Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün993
DünənDünən5773
Bu həftəBu həftə37709
Bu ayBu ay43498
Bu günə qədərBu günə qədər8405128

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

İki gün sonra qaranlıq başlayır

Noyabrın 15-də Venera və Yupiter planetləri maksimal dərəcədə yaxınlaşacaq.
Bu haqda Amerika Milli Kosmik Agentliyinin (NASA) əməkdaşı Çarlz Boden bildirib.
O qeyd edib ki, Yer kürəsinin sakinləri bu hadisəni müşahidə edə biləcəklər. Astronomlar bunu unikal mənzərə adlandırırlar.
NASA əməkdaşı söyləyib ki, Yupiter və Veneranın yaxınlaşması planetdə faciəli qaranlığa gətirib çıxaracaq. Bu hadisənin iki həftə davam edəcəyi bildirilir.
"Hər şeyi unutduran qaranlığa hazırlaşın. Bu, artıq noyabrın 15-də başlanacaq", - Amerika eksperti xəbərdarlıq edib.
Ancaq NASA-nın özündə bu xəbərin həqiqətəuyğun olmadığını bildiriblər. Lakin apokalipsisin bəzi tərəfdarları şam, yanacaq və başqa şeyləri alırlar. Onların sözlərinə görə, bunlar qaranlıqda həyatı yüngülləşdirməyə kömək edəcək.

Mənbə: publika.az

Nar şirəsini belə için. QAYDALAR

Nar və nar şirəsi bir çox faydalı xüsusiyyətlərlə zəngindir.

Nar şirəsi ürək üçün olduqca faydalıdır, damarları təmizləyir, yuxarı təzyiqi tənzimləyir, qanın tərkibini yaxşılaşdırır, immun sisteminə müsbət təsir edir, orqanizmə xərçəng əleyhinə təsir edir. Lakin bütün bu faydalı xüsusiyyətlərdən bəhrələnmək üçün nar şirəsini düzgün qəbul etmək lazımdır.

İlk növbədə qastrit, xora xəstəliyi, qəbizlik və pankreatit zamanı nar şirəsini içmək tövsiyə edilmir.

Sağlam insanlar isə nar şirəsini yarıbayarı su və ya digər şirə ilə (alma, kök) durulaşdırılıb içməlidir. Gün ərzində 1 stəkan belə şirə içmək kifayətdir.

Nar şirəsini sıxdıqdan qərhal sonra içmək lazımdır.

Nar şirəsi diş emalına mənfi təsir edir ki, bu səbəbdən mütəxəssislər bu şirəni borucuqdan içməyi tövsiyə edirlər.

Nar şirəsini içdikdən sonra ağız boşluğunu su ilə yaxalamaq lazımdır.

Təbii dərman SARIMSAQ. Faydalar

Ən faydalı tərəvəzlərdən biri olan sarımsaq qədimdə "qara qüvvələri" qovan vasitə kimi istifadə olunurdu.

Sarımsağı evlərdə, xüsusilə körpə uşaqların beşiklərinin üzərində asırdılar ki, göz-nəzərdən və cin-şeytandan qorunsunlar.

Sarımsaq həqiqətən möcüzəli tərəvəzdir. Güclü mikrob, virus və göbələk əleyhinə təsirinə görə bu tərəvəzi əsl təbii dərman hesab etmək olar. Belə ki, eksperimentlər göstərib ki, sarımsaq 1 saat ərzində stafilokokkun 93%-ni öldürmək xüsusiyyətinə malikdir.

Sağlamolun.az sizə sarımsağın ən vacib 5 faydasını təqdim edir.

1. Sarımsaq qanda pis xolesterolun səviyyəsini aşağı salır ki, bununla da ürək-damar sistemi xəstəliklərinin riskini azaldır.

2. Sarımsaq həzm proseslərinə müsbət təsir edir, bağırsaqlarda ziyanlı mikrobları öldürür. Lakin onu da nəzərə almaq lazımdır ki, qastrit və xora xəstəliyi, öd daşı xəstəliyi zamanı sarımsaq yeməyi tövsiyə edilmir.

3. Sarımsaq qaraciyər üçün faydalıdır. Hal hazırda farmasevrik sənaye qaraciyər üçün tərkibində sarımsaq ekstraktı olan preparatlar buraxır.

4. Sarımsağın tərkibində olan bioloji aktiv maddələr kişilərdə potensiyanı yaxşılaşdırır.

5. Yuxarıda qeyd etdiyimiz kimi sarımsaq güclü mikrob və virus əleyhinə vasitədir.

Mütəxəssislər profilaktik məqsədlərlə hər gün 2-3 diş çiy sarımsaq yeməyi tövsiyə edirlər. Yedikdən əvvəl sarımsağı xırda doğramaq və ya əzmək lazımdır ki, bu tərəvəzi daha faydalı edir. Marinada qoyulmuş və ya bişirilmə zamanı xörələrə əlavə olunmuş sarımsaq öz faydalı xüsusiyyətlərini itirir.

Bu gün Ümumdünya Pnevmoniyaya qarşı Mübarizə Günüdür

Noyabrın 12-si Ümumdünya Pnevmoniyaya qarşı Mübarizə Günüdür.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, Pnevmoniya və ya ağciyər sətəlcəmi kəskin infeksiya xəstəliklərinə aid edilir. Orqanizm infeksiyaya ən çox hava-damcı yolu ilə yoluxur. Müxtəlif növ viruslar, bakteriyalar və göbələklər pnevmoniyanın törədiciləri ola bilər. Xəstəliyin simptomatikası onu doğuran səbəblərdən, pasiyentin yaşından və sağlamlıq durumundan asılıdır. Xəstəlik kəskin keçir və ya aldadıcı formada inkişaf edir.

Pnevmoniyanın ağciyərdə ağırlaşması daha çox yaşlı adamlarda, immuniteti zəif insanlarda və mükəmməl immunitet sisteminə malik olmayan uşaqlarda müşahidə edilir. Ağciyər sətəlcəmi qripəbənzər simptomlarla KRX (kəskin respirator xəstəlikləri), KRVİ (kəskin respirator virus infeksiyaları) fonunda inkişaf edir. “Özünümüalicə” zamanı temperaturu aşağı salan preparatlar qəbul edərkən pnevmoniyanın yaranma riski və digər ağırlaşmalar artır. Bu, infeksiyanın tənəffüs yolları ilə aşağı yayılmasına və ağciyərlərdə infeksiya mənbələrinin yaranmasına səbəb olur. Pnevmoniyanın profilaktikası tam müalicə kursu və vaxtında diaqnoz qoyulmasıdır.

Pnevmoniya bütün dünyada yetkinlik yaşına çatmayanlar arasında ölümün başlıca səbəbidir, ilk növbədə məhz uşaqlar bu xəstəlikdən əziyyət çəkirlər. Hər il bu xəstəlik beş yaşadək 1,4 milyon uşağın həyatına son qoyur. Bu, QİÇS, malyariya və qızılcadan ölənlərin birgə statistik göstəricisindən çoxdur. Pnevmoniya hər yerdə yayılıb, lakin ondan daha çox Cənubi Asiya və Afrika ölkələrindəki uşaqlar əziyyət çəkirlər.

Hər il noyabrın 12-də Uşaq Pnevmoniyasına qarşı Qlobal Koalisiyanın təşəbbüsü ilə Ümumdünya Pnevmoniyaya qarşı Mübarizə Günü qeyd edilir. Həmin gün səhiyyə müəssisələri profilaktik tədbirlər təşkil edir, tibbi baxışlar keçirirlər. Bundan başqa, könüllülər insanlara pnevmoniya və onlarla bağlı risklərdən danışır, məlumat vərəqələri və bukletlər paylayırlar.

2009-cu ildə Dünya Səhiyyə Təşkilatı YUNİSEF-lə birgə “Pnevmoniyanın profilaktikası və xəstəliyə qarşı qlobal fəaliyyət planı”nı elan edib. Bu planın məqsədi uşaqların müdafiəsi üzrə kombinə edilmiş tədbirlərlə pnevmoniya ilə mübarizəni, xəstəliyin profilaktika və müalicəsini fəallaşdırmaqdır. Ümumdünya Pnevmoniyaya qarşı Mübarizə Gününün rəmzi mavi cinslərdir. Mavi rəng səmanın, təmizliyin və pnevmoniya ilə xəstələnmə hallarının ümumi səylər nəticəsində minimuma endiriləcəyinə bəslənilən ümidin rəngidir.

Azərbaycanda yoluxucu xəstəliklərə qarşı mübarizə dövlət siyasətinin sosialyönümlü prioritet istiqamətlərindən biridir. Ölkə rəhbərliyinin bilavasitə dəstəyi ilə bu sahədə mühüm tədbirlər həyata keçirilib. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiqlədiyi “2016-2020-ci illər üçün uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlər proqramı” uşaqlar arasında xəstəliyin azaldılmasına yönələn mühüm sənəddir. İndi Avropanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da 11 yoluxucu xəstəlik – qızılca, məxmərək, parotit, difteriya, göy öskürək, tetanus və başqa xəstəliklər əleyhinə planlaşdırılmış şəkildə aparılan peyvəndləşdirmə tədbirləri ölkənin bütün uşaqlarını əhatə edir. Bu tədbirlər nəticəsində, həmçinin immunlaşdırma işlərinin daim təkmilləşdirilməsi və immunoprofilaktika sayəsində infeksion xəstəliklərə tutulma hallarının azaldılması istiqamətində sabit dinamika əldə olunub.

Gün ərzində neçə dəfə qidalanmaq lazımdır? Alimlərin fikri

Müasir insanlar arasında mədə-bağırsaq sistemi xəstəliklərinin yayılmasının başlıca səbəbi düzgün olmayan qidalanmadır.

Əksəriyyətimiz gün ərzində 2 dəfə qida qəbul edir və əsas qida qəbulu axşam saatlarına düşür. Bu qəti şəkildə yolverilməzdir. Saglamolun.az xəbər verir ki, belə qidalanmanın bir çox mənfi tərəfləri vardır:

1. Öd kisəsində durğunluq yaranır və bu da iltihabın və öd daşı xəstəliyinin inkişafına təkan verir.

2. Belə qidalanma mədə üçün ziyanlıdır ki, qastrit və mədə xorasının inkişafına şərait yaradır.

3. Maddələr mübadiləsində problemlər yaranır: uzun fasilələrlə qida qəbul edən insanda maddələr mübadiləsi yavaşıyır ki, bu da çəkinin artmasına səbəb olur və s.

Alimlərin fikrinə görə sağlam və gümrah olmaq üçün insan gün ərzində 5 dəfə qida qəbul etməlidir: 3 əsas qida qəbulu (səhər yeməyi, günorta yeməyi və şam yeməyi) və 2 "atıştırmalıq" (səhər yeməyi ilə günorta yeməyi və günorta yeməyi ilə şam yeməyi arasında).

Səhər yeməyi mütləqdir. Bu maddələr mübadiləsinin sürətlənməsi və qanda şəkərin normal səviyyədə saxlanılması üşün vacibdir.

Şam yeməyi yatmazdan ən azı 2 saat əvvəl olmalıdır.

"Atıştırmalıq" üçün çips, suxarı, bulka və konfet deyil, təzə və quru meyvələr, çərəzlər, yoqurt, kəsmik uyğun gəlir.

Günəşdə irimiqyaslı plazma qasırğası başladı

Dünəndən etibarən Günəşdə irimiqyaslı plazma qasırğası başlayıb.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanı Tədqiq Agentliyinin (NASA) alimləri bildirib. 

Onların sözlərinə görə, qasırğanın başvermə səbəblərini və nə vaxta kimi davam edəcəyini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Məlumata görə, plazma qasırğası Günəşdə geomaqnit qasırğalarının yaranmasına zəmin yaradır. Alimlər vurğulayıblar ki, plazma qasırğaları nadir hallarda qeydə alınır.

Xatırladaq ki, noyabrın 7-si və 8-də Günəşdə qasırğa baş verib. Qasırğa noyabrın 9-u və 10-da maksimuma çatıb və ayın 11-də isə nisbətən zəifləyəcəyi gözlənilir. Noyabrın 15-də yenidən geomaqnit qasırğasının baş verəcəyi ehtimal olunur. 

Alimlərin fikrincə, geomaqnit qasırğası daha çox xroniki xəstəliklərdən əziyyət çəkən insanlara təsir göstərəcək.

Tbilisidə 4 azərbaycanlı saxlanılıb

Bu gün səhər saatlarında Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Tbilisinin azərbaycanlıların yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində xüsusi əməliyyat keçirib.


APA-nın yerli bürosunun məlumatına görə, əməliyyat nəticəsində 2 qadın və 2 kişi olmaqla, 4 nəfər saxlanılıb. Onlar narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinirlər.


DİN faktla bağlı istintaq aparır.


Qeyd edək ki, son aylar Poniçalada keçirilmiş xüsusi əməliyyatlar zamanı 30 nəfərə yaxın şəxs saxlanılıb.

Sizdə də üşümə, halsızlıq, unutqanlıq varsa… - DİQQƏTLİ OLUN

Hazırda dünyada ən geniş yayılan problemlərdən biri yod çatışmazlığıdır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünya əhalisinin 54 faizi yod çatışmazlığının yarada biləcəyi xəstəlik riski ilə yaşayır.

Türkiyəli endokrinoloq və metabolizm üzrə mütəxəssis Rüştü Serter qidalardan alınan yodun çatışmazlığı vəziyyətində uşaqlarda böyümə geriliyi, zəka ilə əlaqədar problemlər, böyüklərdə isə tiroid vəzinde böyümə, hipotireoz kimi xəstəliklərin ortaya çıxdığını söyləyib. Ailem.az həkimin fikirlərini təqdim edir.

Yod çatışmazlığının səbəbləri nələrdir?

Sağlam beyin inkişafı və böyümənin təməl daşlarından olan tiroid hormonlarının artması üçün orqanizm kifayət qədər yod qəbul etməlidir. Ancaq əfsuslar olsun ki, yod orqanizm tərəfindən istehsal olunmur. Buna görə də bədənin yod ehtiyacı dəniz məhsulları, ət, süd məhsulları, yumurta, bəzi meyvə və tərəvəzlər kimi qidaları yeməklə qarşılana bilər. Əgər qidalanma yolu ilə kifayət qədər yod alınmırsa, orqanizmdə pozulmalar inkişaf etməyə başlayır.

Yod çatışmazlığı səbəbindən böyüklərdə hipotireoz (qalxanxanabənzər vəzinin funksiyasının zəifləməsi ilə bağlı olan xəstəlik) inkişaf edir. Statistikaya görə, dünyada 740 milyon insan bu xəstəlikdən təsirlənir.

Əlamətləri nələrdir?

Tiroid hormonu azaldıqda metobolizm yavaşladığı üçün çəki artmağa başlayır. Şəxs az yemək yesə də, kökəlməyə başlayır. Bununla yanaşı, halsızlıq, dəri quruluğu, saç tökülməsi, dəridə qalınlaşma, qəbizlik, soyuğa qarşı dözümsüzlük, saç və dırnaqlarda qırılma, menstruasiya düzənsizliyi, unutqanlıq zamanla ortaya çıxan şikayətlər arasındadır.

Daha irəliləmiş vəziyyətlərdə isə özünü idarə etmə problemi, depressiya, həssaslıq, ürək və ağciyər çatışmazlığı yarana bilər. Yod çatışmazlığının qadınlardakı ən əhəmiyyətli təsirlərindən biri isə infertilite, yəni sonsuzluqdur.

Hamiləlikdə yod çatışmazlığı

Hamiləlik və əmizdirmə dövründə isə yod çatışmazlığı ciddi problemlərə səbəb olur. Bu qadınlarda yarımçıq hamiləlik, erkən doğuş, doğuş anomaliyaları, uşaqda zəka və inkişaf geriliyi, eşitmə və danışma pozuntuları görülür. Dünyada hər il doğulan təxminən 50 milyon uşaq analarının qida rasionunda kifayət qədər yod olmaması səbəbindən zəka geriliyi riski ilə qarşılaşır.

Sidikdə yodun miqdarına baxmaq lazımdır

Azyaşlılarda yod əskikliyi ilkin vaxtlarda özünü göstərmir. Həmçinin əskikliyin olub-olmadığını müayinə ilə təyin etmək də mümkün deyil. Orqanizmdə yod çatışmazlığını  dəyərləndirmək üçün ən asan yol sidik analizi verməkdir.

Necə müalicə edilir?

Yod çatışmazlığı zamanı ilk öncə tərkibi yodla zəngin olan qidalar yeyilməlidir. Təbii dəniz və daş duzu isə əhəmiyyətli yod qaynağıdır. Yodla zənginləşdirilmiş duz yod əskikliyi ilə mübarizədə əhəmiyyətli rol oynayır.

Bu məqsədlə çox duz istifadə etməyə ehtiyac yoxdur. Sadəcə gündə 2 qram yodlu duzun mütəmadi istifadəsi yod ehtiyacını qarşılamağa bəs edir. Duzdakı yodun qorunması üçün onu nəm olmayan, işıq görməyən qapalı qablarda saxlamaq lazımdır. Bir də ən əsası duz yeməyə bişdikdən sonra tökülməlidir.

Dərmanla müalicəni isə ehtiyac olarsa, həkim özü təyin edəcək.

Gürcüstandan Azərbaycana qanunsuz yolla mobil telefonlar keçirməyə cəhd edən şəxs saxlanılıb

Gürcüstandan Azərbaycana qanunsuz mobil telefonlar keçirmək istəyən şəxs saxlanılıb.

APA-nın yerli bürosu Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinə istinadla xəbər verir ki, "Mtkvari" gömrük-keçid məntəqəsində saxlanılan şəxsin avtomobilində gömrük dəyəri 22 240 lari olan 984 ədəd mobil telefon aşkarlanıb.

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsi 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Yaddaşı gücləndirir, sinirləri qoruyur... – ŞABALIDIN BİLMƏDİYİNİZ FAYDALARI

Artıq çərəzlərin yetişmə zamanıdır. Sağlamlığımıza faydalı qoz, fındıq və şabalıddan istədiyimiz qədər dada bilərik.

Xüsusilə də bunlar arasında şabalıd bolluca lif, mineral, faydalı yağ turşuları, vitamin, qidalandırıcı və antioksidant maddələrlə zəngindir.

Ailem.az sizə şabalıdın inanılmaz faydaları barədə məlumat verir.

- Şabalıd liflə zəngin olduğu üçün diabetin qarşısının alınmasında çox təsirlidir. Həmçinin, qan şəkərinin daha yavaş yüksəlməsini təmin edir.

- Tərkibində olan C vitamini və digər antioksidantlar immunitetin gücləndirilməsi üçün mükəmməldir. C vitamini ağ qan hüceyrələrinin yaranmasını dəstəkləməsindən əlavə, bədəndəki sərbəst radikalların təsirsiz hala gətirilməsində də önəmli rol oynayır. Bu da immunitet sisteminin güclənməsinə və xəstəliklərin qarşısının alınmasına yardımçı olur.

- Sümüklərdə mineralların səviyyəsini artırır.

- Tərkibində bol miqdarda olan lif bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Bu liflər, həmçinin, yediyimiz qidaların bədən tərəfindən yaxşı əmilməsini təmin edir.

- Beyin funksiyalarını yaxşılaşdırır. Tərkibindəki B qrup vitaminləri, nevroloji inkişaf və funksiyalarla birbaşa bağlıdır. Onda olan potasium beyinə qan axımını artırır, sinir sisteminin sağlığını qoruyur, yaddaşı gücləndirir.

- Antioksidant xüsusiyyəti sayəsində xərçənglə nəticələnə biləcək hüceyrə mutasiyalarının qarşısını alır.

- Potasium sayəsində bədəndə su axımını tənzimləyərək təzyiqi normallaşdırır və infarktı aradan qaldırır.

- Tərkibində olan faydalı yağ turşuları da xolesterolu normallaşdırmağa kömək edir, qan laxtalanmasının yaranma ehtimalını azaldır.

Şabalıd yeyərkən yalnız bu məqama diqqət etmək lazımdır ki, ona qarşı allergiyanız olmasın. Bu zaman şabalıd sizin üçün təhlükəli bir qidaya çevrilə bilər.

Əllərin və ayaqların həmişə üşüməsi hansı xəstəliklərin xəbərçisidir?

Soyuq və küləkli havada üşümək adi haldır. Amma temperatur normal olduğu zaman əlləriniz və ayaqlarınız üşüyürsə, bunun səbəbləri üzərində düşünməyə dəyər.

Dalga tv  bu yazıda oxucuları insanların həmişə üşüməsinin səbəbləri ilə tanış edib.

İnfeksiya xəstəlikləri

Xüsusilə qış aylarında tez-tez üzləşdiyimiz soyuqdəymə, qrip, bronxit və sətəlcəm kimi xəstəliklərin ilk əlamətləri üşümə, titrəmə və hərarətin artmasıdır.

Qanazlığı

Bəzi insanların üşüməsinin əsas səbəbi qanazlığı kimi tanınan anemiya xəstəliyidir. Bu xəstəliyə əsasən qadınlar arasında daha çox rast gəlinir. Bunun səbəbi yetərsiz qidalanma, ağır pəhriz və həddindən artıq qan itirmə (məsələn, menstruasiya müddətinin uzun olması) və ya həzm sistemindəki problemlər ola bilər.

Müalicə edilməsə, üşümə ilə başlayan halsızlığı xroniki yorğunluq müşayiət edəcək. Nəticədə insan həyatının keyfiyyəti aşağı düşəcək.

Qeyd etmək laızmdır ki, qadın orqanizminin kişilərdən maraqlı fərqi var: birincilərin əllərində və ayaqlarında qan dövranı həqiqətən də zəifdir. Əvəzində bütün vacib orqanlarda qan dövranı normaldır.

Hətta bu yaxınlarda məsələ ilə bağlı Yuta Universitetində araşdırma həyata keçirilib. Alimlər qadınların bədən və əllərinin temperaturunda 2,8 C fərq əldə edib.

Hipoqlikemiya

Hipoqlikemiya qanda şəkərin normadan az olmasıdır. Normada sağlam şəkərli diabet xəstəliyi olmayan insanda qanda şəkərin səviyyəsi acqarına 3,3 mmol/l-dən 5,5 mmol/l-ə  qədər olmalıdır. Bəzi səbəblərdən qanda şəkərin səviyyəsinin qəfil aşağı düşməsi müşahidə oluna bilər ki, bu da hipoqlikemiya adlanır. Əlamətləri kəskin zəiflik, çox tərləmə, başağrısı, başgicəllənmə bədənin əsməsi, solğunluq, gözlərin qaralması və ikigörmə, narahatlıq, əhvalın dəyişməsi, qorxu, ürəkdöyünmənin sürətlənməsi, güclü aclıq hissi.

Diabet

Nəzarətdə saxlanılmayan diabet əllərin və ayaqlarn üşüməsinə səbəb ola bilər. Şəkərli diabet zamanı qan dövranı pozulur ki, ətrafların daim üşüməsinə səbəb olur.

Yeri gəlmişkən onu da qeyd edək ki, diabet dərhal gəlmir, onun simptomları qar topası kimidir. Əgər siz birdən-birə tualetə tez-tez getməyə başlamısınızsa, özünüzü daim əzgin, yorğn və susuzluq hiss edirsinsizsə, o zaman həkimə müraciət etmək lazımdır.

Tiroid (Qalxanabənzər) vəzi xəstəlikləri

Bədənin maddələr mübadiləsini tənzimləyən tiroid vəzinin normal işləməsi bütün orqanların normal fəaliyyəti üçün olduqca önəmlidir.

Qalxanabənzər vəzi çox və ya az işlədiyi hallarda üşümə ilə bərabər insanın gündəlik həyatına mənfi təsir edən daimi yorğunluq hissi, saç tökülməsi, qəbizlik, kökəlmə kimi əlamətlər özünü göstərməyə başlayır.

Qalxanabənzər vəzi kifayət qədər tiroid hormonlarını ifraz etmədikdə metabolizmi ləngiyir. Nəticədə orqanizm az enerji istehsal etdiyi üçün bədən üşüməyə, dəri qurumağa, saçlar isə tökülməyə başlayır. Bütün yer üzündə təxminən 4,5 faiz insanlar bu problemdən əziyyət çəkir. Qadınlarda xoşagəlməz əlamətlər 60 yaşdan sonra və hamiləlik zamanı tez-tez müşahidə olunur.

Əgər siz tiroid vəzinin yaxşı işləməməsindən şübhələnirsinizsə, həkimə müraciət edin. Diaqnoz qan təhlili əsasında cəmi bir günə məlum olur, problem özü isə dərmanla müalicə edilir.

Qan dövranının pozulması

Qan dövranın zəif olması müvafiq orqanların qidalanma pozğunluğu, bəzi bölgələrin həssaslaşmasına, xüsusilə ayaqların və qolların üşüməsinə səbəb olur.

B12 vitamininin çatışmazlığı

Bədən B12 vitaminini qəbul etməlidir ki, qırmızı qan hüceyrələri istehsal etsin. Onlar yuxarıda dediyimiz kimi B 12 qanı oksigenlə təmin edir, oksigen isə artıq məlum olduğu kimi istilik yaradır. B 12 vitaminin çatışmazlığı soyuqdəymə və xroniki anemiyaya gətirib çıxarır.

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə güclü yanğın baş verib

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Bolnisi rayonunun Darbaz kəndində güclü yanğın baş verib.

APA-nın yerli bürosu Gürcüstanın Fövqəladə Halların İdarə olunması Agentliyinə  istinadla xəbər verir ki, dağ yamacında baş vermiş yanğının söndürülməsində 60-a yaxın yanğınsöndürən iştirak edib. Yanğın nəticəsində quru yarpaqlar və ot örtüyü yanıb.

Yanğının yenidən baş verməsi təhlükəsi olduğundan yanğınsöndürənlər ərazini tərk etmirlər.

Saytda Axtarış

ახალი ამბები