öd ifraz edir. Öd xüsusi orqanda - öd kisəsində toplanır və daha sonra ehtiyac yarandıqda onikibarmaq bağırsağına daxil olur.

Öd həzm proseslərində iştirak edir, yağları parçalayır. Öd xolesterol, turşular, piqmentlər və fosfolipidlərdən ibarət olan duru maddədir. Bəs bu maddə necə daşlara çevrilir? Bunun bir neçə səbəbi var:

1. Qida qəbulları arasında uzun fasilələr

Öd kisəsini sağlam saxlamaq üçün gün ərzində 4-5 dəfə qida qəbul etmək lazımdır. Öd 12 barmaq bağırsağına burada qida kütləsi olduqda ifraz olunur. İnsan gün ərzində böyük fasilələrlə qida qəbul edirsə öd durğunlaşır, qatılaşır, öd kisəsində çöküntülər əmələ gəlir, daha sonra bu çöküntülər birləşir və daşlar əmələ gətirir.

2. Azhərəkətli həyat tərzi

Azhərəkətli həyat tərzi bütün orqanizm üçün ziyanlıdır. Bu zaman qan dövranı pisləşir ki, bu da orqanizmin müxtəlif orqan və sistemlərində durğunluq proseslərin və iltihabların inkişafına şərait yaradır.

3. Piylənmə

Piylənmə zamanı maddələr mübadiləsi prosesləri pozulur, bütün orqan və sistemlər yükləmələrlə şiləyir ki, nəticədə müxtəlif pozulma və xəstəliklərin və o cümlədən öd daşı xəstəliyinin riski artır.

4. Qadın cinsi

Öd daşı xəstəliyinə qadınlar arasında kişilərlə müqayisədə daha tez-tez təsadüf edilir. Bunun əsas səbəblərindən biri hamiləlikdir. Hamiləlik zamanı öd kisəsi uşaqlıq tərəfindən sıxılır, orqanizmin hormonal fonu kəskin dəyişilir ki, bu da öd kisəsində daşların əmələ gəlməsinə gətirib çıxarda bilər.

Doğuşdan sonra, klimaks zamanı qadın orqanizmində çox ciddi hormonal dəyişikliklər baş verir və bu dəyişikliklər də öd daşı xəstəliyinin inkişafına zamın yaradır.

Həmçinin hamiləlik əleyhinə həblərin qəbulu da öd kisəsində daşların əmələ gəlməsinin riskini artırır.

Bütün bunları nəzərə alaraq ingilis alim Diver keşmiş əsrdə öd daşı xəstəliyinə görə ən böyük riski olan insanı təsvir etmək üçün "5 F" qaydasını tərtib edib:

femina - qadın

fertale - doğmuş

forty - 40-yaşlı

fat - dolu

fair - sarışın

5. İrsiyyət

Bir çox digər xəstəliklər kimi öd daşı xəstəliyinin inkişafına irsiyyət təsir edə bilər.

Xızıda partlayış baş vermiş hərbi hissənin ətrafında 100 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları barədə operativ məlumat yayıb.

ANAMA-dan APA-ya verilən məlumata görə,  oktyabrın 29-da partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 110 ədəd partlamamış hərbi sursat (PHS), 45 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 000 kq yandırma məhsulu aşkar edilərək götürülüb.

Nəticə etibarilə 754 350 kv.m (75.44 ha) ərazi yoxlanılıb. 

Azərbaycanın ali məktəbləri Tbilisidə beynəlxalq sərgidə iştirak edir

Azərbaycan-Fransız Universiteti (UFAZ) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən beynəlxalq təhsil sərgisində iştirak edir.

APA-nın yerli bürosunun məlumatına əsasən, hər iki ali məktəbin nümayəndələri sərgi ziyarətçilərinə ali məktəbdə mövcud ixtisaslar, xarici tələbələr üçün qəbul qaydaları və təqaüd proqramları barədə məlumat veriblər.

UFAZ-ın PR meneceri Nəzrin Mirzəyeva ziyarətçilərin ali məktəbə böyük maraq göstərdiklərini bildirib: “Ali məktəbin həm UFAZ, həm də Strasburq Universitetinin diplomunu təqdim etməsi gənclərin böyük marağına səbəb olub”.

ADNSU-nun təmsilçisi Leyla Nağıyeva gənclərin daha çox ali məktəbin mübadilə proqramları ilə maraqlandıqlarını qeyd edib.

Qeyd edək ki, beynəlxalq təhsil sərgisinin keçirilməsində məqsəd gənclərə gələcəklərini planlaşdırmağa və düzgün qərar verməyə kömək etməkdir. Sərgidə yerli və xarici dövlət və özəl universitetlər, beynəlxalq təşkilat, müxtəlif ölkələrin səfirlik və təhsil şirkətləri  iştirak edir. Onlar sərgini ziyarət edən gənclərə xaricdə təhsil, təqaüd və təcrübə proqramları barədə məlumatlar təqdim ediblər.

Gürcüstanda zəlzələ olub

Gürcüstanda yerli vaxtla saat 14:24-də 3,8 maqnitudalı zəlzələ baş verib.

APA-nın yerli bürosunun İlya İnstitutunun Seysmoloji Monitorinq Mərkəzinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar Suxumi şəhəri yaxınlığında, Kelasuri kəndində 10 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntılar barədə məlumat yoxdur.

Baş ağrısından 30 saniyəyə qurtulun. SADƏ ÜSUL

Son zamanlar insanların ən çox şikayət etdiyi problemlər içərisində baş ağrısı və stress mühüm yer tutur.

Bir çox dərman vasitələrindən istifadə etməklə bu problemlərdən qurtulmaq mümkündür. Lakin bu üsulun mənfi cəhətləri də ola bilər. Belə olan halda, insanlar təbii yollara müraciət edirlər.

Dalga tv bildirir ki, baş ağrısının nə vaxt gələcəyi sizə məlum deyil. Bu səbəbdən də, yanınızda ağrı kəsicinin olmadığı hallar olur. Bundan əlavə, tez-tez ağrıkəsici istifadə etmək həm bədəni yorar, həm də mütəxəssislər tərəfindən təklif edilməməkdədir.

Bu sadə üsulu istifadə edərək yalnız 30 saniyədə baş ağrınızdan və ya stressinizdən xilas ola bilərsiniz. Belə ki, bədənimizdə bəzi aktiv nöqtələr vardır. Bu nöqtələrə masaj edildiyində ağrılar azala bilər, hətta tamamilə aradan qalxa bilər.

Əlinizdəki şəhadət barmağıyla baş barmağınız arasındakı nöqtəyə təzyiq tətbiq edərək baş ağrısından xilas ola bilərsiniz. Təzyiqi 30 saniyə ərzində davam etdirin. Ardından əl dəyişdirərək digər əlinizə də tətbiq edin. Doğru tətbiq etdiyiniz halda, baş ağrısınızın keçdiyini görəcəksiniz. Bu həqiqətən də, işə yarayır.

Qatığa darçın töküb yesəniz... - FAYDALARI

Ən sağlıqlı qidalardan biri olan qatığa darçın tökülərsə, necə olar?

Xoş qoxusu və iştaha azaldan xüsusiyyəti ilə darçın metabolizmi sürətləndiricisi olan qatıqla birləşdikdə orqanizmimizdə nələr baş verər? Dalga tv sizə bununla bağlı faydalı məlumat verir.

Müxtəlif xəstəliklərə faydası olan darçın qatıqla qarışdırıldıqda mükəmməl bir aroma ilə pəhriziniz zamanı istifadə edəcəyiniz qida halına gəlir. Orqanizmin ehtiyacı olan sink və dəmiri qarşılayan bu qida aclığın qarşısını alır, metabolizmi sürətləndirir, arıqlamağa kömək edir, təzyiqi tənzimləyir, insanı daha gümrah edir.

Darçınlı qatığın hazırlanma qaydası:

Bir kasaya qatıq töküb, ona 2 çay qaşığı darçın əlavə edərək yeyə bilərsiniz. Bu asan qarışımla müxtəlif xəstəliklərinizdən də qurtula bilərsiniz. Qatıqlı darçının bir çox mədə problemlərinə, həzmsizliyə kömək etdiyi də bilinir.

Tbilisidə azərbaycanlı şagirdin təhqir olunduğu məktəbin direktoru işdən çıxarılıb

Gürcüstanın paytaxtı Tbilisi şəhərində şagirdlərin təhqir olunduğu bildirilən 67 saylı məktəbin direktoru Mariam Tavartkiladze işdən azad olunub.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstanın Təhsil və Elm Nazirliyinin qərarında bildirilir. 

Qərarda qeyd olunub ki, nazirliyin Audit idarəsinin məktəbdə apardığı araşdırma zamanı təhsil ocağının idarə olunmasında bir sıra pozuntular aşkarlanıb: “Məktəb rəhbərliyi şagirdlərlə uyğun olmayan ünsiyyətə yol verib. Bununla yanaşı məktəbin əmlakı inventarizasiyanın nəticələri ilə üst-üstə düşməyib və əmlakın idarə olunması prosesində pozuntular müəyyən olunub”.  

Qeyd edək ki, 67 saylı məktəbdə azərbaycanlı qız şagirdinin kimya müəllimi Dodo Kezua tərəfindən təhqir olunduğu bildirilib. D. Kezua artıq işdən çıxarılıb. Gürcüstan DİN məktəbdə şagirdlərə qarşı mümkün zorakılıq faktı ilə bağlı istintaq aparır. 

 

Türkiyə-Gürcüstan sərhəddində şok hadisə

14 yaşındakı yeniyetməni çamadanda sərhəddən keçirməyə çalışan Gürcüstan vətəndaşı saxlanılıb. Hadisə Türkiyənin Artvin vilayəti ərazisindəki Sarp gömrük-keçid məntəqəsində baş verib.
 
Dalga tv Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Sarp gömrük-keçid məntəqəsində Gürcüstan vətəndaşının hərəkətlərindən şübhələnən gömrükçülər ondan çamadanını açmağı tələb ediblər. 
 
Ancaq həmin şəxs çamadanı açmaq istəməyib, gömrükçülərə müqavimət göstərib. Gömrük işçiləri çamadanı açdıqda 14 yaşındakı yeniyetməni görüblər. 
 
Həmin yeniyetmənin ailəsinin FETO fərarisi olduğu və Gürcüstanda yaşadığı ehtimal edilir.

Saytda Axtarış

ახალი ამბები